Məhkəmə qərarları › İş №2-1(112)-2724/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2724/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2724/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyatnişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı(bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2019-ci il buraxılış olan “X5” markalı (qara-metallik rəngli, SALGA3BE7KA540845 kuzov nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 60000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 58704,79 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **- JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi , qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və qiyməti 10000 manat məbləğində 2019-ci il buraxılış olan “X5“markalı (qara-metallik rəngli, SALGA3BE7KA540845 kuzov nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 60000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokol siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı göstərinlələrə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2023cü il tarixli məktubla birlikdə təqdim olunan DİN Baş X4 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud məlumatların kompüter çıxarışından görünür ki, “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri xx.xx.2022-ci il tarixli şəhadətnamələr ilə Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır, “X5 Rover minik” markalı (qara metallik rəngli, SALGA3BE7KA540845 BAN nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan çıxmışdır, həmin avtomobil **-AD-*** dövlət qeydiyyat nişanı ilə xx.xx.2023cü il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan çıxaraq X1 adına qeydiyyatdan keçmişdir və hazırda **-TR-*** dövlət qeydiyyat nişanı ilə onun adına qeydiyyatdadır.

5. Hazırkı iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: 2021ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi; 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG“markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixə bazar qiymətləri müəyyən olunsun.

6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 16 aprel 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubunda aşağıdakılar qeyd edilir: Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 13 mart 2024-cü il tarixli vəsatət (Qərardadda göstərilən avtonəqliyyat vasitələrinin ilkin balans və ya alış sənədlərinə dair məlumatın təqdim olunması barəsində) göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında təlimafın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir.

İİ. İddianın növü və mümkünlüyü

9. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

10. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür.

11. Eyni zamanda hazırkı iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. İV. Məhkəmənin mövqeyi

12. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi).

13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

14. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

15. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır.

16. İşin faktiki hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus əmlak (fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2011-ci il buraxılış olan “Nissan Tida“ markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil) siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir.

17. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh (VÖEN: **********) barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına (daşınar) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

18. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsinin təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər.

19. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin məktubuna qoşma edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən “Otokar Kent LF2MCNG” markalı müvafiq kuzov nömrəli və qeydiyyat nişanlı avtomobillər xx.xx.2022-ci il tarixli şəhadətnamələr ilə Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır və hazırda da qeydiyyatdadır.

20. Göründüyü kimi sözügedən avtonəqliyyat vasitələri hazırda cavabdehin mülkiyyətindədir.

21. Belə olan məhkəmə hesab edir ki, cavabdeh vergi borcunun tam şəkildə ödənilməsi təmin etmədiyindən iddiaçı həmin borcların cavabdehin qeyd olunan əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.

22. Cavabdehin vergi borcunun “X5 Rover minik” markalı (qara metallik rəngli, SALGA3BE7KA540845 BAN nömrəli) **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsinə hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, “X5 Rover minik” markalı, qara metallik rəngli, SALGA3BE7KA540845 BAN nömrəli avtomobil hazırda cavabdehin deyil, **-TR-*** dövlət qeydiyyat nişanı ilə baqşa şəxsin mülkiyyətindədir, bu səbəbdən həmin əmlaka münasibətdə iddia rədd edilməlidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh «Xaliq Faiqoğlu Şirkəti” MMC-nin xx.xx.2023-cü il tarixə borc məbləğindən dövlət büdcəsinə 51922,61 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA009002 kuzov nömrəli) **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG2 markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008976 kuzov nömrəli) **-JL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008998 kuzov nömrəli) **-JO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008980 kuzov nömrəli) **-JR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, qiyməti 10000 manat məbləğində 2021-ci il buraxılış olan “Otokar Kent LF2MCNG” markalı (bənövşəyi ağ rəngli, NLRTMR130NA008992 kuzov nömrəli) **-JS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 50000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar