Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2743/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə (bundan sonra mətndə - DSMF Nizami RŞ) qarşı «pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış (illik indeksasiyalar nəzərə alınmaqla) 14 823,43 manat miqdarında olan pensiya kapitalını 80% artırmaqla pensiyasının yenidən hesablanmaqla 2017-ci il 01 iyul tarixindən hazırki iş üzrə qəbul olunacaq qərar icra edildiyi günə qədər olan fərqin və növbəti aylarda həmin fərqə uyğun olaraq pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 63 yaşının tamam olması ilə əlaqədar 2014cü ildən əmək pensiyasına çıxmışdır. Həmin dövrdə pensiyası 283 manat təşkil edirdi. 10 fevral 2014-cü il tarixində əmək pensiyasına çıxdığı vaxt yığdığı 29.646,46 manat pensiya kapitalının yalnız 50%-dən istifadə etməklə və 144 rəqəminə bölməklə (14.823,23:144)-ona əmək pensiyası hesablanmışdır. 13 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları pensiya kapitalının yığılmış və istifadə olunmamış hissəsinin 80%-dən pensiya artımında istifadə edilməsi barədə qanun imzalanmışdır. İddiaçının pensiyası yenidən hesablanmalıdır. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki,vətəndaş İddiaçı 02.03.2014-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanması həmin tarixdə qüvvədə olan Qanunvericiliyin şərtləri əsasında, 01.01.2006 cı ilədək olan 32 il 6 ay əmək stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınan 14823,43 manat pensiya kapiatalı əsasında aparılmışdır. Bu hesablama ilə onun pensiyası 283,43 manat təşkil etmişdir. (BH-100,00 + BHƏ- 10,00 (müharibə iştirakçıların verilən əlavə) + SH-70,20 + PSK- 102,94 = P- 283,14 manat) . 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə həmin Qanunun 26.1 maddəsi əsasında 01 iyul 2017-ci ilədək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti cevirlnməsi aparılmışdır. Həmin Qanunun 27.1-ci maddəsində; Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır, /ətəndaşın iddiası ilə əlaqədar olaraq bidirirk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.1 maddəsi əsasında iddiaçının pensiyasının baza və sığorta hissəsi cəmi məbləğ dəyişdirilmədən sığorta hissəyə şərti crvrilməsi aparılmışdır. Eyni zamnda da nəzərinizə çatdırırq ki, həmin Qanunu 27.1 ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapiatalının 80% artırılması 01 iyul 2017-ci il tarixədən sonra pensiya hüququ yaranan şəxslərə şamil edilir. Qanun 27.1 -ci maddəsində qeyd edildiyi kimi 01.01.2006- cı il tarixdən 01 iyul 2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan və istifadə edilməmiş pensiya sığorta kapitalı 80 % artırılır. İddiaçı pensiya hüququ 02.03.2014-cü ildə yaranış və 01.01,2006cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən hesablanaraq ödənilmişdir. İddiaçı bu pensiya sığorta kapitalından istifadə etmişdir. Bu səbəbdən onun pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınan (01.01.2006-cı ildən 02.03.2014-cü ilədək olan) pensiya sığorta kapitalını 80 % artırmaqla yenidən hesablanması qanunvericiliklə mümkün olmadığı qeyd edilmişdir və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 32, mənzil 115-də yaşayır. Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatına əsasən “Azneft” İstehsalat Birliyində neft sahəsində 18.07.1975-ci il tarixdən müxtəlif vəzifələrdə işləmişdir, əmək kitabçası ilə 38 il 6 ay 6 gün stajı, digər sənədlər üzrə 40 il 6 ay 6 gün stajının olduğu qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 həqiqətəndə 1973-cü il tarixdən 1975-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət keçmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 07 yanvar 2020-ci il tarixli **********1 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 26.1 maddəsi əsasında iddiaçının pensiyasının baza və sığorta hissəsi cəmi məbləğ dəyişdirilmədən sığorta hissəyə şərti cevrilməsi aparılmışdır. Eyni zamanda da, həmin qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması 01 iyul 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edir. Çünki qanunda istifadə edilməmiş sığorta kapitalı artırılır. Sizə 2014-cü il tarixədək əmək pensiyası təyin olunduğu üçün həmin tarixədək olan sığorta kapitalından istifadə etdiyi üçün yenidən həmin tarixədək olan sığorta kapitalını 80% artırmaqla hesablanması qanunvericiliklə mümkün deyildir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçıya 2014-cü ildən DSMF Nizami RŞ tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir, 2014-cü il tarixdən işdən çıxması ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq üzərinə əlavələr edilmişdir. Sonradan iddiaçı fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Etirazda cavabdehin müraciətinin imtinasına əsas kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə edilən, 01.07.2017-ci ildən qüvvəyə minən dəyişikliyin iddiaçıya tətbiq etməyin mümkün olmaması göstərilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən, işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bütün bunları nəzərə almaqla Məhkəmə cavabdehin dəlilləri ilə razılaşır ki, iddiaçının işdən çıxdığı 2014-cü ildə fərdi hesabın sığorta hissəsində toplanmış 14.823,23 manat pensiya kapitalı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri əsasında hesablanaraq pensiyasına əlavə edilmişdir. İddiaçı isə pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyasına uyğun olaraq yenidən hesablanmasını həmin maddənin üçüncü («Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı 80% artırılmaqla, 2017ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır») cümləsinin qüvvəyə mindiyi 01 iyul 2017-ci ildən tələb edir. Lakin iddiaçının tələbi üzrə barəsində istinad olunun həmin Qanun normalarının tətbiq edilməsi mümkün deyildir. Belə ki, sözügedən Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 27.1-ci maddəsində bu normanın həmin tarixdən əvvəl əmək pensiyası təyin olunmuş şəxslərə tətbiq olunmasının istisna olunduğu nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla iddiası sübut olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı «pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi» barədə iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 68-ci, 69-cu, 85-ci maddəsinə əsasən, Məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı «pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2743/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2743/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver