Məhkəmə qərarları › İş №2-1(112)-2741/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2741/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2741/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu X7 yaşayış yeri üzrə mənzil növbəsində dayandığı növbəliliyin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adına keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli, 172 saylı sərəncamı ilə qızının əri X14 4 nəfər (özü, arvadı, oğlu və qızı) olmaqla yaşayış yeri üzrə ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülmüş və aylıq 375 (üç yüz yetmiş beş) manat məbləğində kirayə haqqı ödənilməsi qərara alınmışdır. X14 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və çoxsaylı güllə yarası almışdır. Əməliyat olunmuşdur. Əlilliyin müəyyən olunması ilə bağlı müraciət etmişdir. Müharibədən sonra onda psixoloji problemlər yaranmışdır. Bir müddət sonra o psixoloji vəziyyəti ilə əlaqədar arvadı X2 daha sonra özünü odlu silahdan atəş açaraq öldürmüşdür. Onların birgə nikahlarından 2 uşaqları var idi. Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 139 saylı sərəncamı ilə nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Hazırda uşaqlara o baxır. Baş vermiş hadisə ilə əlaqədar uşaqlar çox pis sarsıntı keçirmişlər. Belə ki, bədbəxt hadisə qız nəvəsinin gözü qarşısında baş vermişdir. X7 Xətai rayon İcra Hakimiyyətində durduğu mənzil növbəsinin onun övladlarının adına keçirilməsi ilə bağlı həmin icra hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli, A-168-068 saylı məktubda heç bir əsaslandırma olmadan qüvvədə olan qanunvericiliyə əsasən tələblərinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı ərizə ilə icra hakimiyyətinə müraciət edərək, kürəkəni mərhum X7 ehtiyatda olan hərbiçi kimi rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin iddiaçının adına keçirilməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət yarandıqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondnu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya ödənilməsi davam etdirilir. Yuxarıda qeyd edilənlərə və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, X10 xx.xx.1968-ci il təvəllüdlü olmaqla, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, 18 may 2022-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, A- 111-099 saylı ərizə ilə Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 3 ünvanında qeydiyyada olan nəvələri xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin edilməsini xahiş etmişdir. Komissiyaya təqdim edilmiş sənədlərə əsasən yetkinlik yaşına çatmayan X9 və X4 anası X5 və atası X14 xx.xx.2022ci il tarixdə vəfat etmişlər. X1 və X11 nənələri İddiaçı ilə birlikdə yaşayır və hərtərəfli qayğı ilə əhatə olunurlar. İddiaçı xx.xx.1687-ci il təvəllüdlüdür və tam sağlamdır. Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı X9 və X4 üzərində qəyyum təyin edilməsinə razılıq verilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 33-35-ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. İşdə olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, X14 Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52, inzibati binada qeydiyyatdadır. 1978-ci il təvəllüdlü mayor X14 xx.xx.1996-cı ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 0307 nömrəli 05.052017-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. X14 xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsi zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis olunmuşdur. X14 xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə hərbi eydiyyatdadır. X14 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını xahiş edir. Qeyd olunanları nəzərə alaraq, X14 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınsın və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilsin. İşdə olan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 112935 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il təvəllüdlü olmaqla, ata qrafasında X14, ana qrafasında X5 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin 04 ayının 24-ü günündə 2327 nömrə ilə qeyd edilmişdir. İşdə olan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 563022 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il təvəllüdlü olmaqla, ata qrafasında X14, ana qrafasında X5 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 06 ayının 13-ü günündə 3596 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 265339 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 04-cü ayının 14-cü günündə 675 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan 4 saylı Bakı “Asan xidmət” X6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 05/Q-441-69 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” X6 tərəfindən 316 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, A-168-068 nömrəli imtina məktubunun surətindən görünür ki, ərizəsində kürkəninin mərhum X7 ehtiyatda olan hərbiçi kimi Xətai rayon İcra Hakimiyyətinə güzəştli mənzil növbəsinə götürüldüyünü və hazırda onun vəfatı ilə əlaqədar adına olan mənzil növbəsinin adına keçirilməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq xahişin təmin edilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna əsasən 1432 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən A-168-068 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, 1978-ci il təvəllüdlü mayor X14 xx.xx.1996-cı ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 0307 nömrəli, xx.xx.2017-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. R.Xəlilov xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsi zamanı Müdafiə Nazirinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbəlikdən tərxis olunmuşdur. X14 xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatda olmuşdur. X14 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən X14 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə X14 və arvadı X5 ölmüşlər. Ölümləri barədə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydlər aparılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, 18 may 2022-ci il tarixli sərəncamı ilə yetkinlik yaşına çatmayan X9 və X12 üzrəində valideynləri vəfat etdikləri üçün nənələri İddiaçı qəyyum təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, mərhum kürəkəni X7 ehtiyatda olan hərbiçi kimi Xətai rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəsinə götürüldüyünü və hazırda onun vəfatı ilə əlaqədar adına olan mənzil növbəsinin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adına keçirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə (yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir) istinad edilməklə imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab etməklə qanunvericiliyin aşağıdakı normalarına istinad edir. “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qanunvericiliyin yuxarıda göstərilən normalarından göründüyü ki, qanunvericilikdə hərbi qulluqçuların mənzillə təmin olunmaq hüququ təsbit olunmuş, eyni zamanda hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun istifadə etdiyi güzəştlərdən ailəsinin də istifadə imkanı nəzərdə tutulmuşdur. İşin mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçının mərhum kürəkəni X14 xx.xx.1996-cı ildən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq ehtiyata buraxılmışdır. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Vətən Müharibəsi zamanı Müdafiə Nazirinin N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmət haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə 4 nəfər (özü, arvadı, oğlu, qızı) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Göründüyü kimi, iddiaçının nəvələrinin atası X7 mənzillə təmin olunmaq hüququ olsa da, vəfat edənə qədər mənzillə təmin olunmamışdır. Belə olan təqdirdə yuxarıda göstərilən qanunvericiliyin normalarında göstərilən qaydaya uyğun olaraq mərhum X7 mənzillə təmin olunmaq hüququndan hazırda onun ailəsinin istifadə etmək imkanı vardır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, vəfat etmiş hərbi qulluqçunun ailə üzvünün onun istifadə etmədiyi mənzillə təmin olunma hüququnu məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına istinad etməmişdir. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmadığı təqdirdə vəfat etmiş hərbi qulluqçunun ailəsi onun istifadə etdiyi güzəştlərə hüququ saxlayır. Cavabdeh isə qanunvericilikdə göstərilən hər hansı başqa hala istinad etməmiş, belə bir halın mövcudluğu işə məhkəmə tərəfindən baxılarkən də, müəyyən edilməmişdir. Göründüyü kimi, mərhum X7 istifadə etmədiyi mənzillə təmin olunma hüququndan onun ailəsinin, övladlarının istifadə etməsini qadağan edən hər hansı hal olmasa da, cavabdeh iddiaçının hazırda qəyyumu olduğu nəvələrinin bu hüququnu təmin etməkdən əsassız olaraq imtina etmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüuqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Ehtiyatda olan hərbi qulluqçu X7 yaşayış yeri üzrə mənzil növbəsində dayandığı növbəliliyin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adına keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar