Məhkəmə qərarları › İş №2-1(112)-2738/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2738/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2738/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsinə qarşı kompensasiya ödənilməsi tələbi barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ.Mübahisənin predmeti

1. İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsi “2017-2018-ci illərdə Novxanı Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, qanuni istifadə və sahibliyində olan 0,12 ha torpaq sahəsi (1101E saylı bağ sahəsi) Bakı şəhər X2 14 aprel 1989-cu il tarixli, 3/100 saylı qərarı ilə 66 saylı ВТК nəzdində 12 saylı order əsasında iddiaçıya ayrılmışdır.Qeyd olunan bağ sahəsi (0.1033 ha) üzərində iddiaçının hüquqları qeydə alınaraq dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil edir. 0.167 ha torpaq sahəsi müvafiq layihəyə uyğun olaraq ümumi yola daxil edilmişdir.Cavabdeh Azərbaycan Avtomobil X3 tərəfindən həyata keçirilən “Novxanı- Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 0,167 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür.İddiaçı qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan və tikinti altına düşmüş 0,0167 ha torpaq sahəsinə görə ədalətli şəkildə kompensasiya ödənilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.Cavabdeh inzibati orqan imtina məktubunda bildirilmişdir ki, sözügedən layihə çərçivəsində iddiaçıya kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsi məhkəməyə iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi üzrə Azərbaycan Avtomobil X3 cavabdeh qismində olmamalıdır.Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin yolun tikintisi altına düşməsi barədə Agentlikdə heç bir məlumat olmamış və bununla bağlı Agentliyə dövlət büdcəsindən heç bir vəsait ayrılmamış, həmin söküntü işlərinin sifarişçisi və təşkilatçısı olmamışdır. Buna görə də İddiaçı aid torpaq sahəsi dövlət ehtiyacları üçün alınmadığından Agentliyin heç bir məsuliyyəti yaranmır və aidiyyəti üzrə iddiaçı ona dəymiş ziyanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tələb etməlidir.Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin alınması Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olmuşdur.Cavabdeh qeyd edilənlərə əsasən iddiaçıya məxsus torpaq sahəsinin alınması nəticəsində iddia tələbinin Agentliyə münasibətdə cavabdeh qismində icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);..2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 5.Cavabdehin iddia tələbinə cavab verən dövlət orqanı olmaması barədə iddiaya etirazında göstərdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na əsasən “Bilgəh-Novxanı-Sumqayıt” avtomobil yolunun tikintisinin davam etdirilməsi işlərinin icraçısı kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. “Azərbaycan Avtomobil X3nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.Odur ki, “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsinin hazırki iddia tələbinə cavab verməli olan şəxs olmadığı barədə cavabdehin bildirdikləri əsassızdır.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Cavabdehin imtina məktubuna əsasən iddiaçının müraciətinin təmin edilməsindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi başa çatdığından hal-hazırda həmin layihə üzrə hər-hansı sənədləşmənin qeyri-mümkün olması əsası ilə imtina edilmişdir; Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101e saylı bağ sahəsi (0,1033 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14209/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən X1 iddiası təmin edilmiş, X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X3nin üzərinə qoyulmuşdur, həmin məhkəmə icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********06 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinin bır hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir, “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 220 saylı mütəxəssis rəyi ilə isə bildirilmişdir ki, Azərbaycan Avtomobil X3 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür, Azərbaycan Avtomobil X3 tərəfindən həyata keçirilən "Novxanı-Pirşağı" (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200,0 kv.m torpaq sahəsinin layihə altına düşən 170,0 kv.m hissəsinin dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin qərar ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14209/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Avtomobil X3 tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində aparılan tikinti Novxanı bağlar sahəsində yerləşən, İddiaçı verilmiş ümumi sahəsi 0,12 ha olan (1101E saylı bağ sahəsi) torpaq sahəsinin üzərinə düşmüşdür.

İV. Məhkəmənin mövqeyi

8.Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir.

12. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;.. 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir; Həmin Qanunun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 15.İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpaq sahəsinin mülkiyyətçisidir və həmin torpaq sahəsinin 0,167 ha hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək tikinti sahəsinə düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinin xahiş edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, bununla da cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri, habelə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiya almaq hüququ pozulmuşdur. Avtomobil yolunun tikintisi altına düşən 0,167 ha torpaq sahəsinin naturada iddiaçıya qaytarılması ictimai maraqlara zidd olduğu üçün iddiaçının həmin əmlaka görə kompensasiya ödənilməsini tələb etmək hüququ mövcuddur. “X4 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 220 saylı mütəxəssis rəyindən görünür ki, 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür və dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir. 16.Məhkəmənin gəldiyi nəticəyə görə avtomobil yolunun tikintisi altına düşən 0,167 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya 17000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan və ədalətlidir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsinə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. 19.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 ha hissəsinə görə 17.000 (on yeddi min) manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil X3” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar