Məhkəmə qərarları › İş №2-1(112)-2731/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2731/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2731/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, 3-cü şəxsin nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq sektorunun müdiri vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Təhsil nazirliyi cəlb edilməklə «təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün sənədlərin aidiyyəti üzrə təqdim edilməsi öhdəliyinin qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının Cavabdeh “Mühasibat uçotu və audit” fakultəsində təhsil almağı ilə əlaqədar təhsil haqqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün müvafiq hərəkətlərin edilməsi (sənədlərin hazırlanıb aidiyyət üzrə təqdim edilməsi və s.) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 İİ qrup hərbi əlildir, anası X3 isə bir gözü tamam görməyən, digər gözü isə cuzi görən gözdən əlildir. Hər iki valideyni iddiaçının 18 yaşı tamam olana kimi əlil olan şəxslərdir və onlar fəaliyyət qabiliyyəti məhdud olan şəxslər qrupuna aiddirlər. Bütün dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi elmi təşkilatın maqistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların sırasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın maqistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın maqistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İddiaçı Cavabdeh “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alır, təhsili pulludur və hər təhsil ili üçün o 2200 manat təhsil haqqı ödəyir. O Cavabdeh rəhbərliyinə müraciət edərək onun təhsil haqqı ödəməkdən azad edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh isə bildirmişdir ki, iddiaçının anası sosial baxımından əhalinin həssas qrupuna aid olmayan şəxsdir.İddiaçı cavabdehin imtinasını əsaslı hesab etmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Cavabdehndən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də cavabdeh iddiaya dair etirazını təqdim etməmişdir Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh öz nümаyəndəsini məhkəməyə göndərməmişlər Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Təhsil nazirliyinin nümayəndəsi R.Hüseynov iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən 3-cü şəxsin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı deyildir. Məhkəmə iş materiallarında olan: Sabirabad rayon Ulacalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 214 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən Seyidova X1 yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: X6 – atası, X3 – anası, X7 – qardaşı. Cavabdeh tələbə biletindən görünür ki, İddiaçı Cavabdehndə əyani formada təhsil alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Fondunun Sabirabad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən X5 xx.xx.2020-ci ildən ömürlük İİ qrup əlillik verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən X2 xx.xx.2019-cu ildən ömürlük İİİ qrup əlillik verilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı atası kimi X6, anası kimi X3 qeydə alınmışdır. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən iddiaçı onun təhsil haqqı ödəməkdən azad edilməsi üçün müvafiq tədbirlərin görülməsini cavabdehdən xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Cavabdeh tələbəsidir, təhsilin əyani şəkilində pullu ali təhsil alır, atası İİ qrup əlil, anası isə İİİ qrup əlildir. İddiaçı cavabdehə müraciət edərək təhsil haqqının ödənilməsindən azad edilməsi üçün tədbir görülməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Həmin Qanunun 14.8.-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndində göstərilmişdir: Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları;1.2.4. yaşa görə sosial müavinət alanlar. İşin faktiki hallarına əsasən iddiaçının hər iki valideyni əlil olsa da onların biri İİİ qrup əlildir, eyni zamanda inzibati qaydada işə baxılan zaman iddiaçının ünvanlı dövlət sosial yardımı alması,hər iki valideyninin işsiz kimi qeydiyyatda olması, yaşa görə əmək pensiyaçısı olması, yaşa görə sosial müavinət alan şəxs olmaları müəyyən edilməmiş, iddiaçı həmin hallara dair sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə iddiaçı sosial baxımdan “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilən əhali qrupuna aid edilən ailələrin üzvü deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddiaçının Cavabdeh “Mühasibat uçotu və audit” fakultəsində təhsil almağı ilə əlaqədar təhsil haqqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün müvafiq hərəkətlərin edilməsi (sənədlərin hazırlanıb aidiyyət üzrə təqdim edilməsi və s.) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının hüquqi əsasları olmadığından iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı iddiaçının Cavabdeh “Mühasibat uçotu və audit” fakultəsində təhsil almağı ilə əlaqədar təhsil haqqlarının dövlət büdcəsi hesabına ödənilməsi üçün müvafiq hərəkətlərin edilməsi (sənədlərin hazırlanıb aidiyyət üzrə təqdim edilməsi və s.) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar