Məhkəmə qərarları › İş №2-1(112)-2739/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2739/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2739/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydində düşəliş edilməsi öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevna məhkəməyə iddia ərizəsi ilə müraciət edərək şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən mənə verilmiş himayə sənədi, mənim Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və adının “Karine”, soyadının isə “Arapelova" olmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamə əsasında nikah haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (adımın "Karine'’, soyadının “Arapelova“ kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında nikah haqqında akt qeydinə dəyişikliklər edilməsi və yeni dəyişikliklər əsasında nikah haqqında arayış (nikaha daxil olarkən ona ərinin soyadının verildiyi qeyd edilməklə) verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bani-Paşa (nikahdan əvvəlki soyadı: Arapelova/Arakelova) Karine Yuryevna xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Anası Arapelova (nikahdan əvvəlki soyadı: Arutyunyan) Zabella Petrosovna 1937-ci ildə Bakı şəhərində doğulub. 1989-cu ildə Bakı şəhərində vəfat edib, Azərbaycan SSR-nin vətəndaşı olub. X23 Asaturoviç 1937-ci ildə Bakı şəhərində doğulub. 1994-cü ildə Rusiya Federasiyasının Voronej şəhərində vəfat edib, Azərbaycan SSR-nin vətəndaşı olub. İddiaçı 16 yaşının tamam olması ilə əlaqədar 1972-ci ildə Bakı şəhəri Sabunçu RPİ (İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi) tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.1980-ci ildə Bakı şəhəri Suraxanı RPİ (İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi) tərəfindən Xİ1-JQ seriyalı. 593148 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. İddiaçı 1973-cü ildə Bakı şəhəri 144 saylı orta məktəbin 8-ci sinfini bitirmiş, daha sonra təhsilimi davam etdirməmişdir. xx.xx.1976-cı il tarixdə X17 oğlu ilə nikaha daxil olmuşdur. Nikah Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınıb. Nikaha daxil olarkən iddiaçıya ərinin soyadına uyğun olaraq ‘“Bani-Paşa“ soyadı verilmişdir. Bu nikahdan iki oğlu doğulub. İddiaçının əri X17 oğlu xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olub, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının böyük oğlum X22 oğlu xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikasının vətəndaşı olub, 2014-cii ildə Bakı şəhərində vəfat etmişdir. İddiaçının kiçik oğlu X20 oğlu xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda iddiaçı ailə üzvləri ilə ünvan 1 ünvanında yaşayırdı. xx.xx.1991-ci il tarixdə iddiaçı həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Bu barədə iddiaçıya xx.xx.2013-cü il tarixdə məlumat verilmişdir. Münaqişələr başlayanda iddiaçının qaynanası onun pasportunu və doğum haqqında şəhadətnaməsini yandırmışdır ki, ölkəni tərk edə bilməsin. İddiaçı həmin vaxtdan şəxsiyyəti təsdiq edən sənəd olmadan Azərbaycanda yaşayır. xx.xx.2021-ci il tarixdə iddiaçı doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün Sabunçu rayon Qeydiyyat Şöbəsi iddiaçının müraciətini təmin etməmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6370/2021 saylı. xx.xx.2021-ci il tarixli qərarı əsasında mən 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir Lakin bir neçə gündən sonra iddiaçı həmin doğum haqqında təkrar şəhadətnaməni nikah haqqında şəhadətnamə ilə (nikah haqqında şəhadətnamənin yalnız surəti qalıb) birlikdə taksidə unudaraq itirmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən yenidən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. İddiaçının hazırda 68 yaşı var. lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. İddiaçı vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülmüşdür. Hazırda sənədləşmə işi ilə bağlı iddiaçıya nikah haqqında şəhadətnamə lazımdır. Belə ki, iddiaçının doğum haqqında şəhadətnaməsində soyadı “Arapelova" qeyd edilib, iddiaçı nikaha daxil olarkən isə ərinin soyadını - “Bani- Paşa“ soyadını götürmüşdür. Bu səbəbdən də iddiaçı sənədləşmə işi ilə bağlı aidiyyəti dövlət orqanına doğum haqqında şəhadətnamə ilə yanaşı nikah haqqında şəhadətnamə də təqdim etməlidir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçı nikah haqqında şəhadətnaməni 2021-ci ilin noyabr ayında taksidə unudaraq itirmişdir. Hazırda iddiaçıda həmin sənədin yalnız surəti var. Bununla yanaşı iddiaçı qeyd edir ki, nikah haqqında şəhadətnaməmdə adı “Karina”, soyadı isə “Arakelova“ kimi qeyd edilmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsindən görünür ki, əslində iddiaçının adı “Karine”, soyadı isə “Arapelova”dır. Ona görə də iddiaçı hesab edir ki, onun nikah haqqında akt qeydində səhvlər var. Bu səbəbdən də iddiaçı xx.xx.2024-cii il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və adının “Karine”, soyadının isə “Arapelova” olmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamə əsasında nikah haqqında akt qeydindəki səhvlərin düzəldilməsini (adının “Karine”, soyadının “Arapelova" kimi yazılmasının təmin edilməsi), yeni düzəlişlər əsasında nikah haqqında akt qeydinə dəyişikliklər edilməsini və nikah haqqında arayış (nikaha daxil olarkən ərinin soyadının verildiyi qeyd edilməklə) verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/7-10-1645/24 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər yoxlanılarkən şəxsiyyəti təsdiq edən sənəd olmadığı müəyyən edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən bildirilir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilir.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən X17 oğlu və Arakelova (Bani-Paşa) X5 rayon qeydiyyat şöbəsi tərərfidən tərtib olunmuş 372 saylı xx.xx.1976-cı il tarixli nikah haqqınd akt qeydinin surəti təqdim edilmişdir. Həmçinin bildiririk ki, X8 nikah haqqında akt qeydində soyadına düzəliş edilirək yeni nikah haqqında şəhadətnamənin verilməsi barədə daxil olmuş müraciətinə baxılmış,təqdim edilmiş sənədlər yoxlanılarkən şəxsiyyətini təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6370/2021 nömrəli Qərarı ilə iddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən K.Y.Bani-Paşaya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir.

6. AZ-T 179190 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.1956-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X23 Asaturoviç, anası X2.

7. Nikahın bağlanması haqqında xx.xx.1976-cı il tarixli 372 nömrəli Akt Qeydinə əsasən X17 oğlu və X13 arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bani-paşa soyadı verilmişdir.

8. İ-JQ 371028 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X17 oğlu və X13 arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bani-paşa soyadı verilmişdir.

9. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışa əsasən X14 14 avqust 1974-cü ildə Bakı şəhərindən anadan olmuşdur. Bu barədə 08 sentyabr 1976-cı il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 32№-li doğum bərpa haqqında akt qeydi tərtib olunmuşdur. Atası X11 (azərbaycanlı), anası Bani X16 (erməni). 10 oktyabr 2014-cü ildə vəfat N.N.Bani Paşa oğlunun ölümü 12 noyabr 2014-cü il tarixdə 938 №-li akt qeydi ilə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

10. V-JQ 298782 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X20 oğlu xx.xx.1978-ci il tarixdə doğulmuşdur. Atası X17 oğlu, anası X4.

11. X1 İdarəsi tərəfindən verilmiş Arayışa əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 9 noyabr 1956-cı il təvəllüdlü Karine Bani-Pasha (himayə sənədi № ***-*******4) Dövlət Miqrasiya Xidməti tərəfindən 15 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.

12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

13. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

II. İddianın növü

14. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi

17. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.

18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

19. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli faktlar olan doğumun qeydə alınması və nikahın bağlanması faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum haqqında akt qeydində nə nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlıdır.

20. İddia mümkündür.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

24. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə iddiaçıya məxsus nikah haqqında şəhadətnamədə düzəlişlərin edilməsi ilə bağlı olmuşdur.

25. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, iddiaçının şəxsiyyəti müəyyənləşdirmək mümkün olmadığı üçün nikah haqqında akt qeydində düzəliş edilməsindən imtina edilmişdir.

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədindən görünür ki, Bani-Pasha Karine BMT Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan şəxsdir. - X1 İdarəsi tərəfindən verilmiş Arayışa əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 9 noyabr 1956-cı il təvəllüdlü Karine Bani-Pasha (himayə sənədi № ***-*******4) Dövlət Miqrasiya Xidməti tərəfindən 15 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6370/2021 nömrəli Qərarı ilə iddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən K.Y.Bani-Paşaya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. - AZ-T 179190 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.1956-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X23 Asaturoviç, anası X2.

27. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir.

29. Məhkəmə müəyyən edir ki, İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnaya münasibətdə BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış şəxsiyyəti müəyyən edən sənəd kimi qəbul edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6370/2021 nömrəli Qərarı ilə iddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnanın şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən K.Y.Bani-Paşaya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Yekun məhkəmə aktının icrası nəticəsində X9 (xx.xx.1956-cı il təvəllüdlü) AZ-T 179190 nömrəli Doğum haqqında Şəhadətnamə verilmişdir. Belə olan təqdirdə AZ-T 179190 nömrəli Doğum haqqında Şəhadətnamənin iddiaçı X9 məxsus olması məhkəmədə hər hansı şübhə yaratmır.

30. Buna baxmayaraq xx.xx.1976-cı il tarixli 372 nömrəli Nikahın bağlanması haqqında Akt Qeydində və İ-JQ 371028 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədə iddiaçı X6 adı “Karina”, soyadı “Arakelova” kimi qeyd olunmuşdur.

31. Məhkəmə müəəyən edir ki, nikahın haqqında şəhadətnamədə iddiaçının adı “Karina”, soyadı “Arakelova” olaraq yazıldığından iddiaçı faktiki olaraq müvafiq sənəddə adının “Karina”dan “Karine”yə, soyadının “Arakelova”dan “Arapelova”ya dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçının şəxsiyyətini müəyyən edən sənəd əsasında tərtib olunmuş doğum haqqında şəhadətnaməsən iddiaçının adı “Karine”, soyadı “Arapelova” olaraq göstərilmişdir. Odur ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.

32. X24 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X3rşı).

33. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X10rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

34. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

35. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X9 məxsus xx.xx.1976-cı il tarixli 372 nömrəli Nikahın bağlanması haqqında Akt Qeydində “Karina” adının “Karine”, “Arakelova” soyadının “Arapelova” olaraq dəyişdirilməsini qeydə almaqla nikah haqqında təkrar şəhadətnamə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bani-Paşa (Arapelova) Karine Yuryevnaya məxsus xx.xx.1976-cı il tarixli 372 nömrəli Nikahın bağlanması haqqında Akt Qeydində və İ-JQ 371028 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamədə adın “Karina”dan “Karine”yə və soyadın “Arakelova”dan “Arapelova”ya (nikah bağlandıqdan sonra soyad “Bani-Paşa olaraq qalmaqla) dəyişdirilməsini qeydə almaqla nikah haqqında təkrar şəhadətnamə verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar