Məhkəmə qərarları › İş №2-1(112)-272/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-272/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-272/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdehin nümayəndəsi Süleymanzadə Rövşən Şamil oğlunun, 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin ləğv olunması, müddətdən artıq həqiqi hərbi xidmətə bərpası və ödənilməmiş haqqın ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli Silahlı Qüvvələrin X19 Xidmət və Təminat Bölüyünün Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şərəf məhkəməsinin 34 nömrəli qərarının və onun əsasında verilmiş Silahlı Qüvvələr Baş X14- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinin 032əç nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və ona bu aylar üçün ödənilməmiş haqqın cavabdeh tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin 2-1(81)-4029/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-289/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Daha sonra xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən iddia tələbinin artırılması haqqında ərizə daxil olmuşdur. İddiaçı Silahlı Qüvvələrin X19 Xidmət və Təminat Bölüyünün Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şərəf məhkəməsinin 34 nömrəli qərarının və onun əsasında verilmiş Silahlı Qüvvələr Baş Qərargah Rəsininin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinin 032əç nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, İddiaçı Silahlı Qüvvələrin X19 Xidmət və Təminat Bölüyünün müddətdən artıq həqiq hərbi xidmətinə bərpa olunması və ona bu aylar üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1991-ci il tarixdə anadan olmuş, orta təhsilli olmaqla ilkin hərbi xidmətini N nömrəli hərbi hissədə Murov dağda başa vurmuş İddiaçı 2014-cü il iyun ayının 15-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Müddətdən artıq Həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edir. 2014-cü ilin iyun ayının 15-dən 2015-ci ilin dekabr ayının 15-nə kimi N nömrəli hərbi hissədə 2015ci ilin dekabr ayının 15-dən 2016-cı ilin may ayının 10-na qədər N nömrəli hərbi hissədə xidmət etmiş. Aprel döyüşlərinin iştirakçısıdır. Xidməti zəruriyyət ilə əlaqədar olaraq 2016cı ilin may ayının 10-dan Silahlı Qüvvələrin Təlim və X20 Texniki Təminat bölüyündə silah təmirçisi vəzifəsində xidmət etmiş, sonra isə Xidmət və Təminat bölüyündə Manqa Komandiri kimi xidmətini davam etmişdir. Təxminən 2019-cu ilin aprel ayının əvvəllərindən xidmət etdiyi bölüyün bir neçə nəfər əsgər heyyəti bir neçə dəfə ona yaxınlaşıb bölük komandiri X27dan narazılıq edirmişlər. Onun bölük komandiri ilə münasibəti çox yaxşı idi. Bunun üçün də o, bir dəfə bölük komandirinə bu barədə məruzə etmişdir ki, əsgərlər şikayət edirlər. Bu sözlər bölük komandirini əsəbləşdirib və o bildirib ki, sən kimsən ki, əsgər gəlib sənə şikayət edir. Həmin gündən onun bölük komandiri ilə münasibətində soyuqluq yaranmış, hər dəfə xırda bir nöqsan olanda belə bunu yuxarı komandanlığa məruzə edirdi. Onun əsgərlər arasında, xidmət yoldaşların arasında, yuxarı komandanlıq arasında olan hörmətini, nüfuzunu gözü götürmürdü. Demək olar ki, münasibətləri tamamilə pozulmuşdur. Xidməti vərəqəsinə haqsız yerə üç dəfə töhmət yazdırıb. Bir gün onun xəbəri olmadan X27 X29 X28 Bağırova yazılı şəkildə onun şərəf məhkəməsinə çıxarılması barəsində raport yazıb. Ona əvvəlcədən heç bir xəbərdarlıq etmədən 2009-cu ilin iyul ayının 1-də saat 15:30-da ona şərəf məhkəməsi qurulmuş. Məhkəmənin sədri polkovnik X15muş, Məhkəmə üzvləri Kiçik Çavuş İddiaçı ordu sıralarından xidmətə uyğunsuzluqla ehtiyyata buraxılması üçün vəsatət qaldırılmasına dair qərar qəbul etmişlər. O, bu qərarın düzgün olmadığı barədə məhkəmədə etiraz etmişdir. xx xxxxxx 2019-cu il Silahlı Qüvvələr Baş X16 - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəsinin 032əç nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə ehtiyata buraxılmışdı. Onun barəsində verilmiş intizam tənbeh tədbirləri tam qanunsuz barəsində keçirilmiş şərəf məhkəməsi tamamilə saxta olmuşdur. Halbuki, qanunvericiliyin tələbinə görə bütün komandir heyəti ədalətli və qanuni qərar qəbul etməlidir. Onu xidmətdən haqsız yerə xidmətə uyğunsuzluqla kənarlaşdırdılar. Hərbi bileti yararsız sayıldığına görə heç bir dövlət müəsisəsində işləyə bilməz. Həmdəki o hərbi xidmət dövründə cərrahi əməliyyat keçirmiş. Ağır fiziki işdə işləməyə səhəti yol vermir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı xidməti vəzifə borcunu yerinə yetirməsində çətinlik çəkdiyinə və yol verdiyi intizam pozuntularına görə xidmət etdiyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəyyən vəzifəli şəxslər tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə Sutkalıq naryadın təlimatına gecikdiyinə görə tabor komandiri tərəfindən “Töhmət”, xx.xx.2018-ci il tarixdə Toplanış siqnalı verildikdən sonra təyin olunmuş vaxtda xidməti yerinə gəlmədiyinə görə Mərkəz rəisi tərəfindən “Töhmət”, xx.xx.2019-cu il tarixdə Səhər yerbəyerinə gecikdiyinə görə Mərkəz rəisinin 1-ci müavinitədris şöbə rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə Səhər yerbəyerinə gecikdiyinə görə Mərkəz rəisinin Şəxsi heyətlə iş üzrə müavini tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə Şəxsi heyətə zəif nəzarət etdiyinə və manqasının say tərkibini bilmədiyinə görə Mərkəz rəisinin 1-ci müavini-tədris şöbə rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə cavabdeh olduğu zaman Şəxsi heyətə zəif nəzarət etdiyinə və günün nizam qaydalarını pozduğuna görə Mərkəz rəisi tərəfindən “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Həmçinin təqdimata əlavə edilmiş xidməti vərəqində iddiaçının müntəzəm olaraq yol verdiyi intizam pozuntularına görə dəfələrlə intizam məsuliyyətinə cəlb edildiyi görünür. Törətdiyi intizam pozuntularına görə əvvəllər verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində müsbət tərəfə dönüş yaratmadığına görə növbəti dəfə törətdiyi intizam pozuntusuna görə Silahlı Qüvvələrin Təlim və X7 artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmişdir. Şərəf Məhkəməsi qeyd edilən məsələləri araşdıraraq İddiaçı yol verdiyi intizam pozuntularına görə tətbiq edilən intizam cəzalarını müzakirə edərək onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul etmişdir. Qəbul edilmiş qərar barədə İddiaçı dərhal məlumatı olmasına baxmayaraq, heç bir etiraz və şikayət bildirməmiş və qərar qüvvəyə mindikdən sonra qərar icra olunması üçün İddiaçı təqdimatı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün aidiyyəti üzrə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsinə göndərilmişdir. Təqdimata əsasən İAğayev Baş X14- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx xxxxxx 2019-cu il tarixli 032əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla iddia tələbi “Silahlı Qüvvələrin X19 Xidmət və Təminat Bölüyünün Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şərəf məhkəməsinin 34 nömrəli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun və əlavə izahat verərək, şərəf məhkəməsinin qanunun pozuntusu ilə keçirildiyini, əslində sədr qismində polkovnik Elvin Əliyev çıxış etdiyini, Vəli Hümbətəliyevin məhkəmə iclasına sədrlik etmədiyini, qərarda adları çəkilən şəxslərin bəzilərinin iclasda olmadığını bildirmiş, həmçinin, xx.xx.2019-cu il tarixdə maşın böyüyü olduğu üçün səhər vaxtı maşını təhvil alaraq hərbi hissəsini tərk etdiyini və bu səbəbdən səhər yerbəyerində olmadığını, həmin xx.xx.2019-cu il tarixli cəzanın da qanunsuz olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili X18 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Süleymanzadə Rövşən Şamil oğlu iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, bildirdi ki, iddiaçı xidməti vəzifə borcunu yerinə yetirməsində çətinlik çəkdiyinə və yol verdiyi intizam pozuntularına görə xidmət etdiyi Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzində müəyyən vəzifəli şəxslər tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş, halhazırda da İddiaçı barəsində AR Cinayət məcəlləsinin 178 və 312-ci maddələri ilə cinayət işi başlanılmışdır və Bakı Hərbi Prokurorluğunda istintaq davam etdirilir. İddiaçının xx.xx.2019-cu il tarixdə maşın böyüyü olduğu halda ona səhəryerbəyerinə gecikməyə görə cəzanın qanunsuz olarq təyin edilməsi dəlilinə münasibətdə qeyd eidlməlidir ki, Nizamnaməyə və daxili qaydalara uyğun olaraq, hər bir hərbi qulluqçu səhər vaxtı sıra düzülüşü edir, səhər yerbəyeri olduqdan sonra hərbi qulluqçular onlara təhkim olunmuş vəzifəni icra etməlidirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X3 iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, iddiaçı xidməti vəzifə borcunu yerinə yetirməsində çətinlik çəkdiyinə və yol verdiyi intizam pozuntularına görə xidmət etdiyi Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzində müəyyən vəzifəli şəxslər tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş, törətdiyi intizam pozuntularına görə əvvəllər verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində müsbət tərəfə dönüş yaratmadığına görə növbəti dəfə törətdiyi intizam pozuntusuna görə Silahlı Qüvvələrin Təlim və X7 artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmişdir. Şərəf Məhkəməsi qeyd edilən məsələləri araşdıraraq İddiaçı yol verdiyi intizam pozuntularına görə tətbiq edilən intizam cəzalarını müzakirə edərək onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul etmişdir. Qəbul edilmiş qərar barədə İddiaçı dərhal məlumatı olmasına baxmayaraq, heç bir etiraz və şikayət bildirməmiş və qərar qüvvəyə mindikdən sonra qərar icra olunması üçün İddiaçı təqdimatı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün aidiyyəti üzrə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə göndərilmişdir. Təqdimata əsasən İddiaçı Baş X14- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsi rəisinin xx xxxxxx 2019-cu il tarixli 032əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin halhazırda İddiaçı barəsində AR Cinayət məcəlləsinin 178 və 312-ci maddələri ilə cinayət işi başlanılmışdır və Bakı Hərbi Prokurorluğunda istintaq davam etdirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İPMin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (əmrin) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati aktını (əmri) xx.xx.2019-cu il tarixdə qəbul etsə də, bu barədə “İnzibati İcraat haqqında” Qanunun (bundan sonra İİQ) 62.1-ci maddəsinə zidd olaraq, rəsmi qaydada iddiaçıya təqdim etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir (İİQ-nun 62.3-cü maddəsi). İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2019-cu il tarixdə (6 ay ərzində) məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddiaçının əmrin ləğvi ilə yanaşı digər tələblərinə münasibətdə Məhkəmə həmçinin, qeyd edir ki, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmrin ləğv edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: - AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1991-ci ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. - Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Xidmət vərəqəsindən görünür ki, xx.xx.2014-cü ildən hərbi qulluqda olan TMSB-nin manqa komandiri İddiaçı xx.xx.2019-cu il tarixdə Səhər yerbəyerinə gecikdiyinə görə Mərkəz rəisinin 1-ci müavini-tədris şöbə rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə Səhər yerbəyerinə gecikdiyinə görə Mərkəz rəisinin Şəxsi heyətlə iş üzrə müavini tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə Şəxsi heyətə zəif nəzarət etdiyinə və manqasının say tərkibini bilmədiyinə görə Mərkəz rəisinin 1-ci müavini-tədris şöbə rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə cavabdeh olduğu zaman Şəxsi heyətə zəif nəzarət etdiyinə və günün nizam qaydalarını pozduğuna görə Mərkəz rəisi tərəfindən “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. -Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xidmət və təminat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şərəf məhkəməsinin № 34 saylı xx xxxx 2019-cu il tarixli qərarının çıxarışdan görünür ki, Təlim və Tədris Mərkəzinin xidmət və təminat bölüyünün mühafizə manqasının komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı dəfələrlə edilən şifahi xəbərdarlığa baxmayaraq mütəmadi olaraq xidmət yerinə gecikməsini, verilən tapşırıqların vaxtı-vaxtında yerinə yetirməməsini, xidməti vəzifələrinə səhlənkar yanaşmasını, vəzifəsinin öhdəsindən gələ bilməməsini, tabeçiliyində olan şəxsi heyətin döyüş hazırlığı ilə məşğul olmamasını və onların məişət şəraiti ilə maraqlanmamasını nəzərə alaraq ona “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı” barədə mərkəz rəisi qarşısında vəsatət qaldırılması qeyd edilmişdir. - Baş X14-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Rəisinin xx.xx.2019-cu il tarixli, 032əç nömrəli əmrindən çıxarışın surətindən görünür ki, kiçik çavuş İddiaçı, Xidmət və təminat bölüyünün (daimi yerləşmə məntəqəsinin) mühafizə tağımının mühafizə manqasının komandiri-“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbyacan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş üzrə araşdırma zamanı kiçik çavuş İddiaçı şəxsi iş materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadə verərkən bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin madditexniki təminat üzrə müavini – şöbə rəisi vəzifəsində işləyir. X5 Şərəf Məhkəməsində iştirak etmişdir. Şərəf Məhkəməsində sədr, hərbi qulluqçular iştirak etmişdir. X2 Məhkəməsinin sonunda cəza ilə razı olduğunu deyibdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadə verərkən bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin ümumi fənlər kafedrasının humanitar fənlər silsiləsinin baş müəllim vəzifəsində işləyir. X5 Şərəf Məhkəməsinin iclas katibi olmuşdur. Onun xidmətini xarakterizə etmişlər. Özü də iclasda çıxış etmişdir və ona bildirilən iradlarla qismən razı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadə verərkən bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, tədris prosesinin təminatı taboru komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində işləyir. X5 Şərəf Məhkəməsində iştirak etmiş. Ondan başqa orda 4 nəfər - Məmmədov Məmməd, Bəhrəmli Bəhrəm, Quliyev Ağa və Hümbətəliyev Vəli olmuşdur. X31 Məhkəməsinin iclasının katibi idi. Hümbətəliyev Vəli fasilədən sonra gəldi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadə verərkən bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, xidmət və təminat bölük komandirinin şəxsi heyətlə iş üzrə müavin vəzifəsində işləyir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, xidmət və təminat bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini X5 Şərəf Məhkəməsində iştirak etmişdir. X5 nizam-intizam qaydaların pozuntusu ilə bağlı işə baxılırdı. Şərəf Məhkəməsinin sədri Hümbətəliyev Vəli idi, iclas katibi isə Vəliyev Azər idi. Məşvərətdə onunla birlikdə Hümbətəliyev Azər, Məmmədov Məmməd, Vociyec Qudbiddin, Quliyev Ağa və Bəhrəmli Bəhrəm iştirak etmişdirlər. Şərəf Məhkəməsinin sonunda isə X12 şeir demişdi. O, qərarla qismən razı idi. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət;gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Həmin Qanunun 36.1. –ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: -36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar. Həmin Qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. - 156-cı maddəsinin e bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İşin araşdırılmış hallarından, iş materiallarına əlavə olunmuş xidməti vərəqədən görünür ki, iş üzrə təqdim edilmiş şərəf məhkəməsinin protokolundan və qərarından, həmçinin, şahid ifadələrindən aydın görünür ki, İddiaçı yol verdiyi intizam pozuntularına görə xidmət etdiyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəyyən vəzifəli şəxslər tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş, törətdiyi intizam pozuntularına görə əvvəllər intizam cəzaları verilmiş, xx.xx.2019-cu il tarixdə Səhər yerbəyerinə gecikdiyinə görə Mərkəz rəisinin 1-ci müavini-tədris şöbə rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019cu il tarixdə Səhər yerbəyerinə gecikdiyinə görə Mərkəz rəisinin Şəxsi heyətlə iş üzrə müavini tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə Şəxsi heyətə zəif nəzarət etdiyinə və manqasının say tərkibini bilmədiyinə görə Mərkəz rəisinin 1-ci müavini-tədris şöbə rəisi tərəfindən “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə cavabdeh olduğu zaman Şəxsi heyətə zəif nəzarət etdiyinə və günün nizam qaydalarını pozduğuna görə Mərkəz rəisi tərəfindən “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Növbəti dəfə törətdiyi intizam pozuntusuna görə şərəf məhkəməsinə cəlb edilmişdir. İddiaçı məhkəmə iclaslarında şərəf məhkəməsinin qanun pozuntusu ilə keçirildiyini, şərəf məhkəməsində qərarda adı göstərilən şəxslərin hamısının iştirak etmədiyini, iclasa Vəli Hümbətəliyevin sədrlik etmədiyini qeyd edərək, əmrin əsassız olaraq qəbul edildiyini iddia etmiş, buna dair sübut qismində də telefon danışıqları olan diski məhkəməyə təqdim etmişdir. Həmin materialda olan səs yazısı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinin tələblərinə uyğun olmadığından sübut qismində qəbul edilməmişdir. İddiaçının tələbinin əsasında duran digər hal xx.xx.2019-cu il tarixdə maşın böyüyü olmuş, maşını təhvil alaraq, hərbi hissəni tərk etmiş, hərbi hissədə olmadığından ona səhər yerbəyerinə gecikməsinə görə verilmiş cəza əsassız olmuşdur. Bununla bağlı Məhkəmə araşdırması zamanı cavabdeh və 3-cü şəxsin nümayəndələri iddiaçının bu dəlilinə etiraz edərək bildirmişdirlər ki, Nizamnaməyə və daxili qaydalara uyğun olaraq, hər bir hərbi qulluqçu səhər vaxtı sıra düzülüşü edir. Səhər yerbəyeri olduqdan sonra hərbi qulluqçular onlara təhkim olunmuş vəzifəni icra etməlidirlər. Məhkəmə qeyd edir ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. İddiaçı Xidmət və təminat bölüyünün mühafizə tağımının mühafizə manqasının komandiri olmuş, bir komandir kimi öz manqasında hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borclu olmuş, ümumiyyətlə hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmr əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının digər tələblərinə münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr əsaslı olduğundan, iddiaçının ilkin tələbdən yaranan xidmətə bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində də tələbi əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin ləğv olunması, müddətdən artıq həqiqi hərbi xidmətə bərpası və ödənilməmiş haqqın ödənilməsi”nə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamaldıır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin ləğv olunması, müddətdən artıq həqiqi hərbi xidmətə bərpası və ödənilməmiş haqqın ödənilməsi”nə tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar