Məhkəmə qərarları › İş №2-1(112)-2735/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2735/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2735/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı “qərarın ləğvi və bərpa olunma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək akademiyadan xaric olunmağı barədə müvafiq qərarın ləğv edilərək akademiyaya yenidən bərpa edilməyi barədə qərar qəbul olunmasını və qanunsuz olaraq akademiyadan xaric edilməyi ilə əlaqədar təhsil almaq hüququnu kobud surətdə pozmuş müvafiq vəzifəli şəxslərin barəsində tədbir görülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 55/T nömrəli qərarın ləğv edilməsi və tələbələr sırasına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ Tətbiqi Sənət” fakültəsinə qəbul olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında iddiaçıya xx.xx.2022-ci il və 24.01,2023-cü il tarixlərdə 1 il müddətinə akademik məzuniyyət verilmişdir. Sonuncu məzuniyyətinin müddəti, xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq həmin tarixdən bir müddət əvvəl səhhəti ilə bağlı əməliyyat olunduğu üçün üzrlü səbəbdən həmin vaxt deyil, xx.xx.2024-cü il tarixdə Akademiyaya gedərək tələbələr sırasına bərpa olunmaq üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq, bərpa olunmanın qanunvericiliyə uyğun olaraq yay və payız semestrlərində aparılması bildirilməklə yay semestrində bərpa olunmağı üçün iddiaçıya əlavə olaraq 3 ay müddətinə məzuniyyət verilmiş, eləcə də dekan İmran Kərimov və akademiyanın tədris-hissə şöbəsində işləyən Leyla adlı qadın bu barədə iddiaçıya məlumat verərək, üzərində cənab rektor Natiq Əliyevin imzası olan ərizənin bir nüsxəsini iddiaçıya vermişdir. Buna görə də iddiaçı təhsilini növbəti semesterdə davam etdirəcəyinə ümid edib ərizədə qeyd olunan müddətin bitməsi üçün gözləmişdir. Ərizədə qeyd olunan məzuniyyət müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə akademiyaya gedərək yenidən bərpa olunmaq məqsədilə ərizə ilə müraciət etdikdə iddiaçıya akademiyanın tədris-hissə şöbəsində işləyən Leyla adlı qadının səhvinə görə əsassız olaraq 3 ay məzuniyyət verilməsi, əməliyyat keçirməyi ilə bağlı sənədlərin təqdim olunmaması ilə əlaqədar universitetdən xaric olunacağı bildirilmişdir. İddiaçı əvvəlki müraciətində ondan hər hansı sənəd tələb olunmaması, lazım gələrsə sənədlərini təqdim edə biləcəyini, həmin şəxsin təqsiri səbəbindən iddiaçının xaric edilməyinin düzgün olmadığını desə də, daha sonra əlaqə saxlanılacağı bildirilmişdir. Həmin vaxtdan 20 gün keçməsinə baxmayaraq ərizəyə cavab gəlməməsi, eləcə də akademiyadan hər hansı şəxsin əlaqə saxlamaması ilə əlaqədar iddiaçı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə daha bir ərizə göndərmişdir. Lakin həmin ərizəyə akademiya tərəfindən hər hansı cavab verilməmişdir. Bununla bağlı iddiaçı ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il tarixdə yenidən akademiyaya gedərək müraciətinin nəticəsi ilə maraqlandıqda akademiyadan xaric olunmağı barədə məktub təqdim olunmuşdur. İddiaçı akademiyadan xaric olunmağı barədə hansı səbəbdən məlumatlandırılmadığını bildirdikdə, bu barədə rəsmi məlumat verildiyini bildirmişdirlər. İddiaçı qeyd edir ki, akademiya tərəfindən onunla hər hansı bir formada əlaqə yaradılmamış, ərizələri cavabsız qalmışdır. xx.xx.2024-cü il tarixli, 02- 04/249 nömrəli məktubda qeyd edilmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada 2 il məzuniyyət hüququndan istifadə etdiyi üçün iddiaçıya əlavə olaraq məzuniyyət verilməsinin mümkün olmadığı, buna görə də təyin edilmiş 3 aylıq məzuniyyətin etibarsız hesab olunması, eləcə də xəbərdarlıq olunmasına baxmayaraq əməliyyat keçirməyi ilə bağlı sənədlərin təqdim olunmaması ilə əlaqədar “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydaları”nın 3.1.3-cü (ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda) bəndinə əsasən 31 05.2024-cü il tarixli əmrlə akademiyanın tələbələr sırasından xaric edilmişdir. İddiaçı bildirir ki, akademiyanın daxili nizam-intizam qaydalarını hər hansı bir formada pozmamış, eləcə də, tələbələr sırasına bərpa olunmağı barədə qərar qəbul olunmadan dərslərdə iştirak etməyi mümkün deyildir.

4. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024cü il tarixli, 02-04/249 nnömrəli məktubda qeyd edilmişdir ki, bundan əvvəl xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilərək xx.xx.2024-cü il tarixədək akademik məzuniyyətdə olduğu bildirilmiş, bərpa olunmağı barədə ərizənin gec verilməsini, səhhətində yaranmış problemlə bağlı əməliyyat olunmağı ilə əlaqələndirmişdir. Qeyd olunan ərizə qəbul olunmuş və icra olunması üçün “Bərpa olunma qanunvericiliyə görə yay və payız semestrində aparıldığı üçün dərslərin başlaması xx.xx.2024-cü ili nəzərə alıb, əlavə 3 ay məzuniyyət verib yay tətilində bərpa edilsin” dərkənarı yazılaraq icraya yönləndirilmişdir. Lakin AZərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasını 21 fevral 2024cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması,habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 5.1.2-ci bəndinə əsasən 2 il ardıcıl olaraq akademik məzuniyyət hüququndan istifadə etdiyinə görə əlavə məzuniyyətin düşmədiyi, keçirdiyi əməliyyatla bağlı tibbi sənədlərin təqdim olunması bildirilmişdir. Şəxs isə əməliyyat olunmağı ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, xx.xx.2022-ci il tarixli ərziəyə əsasən xx.xx.2022-ci il tarixli, 37/t nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə akademik məzuniyyət verilmişdir. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən isə xx.xx.2023-cü il tarixli 11/t nömrəli əmrlə akademik məzuniyyət xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli ərizə ilə bağlı bildirilir ki, əməliyyat olunmağına dair tibbi sənədləri təqdim etdmədiyinə görə Akademiyanın tələbələri sırasından xaric olunacağı bildirilmişdir. Beləliklə, yuxarıda göstərilənlər nəzərə alınaraq bir daha bildirilir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevvral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas )baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfinədn təhsil müəssiəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 3.1.3-cü bəndinə əsasən 31 may 2024-cü tarixli əmrlə Akademiyanın tələbələri sırasından xaric edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Akademiyaya xx.xx.2024-cü il tarixli ərizə ilə müracət edərək xx.xx.2024-cü il tarixədək akademik məzuniyyətdə olduğunu bildirilmiş, bərpa olunmağı barədə ərizənin gec verilməsini səhhətində yaranmış problemlə bağlı əməliyyat olunmağı ilə əlaqələndirmişdir. Qeyd olunan ərizə qəbul olunmuş və icra olunması üçün “Bərpa olunma qanunvericiliyə görə yay və payız semestrində aparıldığı üçün dərslərin başlaması xx.xx.2024-cü ili nəzərə alıb, əlavə 3 ay məzuniyyət verib yay tətilində bərpa edilsin” dərkənarı yazılaraq icraya yönləndirilmişdir. Lakin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 5.1.2-ci bəndinə əsasən 2 il ardıcıl olaraq akademik məzuniyyət hüququndan istifadə etdiyinə görə əlavə məzuniyyətin düşmədiyi, keçirdiyi əməliyyatla bağlı tibbi sənədlərin təqdim olunması ona bildirilmişdir. O, isə əməliyyat olunmağı ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Qeyd etmək lazımdır ki, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli, 37/t nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə akademik məzuniyyət verilmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən isə xx.xx.2023-cü il tarixli, 11/t nömrəli əmrlə akademik məzuniyyəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bütün bunlara baxmayaraq İddiaçı xx.xx.2024-cü il tarixli ərizəyə qoyulmuş "Bərpa olunma qanunvericiliyə görə yay və payız semestrində aparıldığı üçün dərslərin başlaması xx.xx.2024-cü ili nəzərə alıb, əlavə 3 ay məzuniyyət verib yay tətilində bərpa edilsin” dərkənarına əsasən özünün məzuniyyətdə olduğunu hesab etmiş və xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək hesab etdiyi məzuniyyətin xx.xx.2024-cü il tarixdə bitdiyini və Akademiyanın tələbələri sırasına bərpa olunmağını xahiş etmişdir. Halbuki, tələbə olaraq yuxarıda qeyd olunan qaydaya əsasən ona 2 ildən artıq məzuniyyətin düşmədiyini bilməli idi və əlavə məzuniyyətin düşmədiyi ona bildirilmişdir. Eyni zamanda əməliyyat olunmağına dair tibbi sənədlərin təqdim etmədiyinə görə Akademiyanın tələbələri sırasından xaric olunacağı ona bildirilmişdir. Ona görə də İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 3.1.3-cü bəndinə əsasən 31 may 2024-cü il tarixli əmrlə Akademiyanın tələbələri sırasından xaric edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Akademiyanın tələbələri sırasından xaric olunarkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edilənlər tamamilə əsassız və qanunsuzdur.

6. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ünvanlanan xx.xx.2024-cü il tarixli ərizə iş materiallarına əlavə olunmuşdur.

7. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xx.xx.2024-cü il tarixli, 55/t nömrəli Əmrinə əsasən “Dekorativ-tətbiqi sənət” fakültəsinin dekanı İmran Kərimovun xx.xx.2024-cü il tarixli 13/136 nömrəli təqdimatı nəzərə alınaraq əmr edilmişdir: “Dekorativ-tətbiqi sənət” fakültəsinin “Dekorativ-tətbiqi sənət” (Bədii xalça) ixtisasının İİ təhsil ilinin tələbəsi İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 3.1.3 bəndinin əsas tutaraq tələbələr sırasından xaric edilmişdir.

8. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

13. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati aktı iddiaçıya təqdim edilməsi müəyyən olunmur, eləcə də əmrdə həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. İddiaçı həmin qərar barədə 2024-cü ilin avqust ayında məlumatlı olduğunu bildirir. İddiaçının qeyd edilən dəlillərini təkzib edən hal müəyyən olunmur.

14. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

15. İddia tələbinin universitetin tələbələr siyahısına bərpa edilməsi hissəsi inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirir.

16. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Mübahisə predmeti publik hüquq münasibətlərindən – təhsil hüququnun həyata keçirilməsindən irəli gəlir.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

19. Azərbaycan Respublikası Təhsil haqqında Qanunundan: 1.0.12. doktorant - doktoranturada təhsil alan şəxsdir; 1.0.18. fəlsəfə doktoru - elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcədir; 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur; 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir; 22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmipedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura).

20. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra - tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. 3.1. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. ali təhsil müəssisəsini dəyişdikdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda; 3.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda; 3.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə; 3.1.8. yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Dekorativ-tətbiqi sənət” fakültəsinin “Dekorativ-tətbiqi sənət” (Bədii xalça) ixtisasının İİ təhsil ilinin tələbəsi) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının xx.xx.2024-cü il tarixli 55/t nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 3.1.3 bəndi əsas tutaraq tələbələr sırasından xaric edilmişdir.

22. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından:

26. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır.

27. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.

29. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır.

31. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.

23. Beləliklə, yuxarıda istinad olunan normalara görə iddiaçının tələbələr siyahısından xaric edilməsi barədə Əmr verilən zaman inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsas olmamışdır. Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən tələbə 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilir (3.1.3-cü bəndə əsasən).

24. Məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixli 37/t nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə akademik məzuniyyət verilmiş, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il taixli 11/t nömrəli əmrlə akademik məzuniyyəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Akademik məzuniyyət müddəti xx.xx.2024-cü il tarixdə bitdikdən sonra İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına ərizə ünvanlayaraq tələbələr siyahısına bərpa edilməyi xahiş etmişdir. Odur ki, iş materiallarına əsasən müəyyən edilir ki, tələbə (iddiaçı) akademik məzuniyyəti bitdikdən (xx.xx.2024-cü il tarixdən) sonra təxminən 1 ay 15 gün sonra ali təhsil müəssisəsi ilə əlaqə saxlamışdır (yazılı ərizə ilə müraciət etmişdir).

25. Məhkəmə nəzərə alır ki, tələbənin (iddiaçının) akademik məzuniyyəti bitdikdən sonra təxminən 1 ay 15 gün sonra təhsil müəssisəsi ilə əlaqə saxlaması işin mübahisəsiz halı olmaqla cavabdeh tərəfindən də təsdiq edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli ərizəyə cavabdeh Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən xx.xx.2024-cü il tarixli M-118 nömrəli qeydiyyat ştampı vurulmuş, “bərpa olunma qanunvericiliyə görə yay və payız semestrində aparıldığı üçün dərslərin başlaması xx.xx.2024-cü ili nəzərə alıb, əlavə 3 ay məzuniyyət verib yay tətilində bərpa edilsin” dərkənarı yazılmışdır, nəticədə müvafiq ərizənin cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edildiyi təsdiqlənmişdir.

26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tələbənin (iddiaçının) ali təhsil müəssisəsindən xaric edilməsi barədə inzibati aktın (əmrin) qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi əsas tələbi yerinə yetirilməmişdir. Belə ki, Qaydaların 3.1.3-cü bəndində nəzərdə tutulan əsas – “ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda halı” iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından tələbələr siyahısından xaric edilməsi barədə xx.xx.2024-cü il tarixli 13/186 nömrəli Əmr ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ-tətbiqi sənət” fakültəsinin “Dekorativ-tətbiqi sənət” (Bədii xalça) ixtisası üzrə tələbələr siyahısına (daxil edilməklə) bərpa olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar