Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2721/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı rəhbəri X3, Cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra şöbəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 haqqında prokurora göndərilməklə xüsusi qərardad çıxarılmaqla, buraxılmış faydaya görə 10986438 manat 00 qəpik, mənəvi 10986438 manat 00 qəpik və cəmi 21972876 manat 00 qəpik məbləğin İddiaçı bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçınə münasibətdə MXMT(81)-39/2019 saylı xx.xx.2019-cu il tarixli Qərardad əsasında yazılmış icra vərəqəsi cavabdeh tərəfindən icra edilməmişdir, icra məmuru da öz növbəsində cavabdehi İcra vərəqəsinin icrasına məcbur etməli olduğu halda, heç nə etməmişdir. Halbuki, İcra vərəqəsinə görə icra məmuru malların iddiaçıya satış üçün təhvil verilməsini, gələcəkdə iddiaçıya qarşı eyni süni maneələrin yaradılmasının qarşısını almalı idi və iddiaçının yeni mal gətirməyinə də maneələrin yaradılmasının qarşısını almalı idi. Buna baxmayaraq cavabdeh hazırda mövcud olan malı iddiaçıya təhvil vermədiyindən iddiaçı malı satıb yeni mal gətirmək imkanlarından məhrum olmuşdur. İddiaçı bunu dəfələrlə bildirdikdə cavabdeh heç bir hərəkət etməmişdir. Odur ki, iddiaçıda icra məmurunun icra vərəqəsinin icra edilməməsində öz şəxsi marağının olması ilə bağlı şübhələri artmışdı, ya da icra məmuru işinin öhdəsindən gələ bilmir. Odur ki, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 haqqında prokurora göndərilməklə xüsusi qərardad çıxarılması vacib olmuşdur. İddiaçı bu barədə məhkəməyə müraciət etmişdir. İcra məmurunun hərəkətlərinin qanunsuz olması öz sübutunu məhkəmə qaydasında tapmış və İcra vərəqəsinin icra olunmamasına görə Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin fəaliyyəti xx.xx.2023cü il tarixdə 8-1(112)-37/2023 saylı Qərardad ilə qanunsuz elan edilmişdir. Bununla da həmin dövrdə cavabdehin hərəkətsizliyi nəticəsində İddiaçı əldə etməli faydadan məhrum olmuşdur. İcra vərəqəsi dərhal icra olunmalı olduğu üçün buraxılmış fayda da 15 10.2019cu il tarixdən yekun Qərar üzrə yazılmış icra vərəqəsinin icra olunduğu tarixədək, yəni xx.xx.2023- cü il tarixədək olan dövr üzrə hesablanıb ödənilməlidir. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr 1410 gün təşkil edir. Əgər həmin icra vərəqəsində göstərilən kimi süni maneələrin aradan qaldırılması üçün icra məmuru cavabdehi məcbur edib, aradan qaldırsaydı, həmin dövrdə ən azı günə orta hesabla iki TİR malın satılması mümkün idi, bu hazırda olan sənədlərlə də sübutunu tapır. Altı TİR malın satış qiyməti 66000 manat 00 qəpik, xərcləri 42624 manat 58 qəpik, əldə olunan fayda 23375 manat 42 qəpik və bir TİR mal üçün orta fayda 3895 manat 90 qəpik təşkil etmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə buraxılan fayda 10986438 manat 00 qəpik (1410 *2*3895,90=10986438,00) təşkil etmişdir. Cavabdehin fəaliyyətinin qanunsuz olması nəticəsində iddiaçının sahibkarlıq fəaliyyətin də güclü zərbə dəymişdir. Ona görə də buraxılan fayda ilə yanaşı cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər də ödənilməlidir. İddiaçı tərəfindən həmin mənəvi zərər də buraxılmış fayda qədər, yəni 10986438 manat 00 qəpik hesablanmışdır. İddiaçı onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixdə qanuni təmsilçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə artıq Türkiyə Respublikasına səyahəti planlaşdırılmış, bilet alınmış, Türkiyə Respublikasında şəxslər ilə görüşlər planlaşdırılmışdı, təxirə salınmsı da mümkün deyildi (bu səfər sağlamlıq ilə əlaqədar olduğundan). Odur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə mal satışının təşkil edilməsi artıq mümkün deyildi. Ona görə də satış əməliyyatlarına qanuni təmsilçi səfərdən qayıdandan sonra, xx.xx.2023-cü il tarixdən başlamaq mümkün oldu ki, 03.09.-xx.xx.2023-cü il dövrü üzrə satış həyata keçirilmişdi. Bu da o deməkdir ki, əgər iddiaçıya süni maneələr aradan qaldırılsa idi, həmin malları ən geci 3 günə, yəni hər günə 2 TİR olmaqla satış həyata keçirilə bilərdi. «İcra Haqqında» Azərbaycan Respublikasının qanunun 87.4-cü maddəsində göstərilir, İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 hərəkətləri (hərəkətsizliyi) nəticəsində buraxılmış fayda olan 10986438 manat 00 qəpik, mənəvi zərər 10986438 manat 00 qəpik və cəmi 21972876 manat məbləğində dəyən ziyan Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya ödənilməlidir. Odur ki, iddiaçı 14 12.2023-cii il tarixində 21972876 manat məbləğində manat pul vəsaitinin qısa müddətdə bank hesabına ödənilməsi barədə cavabdehə ərizə yazaraq tələb etmişdir. Lakin bu günə kimi müraciət cavabsız qalmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İran İslam Respublikasının Astara şəhərində yerləşən “X13 Sına” şirkəti ilə 17 avqust 2019-cu il tarixli 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla İddiaçı ünvanına daxil olmuş malların (malların təsviri: başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər minera maddələrindən digər məmulatların digərləri (8462 kv.m); malın kodu: **********; brutto çəkisi (kq) 150790; netto çəkisi (kq) 146804) vaxtında sərbəst dövriyyəyə buraxılmaması nəticəsində (mallar **********1511 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü ildə sərbəst dövriyyəyə buraxılmışdır) 4 il ərzində İddiaçınə dəymiş zərərin (əldən çıxmış faydanın) məbləği nə qədərdir?
4. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının “Məhkəmə ekspertizası haqqında” qanunun 1-ci maddəsinə əsasən aşağıdakı anlayışlardan istifadə olunmuşdur: Məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır; Məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır; Məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; Həmçinin həmin inzibati iş üzrə İddiaçı MMC-nin itirdiyi əldən çıxmış faydanın məbləğinin hesablanması məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Belə ki, Məhkəmə-mühasibat ekspertizasının tədqiqat metodunda müəssisənin (və ya vətəndaş) itirdiyi əldən çıxmış fayda məbləğinin hesablanması qaydaları mövcud deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasında imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin ərizəsi qismən təmin edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X16 SİNA şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə manelərin yaradılmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməsi qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-22/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı mübahisələndirilən - müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən MXMT(81)-39/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsi verilmişdir.
8. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X11 oglu tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
9. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında iddiaçıya məlumat göndərilmişdir.
10. Bakı Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X11 oglu tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında biidiriş göndərilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmiş 04 noyabr 2019-cu il tarixli, 1400-012/0xx-xx/008195 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədov xx.xx.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında 152965/2019-xx-xx/4854 saylı bildiriş və icraata başlamaq haqqında qərar təqdim edərək borclu Bakı Baş Gömrük İdarəsindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli MXMT(81)-39/2019 saylı qərardadının dərhal icra edilməsini tələb etmişdir. Qərardadda müvəqqəti xarakterli müdafiə tədbiri qismində “Ulduz-Elektron" MMC-nın ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılmasının Bakı Baş Gömrük İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd edirik ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X14 Sına şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə UE19081805, UE19081806 saylı invoyslar ilə İddiaçı MMC-nın ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixii, **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması ilə bağlı təkrarən qeyd edilir ki, mallar tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir və bu prosedur Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 27 avqust 2013-cü il tarixli qərarı ilə tənzimlənir. Yuxarıda göstərilənlərin nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
12. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020-ci il tarixli, 152965/2019-16-12-003 nömrəli və xx.xx.2021-ci il tarixli, 152965/2019-16-12-003 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir.
13. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli, 152965/2019-16-12 nömrəli məktubu ilə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT (81)-39/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X15 Sına Şirkəti ilə 17.082019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE190818Ü2, UE190818Ü3, UE 19081804, UE 19081806, ÜE 19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Eyni zamanda dərhal icrası nəzərdə tutulduğundan icra məmurunun icraata başlama haqqında qərar bildirişini xx.xx.2019-cıı il tarixdə idarəyə rəsmi qaydada təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT (81)- 39/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsin tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsininin MXMT(103)-22/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmişdir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı mübahisələndirilən-müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MXMT (103)-22/2021 saylı, xx.xx.2021-ci ii tarixii qərardadından sizin idarə tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş və MXMT(102)-25 2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla şikayət təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının icra olunmamasının səbəbləri barədə rəsmi olaraq Səbail rayon icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.
14. Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli 1400-012/0xx-xx/000422 nömrəli məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, MXMT(81)-39/2019 saylı qərardadı icra edilmişdir. Belə ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE-9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə "xxxx" MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixli **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması ilə bağlı məhkəmə qərardadında gömrük orqanının yaratdığı maneələrin konkret olaraq nədən ibarət olduğu açıqlanmasa da, təkrarən qeyd edirik ki, mallar gömrük anbarına deyil, tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir. Göstərilənlərin nəzərə alınması və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
15. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 402 152965/2019-16-12 nömrəli məktubu ilə bildirilmişdir ki, icraatda olan Bakı Kommersiya Məhkəməsinin MXMT(81)-39/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə 17.082019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. İcra sənədinin icrası ilə bağlı borclu qismində göstərilən Bakı Baş Gömrük İdarəsinə gələrək rəhbər şəxlərin və böyük inspektorun qəbuiunda olub icra sənədi barədə məlumat verılmiş və bu barədə akt tərtib olunmuş, bundan əlavə borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, icra sənədinin icrası bu günə qədər borclu tərəfindən icra olunmamışdır.
16. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Səbail rayon Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 152965/2019-16-12 nömrəli məktubla bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin MXMT(81)-39/2019-cu il tarixli icra sənədinə əsasən Müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. İcra sənədi xx.xx.2019cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş həmin tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir. İcra sənədinin icrası ilə bağlı icra sənədi üzrə Bakı Baş Gömrük idarəsinin müavinlərinin, idarənin hüquqşünası E.Əİiyevin və qərarın icrası həvalə olunmuş Bakı Baş Gömrük idarəsinin böyük inspektoru Cavid Bayramovun qəbulunda olaraq icra sənədinin mahiyyəti, icrası qaydası, tərəflərin hüquq və vəzifələri, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş İXM-nin 528.1-ci maddəsinin tələbləri ilə məsuliyyət daşımaqları nəzərlərinə çatdırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müavinləri, hüquqşünası və böyük inspektor Cavid Bayramov "xxxx" MMC tərəfindən gətirilmiş mallar laboratoriyanın rəyində göstərilmiş malın kodu ilə İddiaçı MMC-nin bəyan etdiyi malın koduna uyğun olmadığından gömrük rəsmiləşdirilməsinin aparılması və həmin malların sifarişçilərə verilməsinə yaranan maneələrin aradan qaldırılması faktiki olaraq mümkün olmayacağını əsas gətirərək BBGİnin hüquqşünası öz növbəsində imtina ilə bağlı cavab məktubunu şöbəyə göndərəcəyini bildirmişdir. Bütün olanlarla bağlı tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq akt tərtib edilmişdir. Borclu təşkilat tərəfindən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktubda tələbkar İddiaçı MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixli bəyannaməsinə əsasən aparılmış, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarında yerləşdiyi qeyd olunmuş, bu prosedurun Azərbaycan Respublikası Nazirlər Kabinetinin Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2013-cü il tarixli qərarı ilə tənzimləndiyini və iş üzrə icraata xitam verilməsini xahiş edilməsini qeyd etmişdir. İcra sənədinin icrası olunması ilə bağlı müxtəlif tarixlərdə borclu Bakı Baş Gömrük İdarəsinə göndərilmiş xəbərdarlıqlara baxmayaraq, icra sənədinin icrası təmin olunmamışdır. Borclu Bakı Baş Gömrük İdarəsi Apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-22/2021, xx.xx.2021-ci il tarixli qərardadına əsasən cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-22/2021, xx.xx.2021-ci il tarixli qərardadından Ali məhkəməyə kassasiya şikayəti verilmiş və MXMT(1102)-25/2021, xx.xx.2021-ci il tarixli qərarla şikayət təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun vəkili ilə birlikdə xx.xx.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə gedilmiş və idarənin rəhbər şəxslərindən bir daha icra sənədinin icrası tələb edilmiş, onlar isə öz növbəsində idarənin rəisinə bu barədə məruzə edəcəklərini və qısa zamanda şöbəyə məlumat verəcəklərini bildirdilər. Borcluya xx.xx.2021-ci il tarixdə yenidən müraciət olunaraq, onlar tərəfindən verilmiş bütün şikayətlərin təmin olunmadığı, icra sənədinin icra olunmamasının səbəbləri barədə rəsmi məlumat verilməsi tələb edilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə daxil olmuş cavab məktubunda həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması ilə bağlı məhkəmə qərardadında gömrük orqanının yaratdığı maneələrin konkret olaraq nədən ibarət olduğu açıqlanmasa da, malların gömrük anbarına deyil, tələbkarın özünə məxsus anbarında yerləşdirildiyi qeyd olunmuşdur. İcra sənədində göstərilmiş gömrük rəsmiləşdirilməsini aparılmaqla və eyni zamanda gömrük orqanının yaratdığı maneələrin konkret olaraq nədən ibarət olması hissəsində izah verilməsi xahiş olunmuşdur.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(81)-39/2019 nömrəli qərardadının icrası ilə bağlı olaraq Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli 1400-011/0xxxx/003243 nömrəli məktubu ilə bildirilmişdir ki, qərardada əsasən İran İslam Respublikasının Astara şəhərində yerləşən “X16 Sına" şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında 18 08.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805 və UE19081806 saylı invoysiaria ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və sifarişçilərə verilməsinə manelərin yaradılması Bakı Baş Gömrük İdarəsinə qadağan edilmişdir. Qərardadın icra olunması məqsədi ilə ərizəçi “Ulduz-Elektron" MMCnin (VÖEN **********) qanuni nümayəndəsi X8 tərəfindən idxal olunan mallar müvəqqəti saxlanc gömrük proseduru altında İddiaçı MMC-nın anbarına yerləşdirilərək qanuni nümayəndəsi X5 təhvil verilmişdir. Həmin malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi isə Azərbaycan Respublikası Gömrük Məcəlləsinə müvafiq olaraq bəyan edildikdən sonra təmin edilməlidir. Yuxarıda göstərilənlərin nəzərə alınması xahiş edilmişdir.
18. Bakı İnzibati Məhkəməsinin MXMT(81)-39/2019 nömrəli, 05 may 2022-ci il tarixli qərardadı ilə Səbail rayon icra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədovun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadına izah edilməsi barədə ərizəsi təmin edilməmişdir.
19. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 152965/2019-16-12 nömrəli məktubu ilə bildirilmişdir ki, 1 sayiı Bakı İnzibati -İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 nömrəli, xx.xx.2019-cu il tarixi icra sənədinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X16 Sına Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19051303, UE19081504, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. Qərardad dərhal icra edilməlidir. İcra sənədində tələbin dərhal icra olunması nəzərdə tutulsa da, icra vərəqəsi xx.xx.2019-cu il tarixdən bugünə qədər tərəfinizdən icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq qərardadı dərhal icra edib nəticəsi barədə məlumat verilməsi xahiş olunur.
20. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 152965/2019-16-12/ nömrəli məktubu ilə bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019, xx.xx.2019-cu li tarixli icra sənədinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş mallar gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılmalı və həmin malların sifarişçilərə verilməsinə maneələrin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, No. 1400-001/0xx-xx/005261 saylı məktubda bildirilmişdir ki, İddiaçı MMC tərəfindən ümumi ödənilməli olan əlavə dəyər vergisi 853,24 manat, gömrük rüsumu isə 28770,80 manat təşkil edir. “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsinin aparılması üçün cəmiyyətin avansında olan 7662,44 manat ƏDV məbləğinə əlavə olaraq 4190,80 manat ƏDV, 5544.08 manat gömrük rüsumu məbləğinə əlavə olaraq 23226,72 manat gömrük rüsumunun ödənildikdən sonra malların sərbəst dövriyyə üçün yerləşdirilməsinin təmin ediləcəyi bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019, xx.xx.2019-cu ii tarixli icra sənədində qeyd olunan gömrük rəsmiləşdirilməsinin aparılması anlayışına izah verilməsi zərurəti yaranmışdır. Belə ki, cəmiyyətin avansında olan 7662,44 manat ƏDV məbləği və 5544,03 manat gömrük rüsumunun rəsmiləşdirilmənin tamamlanması üçün kifayət edib-etməməsi, yaxud, gömrük rəsmiləşdirilməsinin tamamlanması üçün əlavə olaraq ƏDV məbləğinə əlavə olaraq 4190,80 manat və gömrük rüsumu məbləğinə əlavə olaraq 23226,72 manat pul vəsaitinin ödənilməli olubolmamasına izah verilməlidir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, icra vərəqəsinin verilməsi üçün əsas olmuş qətnamənin izah edilməsi məsələsinə baxılması xahiş olunmuşdur.
21. Bakı İnzibati Məhkəməsinin MXMT(112)-39/2019 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə Səbail rayon İcra şöbəsinin icra məmuru Aslan Astanovun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərardadına izah edilməsi barədə ərizəsi təmin edilməmişdir.
22. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli, el52965/2023- 16-12-005 nömrəli, xx.xx.2023-cü ii tarixii, e152965/2023-16-12-005 nömrəli, xx.xx.2023cü il tarixli, e152965/2023-16-12-005 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir.
23. İddiaçı MMC tərəfindən Səbail rayon icra və probasiya şöbəsinə ünvanlanmış 06 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, borclu Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi 2-1(112)-52/2020-021 saylı icra vərəqəsi üzrə borcunu yerinə yetirmiş, icra sənədi icra olunmuşdur və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
24. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə ünvanlanmış 23 sentyabr 2023-cü il tarixli, 3-53-1100/2-009230/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Ulduz-Elektron" MMC tərəfindən təqdim edilmiş **********1511 sorğu nömrəli gömrük bəyannaməsi rəsmiləşdirilərək mallar sərbəst dövriyyəyə buraxılmışdır.
25. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
26. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, icra sənədi daxil olan kimi dərhal icraata başlanılıb. Qərar rəsmi qaydada tələbkarın iştirakı ilə Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. Qərarın mahiyyəti, icrası qaydası izah olunmuş və müvafiq akt tərtib olunmuşdur. Borcluya qərarın icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş və izah verilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən icra şöbəsinə təqdim edilmiş məktublarda malların tələbkara təhvil verildiyi, lakin qanunvericiliyin tələbinə əsasən sərbəst dövriyyəyə buraxılmasının yalnız rüsumlar ödənildikdən sonra mümkün olduğu bildirilmişdir. Növbəti dövrdə rüsum ödənildikdən sonra mallar sərbəst dövriyyəyə burxaılmışdır. Eyni zamanda iddiaçının gətirdiyi mallarla gömrük rəsmiləşdirilməsində uyğunsuzluq var idi.
II. İddianın növü və mümkünlüyü
28. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
30. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
31.İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının icrasının gecikdirilməsi nəticəsində buraxılmış faydaya görə 10986438 manat, mənəvi zərərə görə 10986438 manat olmaqla ümumilikdə 21972876 manat məbləğin ödənilməsini tələb etmişdir. 32.Hazırki işin hallarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)- 39/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin ərizəsi qismən təmin edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri qismində İran İslam Respublikasının Astara şəhərində yerləşən X16 SİNA şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli, UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla ərizəçinin ünvanına daxil olmuş malların gömrük rəsmilləşdirilməsi aparılmaqla gömrükdən buraxılması və həmin malların sifarişçilərə verilməsinə manelərin yaradılmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən MXMT(81)-39/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsi əsasında Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X11 oglu tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilsə də, icra vərəqəsi 23 sentyabr 2023-cü il tarixdə icra olunaraq “Ulduz- Elektron" MMC tərəfindən təqdim edilmiş **********1511 sorğu nömrəli gömrük bəyannaməsi rəsmiləşdirilərək mallar sərbəst dövriyyəyə buraxılmışdır. Odur ki, MXMT(81)-39/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə işə icraata başlamaq haqqında qərar qəbul edildikdən 4 il sonra xitam verilməsi işin mübahisəsiz halıdır. 33.Məhkəmə cavabdehdən icra işini tələb edərək nəzərdən keçirmiş, müəyyən etmişdir ki, qeyd edilən müddətdə cavabdeh tərəfindən hərəkətsizlik həyata keçirilməmişdir. 34.Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə qərardadının vaxtında icra edilməməsi nəticəsində ona maddi zərərin vurulmasını hər hansı şəkildə əsaslandırmamışdır və buna dair sübutlar təqdim etməmişdir. 35.Məhkəmə eyni zamanda nəzərə alır ki, məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “İran İslam Respublikasının Astara şəhərində yerləşən “X13 Sına” şirkəti ilə 17 avqust 2019-cu il tarixli 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslarla İddiaçı ünvanına daxil olmuş malların (malların təsviri: başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər minera maddələrindən digər məmulatların digərləri (8462 kv.m); malın kodu: **********; brutto çəkisi (kq) 150790; netto çəkisi (kq) 146804) vaxtında sərbəst dövriyyəyə buraxılmaması nəticəsində (mallar **********1511 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü ildə sərbəst dövriyyəyə buraxılmışdır) 4 il ərzində İddiaçınə dəymiş zərərin (əldən çıxmış faydanın) məbləği nə qədərdir?” sualı qoyulmuşdur. Buna baxmayaraq məhkəmə-mühasibat ekspertizasının tədqiqat metodunda müəssisənin (və ya vətəndaş) itirdiyi əldən çıxmış fayda məbləğinin hesablanması qaydalarının mövcud olmadığı bildirilmiş, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.3-cü bəndinə əsasən ekspertizanın aparılmasından imtina edilmişdir. 36.Bununla belə məhkəmə nəzərə alır ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE-9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019-cu il tarixli **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkar “Ulduz-Elektron" MMC-nin özünə məxsus anbarına yerləşdirilmiş və MMC-nin səlahiyyətli nümayəndəsi X5 təhvil verilmişdir (Qeyd edilən fakt Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli və növbəti məktublarda əksini tapmış, iddiaçı tərəfindən təkzib edilməmişdir). 37.Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X13 Sına Şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE- 9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş mallar təxminən xx.xx.2019-cu il tarixdən etibarən tələbkar (hazırki iş üzrə) “Ulduz-Elektron" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarda olmuşdur (gömrük orqanlarının anbarlarında deyil). 38.Bununla belə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-39/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata iddiaçı “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş müvafiq mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildən sonra xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. 39.Azərbaycan Respublikası Gömrük Məcəlləsi: 1.0.47. sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük proseduru Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 40.“Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixli, nömrəli Qərarı: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 164-cü maddəsinə əsasən hazırlanmışdır və malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. 1.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar yerləşdirilir. 1.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alır. 1.4. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən mallar geri aparılma öhdəliyi götürülmədən, Azərbaycan Respublikasının ərazisində qalır. 1.5. Xarici malların bu Qaydaların 1.3-cü bəndinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra mallar gömrük nəzarətindən çıxarılaraq barəsində səlahiyyəti olan şəxslərə və ya onların nümayəndələrinə verilir. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq, malların üzərində sərəncam verməkdə sərbəstdirlər. 2.1. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında malların yerləşdirilməsi şərtləri aşağıdakılardır: 2.1.1. qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməsi; 2.1.2. ticarət siyasəti tədbirlərinin tətbiqi; 2.1.3. malların idxalı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi və müəyyən edilmiş digər prosedurların tamamlanması (dövlət sərhədindən keçirilməsi, müəyyən edilmiş marşrutlar üzrə vaxtında təyinat gömrük orqanına çatdırılması, malların təyinat orqanına təqdim edilməsi, nəqliyyat vasitələri üzərində qoyulmuş gömrük təminatlarının pozulmaması, malların rəsmiləşdirilməsi ilə bağlı müvafiq sənədlərin gömrük rəsmiləşdirilməsini aparacaq gömrük orqanına təqdim olunması). 41.Məhkəmə nəzərə alır ki, qanunvericilik normalarının məzmunundan aydın olur ki, müvafiq malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı ilkin şərt qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməsidir. 42.Odur ki, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, 17 avqust 2019-cu il 2019/08/17 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE1S081803, UE-9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş mallar xx.xx.2019-cu il tarixdən etibarən iddiaçı “Ulduz-Elektron" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarda (gömrük orqanlarının anbarında deyil) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir, malların xx.xx.2023-cü il tarixədək sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməməsinin səbəbi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödənilməməsi ilə bağlı olmuşdur. 43.Belə olan təqdirdə məhkəmə hesab edir ki, UE19081801, UE19081802, UE1S081803, UE-9081804, UE19081805, UE19081806 saylı invoyslar ilə “Ulduz-Elektron" MMC-nin ünvanına daxil olmuş mallar xx.xx.2019-cu il tarixdən iddiaçının özünə məxsus anbarda yerləşdiyindən həmin malların sərbəst dövriyyə gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı gömrük orqanı tərəfindən iddiaçıya münasibətdə hər hansı maneə yaradılması halı mövcud olmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixdən etibarən İddiaçı MMC-nin qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəyərək malların sərbəst dövriyyəyə buraxılmasını tələb etmək imkanı olmuşdur. Buna baxmayaraq tələb olunan gömrük ödənişləri iddiaçı tərəfindən 2023-cü ildə ödənilmiş və bundan sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. 44.Odur ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş və malların sərbəst dövriyyə üçün buraxılış proseduru altında yerləşdirilməsi üçün tələb olunan gömrük ödənişlərini ödəmədiyindən cavabdeh orqanın hüquqazidd əməli (məhkəmə qərarının icrasının gecikdirilməsi) nəticəsində şəxsə maddi zərər (əldən çıxmış fayda) vurulması qənaəti əsaslı deyil.
45. İddiaçı maddi zərərlə yanaşı, mənəvi zərərin əvəzi olaraq 10986438 manat məbləğin ödənilməsini tələb etmişdir. 46.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarı: “... 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.... “
47. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X1rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X6rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...
49. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində iddiaçının mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.
50. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva