Məhkəmə qərarları › İş №2-1(112)-2727/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2727/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2727/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xidmət illərinin hesablanması və məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi 1998-2018-ci ilə qədər xidmət illərinin 1 (bir) ayının 1.5 əmsalında sayılmaqla hesablanması və buna dair məlumat vərəqəsinin pensiya təminatını həyata keçirən inzibati orqana göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1989-1991-ci illərdə müddətli hərbi xidmətdə olmuşdur. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarənin MTN Sərhəd Qoşunları Baş İdarəsinin Lənkəran SD üzrə şöbəsində leytenant rütbəsi ilə əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci ilədək AR MTN-in HƏKBİ-nin struktur bölmələrində xidmət etmiş, (1998-2007 Lənkəran SD, 2007-2011 Şəki SD, 2011-2016 Zaqatala SD, 2016-2018 Horadiz SD), xx.xx.2019-cu il tarixində AR DTX orqanlarından ehtiyata göndərilmişdir. Xidmət illərinin hesablanması zamanı, 1998-2018-ci illərdə Dövlət Sərhəd Xidmətinin bütün Sərhəd Dəstəsi nəzdində müqabil (İİR, Rusiya və Gürcüstan) ölkələr ilə Dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd zastavalarında əməliyyat xidməti həyata keçirməsi nəzərə alınmamışdır. Bununla da, ehtiyata buraxılarkən ona əlavə olaraq 25-30% güzəştli xidmət hesablanmamışdır. Belə ki, DSX tərəfindən xarici ölkələrlə müqabil olan sərhəd zastavalarında xidmət keçmiş hərbi qulluqçulara xidmət illəri güzəştli olaraq 1 (bir) xidmət ili 1.5 əmsalında hesablanmaqdadır (Nazirlər Kabinetinin 631 saylı, xx.xx.1992-ci il tarixli qərarının 2-ci bəndi, eləcə də “MTNnin əsasnaməsi”nin İV fəsil, 13-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə əsas götürülərək). Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.1998-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 10 avqust 2019-cu il tarixdə “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 21 il 01 ay 08 gün və ali təhsil illəri 01 il 10 ay 19 gün olmaqla cəmi xidmət illəri 22 il 11 ay 27 gün hesablanmışdır. İddiaçı həqiqi hərbi xidmət dövrlərində xx.xx.1998-ci il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin və MTN-in müvafiq struktur bölmələrində xidməti vəzifələrini icra etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. "Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununa görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına güzəştlər onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzası ilə xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilmişdir. Belə ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 19-cu və 20-ci maddələrinə uyğun olaraq sərhəd zastavası sərhəd dəstəsinin ərazinin müəyyən sahəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən bölməsidir. DTX (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericiliklə əsaslı olaraq nəzərdə tutulmamışdır. Göstərilənlər nəzərə alaraq, iddiada qeyd olunan dövrün güzəştli şərtlərlə hesablanıb uzun müddət xidmətə daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı hazırkı iddianı düzgün cavabdehə qarşı qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin 4-cü sərhəd dəstəsi üzrə şöbəsinə əməliyyat müvəkkili təyin edilmiş, xx.xx.2019-cu ildə yaşa görə hərbi xidmətdən tərxis olunmuşdur. İşdə olan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqindən görünür ki, polkovnik-leytenant İddiaçı tərxis olunduğu tarixə 23 il 3 ay xidmət müddəti olmuşdur. xx.xx.2019-cu il tarixli **********0 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə 23 il 3 ay xidmət müddəti nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçının xidmət illəri barədə məlumatdan görünür ki, o, xx.xx.1998xx.xx.2002-ci illərdə 4-cü Sərhəd Dəstəsi üzrə şöbəsi, əməliyyat müvəkkili, xx.xx.2005xx.xx.2007-ci il tarixlərdə 4-cü Sərhəd Dəstəsi üzrə şöbəsi, əməliyyat müvəkkili, xx.xx.2007-xx.xx.2010-cu illərdə 6-cı Sərhəd Dəstəsi üzrə şöbəsi, əməliyyat müvəkkili, xx.xx.2011-xx.xx.2011-ci illərdə 6-cı Sərhəd Dəstəsi üzrə şöbəsi, əməliyyat müvəkkili, xx.xx.2011-xx.xx.2013-cü illərdə 7-ci Sərhəd Dəstəsi üzrə şöbəsinin baş əməliyyat müvəkkili, xx.xx.2013-xx.xx.2016-cı il tarixlərdə 7-ci Sərhəd Dəstəsi üzrə şöbəsinin rəisi, xx.xx.2016-xx.xx.2017-ci illərdə 2-ci Sərhəd Dəstəsi üzrə şöbəsinin rəisi vəzifəsində xidmət keçmişdir. İddiaçı hazırda onun 1998-2019-cu illərdə Dövlət Sərhəd Xidmətində əməliyyat müvəkkili kimi xidmət müddətinin 1 ayının 1,5 əmsal ilə hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarının 2-ci hissəsinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: b) xidmətin bir ayı ayyarım sayılmaqla: sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində). İstinad olunan normadan görünür ki, xidmətin bir ayının ayyarım sayılması üçün həmin xidmət:

1. sərhəd mühafizəsi orqanlarının zastavalarında:

2. sərhəd mühafizəsi orqanlarının komendaturalarında;

3. sərhəd postlarında;

4. texniki nəzarət postlarında;

5. nəzarət radiostansiyalarında;

6. və sərhəd nəzarəti məntəqələrində həyata keçirilməlidir. Göründüyü kimi, qanunverici sərhəd mühafizəsi orqanlarının bütün bölmələrindəki xidmətin deyil, yalnız müəyyən bölmələrdə olan xidmətlərin güzəştli şərtlərlə uzun müddət xidmətə aid edilməsini müəyən etmişdir. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: - Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları (bundan sonra - sərhəd mühafizə orqanları) sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin (bundan sonra – dövlət sərhədi) mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. - Maddə 19. Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz. - Maddə 20. Sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. - Maddə 21. Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi dövlət sərhədindən buraxılış məntəqəsində (məntəqələrində) dövlət sərhədindən keçmə qaydalarına və dövlət sərhədindən buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir. - Maddə 23. Radiotexniki post sərhəd mühafizə orqanlarının bölməsi olub ona təhkim edilmiş nəzarət zonasında radiotexniki və digər vasitələrlə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. - Maddə 25. Əməliyyat-axtarış orqanının bölməsi bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyət həddində ona təhkim edilmiş sahədə Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. Əməliyyat-axtarış orqanı bölməsinin rəhbəri ona verilmiş səlahiyyət həddində Dövlət sərhədinin mühafizəsi sahəsində bölməyə həvalə edilmiş vəzifələrin tam və vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Qanunun göstərilən normalarından müəyyən olunur ki, qanunverici dövlət sərhədinin mühafizəsini həyata keçirən əsas bölmələri və həmin bölmələrin fəaliyyətini konkret müəyyən etmişdir. İşdən görünür ki, iddiaçı sərhəd dəstəsi üzrə şöbədə əməliyyat müvəkkili kimi xidmət etsə də, onun bu xidmətini sərhəd zastavasında, sərhəd komendaturasında, sərhəd postunda, texniki nəzarət postunda, nəzarət radiostansiyasında, yaxud da sərhəd nəzarəti məntəqəsində həyata keçirməsi müəyyən edilmir. Bundan əlavə, işdə olan Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “hərbi qulluqçulara təqvimi və güzəştli xidmət illərinin hesablanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarında müəyyən edilən meyarlar (bəndlər) hər bir struktur qurumun ştat-struktur vəzifələri əsasında tənzimlənir. Sorğuda adları göstərilən şəxslər Dövlət Sərhəd Xidmətində ştat üzrə həqiqi hərbi xidmət keçmədiklərindən onlara güzəştli xidmət illərinin hesablanması xidmət keçdikləri qurum tərəfindən baxılmalıdır. İddiaçının xidmət keçdiyi qurum olan hazırkı cavabdeh Dövlət Təhlükəsizlik Xidməti isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir, “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununa görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına güzəştlər onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzası ilə xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilmişdir. Belə ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 19-cu və 20-ci maddələrinə uyğun olaraq sərhəd zastavası sərhəd dəstəsinin ərazinin müəyyən sahəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən bölməsidir. DTX (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericiliklə əsaslı olaraq nəzərdə tutulmamışdır. Göründüyü kimi, sərhəd mühafizə orqanlarının fəaliyyətini təşkil edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddiaçının xidmətinin onun xidmət keçdiyi orqan tərəfindən qiymətləndirilməli olmasını bildirmiş, iddiaçının xidmət keçdiyi orqan isə onun xidmətini sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetirməsinə istinad edərək, iddiaçının xidmətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarında müəyyən edilən meyarlara uyğöun gəlmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının xidmətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarında göstərilən sərhəd bölmələrində həyata keçirmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçının tələbini istisna edən faktiki şərtlər mövcud olduğundan, cavabdehin imtinası qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar