Məhkəmə qərarları › İş №2-1(112)-2726/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2726/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2726/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə (Bakı şəhəri, Səbail r-n Əbdülkərim Əlizadə küç 6/8 ,15 B ünvanında qeydiyyatda olan) Cavabadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X3 (böyük hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV ödəyicisi kimi qeydiyyata alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2020-ci il tarixli, **********389700 saylı qərarının və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarının və bu qərarların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, İddiaçı ƏDV ödəyicisi kimi qeydiyyata alınmasına dair 17 avqust 2020-ci il tarixli, **********7 saylı bildirişin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin X8 ödəyicisi kimi qeydiyyata alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya göndərdiyi 2019-cu il ƏDV və mənfəət vergisi hesabat dövrü üzrə 19 iyun 2020-ci il tarixli, **********802600 saylı “Kameral vergi yoxlamasına dair uyğunsuzluq məktubu”nda göstərmişdir ki, İddiaçı tərəfindən 2019-cu il ərzində təqdim edilən elektron qaimə-fakturalarla cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatlarının istifadəsi əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövriyyə araşdırılmış və 2 018 000 manat dövriyyə hesablanmış, nəticədə 1 896 840 manat kənarlaşma aşkar edilmişdir. Ona görə də Cəmiyyətdən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlər tələb olunmuşdur. İddiaçı Cəmiyyət cavabdeh orqana 22 iyun 2020-ci il tarixli şikayətində vergi orqanının 19 iyun 2020-ci il tarixli, **********802600 saylı məktubunda göstərilmiş 2 018 000 manat dövriyyənin Cəmiyyətin fəaliyyətinə heç bir uyğunluğunun olmadığını, Cəmiyyətin stomatoloji klinika olduğu üçün stasionar deyil, ambulator fəaliyyət göstərdiyini və fəaliyyətinin ancaq stomatoloji xidmət olduğunu, Cəmiyyətdə ümumi cərrahi əməliyyatların ümumiyyətlə icra olunmadığını, yalnız diş çəkilməsi və diş kökünün iltihabının rezeksiyasının icra olunduğunu, bütün işlərin dəqiq uçotunun aparıldığını, hər bir pasiyentə tibbi kart açıldığı və əldə olunan vəsaitlərin Cəmiyyətin kassasına mədaxil olduğunu, pasiyentlərə ödəniş qəbzinin verildiyini, icra olunan bütün stomatoloji xidmətlərin yalnız Cəmiyyətin həkimləri tərəfindən icra olunduğunu və kənardan heç bir dəvət olmadığını göstərmiş, qeyd olunanların nəzərə alınmasını cavabdeh orqandan xahiş etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya 30 iyul 2020-ci il tarixli, **********126000 saylı bildirişlə İddiaçı tərəfindən təqdim edilən 2019-cu il üzrə məlumatlara əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların ümumi həcminin 200 000 manatdan artıq olduğunu və 10 gün ərzində Cəmiyyət tərəfindən ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda, Cəmiyyətin vergi orqanı tərəfindən məcburi qaydada ƏDV məqsədəri üçün qeydiyyata alınacağını göstərmişdir. Cavabdeh orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2020-ci il tarixli, **********389700 saylı qərarla 2019-cu il mənfəət vergisi hesabat dövrü üzrə Cəmiyyətə 4,971.33 manat hesablanmışdır. Qərarda hesablanmanın əsası kimi cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş, yuxarıda adı çəkilən **********802600 saylı məktuba istinad edilmişdir. İddiaçı Cəmiyyət cavabdeh orqanın 30 iyul 2020-ci il tarixli, **********126000 saylı bildirişinə 02 avqust 2020-ci il tarixli cavab məktubu ilə Cəmiyyətin 2019-cu il üzrə vergiyə cəlb olunan gəlirinin 121 160 manat olduğunu, bu rəqəmlərin rüblük hesabatlarda və 2019-cu ilin mənfəət vergisi bəyannaməsində aydın göründüyünü, beləliklə, Cəmiyyətin 2019-cu ilin ardıcıl 12 ayı ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan aşağı olduğundan, Cəmiyyətin vergi qanunvericiliyinə əsasən ƏDV məqsədləri üzrə qeydiyyata alınmaq üçün müraciət etmədiyini göstərmişdir. Cəmiyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 06 avqust 2020-ci il tarixli şikayətlə müraciət edərək, məcburi ƏDV qeydiyyatına alınmasına dair tələbin aydınlaşdırılmasını və bununla əlaqədar Cəmiyyətin nümayəndəsinin görüşə dəvət edilməsini xahiş etmişdir. İddiaçı, cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2020-ci il tarixli, **********389700 saylı qərarından 17 avqust 2020-ci il tarixli inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. İnzibati şikayətə bu günədək baxılıb qərar qəbul edilməmişdir. Cavabdeh orqan 17 avqust 2020-ci ildə Cəmiyyətə “X8 ödəyicisinin qeydiyyat bildirişi” göndərərək, Cəmiyyətin X8 ödəyicisi kimi məcburi qeydiyyata alındığını və qeydiyyatın 01 dekabr 2019-cu ildən qüvvəyə mindiyini göstərmişdir. İddiaçı Dövlət Vergi Xidmətinə 18 avqust 2020-ci il tarixli şikayətlə məcburi ƏDV qeydiyyatı üçün qanunla tələb olunan dövriyyə məbləğinin 200 000 manat olduğu halda, Cəmiyyətin 2019-cu il üçün illik dövriyyəsinin 121 160 manat olduğunu, ona görə də Cəmiyyətin ƏDV qeydiyyatına alınmasının əsası olmadığını, göstərilənləri nəzərə alaraq ƏDV qeydiyyatının ləğv olunması barədə inzibati qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarla 2019-cu il dekabr ayı ƏDV hesabat dövrü üzrə Cəmiyyətə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqını 12 654 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəliyi 6 761,56 manat hesablamışdır. Qərar onunla əsaslandırılmışdır ki, Cəmiyyət Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına əsasən X8 bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən X8 hesablanmışdır. Cavabdeh orqan 20 avqust 2020-ci il tarixli bildirişlə həmin tarixə Cəmiyyətin 21 914.79 manat borcu olduğunu göstərmişdir. İddiaçı Cəmiyyət Dövlət Vergi Xidmətinə göndərdiyi 21 avqust 2020-ci il tarixli inzibati şikayətlə Cəmiyyətin illik dövriyyəsinin 121 160 manat olduğuna görə Cəmiyyətin ƏDV ödəyicisi kimi qeydiyyata alınmasının əsası olmadığını, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 avqust 2020-ci il tarixli qanunsuz və əsassız qərarının Cəmiyyətin işini iflic vəziyyətə saldığını, bank əməliyyatı aparmağı məhdudlaşdırdığını göstərərək, Dövlət Vergi Xidmətindən Cəmiyyətin məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyata alınmasının və 19 avqust 2020-ci il tarixli qərarla əsassız olaraq hesablanmış kameral vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Şikayətə bu günədək baxılıb qərar qəbul edilməmişdir. Cavabdeh orqan “18 avqust 2020-ci il tarixli müraciətə baxılması” adı ilə 26 avqust 2020-ci il tarixli, **********690900 saylı məktubla bildirmişdir ki, Cəmiyyətin 2019-cu il fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində dövriyyənin 200 000 manatdan artıq olduğunun aşkar edilmiş və bununla əlaqədar Cəmiyyətə “X8 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” 30 iyul 2020-ci il tarixli bildiriş göndərilmiş, 10 gün ərzində ƏDV qeydiyyatına dair ərizə ilə müraciət edilməsi tələb edildiyi halda, Cəmiyyət göstərilən müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim etmədiyindən, Cəmiyyət məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. Göründüyü kimi, cavabdeh orqan Cəmiyyətin arqumentlərinə heç bir münasibət bildirməmiş, əvvəlki müraciətlərində göstərdiklərini təkrarlamaqla kifayətlənmişdir. Cavabdeh vergi orqanı 26 avqust 2020-ci il tarixli, **********310300 saylı “Təqdim edilməyən bəyannamələr barədə” bildirişlə Cəmiyyətdən 2020-ci ilin iyul ayı və avqust ayı üzrə ƏDV bəyannaməsinin təqdim edilməsini tələb etmişdir. Cəmiyyət 30 avqust 2020-ci il tarixli şikayətlə cavabdehə müraciət edərək Cəmiyyətin heç bir şikayətinə baxılmadığını, bundan öncəki məktub və şikayətlərdə də qeyd edildiyi kimi, Cəmiyyətin illik dövriyyəsinin 121 160 manat olduğuna görə Cəmiyyətin ƏDV ödəyicisi kimi qeydiyyata alınmamalı olduğunu göstərmişdir. Cavabdeh orqan 08 sentyabr 2020-ci il tarixli, **********499000 saylı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıqla Cəmiyyətin 04 sentyabr 2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 22 214,66 manat borcu olduğunu və borcun 10 gün ərzində ödənilmədiyi halda, Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət ediləcəyini göstərmişdir. Cavabdeh, ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinə 17 sentyabr 2020-ci il tarixli ərizədə isə Cəmiyyətin həmin tarixə 6725.02 manat borcu olduğunu göstərmişdir. İddiaçı Cəmiyyət cavabdeh orqana 18 sentyabr 2020-ci il tarixli şikayətlə müraciət edərək, Cəmiyyətə hesablanan kameral vergi yoxlaması nəticələrinin heç bir əsası olmadığını, yoxlamanın nəticəsi kimi qeyd edilən məbləğlərin Cəmiyyətin fəaliyyət növü ilə heç bir uyğunluğu olmadığını, dəfələrlə edilən müraciət və şikayətlərə baxmayaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən heç bir dolğun izahat və ya cavab verilmədiyini, Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair müraciətin heç bir əsasının olmadığını göstərmişdir. Cavabdeh orqan 23 sentyabr 2020-ci il tarixli, **********579300 saylı “18 sentyabr 2020-ci il tarixli müraciətə baxılması nəticəsi haqqında” məktubla ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair müraciətə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxıldığını və 22 sentyabr 2020-ci il tarixə Cəmiyyətin dövlət büdcəsinə 22 552,04 manat ödənilməmiş borcu olduğunu göstərmişdir. Dövlət Vergi Xidməti 28 sentyabr 2020-ci il tarixli, **********266000 saylı “Sənədlərin təqdim edilməsi barədə” məktubla Cəmiyyətin 2019-cu ilin dekabr ayının X8 və 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğlərinin ləğv edilməsinə dair müraciətləri üzrə aparılan inzibati araşdırma ilə əlaqədar bank çıxarışları, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri Cəmiyyətdən tələb olunmuşdur. X7 Xidmətinin aşağıdakı sualları əlavə edilmişdir: 2019-cu ildə 11 sayda qəbulu olan həkim və onların iş günlərinin sayı 1802 gün (şənbə və bazar günləri istisna olmaqla) olmuşdur ki, hər günə minimum 5 xəstə qəbulu olduğunu və xəstə qəbulunun orta bazar qiymətinə uyğun 30 manat qəbul edərək yaranan 270 300 manat dövriyyə ilə Cəmiyyət tərəfindən təqdim edilən 121 160 manat dövriyyə arasındakı fərqin səbəbi nədir; cəmi 16 işçi sayı üzrə 121 160 manat dövriyyənin bəyan olunması reallığı əks etdirmir (16 işçi sayı x 300 manat əmək haqqı x 12 ay = 57 600 manat əmək haqqı); alınmış 11 683 ml anesteziya dərmanının istifadəsinin dövriyyə göstəricisinə uyğun olmamasının səbəbi (alınmış 11 683 ml x 20 manat = 233 660 manat) nədir; Cəmiyyətin illik 23 800 manat mənfəətinin olması biznes baxımından səmərəsiz hesab olunur. Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cəmiyyətin dövlət büdcəsinə olan ümumilikdə 6725,02 manat vergi borcunun ödənilməsini təmin etmək üçün Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qət edilmişdir. İddiaçının cavabdeh orqana 06 oktyabr 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cəmiyyətin faəliyyətə başladığı gündən bu günə qədər Cəmiyyətin 11 sayda qəbulu olan həkim personalı olmamışdır; vergi orqanının götürdüyü nisbətlə bu sayda qəbulu olmayan həkimin aylıq dövriyyəsinin 270 300 manat olması mümkün deyildir. Cəmiyyətin stomatoloji klinika olduğu nəzərə alınsa hər gün ərzində 5 xəstənin klinikaya müraciəti də mümkün deyildir; vergi orqanının yanaşması ilə hesablansa Cəmiyyətdə 7 sayda qəbulu olan həkim olduğunu və ona nisbətən 3 sayda xəstə qəbulu olduğunu nəzərə alında, təxminən, 103 000 manat dövriyyə alınır ki, hətta, Cəmiyyət tərəfindən təqdim edilən 121 160 manat dövriyyə bundan daha çoxdur; 1 qram dərmanın orta bazar qiymətinin vergi orqanı tərəfindən 20 manat göstərilməsi qətiyyən ağlabatan deyildir və əsassızdır. Cəmiyyət stomatoloji xidmətdən əldə etdiyi gəliri dərman preparatlarının satışından deyil, göstərdiyi xidmətdən əldə edir. Cəmiyyətin illik 23 800 manat mənfəət əldə etməsini isə hansı əsasla və hansı meyarla səmərəsiz biznes hesab edildiyi aydın deyildir və bunun vergi orqanının yoxlama predmetinə aidiyyəti yoxdur. İddiaçı, Dövlət Vergi Xidmətinə 14 oktyabr 2020-ci il tarixli şikayətlə hazırki iddia ilə mübahisələndirilən qərarlardan verilən inzibati şikayətlərə 2 aydan çoxdur ki baxılmadığını, şikayətlərə baxılması üzrə araşdırma ilə əlaqədar vergi ödəyicisindən hər hansı sənəd tələb edilməsinin qanunsuz olduğu və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 79.2-ci maddəsinə görə araşdırma üzrə sənədlərin yalnız mübahisələndirilən qərarı qəbul edən orqandan - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb edilməsi mümkünlüyü göstərilərək şikayətlərə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. 14 oktyabr 2020-ci il tarixli şikayətə bu günədək baxılmamışdır. Hesab olunur ki, cavabdeh orqanın mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2020-ci il tarixli, **********389700 saylı qərarı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarı etibarsız hesab edilməli, 17 avqust 2020-ci il tarixli, üzərində **********7 qeydiyyat nömrəsi olan “X8 ödəyicisinin qeydiyyat bildirişi” ləğv edilməlidir. Cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyul 2020-ci il tarixli, **********389700 saylı qərarında göstərilən 4 971.33 manat əlavə vergi məbləğinin hesablamasının nə hüquqi, nə faktiki əsası yoxdur. Belə ki, qərarın əsaslandırma hissəsində yalnız “**********802600 saylı məktuba əsasən” qeyd edilmişdir. Halbuki **********802600 saylı məktubda 2019-cu il mənfəət vergisi hesabat dövrü üzrə 4 971.33 manat əlavə vergi məbləğinin hesablanmasına əsas olan konkret mənbə göstərilməmiş, həmin kənarlaşmaya dair məlumat qeyd edilməmişdir. Əksinə adıçəkilən məktubda 2019-cu il mənfəət vergisi hesabat dövrü üzrə vergi orqanı tərəfindən 63 228 manat mənfəət vergisinin hesablandığı göstərilmişdir. Həmin məktubda Cəmiyyətə 2 018 000 dövriyyə hesablandığı qeyd edilsə də, bu dövriyyənin hansı sənədlərə və konkret hansı məlumatlara əsasən hesablandığı da göstərilməmişdir. Ona görə də cavabdeh orqanın 30 iyul 2020-ci il tarixli, **********389700 saylı qərarla 4 971.33 manat əlavə vergi məbləğinin hesablamasının əsası kimi **********802600 saylı məktuba istinad etməsi əsassızdır və cavabdehin mübahisələndirilən qərarda həmin məktubdan başqa heç bir əsas göstərə bilməməsi barəsində şikayət olunan qərarın qanunsuzluğunu sübut edir. Digər tərəfdən iddiaçı tərəfindən cavabdeh orqana 2019-cu il mənfəət vergisi hesabat dövrü üzrə sonuncu dəfə bəyannamə 16 iyun 2020-ci ildə təqdim olunduğu halda, cavabdeh 30 iş günündən artıq müddətdə həmin bəyannamə üzrə kameral vergi yoxlaması aparmış və bununla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 37.2-ci və 37.4-cü maddələrinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü ərzində keçirilməlidir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması aşkar edildikdə vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə qarşı” iş üzrə 2-1(102)-3009/2019 saylı 11 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilən “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” aktının 7-ci bəndinə görə kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi üçün kameral vergi yoxlamalarının həyata keçirilməsi vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqanın kameral vergi yoxlaması nəticəsi üzrə qərarları da 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən əsaslı hesab edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində vergi orqanının əlaqəli məlumatlar əsasında vergi məbləğini hesablaması əsasları dəqiqliklə sadalanmış, cavabdeh vergi orqanı isə iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatları əsasında hesablandığını göstərməmişdir. Bundan əlavə Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş mübahisələndirilən inzibati aktın ləğvini qət edən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni mövqe Ali Məhkəmənin “İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə qarşı” iş üzrə 25 sentyabr 2019-cu il tarixli 2-1(102)-2585/2019 saylı qərarında da əsas tutularaq göstərilmişdir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbinə görə kameral vergi yoxlaması vergi orqanına vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü ərzində həyata keçirilə bildiyi halda, hazırki iş üzrə işə baxan məhkəmə Vergi Məcəlləsinin qeyd edilən normasına cavabdeh tərəfindən riayət edilib-edilməməklə kameral vergi yoxlamasının aparılmasına qiymət vermədən qərar qəbul etmişdir. Ona görə də iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin “İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı Şəhəri Vergilər Departamentinə qarşı” iş üzrə 09 oktyabr 2019-cu il tarixli 2-1(102)-2906/2019 saylı qərarında göstərilmişdir ki, iddiaçının mübahisələndirdiyi vergi orqanının qərarları Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Digər tərəfdən cavabdehin vergilərin hesablanması barədə qərarlarında verginin hesablanmasına əsas olmuş hallar göstərilməmişdir ki, bu da sözügedən qərarların ləğv edilməsi üçün qanuni əsas sayılır. Göstərilənlərə əsasən mübahisə predmeti olan vergi orqanının qərarlarını ləğv edən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqanın İddiaçınə 30 iyul 2020-ci il tarixli, **********126000 saylı bildiriş göndərərək Cəmiyyətdən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizə verməyi tələb etməsi və 17 avqust 2020-ci ildə Cəmiyyəti ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alması, 2019-cu ilin dekabr ayı ƏDV hesabat dövrü üzrə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarı qəbul etməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusudur. Belə ki, İddiaçı 2019-cu ilin ardıcıl 12 ayı ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan az - 121 160 manat olmuşdur ki, bu hal Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə vergi ödəyicisinin ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınmasına əsas deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Vergi Məcəlləsinin 156.1-ci maddəsinə müvafiq olaraq qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Vergi Məcəlləsinin 157.5-ci maddəsinə görə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır. Vergi Məcəlləsinin 218.5-ci maddəsinə əsasən iddiaçının şikayətlərinə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsinə dair Dövlət Vergi Xidmətinə 14 oktyabr 2020-ci il tarixli müraciətə bu günədək baxılmamışdır. Vergi Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarının 2.24-cü sətrinə əsasən stomatologiya fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınması üçün onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcminin 200 000 manatdan artıq olması tələb olunur. İddiaçı Diş Poliklinikası isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyət göstərir, vətəndaşlarının dişlərinin müayinəsi, müalicəsi və süni dişlərin qoyulması üzrə xidmət göstərməklə gəlir əldə edir. Aparılan hər bir xidmət üzrə qiymətlər müəyyən edilmişdir və göstərilən xidmətlərin yekununda vətəndaşa ciddi hesabat blankı olan kassa mədaxil orderləri yazılmaqla xidmət haqqı alınır. Cəmiyyətin 2019-cu il üzrə vergiyi cəlb olunan gəliri 121 160 manat - 2019-cu ilin İ rübü üzrə 27740 manat, İİ rübü üzrə 25800 manat, İİİ rübü üzrə 28430 manat, İV rübü üzrə 39190 manat olmuşdur. Bu rəqəmlər rüblük hesabatlarda və 2019-cu ilin mənfəət vergisi bəyannaməsində də aydın görünür. Odur ki, illik dövriyyəsi ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının dəyəri 200 000 manatdan çox az olan “X4 Cəmiyyətinin cavabdeh vergi orqanı tərəfindən ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınması qanunsuzdur. Cavabdeh orqan 30 iyul 2020-ci il tarixli, **********126000 saylı bildirişdə Cəmiyyətin ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcminin 200 000 manatdan artıq olduğunu müəyyən etdiyini göstərsə də, bu hesablamanı necə apardığını, konkret hansı sənədlərə və məlumatlara istinad etdiyini qeyd etməmişdir. Göstərilən hal vergi orqanının bu hesablamasının əsassız olduğunu əyani şəkildə sübut edir. Cəmiyyətin dəfələrlə, çoxsaylı yazılı müraciətlərinə baxmayaraq, cavabdeh orqanı hesablamasının əsasını göstərməmiş, ancaq ƏDV qeydiyyatının ləğv olunmasına dair Cəmiyyətin müraciətlərini də təmin etməmişdir. Göstərilənlər 2019-cu il dekabr ayı ƏDV hesabat dövrü üzrə qəbul edilmiş 19 avqust 2002ci il tarixli, **********953300 saylı qərarın da etibarsız hesab olunmasını şərtləndirir. Həmin qərarla hesablama aparılmasının əsası kimi Cəmiyyətin ƏDV bəyannaməsinin təqdim etmədiyi, buna görə də əlaqəli məlumatlara əsasən X8 məbləğinin hesablandığı göstərilmişdir. Cəmiyyətin X8 ödəyicisi kimi qeydiyyata alınmalı olmadığı və X8 bəyannaməsi verməməli olduğu yuxarıda artıq əsaslandırılmışdır. Digər tərəfdən, mlibahisələndirilən qərarda əlaqəli məlumatlara əsasən hesablanma aparıldığı göstərilsə də, bu hesablamanın hansı əlaqəli məlumatlara əsaslanaraq aparıldığı, hansı məlumatlara, sənədlərə istinad edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində əlaqəli məlumatların siyahısı dəqiq göstərilmiş və hansı hallarda vergi orqanının əlaqəli məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnun olduğu göstərilmişdir ki, həmin halların hər hansı biri hazırki işə şamil olunmur. Hazırda mübahisələndirilən qərarların və ƏDV qeydiyyatının ləğv olunması ilə bağlı şikayətlərə nə cavabdeh orqan tərəfindən, nə də birbaşa şikayət instansiyası olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aylardır ki, baxılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə görə qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsi əsasında vergi ödəyicisinin dövriyyəsi araşdırılmış və bəyan edilən 121 160,00 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 2 018 000,00 manat dövriyyədən 1 896 840,00 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlarda əlaqədar vergi ödəyicisinə 19.06.2020-ci il tarixli **********802600 nömrəli uyğunsuzluq məktubu göndərilərək vergi ödəyicisindən 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə məktuba əlavə edilmiş cədvəl forması üzrə məlumatların, 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 nömrəli forma (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 30 nömrəli forma (“Müalicə-profilaktika müəssisəsinin fəaliyyəti haqqında”) hesabatların surətinin və digər təsdiqedici sənədlərin 5 (beş) gün müddətinə vergi orqanına təqdim edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunanlar barədə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən araşdırmaya tam təqdim edilmədiyindən və uyğunsuzluq məktubuna cavab olaraq daxil olmuş **********732200 və **********814900 nömrəli məktublar üzrə məlumatlara əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisinin xəstə qəbulu üzrə illik dövriyyəsinin 270 300,00 manat olduğu müəyyən edilmişdir. Bundan əlavə xəstə qəbulu üzrə müəyyənləşdirilən illik dövriyyə məbləği 200 000,00 manatdan artıq olduğundan Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi ödəyicisinin məcburi ƏDV qeydiyyatına alınma öhdəliyi yaranmış və vergi ödəyicisinə 30.07.2020-ci il tarixli **********126000 nömrəli “X8 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” ƏDV bildirişi göndərilmişdir. Lakin müvafiq ərizə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən 10 gün ərzində təqdim edilmədiyindən vergi orqanı tərəfindən 17.08.2020-ci il tarixli **********503300 nömrəli xidməti məktubla vergi ödəyicisi 01.12.2019-cu il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmaqla vergi ödəyicisinə 17.08.2020-ci il tarixli **********125300 nömrəli ƏDV qeydiyyat bildirişi göndərilmişdir. Vergi ödəyicisi ƏDV qeydiyyatına alındıqdan sonra 70 300,00 manat (270 300,00-200 000,00) dövriyyə nəzərə alınmaqla 2019-cu ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə anoloji qaydada 12 654,00 manat məbləğində hesablama aparılmaqla, vergi ödəyicisinə 19.08.2020-ci il tarixli **********953300 nömrəli Qərar göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə, bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək ƏDV qeydiyyatı qüvvəyə minir. Cavabdeh daha sonda iddia ərizəsinə dair verilmiş yazılı etiraza əlavəni təqdim edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əlavəyə görə, İddiaçı MMC tərəfindən 2019-cu il ərzində elektron qaiməfakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsi əsasında vergi ödəyicisinin dövriyyəsi araşdırılmış və bəyan edilən 121 160,00 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 2 018 000,00 manat dövriyyədən 1 896 840,00 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlarda əlaqədar vergi ödəyicisinə 19.06.2020-ci il tarixli **********802600 nömrəli uyğunsuzluq məktubu göndərilərək, vergi ödəyicisindən 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə məktuba əlavə edilmiş cədvəl forması üzrə məlumatların 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 nömrəli forma (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 30 nömrəli forma (“Müalicə-profilaktika müəssisəsinin fəaliyyəti haqqında”) hesabatların surətinin və digər təsdiqedici sənədlərin 5 (beş) gün müddətinə vergi orqanına təqdim edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunanlar barədə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən araşdırmaya tam təqdim edilmədiyindən və uyğunsuzluq məktubuna cavab olaraq daxil olmuş **********732200 və **********814900 nömrəli məktublar üzrə məlumatlara əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisinin xəstə qəbulu üzrə illik dövriyyəsinin 270 300,00 manat olduğu müəyyən edilmişdir. Belə ki, hesablamaya əsas olan hallar qismində aşağıdakılar nəzərə alınmışdır. 2019-cu ildə 11 sayda qəbulu olan həkim və onların iş günlərinin sayı (1.802 gün - şənbə və bazar istisna), eləcə də hər günə minimum 5 xəstə qəbulu olduğunu və xəstə qəbulunun orta bazar qiymətinə uyğun olaraq 30 manat olması nəzərə alınmaqla 270300 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən cəmi 16 işçi sayı üzrə 121160 manat dövriyyənin bəyan olunması reallığı əks etdirməmişdir (16 işçi sayı*300 manat əmək haqqı*12 ay = 57 600 man əmək haqqı ümumi). Belə ki, əmək haqqı xərcinin dövriyyədə xüsusi çəkisi 48% təşkil etmişdir. Əlavə olaraq digər xərclər nəzərə alınmaqla müəyyən edilmişdir ki, (tibbi ləvazimatlar, dərman alışı, kommunal xərclər, icarə və s.) dövriyyə reallığı əks etdirmir. Alınmış 11683 ml anesteziya dərmanı istifadəsi (stomatoloji xidmətlərdə minimum miqdarda istifadəsi nəzərə alınmaqla) dövriyyə göstəricisinə uyğun olmamışdır. Anesteziya istifadə olunan müayinələrdə alınmış ümumi anesteziya miqdarının orta bazar qiymətinə vurmaqla (11683ml * 20 manat) onun ümumi qiyməti 233660 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən xəstə qəbulu üzrə müəyyənləşdirilən illik dövriyyə məbləği 200 000,00 manatdan artıq olduğundan Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi ödəyicisinin məcburi ƏDV qeydiyyatına alınma öhdəliyi yaranmış və vergi ödəyicisinə 30.07.2020-ci il tarixli **********126000 nömrəli “X8 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” ƏDV bildirişi göndərilmişdir. Lakin müvafiq ərizə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən 10 gün ərzində təqdim edilmədiyindən vergi orqanı tərəfindən 17.08.2020-ci il tarixli **********503300 nömrəli xidməti məktubla vergi ödəyicisi 01.12.2019-cu il tarixdən məcburi qaydada ƏDV qeydiyyatına alınmaqla vergi ödəyicisinə 17.08.2020-ci il tarixli **********125300 nömrəli ƏDV qeydiyyat bildirişi göndərilmişdir. Vergi ödəyicisi ƏDV qeydiyyatına alındıqdan sonra 70 300,00 manat (270300-200000) dövriyyə nəzərə alınmaqla 2019-cu ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə anoloji qaydada 12654 manat məbləğində hesablama aparılmaqla vergi ödəyicisinə 19.08.2020-ci il tarixli **********953300 nömrəli Qərar göndərilmişdir Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqua, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə,bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək ƏDV qeydiyyatı qüvvəyə minir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X5 iddiaya dair verilmiş yazılı etiraza və ona əlavəyə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 19 iyun 2020-ci il tarixli, **********802600 saylı məktubdan görünür ki, MMC tərəfindən təqdim edilmiş 2019-cu il üçün X8 və mənfəət vergisi bəyənnaməsi araşdırılmış və bildirilmişdir ki, MMC tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsi əsasında Baş İdarə tərəfindən dövriyyəsi araşdırılmış və bəyan eidlən 121 160 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 2 018 000 manat dövriyyədən 1 896 840 manat az olduğu müəyyən edilmişdir. Nəticədə 63 228 manat mənfəət vergisi və 341 431,2 manat ƏDV vergisi olmaqla cəmi 404659,2 manat vergi məbləği büdcədən yayındırılmışdır. Qeyd olunanlarla əlaqədar MMC tərəfindən 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə məktuba əlavə edilmiş cədvəl forması üzrə məlumatların, 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 nömrəli forma (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 30 nömrəli forma (“Müalicəprofilaktika müəssisəsinin fəaliyyəti haqqında”) hesabatların surətinin və digər təsdiqedici sənədlərin 5 iş günü müddətinə vergi orqanına təqdim edilməsi xahiş olunmuşdur. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatıdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablamaq hüquq vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış X8 məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə **********126000 saylı, 30 iyul 2020-ci il tarixli bildirişdən görünür ki, MMC tərəfindən təqdim edilmişş 2019-cu il üzrə məlumatlara əsasən Vergi Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl olaraq 12 ay dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacaqdır. İşdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə dekabr 2019-cu il bəyənnamə və hesabat dövrü üzrə 1. bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 12654 manat, 2. qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 6761,56 manat hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 26 avqust 2020-ci il tarixli, **********690900 saylı müraciətə baxılması barədə məktubdan görünür ki, iddiaçının ƏDV qeydiyyatının ləğvi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, cəmiyyətin 2019-cu il üçün fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində dövriyyənin 200 000 manatdan artıq olduğu aşkar edilmiş və bununla əlaqədar “X8 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” 30.07.2020-ci il tarixli, **********126000 nömrəli bildiriş göndərilərək, 10 gün müddətində ƏDV qeydiyyatına dair ərizə ilə müraciət edilməsi bildirilmişdir. Qeyd olunan müddət ərzində MMC tərəfindən ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınaraq 17.08.2020ci il tarixli **********125300 nömrəli “X8 ödəyicisinin qeydiyyat bildirişi” göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış təqdim edilməyən bəyənnamələr barədə 26 avqust 2020-ci il tarixli, **********310300 saylı bildirişdən görünür ki, vergi ödəyicisinə məlumat üçün bildirilmişdir ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV-nin hesabat dövrü təqvim ayıdır. 2020-ci ilin avqust ayı üçün ƏDV bəyənnaməsi 2020-ci ilin sentyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim olunmalı və hesablanmış vergi həmin müddətdən dövlət büdcəsində ödənilməlidir. Tərəfinizdən 2020-ci ilin iyul ayı üzrə 01.08.2020-ci il tarixdən 20.08.2020-ci il tarixinədək təqdim olunmalı ƏDV bəyənnaməsi vergi orqanına vaxtında təqdim edilmədiyindən həmin dövr üzrə bəyənnamənin təqdim edilməsi və 2020-ci ilin avqust ayı üzrə ƏDV bəyənnaməsininn vaxtında təqdim edilməli olduğu nəzərə çatdırılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 20 noyabr 2020-ci il tarixli, **********2431 saylı tələbnamədən görünür ki, operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 42, 50-ci maddələrinə əsasən əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri təqdim etməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX № 000514 saylı, 30 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 20 noyabr 2020-ci il tarixli qərara əsasən vergi xidmətinin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanda yerləşən stomatoloji klinikada MMC-nin direktoru X2 iştirakı ilə keçirilən operativ vergi nəzarəti nəticəsində müəyyən olunmuşdur ki, 30 noyabr 2020-ci il tarixdə təqdim edilmiş əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi bildirişlərinə əsasən həkim və mühasib kimi 8 nəfər işçi cəlb olunmuşdur. Operativ vergi nəzarəti barədə əlavə məlumatlara zərurət yaranmamışdır. Aktın doğruluğu iştirak edən şəxslər tərəfindən imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Həmin Məcəllənin 157.3, 157.3.1-ci maddələrinə əsasən qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə. İddia tələbi üzrə iddiaçı ilk növbədə cavabdeh tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyata alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsini və onun nəticəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarın ləğv edilməsini tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınmasına əsas vergi ödəyicisinin 2019-cu il ərzində təqdim etdiyi elektron qaimə-fakturalarla cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatlarının istifadəsi əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövriyyənin araşdırıldığı və 2 018 000 manat dövriyyə hesablandığı, nəticədə 1 896 840 manat kənarlaşma aşkar edildiyi əsas gətirmişdir. Bu əsasla da Cəmiyyətin sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların ümumi həcminin 200000 manatdan artıq olduğu əsas gətirərək, iddiaçını ƏDV ödəyicisi kimi məcburi qeydiyyata almışdır. Lakin iddiaçı ƏDV qeydiyyatı üçün qanunla tələb olunan dövriyyə məbləğinin 200000 manatdan aşağı, 2019-cu il üçün illik dövriyyəsinin 121 160 manat olduğunu, ona görə də ƏDV qeydiyyatına alınmasının əsassız olmasını iddia edir. Bununla bağlı məhkəmə araşdırması dövründə İddiaçı MMC-nin X8 ödəyicisi qeydiyyatına alınmasına dair qərarın əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surəti cavabdehdən tələb edilmiş və cavabdeh tərəfindən 18 may 2021-ci il tarixli, **********307000 saylı məktubla İddiaçı MMC-nin (VÖEN **********) ƏDV qeydiyyatına səbəb olan məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş; Bəyənnamələrin təhlili və kameral vergi yoxlamaları İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış ƏDV qeydiyyatı barədə Xidməti məktubdan görünür ki, İddiaçı MMC-nin (VÖEN **********) ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcminin 200000 manatdan artıq olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq həmin vergi ödəyicisinə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi barədə uyğunsuzluq məktubları və X8 məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə verilməsi məqsədilə bildirişlər göndərilmişdir. Lakin bu günədək həmin vergi ödəyiciləri tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət edilməmişdir. Göstərilənlərə əlaqədar olaraq ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcminin 200000 manatdan artıq olduğunu nəzərə alaraq, Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyatın 01.12.2019-cu il tarixdən ƏDV qeydiyyatına alınması üçün qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 ödəyicisinin qeydiyyat bildirişindən görünür ki, İddiaçı MMC (VÖEN **********) 17 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının X8 ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın aparılmasına əsas **********503300. Qeydiyyatın qüvvəyə minmə tarixi 01.12.2019-cu ildir. Göründüyü kimi vergi orqanı tərəfindən İddiaçı MMC-nin ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcminin 200000 manatdan artıq olduğu müəyyən edilməsinə əsas olaraq yalnız iddiaçı tərəfindən 2019-cu il ərzində elektron qaiməfakturalar ilə cərrahi əməliyyatlarda anesteziya zamanı istifadə üçün alınmış dərman preparatlarının istifadəsi əsasında dövriyyənin araşdırıldığı və bəyan edilən dövriyyənin müəyyən edilən dövriyyədən az olduğu əsas göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh bununla bağlı iddiaçıya 19 iyun 2020-ci il tarixdə “Kameral vergi yoxlamasına dair uyğunsuzluq” məktubu ünvanlayaraq zəruri sənədlərin təqdim edilməsini tələb etmişdir. İddiaçı cavabdeh orqana 22 iyun 2020-ci il tarixli şikayətində vergi orqanının 19 iyun 2020-ci il tarixli, **********802600 saylı məktubunda göstərilmiş 2 018 000 manat dövriyyənin Cəmiyyətin fəaliyyətinə heç bir uyğunluğunun olmadığını, Cəmiyyətin stomatoloji klinika olduğu üçün stasionar deyil, ambulator fəaliyyət göstərdiyini və fəaliyyətinin ancaq stomatoloji xidmət olduğunu, Cəmiyyətdə ümumi cərrahi əməliyyatların ümumiyyətlə icra olunmadığını, yalnız diş çəkilməsi və diş kökünün iltihabının rezeksiyasının icra olunduğunu, bütün işlərin dəqiq uçotunun aparıldığını, hər bir pasiyentə tibbi kart açıldığı və əldə olunan vəsaitlərin Cəmiyyətin kassasına mədaxil olduğunu, pasiyentlərə ödəniş qəbzinin verildiyini, icra olunan bütün stomatoloji xidmətlərin yalnız Cəmiyyətin həkimləri tərəfindən icra olunduğunu və kənardan heç bir dəvət olmadığını göstərmiş, qeyd olunanların nəzərə alınmasını cavabdeh orqandan xahiş etmişdir. Lakin göstərilən xüsusatlar nəzərə alınmadan vergi ödəyicisi ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının ƏDV və mənfəət vergisi bəyənnaməsi üzrə hesablanmış vergi məbləğlərinin ləğv edilməsinə dair müraciətləri üzrə Dövlət Vergi Xidməti tərəfindən aparılan inzibati icraat zamanı müvafiq sənədlərin surətləri iddiaçıdan tələb edilməklə, həmçinin həmin məktub üzrə iddiaçının qarşısına suallar qoyulmuşdur. Həmin suallar üzrə Dövlət Vergi Xidməti 2019-cu ildə 11 sayda qəbulu olan həkim və onların iş günlərinin sayının 1802 günü (şənbə və bazar günləri istisna olmaqla) olduğunu, hər günə minimum 5 xəstə qəbulu olduğunu və xəstə qəbulunun orta bazar qiymətinə uyğun 30 manat qəbul edərək yaranan 270 300 manat dövriyyə ilə Cəmiyyət tərəfindən təqdim edilən 121 160 manat dövriyyə arasındakı fərqin səbəbinin nədən ibarət olduğunu, cəmi 16 işçi sayı üzrə 121 160 manat dövriyyənin bəyan olunması reallığı əks etdirmədiyini (16 işçi sayı x 300 manat əmək haqqı x 12 ay = 57 600 manat əmək haqqı); alınmış 11 683 ml anesteziya dərmanının istifadəsinin dövriyyə göstəricisinə uyğun olmamasının səbəbinin (alınmış 11 683 ml x 20 manat = 233 660 manat) nədən ibarət olduğunu dəqiqləşdirməklə yanaşı, faktiki olaraq heç bir mənbəyə istinad etmədən öz mülahizəsi əsasında hesablama apararaq vergi ödəyicisinin illik dövriyyəsini hesablamış və vergi ödəyicisi tərəfindən təqdim olunan dövriyyənin reallığı əks etdirmədiyi qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, göstərilən hallar mülahizəyə əsaslana bilməz və müvafiq sübutlarla öz təsdiqini tapmalıdır. Vergi orqanı tərəfindən aparılmış hesablamanın mülahizə xarakterli olmaqla, reallığı əks etdirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Vergi orqanı stomatoloji klinikada 11 sayda qəbulu olan həkim olduğu, şənbə və bazar günləri istisna olmaqla onların iş günlərinin sayının 1802 gün təşkil etdiyini, hər günə minimum 5 xəstə qəbulu olduğunu, xəstə qəbulunun orta bazar qiymətinin 30 manat təşkil etdiyini göstərsə də, lakin iş materiallarında olan aparılmış operativ vergi nəzarətinin nəticəsində tərtib edilmiş aktdan görünür ki, təqdim edilmiş əmək müqaviləsi bildirişləri əsasında klinikada həkim, mühasib olmaqla 8 nəfər işçinin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Digər tərəfindən stomatoloji klinikada fəaliyyət göstərən həkimlərin say göstəricisi onların daimi yalnız orada fəaliyyət göstərməklə, gün boyu müraciət edən şəxsləri qəbul etmələrinə dəlalət etmir. Belə ki, stomatoloq həkimlərin günün birinci və ya ikinci yarısı, yaxud da həftənin cüt və ya tək günləri müəyyən etdikləri növbə ilə işləmələri, bununla yanaşı başqa stomatoloji klinikalarda da fəaliyyət göstərmələri təcrübədə rast gəlinən haldır. Digər tərəfdən vergi orqanı klinikanın hər günə minimum 5 xəstə qəbulu olduğunu və xəstə qəbulunun orta bazar qiymətinə uyğun 30 manat qəbul edildiyi qənaətinə gəlmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, vergi orqanı tərəfindən hazırki dövr üzrə orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi alınmadan şəxsi mülahizəyə əsasən və heç bir sübuta istinad olunmadan xəstə qəbulunun orta bazar qiymətinin 30 manat təşkil etdiyi göstərilmişdir. Həmçinin stomatoloji klinikada tibbi xidmət göstərdiyindən orada minimum xəstə sayının müəyyən edilməsi mümkün deyildir. Bundan əlavə vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməfakturalarla cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış 11683 ml anesteziya dərman preparatlarının istifadəsi əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövriyyənin araşdırılmasını göstərmişdir. Həmin dərman vasitəsinin 1 ml-nin dəyərini 20 manatdan hesablamışdır. Halbuki anesteziya dərman preparatlarının istifadəsi ilə bağlı, yəni hər xəstəyə hansı ölçüdə və qaydada vurulmalı olması barədə qayda tibbi sahəsinə aid olduğundan, vergi orqanının əməkdaşları tərəfindən, müvafiq tibbi məlumat və ya mütəxəssis rəyi alınmadan dərman preparatlarının istifadəsi ilə bağlı hər hansı mülahizə irəli sürülməsi əsassızdır. Həmin dərman vasitəsinin 1 ml-nin dəyərini 20 manat təşkil etməsi ilə bağlı isə hər hansı sübuta istinad olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edın hallardan biridir. Azərbaycan Rcspublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 27.11.2003cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçının illik dövriyyəsi üzrə ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının dəyərinin 200 000 manatdan çox olduğu öz təsdiqini tapmadığından, onun ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda 2019-cu il dekabr ayı ƏDV hesabat dövrü üzrə cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərar da əsassızdır və ləğv olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin X8 ödəyicisi kimi qeydiyyata alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməli və cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-ci maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-nin X8 ödəyicisi kimi qeydiyyata alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 avqust 2020-ci il tarixli, **********953300 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar