Məhkəmə qərarları › İş №2-1(112)-2734/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2734/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2734/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14rşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9, saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 4171.8 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Lakin evin yerləşdiyi torpaq sahəsinə dair texniki pasport mövcud olduğundan, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Həmin torpaq sahəsinə dair istifadə və sahiblik hüququ vardır. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 24634/2024, **********34 saylı imtina məktubu ilə təmin edilməmişdir. Müraciətinə cavabda qeyd edilmişdir ki, ünvan 1 bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə baxılmış və İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman təqdim olunan texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, ərazidə İdarənin arxivində mövcud olan 1981-ci il tarixində dəyişiklik edilmiş texniki pasport əsasında inşa olunmuş evin mövcud olduğu, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 4648.1 kv.m qeyd edilsə də, faktiki 4271.8 kv.m təşkil etdiyi məlum olmuşdur. Odur ki, sökülmüş evin qeydiyyatının ləğvi, həmçinin faktiki torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə ərizə təqdim olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ünvan 1 bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 4171.8 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9 ünvanında inşa edilmiş fərdi yaşayış evinin → yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********34 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı tərəfinizdən təqdim olunan texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, ərazidə İdarənin arxivində mövcud olan 1981-ci il tarixində dəyişiklik edilmiş texniki pasport əsasında inşa olunmuş evin mövcud olduğu, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi 4648.1 kv.m qeyd edilsə də, faktiki 4271.8 kv.m təşkil etdiyi məlum olmuşdur. Odur ki, sökülmüş evin qeydiyyatının ləğvi, həmçinin faktiki torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizə təqdim olunmalıdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində : müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənədici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən torpaq sahəsinin mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işə cavabehin iştirakı olmadan baxılmasını ümmkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.60 kv.m olan **********96- 10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmşdır. -“Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1964-cü il tarixli Pasportdan görünür ki, X6 ayrılmış torpaq sahəsinin ümumi ölçüsü 2326.2 kv.m, fərdi yaşayış evinin ümumi sahəsi 94.7 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********30 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, yaşayış evinin texniki pasporta əsasən ümumi sahəsi 120.0 kv.m, faktiki sahəsi 120 kv.m təşkil edir, çıxarışa əsasən ümumi sahəsi 68.0 kv.m olan ev faktiki mövcud deyildir. Yoxlama ölçüsü işləri sənədlər arxiv tərəfindən əlavə edilmiş 1981-ci il dəyişiklik edilmiş texniki pasporta əsasən aparılmışdır. A yaşayış evinin daxilində rekanstruksiya işləri aparılmış və birləşik əlavə tikili tikilmişdir. Həyətyanı sahədə əlavə 2 mərtəbəli fərdi ev və həyət tikililəri tikilmişdir. **********90-10301 reyestr nömrəli çıxarışda göstərilən ev faktiki mövcud deyil, yerində 1981-ci ildə dəyişiklik edilmiş texniki pasportda olan yeni ev göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-47474/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.42718ha təşkil edir.(sahə iki hisəyə bölünüb). Toraq sahəsinin üzərində 2 ədəd fərdi yaşayış evi və köməkçi tikililər mövcuddur. Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: -faktiki vəziyyətfə tikintinin planına əsasən fərdi yaşayış evinin giriş sahəsi 28.9 kv.m, dəhliz 20.2 kv.m, hamam 3.5 k.m, sanitar qovşaq 1.7 kv.m, yaşayış otaqları 33.8, 14.0, 18.3, 24.0 kv.m, daxili dəhliz 8.6 kv.m, yaşayış otağı 47.5 kv.m, mətbəx 22.6 kv.m, cəmi 223.1 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-42745/2025 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 2326.2 kv.m olsa da, faktiki olaraq hasardaxili 4271.8 kv.m (1945.6 kv.m artıqdır) təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd yaşayış evi və köməkçi tiklilər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X16 sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Faktiki torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Sahə üzərində yerləşən ümumi sahəsi 68.6 kv.m olan fərdi yaşayış evi **********6-10301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətidir (torpaq sahəsi istifadədədir). Həmin məktubla təqdim edilən Baş Plandan görünür ki, ərizəçinin istifadəsində olan sahə 2928.5 kv.m, bacısının istifadəsində olan sahə 1343.2 kv.m təşkil edir. Təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, torpaq sahəsində 2008-ci il tarixdə mövcud olan fərdi yaşayış evi 2020-ci il tarixdə mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********75 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -xx.xx.2019-cu il Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1979-cu il tarixdə ölmüş X1 vərəsəsi oğlu İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən tam pay almışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.60 kv.m olan **********96- 10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -“Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən X7 verilmiş torpaq sahəsinin ümumi ölçüsü 4648.10 kv.m təşkil edir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli **********34 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9 ünvanında inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı tərəfinizdən təqdim olunan texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, ərazidə İdarənin arxivində mövcud olan 1981-ci il tarixində dəyişiklik edilmiş texniki pasport əsasında inşa olunmuş evin mövcud olduğu, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi 4648.1 kv.m qeyd edilsə də, faktiki 4271.8 kv.m təşkil etdiyi məlum olmuşdur. Odur ki, sökülmüş evin qeydiyyatının ləğvi, həmçinin faktiki torpaq sahəsi üzərində üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizə təqdim olunmalıdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmiak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, İddiaçı X2 qanuni vərəsəsi olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə orqana müraciət etmiş, cavabdeh orqan texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığını, 1981-ci tarixdə dəyişiklik edilmiş texniki pasport əsasında inşa olunmuş evin mövcud olduğunu və torpaq sahəsinin ölçüsünün sənəd üzrə sahəsi və faktiki sahəsi arasında fərqin mövcud olduğunu əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırki tələbində iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən 4648.10 ha torpaq sahəsinin mərhum X3 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. İddiaçının təqdim etdiyi texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki passport olmaqla torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Texniki pasport cavabdehin arxivində mövcuddur və bu da pasportun mötəbərliyini sübut edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqanın imtina dəlili kimi qeyd etdiyi texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığına və ərazidə 1981-ci il tarixində dəyişiklik edilmiş texniki passport əsasında inşa olunmuş evin mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, hazırki iddiasında iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını mübahisələndirdiyi üçün sözügedən dəlil iddia tələbinin təmin edilməməsi əsası qismində çıxış etmir. Cavabdeh orqanın imtina dəlili kimi qeyd etdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi və faktiki sahəsi arasında mövcud fərqliliyə münasibətdə məhkəmə qeyd edir ki, X6 məxsus “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportda torpaq sahəsinin ölçüsü 2326.2 kv.m qeyd edilmişdir. İddia tələbi olaraq sözügedən ünvanda sənəd üzrə 4648.10 kv.m-dın 4171.8 kv.m torpaq sahəsinin qeydiyyatı mübahisələndirilsə də, iddiaçı qeyd etdiyi ölçüdə torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq əldə edilmiş 1981-ci il tarixli texniki pasportda torpaq sahəsinin 4648.10 kv.m ölçüdə olduğu qeyd edilsə də həmin sənəd X9 adına olmuş və həmin sənəd üzrə torpaq sahəsinin X5 istifadəsinə verilməsini təsdiq edən sənəd mövcud arxivdə aşkar olunmamışdır. Beləliklıə, arxiv sənədlərinə əsasən X5 adına olan texniki pasportda torpağın ğöçüsü 2326.2 kv.m qeyd edildiyindən iddiaçı yalnız həmin ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin daşınmaz əmlakn dövlət eyestrində qeydiyyaata alınmasına əsas kimi məhkəməyə təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış etdiyindən, həmin pasportda mərhum T.Baloğlanovun istifadəsində 2326.2 kv.m torpaq sahəsinin olduğu qeyd edildiyindən, məhz 2326.2 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən 2326.2 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar