Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2727/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı ona, övladları X8 və X9 məcburi köçkün vəsiqəsinin verilməsi, eləcə də, “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət”-in verilməsinə dair öhdəliyin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı övladları – X8 və X9 məcburi köçkün stausunun və məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş, azərbaycanlı, məcburi köçkün, ali təhsilli, 2-ci qrup əlil, işsizdir. Xocəvənd rayonunun Qaradağlı kəndində daimi qeydiyyatdadır. O, xx xxx 2002-ci il tarixdə X10 ilə (AZ-1 № 012532 saylı) akt qeydi ilə Bərdə rayon VVADQ şöbəsində rəsmi nikaha girməklə ailə həyatı qurmuş və birgə nikahlarından xx xxxxxx 2002-ci il təvəllüdlü X13 və xx xxxxx 2004-cü il təvəllüdlü X14 adlı övladları doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxx 2002-ci il tarixdə AZ-1 № 012532 saylı akt qeydi ilə Bərdə rayon VVADQ Şöbəsində bağlanmış nikahları pozulmuşdur. Övladları – xx xxxxxx 2002-ci il təvəllüdlü X13 və xx xxxxx 2004-cü il təvəlüdlü X14 məhkəmənin qərarı ilə himayəsinə verilmişdir. Özü və hər iki övladı Xocəvənd rayonu, Qaradağlı kəndində daimi qeydiyyatdadırlar. Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 568-ci məhəllə, ev 2, mənzil 15-də məskunlaşmışlar. Onun xx.xx.2006-cı il tarixli məcburi köçkün vəsiqəsi vardır. Lakin, qızının və oğlunun məcburi köçkün vəsiqəsi yoxdur. Özü və övladlarına məcburi köçkün vəsiqəsi verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən imtina edilərək bildirilmişdir ki, “Azərbayan Respublikasında məcburi köçkünlərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərdən atası “Məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan qaydalara uyğn olaraq keçmiş həyat yoldaşı “məcburi köçkün” statusuna malik olmadığından övladlarına “məcburi köçkün” statusunun verilməsi mümkün deyildir. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən həmin sərəncama əsasən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Komitəyə müraciət edərək, övladları xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2004-cü il təvəllüdlü X9 məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçı Quliyeva X4 rayonunun işğalından sonra xx.xx.2002-ci il tairxdə AZ-1/012523 saylı akt qeydi ilə Bərdə rayon VVADQ şöbəsində məcburi köçkün olmayan şəxslə - X10 ilə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1423/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə X10 arasındakı nikah pozulmuşdur. Odur ki, X6 və X7 atası X10 məcburi köçkünn olmadığından, Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən onlara məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. “Azərbaycan Respublikasında məcburi köçkülərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəsinin verilməsinə dair Qaydalar” hazırlanarkən bu məsələlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik və ekspertiza baş İdarəsi ilə razılaşdırılmış və işğaldan sonra doğulan uşaqlardan yalnız atası məcburi köçkün statusuna malik olan uşaqlara “məcburi köçkün” statusunun verilməsi nəzərdə tutulmuşdur. Belə olmadığı halda, istənilən məcburi köçkün statusu olmayan kişi məcburi köçkün statusu olan xanımla nikaha daxil olmaqla, onların övladının məcburi köçkün statusunu əldə etməsinə və dövlət tərəfindən məcburi köçkünlərə verilən güzəştlərdən kütləvi şəkildə istifadə etməsinə şərait yaradacaqdır. Bu isə davamlı olaraq məcburi köçkün olmayan şəxslərin qanunun tələblərinə zidd olaraq məcburi köçkün statusunu almasına və ölkə üzrə əhalinin böyük əksəriyyətinin məcburi köçkün olmasına səbəb olacaqdır. Göstərilən hallar nəzərə alınaraq, bu zaman ailənin əsas yaşayış yeri atanın yaşayış yeri isə hazırda işğal olunmuş rayon olduğu üçün bu qərar qəbul edilmişdir. Beləlilə, iddiaçıların övladlarının atası X10 məcburi köçkün olmadığından Azərbaycan Respublikasının normativ-hüquqi akt hesab edilən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə müvafiq olaraq X8 və X9 məcburi köçkün statusu verilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun olaraq izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA0835185 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA0835184 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. İşdə olan AA seriyalı, 146291 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 1992-ci il tarixdə Xocəvənd rayonunda anadan olmuşdur. Ona xx.xx.2006-cı il tarixdə “Məcburi köçkün statusu” verilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2019 saylı, xx.xx.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, X10 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə Bərdə rayonu VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, xx xxxxxx 2002-ci il təvəllüdlü X13 və xx xxxxx 2004-cü il təvəlüldlü X7 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilmiş, xx xxxxxx 2002-ci il təvəllüdlü X13 və xx xxxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X3 hər ay hər uşağa 155 ( bir yüz əlli beş) manat olmaqla, ümumilikdə 310 (üç yüz on) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan “Nikahın pozulması haqqında” AZ-İ seriyalı, 323352 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında olan nikah xx xxx 2019-cu il tarixdə ləğv edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 01/17593 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün) statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən arası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiuyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980ci il tarixdə Xocəvənd rayonunda anadan olmuş, xx.xx.2002-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxxxxx 2002-ci il təvəllüdlü X13 və xx xxxxx 2004-cü il təvəllüdlü X14 anadan olmuşlar. xx.xx.2006-cı il tarixdə İddiaçı “Məcburi köçkün” statusu verilmişdir. İddiaçının əri X10 məcburi köçkün olmamışdır. İddiaçı ilə X10 arasında olan nikah xx xxx 2019-cu il tarixdə ləğv edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, aşağıdakı qanunvericiliyin normalarına əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında “Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən yalnız atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu verilir. İş materiallarından göründüyü kimi, iddiaçının övladlarının atası X10 “məcburi köçkün” statusuna malik olmamışdır. Bu səbəbdən də, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə müvafiq olaraq iddiaçının övladları X8 və X9 məcburi köçkün statusu verilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X12 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 58-ci, 68-69-cu, 73-cü, 75-civə 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2727/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2727/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver