Məhkəmə qərarları › İş №2-1(112)-2731/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2731/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2731/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdehlər “Tibbi Ərazi Bölmlərinin İdarəetmə Birliyi” X6n “X3” publik hüquqi şəxsə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq əlillik dərəcəsinin müəyyən edilməsi üçün sənədlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə göndərilməsi və ya sağlamdırsa sağlamlıq barədə arayışın verilməsi vəzifəsinin “X3” publik hüquqi şəxsə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 25 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı “əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması” barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddianın dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 2013-cü il tarixdə ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s İnfarktdansonrakı kardioskleroz əsas diaqnozu, Hipertroniya xəstəliyi İİİ dərəcə ürək çatışmamazılığı İİ f.s yanaşı xəstəliklərlə xəstə olmaqla 2-cu qrup əlilliyə görə pensiyaya çıxmışdır. xx.xx.2022-ci il tarixdə Mərkəzi Klinikada ÜİX. Sol mədəciyin ön divarının miokard infarktı, kəskin mərhələ əsas diaqnozu, Hipertroniya xəstəliyi İİ mərhəllə şəkərli diabet, İİ tip yanaşı xəstəliklərlə əməliyyat olunmuşdur. İddiaçı 1992-ci ildən 2014-cü il tarixədək İXTİ-də sürücü işləmiş və xəstəliyi ilə əlaqədar işləməyi mümkün olmadığından xx.xx.2014-cü ildə işdən azad edilmişdir. 2021-ci ildə onun pensiya təqaüdü kəsilmişdir. Hazırda yenidən pensiya hüququnun bərpa edilməsi üçün “X4” Publik Hüquqi şəxsə müraciət etsə də indiyə kimi heç bir tədbir görülməmişdir. Dəfələrlə yaşadığı “X4” Publik Hüquqi şəxsdə olmuş və onun sənədlərinin pensiya verilməsi üçün göndərilməsini tələb etsə də indiyə kimi sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməmişdir. Eyni zamanda xəstəliyi ilə əlaqədar işlə də təmin edilə bilmir. Əgər iddiaçı xəstə deyilsə ona sağlamlıq barədə arayış verilməsini istəsə də cavabdeh bundan da imtina edir. Bu barədə cavabdeh təşkilat olan “X4” Publik Hüquqi şəxsə rəsmi surətdə müraciət etmiş və xx.xx.2022-ci il tarixli 308 saylı məktubla X5 üzrə Dövlət Agentliyinə məlumat təqdim edildiyi bildirmişlər. Eyni zamanda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla iddiaçının tibbi müəssisəsi tərəfindən sonrakı dövrdə ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndərişin (Forma-088) daxil olmadığını bildirmişlər. İddiaçının qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyini bildirmişlər. Göründüyü kimi 2021-ci il tarixdə iddiaçının pensiyası kəsilsə də bu müddət ərzində ona əlillik təyin edilməsi üçün sənədləri cavabdeh təşkilat tərəfindən aidiyyəti orqana göndərilməmişdir. “X4” X6 şifahi olaraq bildirir ki, iddiaçıya əlillik dərəcəsi düşmür eyni zamanda isə öz cavabında qeyd edir ki, əlillik TSEK tərəfindən müəyyən olunur. Əgər əlillik “X4” Publik Hüquqi şəxs müəyyən etmirsə o sənədləri TSEK-ə göndərməli, iddiaçıya əlilliyin müəyyən edilib-edilməməsini isə həmin orqan müəyyən etməlidir. Əlillik dərəcəsini “X4” X6n müəyyən etmədiyindən ona verilən imtina da tam əsassızdır. “X4” X6 iddiaçının sənədlərini əlilliyin müəyyən edilməsi üçün TSEK-ə göndərməlidir,əks təqdirdə onun sağlam olduğunu hesab edirsə bu barədə ona arayış verməlidir ki, işləyə bilsin. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi:Ümumi xəstəlik;”X1” İX sinif – Qan dövranı sistemi xəstəlikləri – İ20-İ25 Ürəyin işemik xəstəlikləri – İ20 – Stenokardiya (döş inağı) – İ20.9- Dəqiqləşdirilməmiş stenokardiya; Diaqnozun mətni: UİX gərginlik stenokardiyası İnfraktdan sonrakı kardioskleroz Hipertoniya xəst İİİ dər ÜÇ İİ fs; Meyar: 2.2 İkinci dərəcə əlillik – DİGƏR: UİX səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X4nin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: İX sinif – Qan dövranı sistemi xəstəlikləri- İ20-İ25 – Ürəyin işemik xəstəlikləri- İ20 Stenokardiya (döş inağı) – İ20.8 – Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX gəeginlik stenokardiyası İnfraktdan sonrakı kardioskleroz Hipertoniya xəst İİİ dər ÜÇ İİ fs; Meyar: 2.2 İkinci dərəcə əlillik – DİGƏR: UİX gərginlik stenokardiyası İnfraktdan sonralı kardioskleroz Hipertoniya xəst İİİ dər ÜÇ İİ fs” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1” İX sinif – Qan dövranı sistemi xəstəlikləri – İ20-İ25 Ürəyin işemik xəstəlikləri – İ20 – Stenokardiya (döş inağı)- İ20.8 – Stenokardiyanın digər formaları; Diaqnozun mətni: UİX gərginlik stenokardiyası İnfraktdan sonrakı kardioskleroz Hipertoniya xəst İİİ dər ÜÇ İİ fs; Meyar: 2.2. İkinci dərəcə əlillik - - Digər UİX gərginlik stenokardiyası İnfraktdan sonrakı kardioskleroz Hipertoniya xəst İİİ dər ÜÇ İİ fs” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X4nin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, İnfarktdan sonrakı kardioskleroz; Mərkəzi göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: köməkçi diaqnostik və laborator müayinələr tam aparılmamışdır.” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. “X4” X6 etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya tələb etdiyi, əlilliyin təyin edilməsi ilə bağlı qurum tərəfindən göndəriş verilib. Həmin göndərişdən isə TSEK tərəfindən imtina nəticə etibarilə göndərişin natamam doldurulması səbəbindən gəlib. Eyni zamanda onu da qeyd edək ki, göndəriş kağızının natamam doldurulmasının səbəbi şəxsin təyin edilən müayinələrə gəlməməsi olub. Belə olan halda “X4” X6 əlində olan məlumatlar əsasında şəxsin hüquqlarının tam şəkildə təmin edilməsini həyata keçirmiş hesab olunmalıdır. İddiaçı müayinə və müalicənin aparılmasından imtina etdiyindən əlilliyin qiymətləndirilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisəsi olaraq əlilliyin qiymətləndirilməsi məqsədilə göndərişlərin verilməsi qaydalarına, müayinənin nəticəsi olaraq tibbi sənədlərə uyğun tərtib edilməlidir. İddiaçının cavabdeh tərəfindən qərəzli şəkildə hüquqlarının pozulması ilə bağlı irəli sürdüyü hal sübuta yetirilmir. İddia tələbi heç bir qanuna zidd hərəkətə yol verilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçı özü müayinənin keçirilməsindən imtina etmiş, boyun qaçırmışdır. Buna görə də qanunvericiliyə uyğun olaraq bu halda TSEK-ya (TQS N2-O88) göndəriş doldurmaq mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə doldurulmuş göndəriş müayinə sonrası “Köməkçi diaqnostik və laborator müayinələr” tam aparılmamışdır. Əlavə məlumat üçün qeyd edək ki, bu, əlilliyin təyinindən imtina barədə TSEK-in yekun qərarı deyil və şəxsi heç bir hüquqdan məhrum etmir. Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və heç bir orqan, məhkəmə, müəssisə və ya digər təşkilat tərəfindən bu səlahiyyətə müdaxilə edilə bilməz. Göründüyü kimi əlilliyin təyin edilməsi tam olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətidir və ona heç bir qurum tərəfindən müdaxilə ola bilməz. “X4” X6nin səlahiyyətinə aid olan məsələ yalnız və yalnız göndərişin verilməsi ilə bağlıdır və həmin göndərişin natamam doldurulmasına səbəb elə şəxsin özünün təyin edilən müayinələrə gəlməməsidir. Şəxs yalnız müayinələrdə iştirak etdikdən sonra onun göndərişinin əlillik meyarlarına uyğun olması qanunauyğun şəkildə müəyyənləşdirilərsə, bu zaman həmin göndərişin təqdim edilməsi reallaşacaq. İddia ərizəsindən göründüyü kimi, İddiaçı digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı tələb yönəltməməsi, belə bir tələbin bizə qarşı yönəlməsi İnzibati Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarını, ümumilikdə inzibati qanunvericiliyin kobud şəkildə pozur. Bundan başqa “X4” adında da qeyd olunduğu kimi publik hüquqi şəxsdir və bizim inzibati orqan olmadığımızı nəzərə alsaq, quruma qarşı olan bütün iddialar mülki qaydada qaldırılmalıdır. Bu səbəbdən də İddiaçı iddiası mülki qaydada baxılmalıdır.

İİ. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1–ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdirlər. İddiaçı və cavabdeh məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının və cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

10. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

İş materiallarında olan:

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1975-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı **********3 nömrəli, xx.xx.2022ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının ikinci dərəcə əlilliyi sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Növbəti müayinə tarixi – xx.xx.2021-ci il olmuşdur. Sonrakı dövrdə iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (Forma-088) daxil olmamışdır. Bununla əlaqədar iddiaçı qeydiyyatda olduğu ərazi tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəkdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “X7” X6nin iddiaçıya ünvanladığı 308 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya 2013-cü ildə 2ci qrup əlilliyə görə sosial müavinət təyin olunmuş, ikinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə müəyyən edilib və 2021-ci ildə qeyd olunan müddət başa çatıb. TSEK-da təkrar müəyinə üçün göndərişlər Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3 bəndi ilə (əlillik müddət bitdikdən son 1 il ərzində aparılan müalicə tədbirlərinə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyət həyatında yam və səmərəli iştirakına mane olan sabit psixi, fiziki, əqli və hissiyat pozuntularının olması) tənzimlənir. Əlavə olaraq iddiaçı tərəfindən məhkəməyə mərkəzi klinika epikrizin surəti, ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışlarını, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir.

12. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

13. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1-ci bəndində qeyd edilmişdir: ” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

17. İşin faktiki hallarına əsasən “X4 ” X6n xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyinin müəyyən olunmasından imtina haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir, həmin imtinanın əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan, hal-hazırda mövcud olan xəstəlik, travma və qüsurların müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.1975-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? 2) Bu xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsasdırmı? 3) İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? 4) Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 280/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1-3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibbi müəssisəsində tərtib olunmuş R00026224SPB saylı (Forma 88) göndərişində qeyd olunmuş diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinin və istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bəndini aid etmək mümkün olmadı.”

18. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7. –ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

20. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

22. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

23. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar