Məhkəmə qərarları › İş №2-1(112)-2718/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2718/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2718/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: həkim, hal-hazırda işləmir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının ailə üzvləri ilə birlikdə ehtiyatda olan zabit kimi mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının ailə üzvləri ilə birlikdə (həyat yoldaşı X7, oğlu X6, qızı X8) ehtiyatda olan zabit kimi mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə anadan olmuşdur. 13.11.2000-ci il tarixdən 14.10.2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələr sırasında, 29.07.2003-cü il tarixdən 04.07.2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Sərhəd Xidməti rəisinin 14.06.2019-cu il tarixli müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cı maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçının hal-hazırda evi və ya torpaq sahəsi mövcud deyil. Bu səbəbdən Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” qanununa əsasən istefaya buraxılmış hərbi qulluqçular getdikləri yaşayış yerində yerli icra hakimiyyətləri tərəfindən mənzillə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilirlər. İddiaçı 11.03.2020-ci il tarixdə və 24.09.2020-ci il tarixində Cavabdehnə müraciət etsə də, cavabdeh onun müraciətinin icrasından imtina etmişdir. İmtinanın səbəbi kimi, iddiaçının ehtiyata buraxıldığı zaman Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə qeydiyyata alındığını göstərmişlər. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edir. O, 05.07.2019-cu il tarixdən 09.10.2019-cu il tarixinədək Masallı rayonu Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olmuşdur və 09.10.2019-cu il tarixindən etibarən Sabunçu rayonu Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır və hal-hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair münasibətin (etirazın) təqdim edilməsi tələb edilsə də cavabdeh sərəncamı icra etməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Bakı şəhəri Cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının izahat və çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. ZE ******* nömrəli, İddiaçı aid olan hərbi biletinin surətindən görünür ki, 15.08.1999-cu il tarixli, 0121/rt nömrəli əmr ilə leytenant rütbəsi verilmiş, 28.11.1999-cu ildə Masallı rayon Hərbi Komissarlığında qeydiyyata alınmış və 04.07.2003-cü ildə qeydiyyatdan çıxmışdır. O, 29.07.2003-cü il tarixdən 04.07.2019-cu il tarixinədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 25.11.2020-ci il tarixli, ******* nömrəli arayışında, İddiaçı və onun ailə üzvlərinin (həyat yoldaşı X7, oğlu X6, qızı X8) qeydiyyat ünvanı ünvan 1ası göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 13.01.2020-ci il tarixli, 51/1 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən də, DSX-də xidmət etdiyi müddət ərzində torpaq və mənzillə təmin olunmayıb. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinin 29.11.2019-cu il tarixli, 148 nömrəli arayışından görünür ki, 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı Səfər oğlu həqiqətən də, 13.11.2000-ci il tarixdən 14.10.2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələr sırasında, 29.07.2003-cü il tarixdən 04.07.2019-cu il tarixinədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası DSX rəisinin 14.06.2019-cu il tarixli müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinın Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********07 nömrəli, 11.02.2020-ci il tarixli İddiaçı verilmiş arayışın surətindən görünür ki, Masallı rayonu, Ərkivan kəndində 0.06 ha yaşayış məntəqələrinin torpaq sahəsi 20.10.2016-cı il tarixdə onun adına qeydiyyata alınmış və 12.12.2016-cı il tarixdə bağışlama müqaviləsi əsasında X1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinın Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.02.2020-ci il tarixli, **********06 nömrəli X3 verilən arayışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 0.012 ha yaşayış məntəqələrinin torpaq sahəsi 17.07.2018-ci ildə onun adına qeydiyyata alınmış və 26.12.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında X2 bağışlamışdır. Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatının 19.10.2020-ci il tarixli, M-05-2814 nömrəli məktubu ilə bildirilmişdir ki, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün qeydiyyatda olduğu Cavabdehnə müraciət etməyi tövsiyyə olunur. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyətinin Q-69/2- 069 nömrəli, 24.09.2020-ci il tarixli iddiaçıya ünvanlandığı məktubuna əsasən, ehtiyata buraxılan zaman Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində qeydiyyata alınmışdır. Bu səbəbdən qeyd edilən məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyətinə və ya ərazi üzrə müvafiq bələdiyyəyə müraciət etməyi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə Göytəpə şəhərinin N nömrəli 04 iyul 2019-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən də, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətdə hərbi şəhərcikdə 4-cü binada xidməti mənzillə təmin olunmuş və Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün mənzili təhvil vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 29.11.2019-cu il tarixli forma 2 arayışınının surətindən görünür ki, İddiaçı və 8 nəfərlik ailə üzvü ilə birlikdə Sabunçu rayonu, İ.Aslanov küçəsinda yerləşən 2 mərtəbəli olan 10 nömrəli evin 1-ci mərtəbəsində, sahəsi 35,5 kv.m olan 2 otaqlı mənzildə qeydiyyatdadır. AZ-İ 406497 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X9 14 may 2008-ci ildə nikaha daxil olmuşlar. AZ-İİ 974611 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X10 10.10.2012-ci ildə andan olmuş, atası İddiaçı, anası X4r. AZ-İİ 314084 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06.07.2009-cu ildə anadan olmuş, atası İddiaçı, anası X5r. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 15 ildən artıq müddət (29.07.2003-cü il tarixdən 04.07.2019-cu ilədək) ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir, 14.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır, iddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır, o, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 10, mənzil 1 ünvanında kirayəçi kimi yaşayır, iddiaçının və onun ailə üzvlərinin qeydiyyatda olduğu ərazi üzrə torpaq sahələri və ya yaşayış sahəsi yoxdur. İddiaçı cavabdehə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan hərbçi kimi mənzil uçotuna götürülməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun” 10cu maddəsinə əsasən, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər”. İşin faktiki hallarına əsasən iddiaçı yaşadığı evin mülkiyyətçisi deyil, nə onun nə də ailə üzvlərinin torpaq sahəsi və yaşayış sahəsi yoxdur, o, yaşadığı mənzilin kirayəçisidir. Belə olan halda iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanuna uyğun olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ailə üzvləri ilə birlikdə (həyat yoldaşı X7, oğlu X6, qızı X8)ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli mənzil uçotu siyahısına adının daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (həyat yoldaşı X7, oğlu X6, qızı X8) ehtiyatda olan zabit kimi mənzil növbəsinə qəbul edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar