Məhkəmə qərarları › İş №2-1(112)-2719/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2719/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2719/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinin xitamı barədə bildirişin elektron informasiya sistemində qeydə alınması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və "xxxx" MMC arasında bağlanmış 14 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinin xitamı barədə bildirişin elektron informasiya sistemində qeydə alınması öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti ilə əvəz edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 sentyabr 2016-cı il tarixdə "xxxx" MMC-nin təsisçisi Ramazan Güreşçi ilə əmək müqaviləsi bağlamış və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsində də göstərildiyi kimi onun adıçəkilən cəmiyyətdə direktorluq fəaliyyəti 30.09.2017-ci il tarixdə faktiki olaraq bitmiş və uzadılmamışdır. Lakin "xxxx" MMC-nin təsisçisi yeni qanuni təmsilçinin (direktorun) təyin edilməsi barədə Bakı Vergilər Departamentinin Kommeriya X2 qeydiyyatı idarəsinə müvafiq qərar təqdim etmədiyindən kommersiya qurumunun dövlət reyestrində onun adı hələ də qanuni təmsilçi və direktor kimi qalmışdı. Kommersiya qurumunun təsisçisi ilə hər hansı şəkildə əlaqə yarada bilmədiyinə görə təsisçi ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi baş tutmamışdır. Bununla bağlı o, Azərbaycan Respublikasımn Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə dəfələrlə müraciət etmişdir. Müraciətinə cavab olaraq isə bildirilmişdir ki, onun "xxxx" MMC-nin qanuni təmsilçi vəzifəsindən azad olunduğu və adının hələ də cəmiyyətin dövlət reyestrindən çıxarılmadığı öz təsdiqini tapmış, lakin qeyd edilən faktın dövlət reyestrinə daxil edilməsi üçün müraciətə "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçinin qərannın əsli (və ya Cəmiyyətin möhürü ilə təsdiq edilmiş surəti) və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməlidir. Lakin yuxarıda da qeyd etdiyi kimi cəmiyyətin təsisçisi olan Ramazan Güreşçi ilə hər hansı əlaqəsi olmadığına görə təsisçi ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi və kommersiya qurumunun dövlət reyestrindən onun adının çıxarılması üçün lazım olan sənədləri təqdim edə bilməmişdir. Son olaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözügedən əmək müqaviləsinin xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3988/2018 saylı iş üzrə 15.11.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq onun ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinin 30 sentyabr 2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Eyni zamanda sözügedən qətnamənin izah edilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)- 37/2019 saylı iş üzrə 18.01.2019-cı il tarixli qərardadı da mövcuddur. Həmin qərardad ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(007)-3988/2018 №-li qətnaməsinə izah verilməsi və məhkəmə qətnaməsində "elektron informasiya sistemi" Vergilər Nazirliyi yanmda Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. Daha sonra o, müvafiq vergi orqanına müraciət edərək qətnamənin icrasını tələb etmişdir. Vergi orqanın məsul şəxsləri qətnamə və qərardad ilə tanış olduqdan sonra adının X2 Qeydiyyatı İdarəsinin elektron informasiya sistemindən çıxarılmasını təmin etmişlər. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinin elektron informasiya sistemində xitam edilmiş kimi qeydə alınması barədə müraciətlər etsə də məsul şəxslər ona əmək müqaviləsinin xitam verilməsi üçün aidiyyati işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməli olduğunu bildirdilər. Cəmiyyətin təsisçisinin Azərbaycanda olmadığına və onunla hər hansı şəkildə əlaqə yaratmaq mümkün olmadığına görə onun ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinin xitamı barədə bildiriş elektron informasiya sistemində qeydə alınmamışdır. Cəmiyyət hal-hazırda tam fəaliyyətsizdir və o, faktiki olaraq bu kommersiya qurumunda hər hansı vəzifə daşımır. Artıq uzun müddətdir buna görə o iş tapmaqda çətinlik çəkir. Belə ki, cəmiyyətlə bağladığı əmək müqaviləsinə hələ də xitam verilmədiyinə görə o, elektron informasiya sistemində məşğul şəxs kimi qeydiyyata alınmış və bu da öz növbəsində onun digər kommersiya qurumları ilə əmək müqaviləsi bağlamağına əngəl olur. Sadalanan normalardan da aydın olduğu kimi əmək müqaviləsinin xitam verilməsi barədə bildiriş işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilir. Lakin işəgötürən şəxsi tapa bilmədiyinə görə hal-hazırda yuxarıda qeyd olunan əmək müqaviləsinə xitam verilmir. O, 2021-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı şəkildə müraciət edərək sözügedən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin Nazirlik imtina məktubunu yanlış ünvana göndərdiyinə görə hal-hazırda cavab məktubu onda mövcud deyildir. İmtina məktubunu yenidən əldə etmək üçün tərəfindən ikinci dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Cavab məktubunu gözləməyə isə onun vaxtı yoxdur. Belə ki, yaxın zaman intervalında o yeni işə daxil olacaq. Lakin qeyd edilən əmək müqaviləsinin xitamı barədə bildiriş elektron informasiya sisteminə daxil edilmədiyinə görə o, yeni işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı ilə “İDEAX" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda iddiaçı əmək müqaviləsinin xitamı ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün ilk növbədə işəgötürənə, sözügedən bildiriş işəgötürən tərəfindən daxil edilmədiyi halda aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək münasibətləri ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respbulikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi göstərərək, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Nazirliyin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Nazirliyin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-cı il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ənıək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında Əsasnamə”yə əsasən X1 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı iddia tələbi ilə bağlı tərəflərindən araşdırma aparılan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində hüquqi şəxs "xxxx" MMC-nin aktiv vergi ödəyicisi olduğu müəyyən edilmişdir. Belə olan halda İddiaçı ilk növbədə əmək müqaviləsinə xitam verilməsi və elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılması tələbi ilə bağlı hüquqi şəxsə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli, 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları və iddiaçının tələbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə “İDEAX" MMC arasında 14.09.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi işəgötürən tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-3988/2018 nömrəli, 15.11.2018-ci il tarixli qətnaməsinə və həmin məhkəmənin 8(007)-37/2019 nömrəli, 18.01.2019-cu il tarixli qərardadına əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmiş, “elektron informasiya sistemi” Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinin elektron informasiya sistemi müəyyən edilmişdir. Hazırda iddiaçı onunla "xxxx" MMC arasında bağlanmış 14 sentyabr 2016-a il tarixli əmək müqaviləsinin xitamı barədə bildirişin elektron informasiya sistemində qeydə alınması öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - 12-ci maddəsinin 1-ci hissəsinin h) yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli, 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: - 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. - 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Belə olan halda işçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh qismində tələb irəli sürülmüş inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar