Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2717/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi: X3 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş idarəsi tərəfindən İddiaçı qız barəsində tərtib edilmiş xx.xx.2021-cı il tarixli **********7140 saylı qərar ləğv edilməklə 20.000 manat borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən ona xx.xx.2021-cı il tarixli **********7140 saylı qərarı ilə 20.000 manat maliyyə sankisiyası tətbiq edilmişdir. Vergilər Departamenti qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, onun fəaliyyət göstərdiyi kafedə işçilərlə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərmişdir. İdiaçı bildirmişdir ki, vergi əməkdaşları xx.xx.2021-ci il tarixdə qəfil restorana daxil olarkən orda olmamışdır. Onlar təxmini olaraq 10 nəfərə yaxın adamla kafeyə daxil olmuş və orda aidiyyatı olan və olmayan şəxsləri məcbur edərək kafedə işlədiklərini əsas gətirərək izahatlar yazdırmışlar. Hətta orda olan bir neçə şəxs sərxoş vəziyyətdə olduqları halda onlrın vəziyyətindən istifadə edərək izahat almış və guya orda işlədikləri qeyd ediblər. Əsas məqqam ondan ibarətdir ki, izahatları özləri yazıb bura imza edin narahat olmayın sizin sənədləri qeydiyyata alırıq deyib aldadıblar. İddiaçı qeyd etmişdir ki, vergi yoxlaması zamanı orda olmamışdır. Həyat yoldaşı və oğlu orda olmuşdur. Həyat yoldaşı və oğlu həmin gün xeyir işiləri olduğu üçün orda olmuş və qonaqlarla istirahət ediblər. Həmin vaxtı həyat yoldaşı içkili olmuş və nəyin necə baş verdiyini anlamamışdır. Vergi işçiləri onu aldadaraq onu və oğlumunun guya orda işlədiklərini yazaraq imza etdiməklə izahat almışdırlar. Oğlu və həyat yoldaşı ordakı imzların onlar tərəfindən icra olunduğunu yadlarına sala bilmirlər. Çünki sərxoş olduqlarında anlaqlı olmayıblar. Faktiki olaraq vergi əməkdaşları 2 nəfər onun ailə üzvünün anlaqsız vəziyyətdə olduqlarından istifadə edərək onları da işçi kimi siyahıya salıblar. Oğlu və həyat yoldaşı orda işləmirlər. Dİgər qanunsuz bir əməl ondan ibarətdir ki, vergi əməkdaşları orda olan və kiminsə sifarişi ilə gələn musiqiçiləri də işçi kimi izahatlarına imza etdirmişlər. 50 kvadrat metr ərazidə necə 2 musiqiçi ola bilər. Ümumiyyətlə həmin adamların onun işlətdiyi obyektlə heç bir əlaqəsi yoxdur. O şəxsləri orda oturan adamlar sifarişlə gətirir. Yəni onun ümumiyyətlə belə bir işçiniləri saxlamağa nə imkanı nə də yeri olduğunu bildirmişdir. Sadəcə olaraq orada olan vergi əməkdaşları vəziyyətdən sui istifadə edərək yoldan keçən və kafedə olan şəxslərə sənədə imza etdirməklə işçi kimi qeydiyyata alıblar. İddiaçı üçün maraqlı olan məqam ondan ibarətdir ki. 50 kvadrat metr ərazidə 10 nəfər işçi nəyə lazım idi və nə iş görürdülər. Belə balaca kafedə 4 nəfərdən artıq adamın olması cəfəngiyyatdır. Aşbaz, Xadimə, ofisant və qabyuyan. Həmçinin qeyd etmişdir ki, oğlu 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə iştirak etmiş və medallarla təltif edilmişdir. Hətta vergi işçiləri orda bu əməliyytaları edərkən həyat yoldaşı qeyd edib kı, oğlum müharibə iştirakçısıdır mümkün qədər kassaya görə cərimə yazmayın. Onlarda öz növbəsində narahat olmayın biz sizə kömək edirik deyib yalandan hamının yerinə özləri izahat yazmış və sonradan onlara imza etdirmişlər. Bu barədə dərhal vergi orqanına şikayət etmişdir lakin vergi orqanı ümumiyyətlə onun şikayətini araşdırmamışlar. xx.xx.2021-ci il tarxli **********811300 nömrəli qərarı ilə onun şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanəlmışdır. Daha dəqiq iyul ayının sonunda vergi ona məktub yazaraq borcunun 187 manat olduğunu qeyd etmişdir. Sonradan avqust ayında məlumat verilmişdir ki ona 20.000 manat maliyyə sanksiyası tətbiq edilib. Dərhal şikayət verməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 13 aprel 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********2273 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 2946 ünvanında yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutuimuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin təfəblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004717 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7140 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faiziərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin Ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********954900 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixdə saat 09:56-da oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində yoxlama zamanı obyektdə olmadığını, izahatların vergi orqanının əməkdaşları tərəfindən yazıldığını, 10 nəfər işçisinin olmadığını, yoxlama zamanı orda olan həyat yoldaşı və oğlunun isə içkili olduqları üçün anlaqsız vəziyyətdə olduğunu bildirmişdir. İddiaçının qeyd etdiklərinin əksinə bildiririk ki, İddiaçı operativ vergi nəzarəti zamanı obyektdə olmuşdur. Belə ki, iddiaçı eyni tarixli izahatında bildirmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 2946 ünvanında yerləşən obyektdə fəaliyyət göstərirəm. 10 nəfər işçi ilə əmək və ya xidməti müqavilə bağlamamışam. Müqavilənin bağlanmamasının səbəbi isə ondan ibarətdir ki, həmin işçilərlə aramızda şifahi razılaşma olmuşdur. Əlavə olaraq da obyektə işə gələn işçilərin bir qismi qısa müddətə işə cəlb olunmuşdur və qısa müddət ərzində həmin işçilərlə əmək müqaviləsi bağlanacaqdır. Bundan əlavə, iddiaçı ərizədə özünün yoxlamada iştirak etmədiyini, həyat yoldaşı və oğlunun isə həmin gün xeyir iş olduğundan orada olduğunu və qonaqlarla istirahət etdiyini bildirsə də, vergi orqanına ünvanladığı xx.xx.2021-cü il tarixli **********194600 nömrəli etdiyi şikayətində həyat yoldaşının onu və oğlunu aparmaq üçün kafeyə gəldiyini bildirmişdir.Hesab edirlər ki, iddiaçının sözügedən şikayətində qeyd olunanlarla iddia ərizəsində yazdıqları arasında olan ziddiyyətli məqamlar ədalətli məhkəmə araşdırmasına yardımçı olacaqdır. Operativ vergi nəzarəti zamanı işçilərdən alınmış izahatla gəldikdə isə, işçi X9 xx.xx.2021-ci il tarixli öz etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən kafedə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X6 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il İddiaçı tərəfindən kafedə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X8 xx.xx.2021-ci il tarixli öz etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən müdir vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən Xətai rayonu, Aşıq Ələsgər 2946 ünvanında yerləşən kafedə İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X4 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən musiqiçi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixində Xətai rayonu, Aşıq Ələsgər 2946 ünvanında yerləşən restoranda İddiaçı tərəfindən nəzarətçi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən “Kabab House” kafesində kababçı vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər 3 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını bildirmişdir. Qeyd edirlər ki, iddiaçı izahat alınan şəxslərin işçisi olmadığını bildirsə də, ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən operativ vergi nəzarətinin həyata keçirilməsindən qısa müddət sonra İddiaçı xx.xx.2021 -ci il tarixində X14 ilə, xx.xx.2021-ci il tarixində İddiaçı X16 ilə, xx.xx.2021-ci il tarixində X18 ilə əmək müqaviləsi bağlamışdır. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021ci il tarixli **********7140 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəti, - Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021ci il **********81300 saylı “inzibati şikayətin təmin ediməməsi haqqında” Qərarın surəti, - Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********85273 saylı “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarın surəti, - Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli **********85274 saylı “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarın surəti, - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7141 nömrəli Tələbnamənin surəti, - Operativ vergi nəzarəti tədbiri çərçivəsində işçilərdən alınmış xx.xx.2021-ci il tarixli izahatlar.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü.
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisəlndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır və mahiyyəti baxımından iddia əsassızdır. Göstərilənlrə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7140 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 29946 ünvanında yerləşən “Köhnə Bakı” kafesi obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004717 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və aktın vergi ödəyicisi İddiaçı tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7140 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7141 nömrəli Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********484700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:56-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 24.0.1-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. - 24.0.2-1-ci maddələrinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vəzifəsidir. - 50.2.4-cü maddəsinə görə qeyd olunur ki, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarəti həyata keçirə bilər. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 45.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2.3-cü maddəsinə əsasən şahid ifadələri inzibati icraat zamanı inzibati orqan tərəfindən sübutetmə vasitəsi hesab olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati aktın qanunsuz hesab edilməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində işçilərdən alınmış izahatlarından müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 2946 ünvanında yerləşən kafeyə sonuncu tərəfindən işə qəbul edildiklərini, onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, əmək haqqı müdiriyyət tərəfindən nağd şəkildə onlara ödənildiyini bildirmişdirlər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı Bakı şəhər X19 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-cı il tarixli **********7140 saylı qərar ləğv edilməklə 20.000 manat borcun silinməsi barədə ləğv olunmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev