Məhkəmə qərarları › İş №2-1(112)-272/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-272/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-272/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bağ sahəsinə dair X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********27 saylı reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddanın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 0,12 ha sahəsi olan xx.xx.2020-ci il tarixli **********27 reyestr nömrəli çıxarış ilə mülkiyyətinə verilmiş 21f saylı bağ sahəsinin yerləşdiyi yerini göstərən “Torpaq sahəsinin plan və ölçü” sənədinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanında 0,12 ha sahəsi olan 21f saylı bağ sahəsinə dair, **********27 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsilə çıxarışına verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 190 saylı BTK-nın 43Ə/82 saylı bağ sahəsini iddiaçı etibarnamə əsasında almışdır. Torpaq sahəsinin ilk sahibi tərəfindən 1992-ci ildə mişar daşından hasar çəkilmiş, eyni zamanda giriş-çıxış hissəsində darvaza üçün 0,60 m x 0,60 m ölçüdə sütunlar tikilmişdir. 2008-ci ildən etibarən torpaq sahəsi onun istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətinə keçmişdir və hazırda da mülkiyyətindədir. Sözügedən torpaq sahəsi dəmir yoluna yaxın bir məsafədə yerləşməklə giriş-çıxış yolu dəmir yolu istiqamətindədir. Belə ki, ona məxsus olan bağ sahəsi üç tərəfdən torpaq sahəsi ilə əhatə edilmiş, yalnız bir hissəsinin dəmir yolu istiqamətində açıq sahəyə çıxışı olmuşdur. O bağ sahəsində təxminən 3 metr enində giriş yolu açdırmışdır. Sonradan ona məlum olmuşdur ki, ona məxsus olan giriş-çıxış hissəsi başqa bir şəxsin adına özəlləşdirilmişdir. xx.xx.2021-ci il tarixində X6 onun torpağını zəbt etməyilə bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət etmiş, o həmin vaxt şöbəyə çağırılaraq izahat vermişdir. Orada ona məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyesrindən verilmiş xx.xx.2020-ci il tarixli, **********27 reyestr nömrəli çıxarışla torpaq sahəsinin dəmir yoluna baxan giriş hissəsi, yəni çıxarışda göstərilən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 0,12 ha sahəsi olan 21f saylı bağ sahəsi X2 adına qeydiyyatdan keçmişdir. Lakin onun tərəfindən bugünədək torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, torpaq sahəsi hasara alınmamışdır. Üçüncü şəxs torpaq sahəsini öz adına özəlləşdirəndə onun adına qeydiyyatdan keçən torpaq sahəsinin ona məxsus olan torpaq sahəsinin giriş-çıxış hissəsinin üzərində yerləşəcəyini görmüş, lakin buna baxmayaraq yenə də həmin hissəyə dair öz adına dövlət reyestrindən çıxarış almışdır. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur. Belə ki, ona məxsus torpaq sahəsinin giriş hissəsinin üçüncü şəxs Fidan Nəsirova tərəfindən tutulması nəticəsində onun torpaq sahəsinə giriş-çıxış üçün məhdudiyyətlər yaranmışdır. Eyni zamanda Çöl Şüvəlan qəsəbəsi hissəsində bağ torpaq sahələri 1991-1993-cü illərdə Bakı şəhər X7 İcraiyyə Komitəsinin qərarı əsasında Bağlar Təsərüfat Komitəsi tərəfindən verilmiş order əsasında ayrılırdı. Hazırkı iş üzrə üçüncü şəxs X6 xx.xx.1975-ci il təvəllüdlü olduğundan həmin tarixlərdə onun təxminən 16-17 yaşı olmuşdur. Yetkinlik yaşına çatmayan şəxslərə isə torpaq ayrıla bilməzdi. Torpaq sahəsi hansısa iş yeri ilə bağlı olaraq yaradılmış kooperativ tərəfindən kooperativin üzvlərinə ayrılırdı. Qeyd edilən xüsusatlara görə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 0,12 ha sahəsi olan 21f saylı bağ sahəsinin X2 adına özəlləşdirilməsinə əsas olmuş sənədlərin doğruluğu şübhə altındadır. Bu səbəbdən də Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 0,12 ha sahəsi olan 21f saylı bağ sahəsinə dair X2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********27 reyestr nömrəli çıxarış etibarsız hesab edilməlidir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 40801 saylı müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən 0,12 ha bağ sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İcarə müqaviləsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsü əsasında X2 adıana sözügedən bağ sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Daha sonra qeyd olunan bağ sahəsinə dair verilmiş çıxarışın itməsi ilə əlaqədar olaraq təqdim edilmiş sənədlər əsasında ünvan 2 ünvanda yerləşən 0,12 ha bağ sahəsinə dair X2 adına elektron çıxarışın verilmişdir. Hazırda müvafiq bağ sahəsi X2 mülkiyyətindədir. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs X6 iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-34965/2023 saylı mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə təsdiqlənir ki, iddiaçı-İddiaçı üçüncü şəxs- Fidan Nəsirovanın mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini hasara alaraq , 43Ə/82 bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edir. Məlum rəydə həmçinin qeyd edilir ki, iddiaçı-İddiaçı mülkiyyətində olan 43Ə/82 saylı bağ sahəsi və üçüncü şəxs-Fidan Nəsirovanın mülkiyyətində olan 21f saylı torpaq sahəsi üst-üstə düşmürlər. Bundan əlavə, həmin rəylə təsdiqlənir ki, iddiaçı-İddiaçı istifadəsində olan 43Ə/82 saylı bağ sahəsi üçün şərq istiqamətində 3 metr enində keçid yolu nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd edilmiş hüquqi normaların tələbini nəzərə alaraq qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanda yerləşən 0,12 ha torpaq sahəsi olan 21f saylı bağ sahəsi qanuni əsaslarla üçüncü şəxs-Fidan Nəsirovanın mülkiyyəti kimi dövlət reyestrında qeydiyyata alınmış və bu barədə ona **********27 reyestr və ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış təqdim edilmiş, habelə bu hüququ AR Konstitusiyasının 29-cu maddəsinin tələbinə əsasən qorunur. Üçüncü şəxs-Fidan Nəsirovanın yaşından və ya həmin torpaq sahəsinin onun tərəfindən hasara alınıb-alınmamasından asılı olmayaraq, onun iradəsinə zidd, habelə onun razılığı olmadan qeyd olunan torpaq sahəsi və ya onun bir hissəsinə sahiblik və istifadə etmək qadağandır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamına əlavə edilmiş 04 nömrəli protokolun 2.21-ci bəndindən görünür ki, Çöl Şüvəlandakı 21f nömrəli bağ X4 təhkim edilmişdir; Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 40801 saylı müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,12 ha bağ sahəsi X2 istifadəsinə verilmişdir; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 386192 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamı ilə X4 Çöl Şüvəlan bağ massivində 1200 kv.m sahəsi olan 21f saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir; ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0,12 ha bağ sahəsi X2 mülkiyyətindədir; ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 43Ə/82 saylı bağ sahəsi 21L/70 saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir (ara sərhədləri şərtidir). 43Ə/82 saylı bağ sahəsinin faktiki vəziyyəti plan və ölçüyə uyğundur. Qeyd olunan ümumi ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Qeyd olunanlarla əlaqədar bildiririk ki, göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 21 və 43 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. Ləğv edilmiş X5 Komitəsi tərəfindən tərtib olunmuş kadastr planında qeyd olunan 21f saylı bağın ərazisi faktiki olaraq 6(altı) hissəyə bölünüb. Həmin 6 (altı) hissədən 3 (üç)-ü digər fiziki şəxslər tərəfindən hasarlanaraq üç ədəd bağ evi, köməkçi və həyət tikililəri inşa olunub, 1 (bir) hissəsi faktiki dalana çevrilib, digər 1 (bir) hissəsi hasarla ayrılaraq 43Ə/82 bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edilir, yerdə qalan 1 (bir) hissəsi isə faktiki boş torpaq sahəsidir. Ümumi ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 21 və 43 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. Ümumi ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 21 və 43 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatına əsasən qeydiyyatdan keçmiş 43Ə/82 və 21f saylı bağ sahələri üst-üstə düşmürlər. Qeyd olunan 43Ə/82 saylı bağ sahəsinin istifadəçisi cənub tərəfdən qeydiyyatdan keçmiş 21f saylı bağın ərazisinin bir hissəsini hasarla ayıraraq bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edir. Lakin 43Ə/82 saylı bağla ümumi hasar daxilində olan 21L/70 saylı bağın arxiv qovluğundakı xx.xx.2015-ci il tarixli plan-sxemə əsasən 43Ə/82 saylı bağa ümumi hasar daxilində şərq istiqamətində 3 metr enində keçid yolu nəzərdə tutulub; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3163 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 43Ə/82 saylı bağ sahəsi 21L/70 saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşir (ara sərhədləri şərtidir). 43Ə/82 saylı bağ sahəsinin faktiki vəziyyəti plan və ölçüyə uyğundur. Qeyd olunan ümumi ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Qeyd olunanlarla əlaqədar bildiririk ki, göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 21 və 43 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. Ləğv edilmiş X5 Komitəsi tərəfindən tərtib olunmuş kadastr planında qeyd olunan 21f saylı bağın ərazisi faktiki olaraq 6(altı) hissəyə bölünüb. Həmin 6 (altı) hissədən 3 (üç)-ü digər fiziki şəxslər tərəfindən hasarlanaraq üç ədəd bağ evi, köməkçi və həyət tikililəri inşa olunub, 1 (bir) hissəsi faktiki dalana çevrilib, digər 1 (bir) hissəsi hasarla ayrılaraq 43Ə/82 bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edilir, yerdə qalan 1 (bir) hissəsi isə faktiki boş torpaq sahəsidir. Ümumi ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 21 və 43 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. Yuxarıda qeyd olunduğu kimi, ümumi ərazidə hasarlamalar bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 21 və 43 saylı bağ sahələrinin indekslərinin ərazilərinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatına əsasən qeydiyyatdan keçmiş 43Ə/82 və 21f saylı bağ sahələri üst-üstə düşmürlər. Qeyd olunan 43Ə/82 saylı bağ sahəsinin istifadəçisi cənub tərəfdən qeydiyyatdan keçmiş 21f saylı bağın ərazisinin bir hissəsini hasarla ayıraraq bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edir. Lakin 43Ə/82 saylı bağla ümumi hasar daxilində olan 21L/70 saylı bağın arxiv qovluğundakı xx.xx.2015-ci il tarixli plan-sxemə əsasən 43Ə/82 saylı bağa ümumi hasar daxilində şərq istiqamətində 3 metr enində keçid yolu nəzərdə tutulub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsində yerləşən, 0,12 ha sahəsi olan 21f nömrəli bağ sahəsi üçüncü şəxs X2 mülkiyyətində, qonşuluğunda yerləşən 0,12 ha sahəsi olan 43Ə/82 nömrəli bağ sahəsi isə iddiaçı nın mülkiyyətindədir. İddiaçı hazırkı iddianı qaldıraraq, üçüncü şəxsin adına olan çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən onun bağ sahəsinin giriş-çıxış yolunun (dəmir yolu istiqamətində) üçüncü şəxsin adına reyestrdə qeydiyyatdan keçməklə ona məhdudiyyətlər yaratmasını bildirmiş və həmin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3163 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Vahid elektron kadastr baza məlumatına əsasən qeydiyyatdan keçmiş 43Ə/82 və 21f saylı bağ sahələri üst-üstə düşmürlər. Qeyd olunan 43Ə/82 saylı bağ sahəsinin istifadəçisi cənub tərəfdən qeydiyyatdan keçmiş 21f saylı bağın ərazisinin bir hissəsini hasarla ayıraraq bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edir. Lakin 43Ə/82 saylı bağla ümumi hasar daxilində olan 21L/70 saylı bağın arxiv qovluğundakı xx.xx.2015-ci il tarixli plansxemə əsasən 43Ə/82 saylı bağa ümumi hasar daxilində şərq istiqamətində 3 metr enində keçid yolu nəzərdə tutulub. Ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan 43Ə/82 saylı bağla ümumi hasar daxilində olan 21L/70 saylı bağın arxiv qovluğundakı xx.xx.2015-ci il tarixli plan-sxemə əsasən 43Ə/82 saylı bağa ümumi hasar daxilində şərq istiqamətində 3 metr enində keçid yolu nəzərdə tutulduğu halda, iddiaçı 21f saylı bağın ərazisinin bir hissəsini hasarla ayıraraq bağ sahəsinə giriş-çıxış yolu kimi istifadə edir. İddiada qeyd edilənlərin əksinə iddiaçının özünün üçüncü şəxsin bağ sahəsinə müdaxilə etməsi iş üzrə ekspert rəyi ilə müəyyən edilmişdir. Belə olan halda, bu əsasla üçüncü şəxsin adına olan torpaq sahəsinin planı və ölçüsü ləğv edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar