Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2742/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı sənədlərin götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 (VÖEN **********) yoxlama ilə əhatə edilən dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş qeyd olunan sənədlərin: əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı- struktur dəyişiklikləri barədə məlumat və sənədlər; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat; ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqısatqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları; fiziki şəxs tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020ci il tarixədək) elektron surəti; yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda); xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; fiziki şəxsdə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.09.2020-ci il tarixli **********140134 nömrəli Qərarına əsasən X1 (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.05.2018- 31.07.2020) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 22.09.2020-ci il tarixli **********140183 nömrəli tələbnamə fiziki şəxsin elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, yoxlama ilə əhatə edilən dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlər və ya elektron fallar yoxlamanı keçirən Baş idarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər tam təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında 29.10.2020-ci il tarixli, **********141222 nömrəli Qərar çıxarılmışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfindən onda olan bütün sənədlər yoxlayıcıya təqdim edilmişdir. İddia tələbində göstərilən sənədlər cavabdehdə olmadığından təqdim edə bilmir. Cavabdeh tikinti işlərini özü həyata keçirdiyindən heç bir sənədləşmə apamamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********140134 nömrəli, 21.09.2020-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən X4 (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yoxlama ilə əhatə olunan vergi dövrü: May 2018- İyul 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Vergi yoxlanılmasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********140183 №-li, 22.09.2020-ci il tarixli tələbnamədən görünür ki, X4 (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının yoxlama ilə əhatə edilən dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş qeyd olunan sənədlərin: əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı- struktur dəyişiklikləri barədə məlumat və sənədlər; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları; fiziki şəxs tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) elektron surəti; yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda); xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; fiziki şəxsdə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvilqəbul aktlarının təsdiq olunmuş surətləri; yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər. Sənədlər 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni 12.10.2020-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi AZ 1029, ünvan 1 ünvanında təqdim olunmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı sənədlərin müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.3-cü maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlər götürüləcəkdir. - Lokal Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi X6 və X4 (VÖEN **********) tərəfindən tərtib edilmiş səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin qismən təqdim edilməsi barədə 16 oktyabr 2020-ci il tarixli aktdan görünür ki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.09.2020-ci il tarixli, **********140134 saylı səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarına əsasən X1 (VÖEN **********) 01.05.2018-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılır. Yoxlama zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" 22.09.2020-ci il tarixli, **********140183 nömrəli tələbnamə çıxarılmış və vergi ödəyicisınə təqdim edilmiş, tələbnamədə qeyd edilən sənədlərin 15 iş günü müddətində təqdim edilməsi tələb edilmişdir. Tələbnamə ilə tələb olunan sənədlərin təqdim edilməsi üçün müəyyən edilmiş müddət 12.10.2020-cı il tarixdə başa çatmış, qeyd edilən sənədlər qismən təqdim olunmuşdur. Belə ki, X4 tərəfindən yoxlama ilə əhatə edilən dövrə aid tikilmiş binanın 2017-ci il tarixli işçi layihəsinin 6-32-ci səhifələri 25 vərəqdə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTNDA-nin S.Ə.Dadaşov adına ETLKİM institutunun tikilmiş iki ədəd çoxmərtəbəli binanın bünövrəsi, qarajı və 1-4-cü mərtəblərı daxil olmaqla beton sınaq nəticələri haqqında sənədləri 18 vərəqdə, binanların tikildiyi torpaq sahəsinin icarə müqaviləsi 1 vərəqdə, bələdiyyə arayışı 1 vərəqdə, torpaq sahəsinin planı 1 vərəqdə, Binəqədi rayonu İcra Hakimiyyətinin və Memarlıq və Şəhərsalma Baş İdarəsinin torpaqla bağlı sənədləri 2 vərəqdə, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16.10.2015-ci il tarixli, 18/03-8/2642 saylı, 28.12.2015-ci il tarixli, 18/03-3/4025 saylı, 09.08.2017-ci il tarixli, 18/03-8/2111 saylı və 15.12.2017-ci il tarixli, 18/03-8/3463 saylı sənədləri 4 vərəqdə təqdim edilmişdir. Eyni zamanda tələbnamədə qeyd edilən digər sənədlərin olmadığını qeyd edərək təqdim edilə bilməyəcəyi bildirilmişdir. Belə ki, Vergi ödəyicisi bina tikintisinin özü tərəfindən aparıldığını, lakin hər hansı sənədləşmələrin aparılmadığını bildirdi. - “Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında” **********141222 №li, 29.10.2020-ci il tarixli qərardan görünür ki, X4 (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının yoxlama ilə əhatə edilən dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. - Lokal Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin 1-ci dərəcəli dövlət vergi müfəttişi X6 və X4 (VÖEN **********) tərəfindən tərtib edilmiş səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi barədə 30 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.09.2020-ci il tarixli, **********140134 saylı səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarına əsasən X1 (VÖEN **********) 01.05.2018-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılır. Yoxlama zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" 22.09.2020-ci il tarixli, **********140183 nömrəli tələbnamə çıxarılmış və vergi ödəyicisinə təqdim edilmiş və tələbnamədə qeyd edilən sənədlərin 15 iş günü müddətində təqdim edilməsi tələb edilmişdir. Tələbnamə ilə tələb olunan sənədlərin təqdim edilməsi üçün müəyyən edilmiş müddət 12.10.2020-ci il tarixdə başa çatmış, qeyd edilən sənədlər yoxlamaya qismən təqdim olunmuşdur. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin qismən təqdim olunması barədə 16.10.2020-ci il tarixli akt tərtib olunmuşdur. Bundan sonra 16.10.2020-ci il tarixli, **********892700 nömrəli və 26.10.2020ci il tarixli, **********827700 nömrəli məktublarla vergi ödəyicisinə müraciət olunaraq tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. Lakin vergi ödəyicisi 16.10.2020-ci il tarixli sənədlərin qismən təqdim olunması barədə tərtib olunmuş aktda qeyd olunan sənədlərdən başqa heç bir sənədinin olmadığını bildirdi. Eyni zamanda tələbnamədə qeyd edilən digər sənədlərin olmadığını qeyd edərək təqdim edilə bilməyəcəyi bildirilmişdir. Belə ki, vergi ödəyicisi bina tikintisinin özü tərəfindən aparıldığını, lakin hər hansı sənədləşmələrin aparılmadığını bildirdi. Beləliklə, sənədlərin təqdim olunmaması barədə 2 nüsxədən ibarət akt tərtib edildi və bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qəbul edilmiş **********1140134 nömrəli, 21.09.2020-ci il tarixli qərarla X1 Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə əsasən may 2018- iyul 2020-ci il ilə əhatə olunan vergi dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, cavabdehə Vergi Məcəlləsinin tələblərinə uyğun tələbnamə təqdim edərək zəruri sənədlərin yoxlayıcıya təqdim edilməsi tələb olunmuş, cavabdeh isə tələb olunan sənədləri qismən təqdim etmiş, 16.10.2020-ci il tarixli sənədlərin qismən təqdim olunması barədə tərtib olunmuş aktda qeyd olunan sənədlərdən başqa heç bir sənədinin olmadığını bildirmişdir. İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında 29.10.2020-ci il tarixli, **********141222 nömrəli qərar qəbul edilsə də həmin qərar vergi ödəyicisi tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. - 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, cavabdeh X2 iddiaçının qanuni tələblərinə əməl etməməsi əsassız olmuşdur. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1 (VÖEN **********) yoxlama ilə əhatə edilən dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş: - əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat; ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, podrat müqavilələri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqısatqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları; fiziki şəxs tərəfindən görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; yoxlanılan dövr üzrə (01.01.2018-ci il tarixdən 31.07.2020-ci il tarixədək) elektron surəti; - yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda); xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; fiziki şəxsdə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər götürülsün. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2742/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2742/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver