Məhkəmə qərarları › İş №2-1(112)-2744/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2744/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2744/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi və s. barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonar mətndə ƏƏSMN) qarşı əmrin ləğv edilməsi və s. barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏƏSMN-nin 03.07.2020-ci il tarixli əmrinin ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 7.5-ci bəndinə müvafiq olaraq tutduğu vəzifəyə uyğun müvafiq vəzifəyə - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin direktor müavini vəzifəsinə təyin olunmağı və məcburi işburaxmaya görə 03.07.2020-ci il tarixdən işə çıxdığı günə qədər hesablanmış əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14.11.2018-ci il tarixdən 03.07.2020-ci il tarxə kimi ƏƏSMN-nin yanında DSMF Sosial yardım və müavinətlər şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən DSMFnin X1, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin nizamnamələri təsdiq edilmiş, ƏƏSMN yanında DSMF-nin sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. Həmin Fərmanın 7.5-ci bəndinə əsasən DSMF-də, DMX-də, DTSE və RX-də işləyən işçilərin yeni yaradılmış publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Fərmanın qed edilən 7.5-ci bəndinə əsasən ona tutduğu vəzifəyə uyğun müvafiq vəzifəyə -DSMF-nin Aparatının Sosial Ödənişlər və ya digər Departamentinin direktorunun müavini vəzifəsinə təyi olunmalı olduğu halda ona 2 təsnifat aşağı vəzifə -Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyinə sektor müdiri vəzifəsi təklif olunmuşdur. Bu isə məlum Fərmanın tələblərinin pozulması və işə qəbulla bağlı yazdığı ərizə ilə uyğunsuzluğun olması deməkdir. Aşağı vəzifəni tutmağa razılaşmadığı üçün ƏƏSMN-nin 03.07.2020-ci il tarixli əmrinə əsasən işdən azad edilmişdir. Hesab edir ki, qanunsuz olaraq işdən azad edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ƏƏSMN-nin nümayəndəsi X4 məhkəməyə vəsatət təqdim edərək, iddiaçı ilə təmsil etdiyi orqan arasında olan əmək münasibətlərinin dövlət qulluğu ilə bağlı olmadığının nəzərə alınmaqla iddianın mümkün sayılmamasıı xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; ƏƏSMN-nin **********0 №li 15 noyabr 2018-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, qeyd olunan əmrlə İddiaçı 20 noyabr 2018-ci il tarixdən tərəflərin qarşılıqlı razılığı ilə 3 (üç) ay müddətinə ƏƏSMN yanında DSMF Aparatının Sosial Ödənişlər şöbəsinin Sosial müavinətlər sektorunun müdiri vəzifəsinə təyin edilməsi əmr edilmişdir (Əsas: İddiaçı ərizəsi və 20 noyabr 2018-ci il tarixli Əmək müqaviləsi). ƏƏSMN Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 1/D-5528882 daxil olma nömrəsi ilə 03.07.2020-ci il tarixdə qeydə alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım və müavinətlər şöbəsinin müdiri müqavilə əsasında şöbə müdiri müqavilə əsasında şöbə müdiri müvini İddiaçı ərizəsinin surətindən müəyyən olunur ki, sonuncu onun xəbərdarlıq müddəti (1 ay) gözlənilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. ƏƏSMN-nin **********8 №li 03 iyul 2020-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Aparatının adları siyahıda qeyd edilmiş işçilərin 3 iyul 2020-ci il tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmələri və müvafiq olaraq onlarlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmr edilmişdir Siyahı əlavə olunur). Əmrə əlavə olunmuş siyahıda 20-ci sıra nömrəsində şöbə müdirinin müavinisektor müdiri İddiaçı adı qeyd olunmuşdur. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 8.1.3-cü maaddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №li 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır (bənd 12). İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaaranmış hazırki mübahisəli hüquq münasibətləri dövlət qulluğu ilə bağlı olmadığından (iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən sonuncu dövlət qulluqçusu olmadığından) hazırki iddiaya inzibati icraat qaydasında baxıla bilməz və bu zaman iddiaçıya izah olunmalıdır ki, hazırki iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi və s. barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar