Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2719/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Orconikidze (Suraxanı) rayon X8 İcraiyyə Komitəsinin 24 iyul 1989-cu il tarixli 11 nömrəli qərarına əsasən İddiaçı 9 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə (özü, arvadı, 5 uşağı, atası və anası) ünvan 1 ünvanına qeyiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 13 mart 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 203 nömrəli Sərəncamından Çıxarışa əsasən BŞİH-nə daxil olmiş xx.xx.2004-cü il tarixli, Suraxanı Rayon İcra Hakimiyyətinin 7-4021/17 №-li məktubu Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Suraxanı rayonu, Əmircan qəs. A.Rzayev küçəsi, 346a №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. X4, X6, X7 və X1 ərizələrindən görünür ki, mübahisəli evin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Mədən küçəsi ünvanda yerləşən 346A nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “... fərdi yaşayış evinə dair Sizin adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0 10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur) və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Orconikidze (Suraxanı) X13 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1989-cu il tarixdə 11 nömrəli qərarı ilə qeydiyyata alındığı ünvan 3 ünvanının Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyata alınmasını və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə illərdir, həmin ünvanda yaşayırlar. O, Ermənistan Respublikasından qaçqın düşmüş kimi, 2004-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli məlum fərmanına əsasən yaşadığı və qeydiyyata düşdüyü ünvan 4 ünvanın adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, Q-84 nömrəli məktubu ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısına müraciət edərək, həqiqətən də onun Ermənistan Respublikasından gəlmiş qaçqın ailəsi olduğunu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 346 A saylı özbaşına tikilmiş evdə ailəsi ilə birlikdə Suraxanı rayon İK-nin xx.xx.1989- cu il tarixli qərarına əsasən həmin ünvanda daimi pasport qeydiyyatında olduğunu, həmin evin sahəsi 33,70 kv.m olan 2 yaşayış otaqlarından, sahəsi 8,70 kv.m olan köməkçi otaqlardan ibarət olan 241,00 (iki yüz qırx bir) kv.m torpaq sahəsində yerləşdiyini, İcra Hakimiyyəti tərəfindən Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 346 A saylı evdə baxışın keçirilməsini və həmin evin sanitar-texniki tələblərinə cavab verməsinin müəyyənləşməsi və bundan başqa həmin evin kommunikasiya və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda yerləşdiyini qeyd edərək, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 346 A saylı evin onun adına sənədləşməsini rayon İcra Hakimiyyəti məqsədəuyğun hesab etdiyini və sənədlərin BŞİHB Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasında baxılması üçün göndərilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 203 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai kommisiyasının 9a nömrəli, xx.xx.2004-cü il tarixli protokoldan çıxarışı ilə, BŞİH-yə daxil olmuş, xx.xx.2004-cü il tarixli Suraxanı RİH-nin 7-41021/7 №-li məktubu - Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Suraxanı r-nu, Əmircan qəs, A.Rzayev küçəsi, 346 A №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinin qərara alınmasına razılıq verilmişdir. Ailə üzvləri özbaşına tikilmiş evin onun adına sənədləşdirilməsinə notarial qaydada ərizə ilə öz razılıqlarını bildirmişlər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, fərdi yaşayış eyinə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Rdspublikası Qanununun 8-ci maddəsində (8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə iddiaçıya **********67 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin müayinə (baxış) aktına əsasən ərazinin yaxınlığından neft borusu keçir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müvafiq daşınmaz əmlakın faktiki ölçüsü ümumi sahəsi 65.8 kv.m, köməkçi sahəsi 25.6 kv.m-dır. Torpaq sahəsinin faktiki ölçüsü isə 0.0562 ha-dır. İdarədə mövcud olan arxiv məlumatlarına əsasən iddiaçının adına müvafq ünvana aid məlumat aşkar edilməmişdir. Lakin həmin ünvana dair Sitinova E.İ adına ümumi ölçüsü 42.6 kv.m, köməkçi sahəsi 8.9 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport arxivdə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında mövcud olan koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 562 m2 torpaq sahəsinin 540 kv.metr hissəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X16 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 22 kv.metr hissəsi isə xaricində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 796 saylı işlək neft-qaz quyusunun 33 metrlik, 774 saylı müşahidə nəzarət fondunda olan neft-qaz quyusunun isə 110 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Eləcə də müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsinin 16 metrlik məsafəsindən neft tutum anbarından Neftin kompleks hazırlanması və nəqli sahəsinə gedən, 30 metrlik məsafəsindən isə İ, İİİ və İV mədənlərin neft yığım məntəqələrindən Neftin kompleks hazırlanması və nəqli sahəsinə gedən neft boru kəmərləri keçir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. SOCARın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair X9 adına 1989-cu il tarixdə tərtib edilmiş texniki pasport tərtib edilmişdir. İddiaçı Ermənistan Respublikasından qaçqın düşmüş və Suraxanı Rayon İcra Hakimiyyətinə evlə təmin olunmağı barədə müraciət etmişdir. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon X8 İcraiyyə Komitəsinin 24 iyul 1989-cu il tarixli 11 nömrəli qərarına əsasən iddiaçı 9 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə (özü, arvadı, 5 uşağı, atası və anası) həmin fərdi yaşayış evi üzrə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 203 nömrəli Sərəncamından Çıxarışa əsasən iddiaçının adına həmin evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. İddiaçı qeyd edilən sənədlərə istinad edərək həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və çıxarışın verilməsini tələb edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır.: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Lakin iddiaçının istinad etdiyi onun mübahisəli fərdi yaşayış evinə pasport qeydiyyatına alınması və həmin fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilməsi barədə Sərəncamlar həmin normada göstərilən hüquqmüəyyənedici sənədlərdən heç birinə aid deyil. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair cavabdeh İdarənin arxivində digər bir şəxsin adına texniki pasport mövcuddur. Evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. Eyni zamanda qeyd edildiyi kimi təqdim edilmiş texniki pasporta əsasən həmin evin 1989-cu ildə inşa edildiyi müəyyən edilir. Daşınmaz əmlak üzərində mqlkiyyət hüququn yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçının istinad etdiyi Sərəncamlar həmin siyahıda da təsbit edilməmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyi fərdi yaşayış evinin onun adına mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. İddiaçı hər hansı bir hüquqmüəyyənedici sənədlər təqdim edə bilmədiyindən cavabdehin imtinasında göstərilən digər dəlillərə hüquqi qiymət verilməsinə məhkəmə zərurət görmür. İddiaçı həmin evin yaxınlığında yerləşən iki fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərini təqdim edərək bərabəlik prinsipinə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Lakin təqdim edilmiş hər iki sənədin verilməsinə əsas olmuş sənədlər sorğu edilmiş, həmin evlərə Çıxarışın, SSR Kommunal Təsərrüfat Nazilriyi tərəfindən verilmiş pasport, digər evə dair isə “Torpağın mülkiyyətə verilməsinə” dair JN-27850H, KOD 00600056 nömrəli Şəhadətnamə əsasında verildiyi müəyyən edilmişdir ki, hər iki sənəd yuxarıda qeyd edilən 439 № li Fərmanda mülkiyyət hüququnun əldə edilməsinə əsas olan sənədlər siyahısına təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, həmçinin həmin fərdi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2719/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2719/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver