Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2727/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiya hüququnun yarandığı vaxtdan yəni, 03.01.2019-cu ildən pensiyanın 1994- 2001-ci illərin əmək haqqı cədvəlinə uyğun yenidən hesablaması, pensiyanın son hesablamaya əsasən təyin edilməsi və ödənilməmiş pensiva məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının 06.04.1996-06.04.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ildən 1990-cı ilədək Saatlı rayon Məktəblərarası Tədris İstehsalat Kombinatının direktoru, 1994-cü ildən 2001-ci ilədək Saatlı rayon təhsil şöbəsinin müdir müavini, 2001-ci ildən 2019-cu ilin yanvar ayının 03-dək Saatlı rayon təhsil şöbəsində məsləhətçi vəzifəsinə işləmiş və pensiya yaşına çatdığına görə işdən azad edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi pensiya alır, amma hesab edir ki, hesablanmış əmək pensiyası düzgün deyil. Bununla bağlı Saatlı rayon DSMF-na müraciət etsə də, iddiaçıya cavab verilmişdir ki, 1994-2001-ci illərin əmək haqqı cədvəli tapılmalıdır. Bundan sonra Saatlı rayon Dövlət Arxivinə müraciət etmiş və iddiaçıya bildirilmişdir ki, 2000-ci ildən əvvəlki əmək haqqı cədvəlləri arxivə təhvil verilməmiş və bununla bağlı sənəd aşkarlanmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının pensiya məsələləri ilə bağlı” Sərəncamı da iddiaçıya şamil edilməmişdir. Bu yaxınlarda növbəti dəfə müraciət etsə də, 28.04.2021ci il tarixli məktubla yenidən imtina cavabı gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tam əsassızdır. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 3 yanvar 2019-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 3 yanvar 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 97,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla orta aylıq əmək haqqının 609,38 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (609,38 manat) 79,50 faizi - 484,46 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 03.01.2019-31.08.2019-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3844,42 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 3866,56 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 22,14 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 147,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla orta aylıq əmək haqqının 885,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (885,75 manat) 79,50 faizi - 704,17 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona 01.09.2019-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12675,06 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 12725,28 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 50,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən 03.01.2019-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 72,36 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 2021-ci ilin fevral ayından etibarən iddiaçının əmək pensiyası 704,17 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısınının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: Cavabdehin 28.04.2021-ci il tarixli **********4 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1 aprel 2021-ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 3 yanvar 2019-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 3 yanvar 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 97,50 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 121,88 manat olmaqla orta aylıq əmək haqqısı 603,38 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (609,38 manat) 79,50 faizi- 484,46 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 03.01.2019- 31.08.2019-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3844,42 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 3866,56 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 22,14 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 147,00 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 183,75 manat olmaqla orta aylıq əmək haqqı 885,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 24 il 10 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (885,75 manat) 79,50 faizi-704,17 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.09.2019-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12675,06 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 12725,28 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 50,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 03.01.2019-28.02.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 72,36 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 72,36 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məlumat üçün həmçinin bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 2021-ci ilin mart ayından etibarən əmək pensiyası 704,17 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Cavabdehin 26.10.2020-ci il tarixli **********3 saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar olaraq əmək pensiyasının ərizəsində qeyd olunan qaydada yenidən hesablanması məsələsinə dövlət qulluqçusu kimi işlədiyi istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə arayışı bu məktuba əlavə olunmuş cədvələ uyğun qaydada tərtib etməklə Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. İddiaçıya məxsus 21.09.1974-cü il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, o, 01.03.1994-cü il tarixdən (Əmr № 22, 01.03.1994) 06.04.2001-ci il tarixə (Əmr № 29, 06.04.2001) qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində işləmişdir. ünvan 2 ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Saatlı rayon İcra Hakimiyyətinin 1994-2000-ci il əmək haqqı cədvəlləri arxivə təhvil verilməsinə baxmayaraq məlum olmayan səbəbdən arxivdə aşkar edilməmişdir. Saatlı rayonu İcra Hakimiyyətinin 03/301 saylı 22.02.2022-ci il tarixli məktubundan görünür ki, rayon icra hakimiyyəti orqanları üçün sənədlərin saxlanma müddəti barədə mövcud qanunvericiliyin tələbləri əsas götürülərək rayon İcra Hakimiyyətinin həmin illərə aid sənədləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bununla belə, məsələ ilə bağlı bir sıra aidiyyəti təşkilatlara, o cümlədən rayon Dövlət Arxivinə və rayon Təhsil Şöbəsinə sorğu verilmişdir. Belə ki, sorğu əsasında rayon Dövlət Arxivindən verilmiş məlumatda 2000-2001-ci illər üzrə rayon təhsil şöbələrində müdir müavini vəzifəsinin əmək haqları barədə müvafiq sənədin aşkarlandığı bildirilmişdir. Eyni zamanda, rayon Təhsil Şöbəsindən daxil olmuş məlumatda İddiaçı həqiqətən də Saatlı rayon Təhsil Şöbəsi üzrə 1994-2001-ci illər üzrə müdir müavini vəzifəsində işlədiyi bildirilmişdir. Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 16.02.2022-ci il tarixli 9 saylı arxiv arayışından görünür ki, iddiaçı 2001-ci ilin aprel ayına kimi Saatlı rayon Təhsil Şöbəsində müavini vəzifəsində işləmiş, əmək haqqı cədvəlinə görə 2000-ci ildə hər ay 195.000 olmaqla, cəmi 2.340.000 manat haqqı, mart, iyun, sentyabr, oktyabr aylarında hər ay üçün 195.000 manat olmaqla, cəmi 780.000 manat mükafat almış, 2001-ci ilin yanvar ayı üçün 195,000 manat, fevral – aprel ayları üçün 280.000 manat əmək haqqı almışdır. 2000-ci ildən əvvəlki illərin əmək haqqı cədvəlləri arxivdə saxlanmadığı üçün aşkar etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon Təhsil Şöbəsinin 15.02.2022-ci il tarixli 86 saylı məktubundan görünür ki, şöbənin sabiq əməkdaşı İddiaçı həqiqətən də Saatlı rayon Təhsil şöbəsi üzrə 01.03.1994-cü il tarixli 22 nömrəli əmrlə Təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-18-1431/16 nömrəli razılıq məktubuna əsasən o, Saatlı rayon Təhsil şöbəsi üzrə 06.04.2001-ci il tarixli 19 nömrəli əmrlə müdir müavini vəzifəsindən azad edilərək, məktəb üzrə insrektor vəzifəsinə təyin edilmişdir. İddiaçıya məxsus pensiyaçının uçot vərəqindən görünür ki, ona Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 03 yanvar 2019-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. ... II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
4. Əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin hallarına görə iş üzrə tərəflərin arasında yaranmış mübahisənin iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının 06.04.1996-06.04.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması üzrə yaranmasıdır. İş üzrə cavabdeh inzibati orqan iddiaçıya pensiya hesablanarkən onun tərəfindən təqdim olunan sənədlərdə əmək haqqı barədə arayışının təqdim edilməməsinə əsaslanmış və buna görə də həmin dövrün əmək pensiyasının hesablanması zamanı diqqətə alınmasını istəmədiyi qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin əsaslarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablamanın aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus 21.09.1974-cü il tarixdə doldurulmuş əmək kitabçasından göründüyü kimi onun 01.03.1994-cü il tarixdən (Əmr №22, 01.03.1994) 06.04.2001-ci il tarixədək (Əmr №29, 06.04.2001) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində işləməsi, işdə olan arxiv arayışlarına əlavə edilmiş əmək haqqı cədvəllərinə görə isə 2000, 2001-ci illərdə əmək haqqı və mükafat alması müəyyən edilmişdir. İşin bu halı inzibati orqan tərəfindən pensiya təyin olunması üzrə apardığı inzibati icraat zamanı araşdırılmalı idi. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən onun müraciəti ilə bağlı inzibati icraata dəvət olunub dinlənilməsi, tələbində hüquqi marağının nədən ibarət olması və s. bu kimi məsələlərin araşdırıldığı müəyyən olunmur. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarına görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır (3 bənd). Belə olan halda cavabdeh inzibati orqan inzibati qanunvericiliyin tələblərinə müvafiq qaydada iddiaçıya hüquqi yardım göstərərək onun hüquqi marağına uyğun istədiyi məqsədə nail olması üçün zəruri olan sənədləri tələb etməli və bundan sonra iddiaçının tələbinin təmin olunub-olunmamasının (pensiyasının yenidən hesablanmasının) mümkünlüyünü öz qanundan irəli gələn səlahiyyətləri çərçivəsində yoxlamalı idi. Göründüyü kimi, cavabdeh inzibatı orqan inzibati icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi vəzifə ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan əmək haqqı barədə arayışın təqdim edilməməsini əsas gətirməsini məhkəmə qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdehin əmək haqqı barədə arayışının təqdim edilməməsi barədə dəlili, iddiaçının indi təqdim etdiyi arayış əsasında pensiyanın yenidən hesablanmasını istisna etmir. Çünki iddiaçının 01.03.1994-cü il tarixdən 06.04.2001-ci il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində işləməsi və əmək haqqı alması aşkardır. Bunun üçün dövlət qulluqçusunun qulluq etdiyi dövlət orqanı tərəfindən təsdiqedici arayışın təqdim olunması qanunvericiliklə tələb olunmur. Çünki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Göründüyü kimi dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Beləliklə, qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Ona görə də, cavabdehin, istədiyi dövrün iddiaçı tərəfindən dövlət qulluqçusunun məvacibinin tərkibinə daxil olmaqla onun tərəfindən alınmadığı və ya bu barədə müvafiq arayış təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan dövrlər nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına dair dəlilləri əsassızdır. Məhkəmə həmçinin aşağıda göstərilənlərə əsasən cavabdehin dəlillərini əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində işləməsini nəzərə almamaqla ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının 06.04.1996-06.04.2001-ci illərdə həmin vəzifədə qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla hesablamanın aparmasına dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). Məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının 06.04.1996-06.04.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının 06.04.1996- 06.04.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5
SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA