Məhkəmə qərarları › İş №2-1(112)-2723/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2723/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2723/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması üçün cavabeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh 31 avqust 2022-ci il tarixli məktubunda bildirmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş "xxxx" firmasının xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan faktiki və arxiv sənədləri saxlanılmadığı üçün həmin müəssisədən əmək haqqı alıb-almadığını yoxlamaq mümkün olmamışdır. İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Firmasında işlədiyi dövrün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyəti aşağıdakı qaydada davam etmişdir: 03 avqust 1971-ci il tarixdən başlayaraq 10 oktyabr 1991-ci il tarixədək Bakı Çörək Ticarətinin 33 saylı Mağazasında şagird vəzifəsində, 10 oktyabr 1971-ci il tarixdən başlayaraq 15 oktyabr 1973-cü il tarixədək Sovet Ordusunda xidmətdə, 02 dekabr 1973-cü il tarixdən başlayaraq 06 avqust 1976-cı il tarixədək Bakı Çörək Ticarətinin 33 saylı Mağazasında satıcı vəzifəsində, 06 avqust 1976-cı il tarixdən başlayaraq 06 avqust 1996-cı il tarixədək böyük satıcı vəzifəsində, 07 avqust 1996-cı il tarixdən başlayaraq 02 noyabr 2005-ci il tarixədək "xxxx" firmasında satıcı vəzifələrində çalışmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 518 saylı Fərmanına əsasən “X2 Şirkəti” ləğv edilməsi səbəbindən 33 saylı mağaza özəlləşdirilmiş, onun əsasında "xxxx" firması yaradılmış və o, "xxxx" firmasında firma fəaliyyətini dayandıranadək satıcı vəzifəsində işləməyə davam etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qüvvədə olan tələblərinə əsasən 08 fevral 2016-cı il tarixində 24 il 10 ay sığorta stajı əsasında həmin tarixdən 166,57 manat yaşa görə ona əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 01 yanvar 2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən yaşa görə əmək pensiyası üzrə sığorta stajı hesablanarkən onun "xxxx" firmasında işləmiş olduğu 07 avqust 1996-cı il tarixdən başlayaraq 02 noyabr 2005-ci il tarixə qədər olan dövr üzrə əmək stajı hesablanmamış və həmin işlədiyi dövr sosial sığorta stajına daxil edilməmişdir, nəticədə əmək pensiya məbləğinin az məbləğdə hesablanmasına səbəb olmuşdur. Bu səbəbdən əmək pensiya hüququnun pozuntusu ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə 05 avqust 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh **********3 saylı, 31 avqust 2022-ci il tarixli məktubu ilə müraciətini təmin etməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 518 saylı Fərmanına əsasən “X2 Şirkəti” ləğv edilməsi səbəbindən 33 saylı mağaza özəlləşdirilmiş, özəlləşdirmə nəticəsində 33 saylı mağazasının əsasında "xxxx" firması yaradılmış, o, həmin firmanın təsisçilərindən biri olmaqla, həm də həmin firmanın satıcısı vəzifəsində işləmişdir. Cavabdeh **********3 saylı, 31 avqust 2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, "xxxx" firmasının 07 avqust 1996cı il tarixdən başlayaraq 02 noyabr 2005-ci il tarixədək olan faktiki və arxiv sənədləri saxlanılmadığı üçün həmin müəssisədən onun əmək haqqı alıb-almadığı yoxlamaq mümkün deyildir. "xxxx" firmasında müxtəlif vaxtlarda vergi yoxlaması keçirilmiş, sonuncu belə yoxlama 01 yanvar 2001-ci il tarixdən 01 yanvar 2004-cü il tarixə qədər vergi dövrünü əhatə etmiş, həmin dövr üzrə vergilər və digər icbari ödənişlər hesablanması, tutulması və ödənilməsi yoxlanmışdır. Nəticədə 27 may 2004-cü il tarixli Səyar vergi yoxlanılması aktı tərtib edilmişdir. Həmin akta əsasən işçilərin sayı, əmək haqları və digər icbari ödənişlər barədə məlumatlar verilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməyən dövr üzrə faktiki və arxiv sənədlərin olmaması barədə gətirmiş olduqları əsas qanunsuz olmaqla onun pensiya təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2016cı il tarixdə qüvvədə olan tələblərinə əsasən 24 il 10 ay 16 gün sığorta stajı əsasında həmin tarixdən 166,57 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. İnzibati orqanda şübhə yaradan hal İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" firmasında işlədiyini iddia etdiyi dövrlər üzrə işə daxil olma və işdən azad edilmə barədə əmrlərin qeyd olunmamasıdır. Filial tərəfindən keçirilmiş qarşılıqlı yoxlama zamanı "xxxx" firmasının faktiki və arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuşdur. Bu səbəbdən İddiaçı həmin müəssisədən əmək haqqı alıb-almadığını yoxlamaq mümkün olmadığı üçün yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir.

1. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 3.11-ci bəndinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənnin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına nəzər yetirilən zaman xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" firmasında işlədiyini iddia etdiyi dövrlərin İddiaçı öz imzası ilə təsdiqləndiyi görünür. Lakin "xxxx" firmasının Əzizbəyov rayon DSMF-yə ünvanlanan ərizəsinə əsasən firmanın rəhbərinin E.A.Xankişiyev olması, həmçinin həmin firmanın 01 yanvar 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək fəaliyyətini müvəqqəti dayandırması müəyyən olunmuşdur. Sözügedən müəssisənin 01 yanvar 2005-ci il tarixdən fəaliyyətinin dayandırıldığı halda İddiaçı xx.xx.2005-ci il tarixədək işləməsi, o cümlədən müvafiq dövrləri rəhbər kimi öz imzası ilə təsdiqləməsi əmək kitabçasındakı həmin dövrlərin əsassız olduğuna dəlalət edir.

2. Digər bir hal kimi İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Prezidentinin 518 saylı Fərmanına əsasən “X2 Şirkəti”nin ləğv edilməsi səbəbindən 33 saylı mağazanın özəlləşdiyi və onun əsasında "xxxx" firmasının yaradıldığını qeyd etmişdir. Müvafiq məlumatlar əsasında tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 180 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Naftalan 1 saylı dövlət kiçik müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 70 faizi özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İddiaçı iddia ərizəsində sözügedən müəssisəsinin 33 saylı mağazanın özəlləşməsi əsasında yaradıldığını qeyd etməsinə baxmayaraq yuxarıda qeyd olunan məktubdan göründüyü kimi Naftalan 1 saylı dövlət kiçik müəssisəsinin bazasında yaradılmışdır. Həmçinin adıçəkilən müəssisənin xx.xx.1997-ci il tarixdə yaradıldığı halda İddiaçı xx.xx.1996-cı il tarixdən işə daxilolma faktı əmək kitabçasındakı həmin dövrlərin əsassız olduğuna dəlalət edir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 noyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə İddiaçı pensiya işi məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 180 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Naftalan 1 saylı dövlət kiçik müəssisəsinin bazasında “X4 Cəmiyyəti yaradılmış və səhmlərinin 70 faizi özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir;

İşin faktiki hallarından görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 07 avqust 1996-cı il tarixdən 02 noyabr 2005-ci il tarixədək "xxxx" Firmasında işlədiyi dövr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. ...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: ... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. 3.4. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İddiaçının cavabdeh inzibati orqana müraciətindən və məhkəmə iclasındakı izahatından aydın olur ki, iddiaçının şikayəti ona pensiya təyin edilərkən 07 avqust 1996-cı il tarixdən 02 noyabr 2005-ci il tarixədək "xxxx" Firmasında işlədiyi dövrün sığorta stajına əlavə edilməməsilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında 07 avqust 1996-cı il tarixdən 02 noyabr 2005-ci il tarixədək "xxxx" Firmasında işlədiyi dövrə dair qeydlər mübahisələndirilərək, dövrlər üzrə işə daxil olma və işdən azad edilmə barədə əmrlərin qeyd olunmaması, həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən sözügedən dövrün araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, yuxarıda da vurğulandığı kimi, iddiaçının əmək kitabçasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na (bundan sonra mətndə “Qaydalar”) uyğun olaraq mübahisələndirilən dövrlə bağlı işə daxil olma və işdən azad edilmə barədə qeydlərin aparılmasına əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) istinad edilməmişdir. İkincisi, iddiaçı ərizəsində Azərbaycan Respublikasının Prezidentinin 518 saylı Fərmanına əsasən “X2 Şirkəti”nin ləğv edilməsi səbəbindən 33 saylı mağazanın özəlləşdiyi və onun əsasında "xxxx" firmasının yaradıldığını qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 180 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Naftalan 1 saylı dövlət kiçik müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 70 faizi özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmçinin adıçəkilən müəssisənin xx.xx.1997-ci il tarixdə yaradıldığı halda iddiaçının xx.xx.1996-cı il tarixdən işə daxilolma faktı əmək kitabçasındakı həmin dövrlərin əsassız olduğuna dəlalət edir. Üçüncüsü isə, iddiaçının əmək kitabçasının 6-7-ci səhifələrinə nəzər yetirdikdə, xüsusi bilik tələb edilmədən müəyyən etmək mümkündür ki, işə daxil olma və işdən azad edilmə barədə qeydlər yuxarıda istinad olunan “Qaydalar”a (bənd 3.4.) uyğun olaraq müvafiq olaraq işə daxil olma və işdən azad edilmə vaxtı deyil, eyni vaxtda, eyni qələmlə aparılmış və elə iddiaçının özü tərəfindən də imzalanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlər, iddiaçının 07 avqust 1996-cı il tarixdən 02 noyabr 2005-ci il tarixədək "xxxx" Firmasında işləməsi faktına əsaslı şübhələr yaradır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh X3 qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar