Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2744/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində əsasən, 52 yaşı tamam olduğu 10.08.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə 10.07.1981-ci ildən başlamışdır. 10.07.1981-ci ildən 03.01.2003-cü ilə kimi 22 il ümumi əmək stajının 10 il 10 ayı (02.03.1992 - 03.01.2003-cü ilə kimi), Səttərxan (keçmiş L.Şmidt) adına zavodun xüsusi ilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində təmirçi çilingər peşəsində işləmişdir. Təmirçi çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın İİİ Metalurqiya istehsalatı bölməsinin 2-ci bəndinin 1030200a-1753a yarımbəndində nəzərdə tutulduğuna əsasən, 02.03.1992 - 03.01.2003cü ilə kimi, yəni, 10 il 10 ay xüsusilə zərəli sexdə işlədiyini nəzərə alaraq, “X3” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşı tamam olduğu 10.08.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə 29.12.2020-ci il tarixli müraciətinə 20.08.2021-ci il tarixli **********4 saylı (gələcəkdə imtina məktubu) imtina edilmişdir. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan 22 il ümumi və 10 il 10 ay xüsusilə zərərli və ağır işlərdə çalışdığı müddətlər 01.2006-cı ilə kimi qazanıldığından 01.01.2006cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun tənzimlənməli olduğu halda, imtina məktubunda AR 06.03.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanuna istinadən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn olmasının göstərilməsi “X3” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsinin əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olması; Mərkəzi Filiala təqdim olunan sənədlərə əsasən 01.06.2006-cı ilə kimi ümumi iş stajının 25 ildən az, 20 il 1 ay 27 gün olması və nahayət Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi kimi 01.01.2006-cı ildən qanuni qüvvəyə minmiş “X3” Qanunda nəzərdə tutulan əsasların göstərilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08.10.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20.12.2021-ci il tarixli **********4 saylı iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X3” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 5 ay), güzəştli iş stajı isə 10 ildən az (7 il 8 ay 19 gün) təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın əsassız olduğu üçün təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: - Nərimanov RPİ tərəfindən 12.08.2013-cu il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus NZ seriyalı ******* №li hərbi biletində aparılmış qeydlərə əsasən iddiaçı 09.11.1981-ci il tarixdən 16.12.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının surətindən (notarial qaydada tərcümə və təsdiq olunmuş) müəyyən olunur ki, İddiaçı 10.07.1981-ci ildə “Hallavar” Sovxozunda fəhlə qismində fəsli işə qəbul olunmuşdur, 15.11.1981-ci ildə Hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 26.03.1984-cü ildə “Hallavar” Sovxozuna fəhlə qismində fəsli işə qəbul edilmişdir (Əmr № 073, 26.03.1984-cü il); 28.10.1984-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir ( Əmr № 272, 28.10.1984-cü il); 11.11.1984-cü ildə X7 X5- Zavodun karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 249 k, 06.11.1984-cü il); 04.07.1985-ci ildə eyni sexdə aparatura avadalığının təmiri üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilmişdir (Əmr № 144k, 05.07.1985-ci il); 23.01.1986-cı ildə eyni sexdə aparatura avadanlığının təmiri üzrə dördüncü dərəcəli çilingər drəcəsi verilmişdir (Əmr № 18 k, 24.01.1986-cı il); 16.04.1987-ci ildə eyni sexdə İİ pr üzrə ikinci dərəcəli qaz-elektrik-qaynaqçı təyin edilmişdir ( Əmr № 81/k, 20.04.1987-ci il); 26.11.1987-ci ildə eyni sexdə yeni tarifikasiya üzrə dördüncü dərəcəli təmirçi çilingər peşəsi verilmişdir (protokol № k/k, 26.11.1987-ci il); 07.04.1988-ci ildə eyni sexdə İİ pr. üzrə üçüncü dərəcəli qaz-elektrik-qaynaqçı təyin edilmişdir ( Əmr № 73/k, 15.04.1988-ci il); 01.07.1988-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 133/k, 04.07.1988-ci il); 16.02.1989-cu ildə 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı qismində işə qəbul edilmişdir (Əmr № 12/k, 27.02.1989-cu il); 16.04.1989-cu ildə müvəqqəti işin başa çatması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 19/k, 13.02.1989-cu il); 24.07.1989-cu ildə Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir (Əmr № 150/k, 21.07.1989-cu il); 21.12.1990-cı ildə Beşinci dərəcəli təmirçi çilingər dərəcəsi verilmişdir ( Əmr № 19/k, 21.12.1990-cı il); 10.06.1991-ci il Bakı eksperimental mexaniki-təmir zavodu- Üçüncü dərəcəli elektrik çilingər işinə qəbul edilmişdir (Əmr № 56/3, 10.06.1991-ci il); 01.07.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 95/4, 01.07.1991-ci il); 10.07.1991-ci ildə Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər qəbul edilmişdir (“Ulduz” İB-nin adı dəyişdirilərək “Ulduz” Azərbaycan elmi-istehsalat birliyi adlandırılmışdır (Əmr № 166/k, 09.07.1991-ci il); 24.02.1992-ci ildə öz istəyi ilə işdən azad edilmişdir ( Əmr № 25/k, 19.02.1992-ci il); 02.03.1992-ci ildə L.Şmidt adına Zavoda 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul olunmuşdur ( Əmr № 37/k, 28.02.1992-ci il); 03.01.2003-cü ildə öz xahişi ilə vəzifəsindən azad olunmuşdur (Əmr № 4/, 03.01.2003-cü il); 01.04.2006-cı ildə 7 nömrəli BPL-ə Texnik vəzifəsinə işə qəbul olunmuşdur Əmr № 45, 01.04.2006-cı il); 01.10.2010-cu il tarixdə öz vəzifəsindən azad edilmişdir ( Əmr № 67, 01.10.2010-cu il); Cavabdeh tərəfindən 20 dekabr 2021-ci il tarixli **********4 saylı etiraza əlavə olunmuş aşağıdakı arayışlardan: - Azərbaycan Respublikasının Dövlət Arxivinin 21.04.2021-ci il tarixli DA-00584- 2021 saylı arxiv arayışının surətindən müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən şəxsi kartoçkalarda X1 (əmr № 116/k, 01 noyabr 1991-ci il) 1 №-lı PTS-yə təmirçi çilingər vəzifəsinə işə qəbul edildiyi; (əmr № 04/k, 03 yanvar 2003-cü il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda yuxarıda göstərilən arxiv fondunun 1989-cu ilə dair şəxsi heyət üzrə əmr kitablarında 150 №-li əmr haqqında məlumat yoxdur və 1990-cı ilə dair şəxsi heyət üzrə əmr kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Əsas: "Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, şəxsi kartoçkaları. -“Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, əmək haqqı cədvəlindən (arxiv arayışı) müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı sentyabr 1989iyun 1991,1992-1993-cü illərə dair aşağıda göstərilən aylıq maaşı qeyd olunmuşdur. 1989cu il üzrə yanvar-, fevral-, mart-, aprel-, may-, iyun-, iyul-, avqust-, sentyabr 113-02, oktyabr 192-92, noyabr 292-87, dekabr 361-60; 1990-cı il üzrə yanvar 195-92; fevral-284- 31; mart 312-31; aprel-415-81; may 394-92; iyun 420-87; iyul 473-88; avqust 407-38; sentyabr 429-86; noyabr 430-86; dekabr 407-00 rubl; 1991-ci il üzrə yanvar 120-23; fevral 463-42; mart 1931-51; aprel 3295-20; may 2770-63; iyun 4654-58; iyul 4559-83; avqust 2070-08; sentyabr 5977-29; oktyabr 9883-89; noyabr 9995-69; dekabr 23066-27 rubl; 1993-cü il üzrə yanvar 29125-27; fevral 28742-06; mart 28484-65; aprel 15579-51; may 21236-08; iyun 60247-13; iyul 50420-89; avqust 45452-19; sentyabr 50138-03; oktyabr 62301-18; noyabr 5162674; dekabr ******* manat. “Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, əmək haqqı cədvəlindən (arxiv arayışı) müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1998-2002-ci illərə dair aşağıda qeyd olunan aylıq maaş qeyd olunmuşdur; 1998-ci ilin yanvar ayı- 37884200 manat, fevral-29856983 manat, mart-30418558 manat, aprel-39167200 manat; may ******* manat, iyun 69975700 manat, iyul 31112500 manat, avqust 32037842 manat, sentyabr 19005869 manat, oktyabr 37076004 manat, noyabr 24002900 manat, dekabr 23196100 manat; 1999-cu il üzrə yanvar 27194900 manat, fevral 24165000 manat, mart 62159700 manat, aprel 32993400 manat, may 25975800 manat, iyun-24487516 manat, iyul 39787100 manat, avqust ******* manat, sentyabr 40055100 manat, oktyabr 85703200 manat, noyabr 32553500 manat, dekabr 488295 manat; 2000-ci il üzrə yanvar ******* manat, fevral 26115937 manat, mart 48830300 manat, aprel 77112938 manat, may 54826900 manat, iyun 48830200 manat, iyul 19666719 manat, avqust 39624149 manat, sentyabr 25075460 manat, oktyabr ******* manat, noyabr 14217600 manat, dekabr 47354312 manat; 2001-ci il üzrə 32280266 manat, fevral 34987100 manat, mart 34924615 manat, aprel 35078221 manat, may 35644269 manat, iyun 27661200 manat, iyul 16516000 manat, avqust ******* manat, sentyabr 54965500 manat, oktyabr 21961800 manat, noyabr 439200 manat, dekabr 439200 manat; 2002-ci il üzrə yanvar 439200 manat, fevral 439200 manat, mart 439200 manat, aprel 75096500 manat, may ******* manat, iyun 14120000 manat, iyul-sənəd yoxdur; avqust 782149 manat, sentyabr ******* manat, oktyabr ******* manat, noyabr ******* manat, dekabr 17486400 manat. İddiaçı hazırki tələblə cavabeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, cavabdehin 20.08.2021-ci il tarixli **********4 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “X3' Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X3’’ Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 1 ay 27 gün (10.07.1981-08.11.1981-ci il, 09.11.1981-16.12.1983-cü il, 26.03.1984-28.10.1984-cü il, 11.11.1984-01.07.1988-ci il, 16.02.1989-16.04.1989-cu il, 24.07.1989-18.05.1991-ci il, 10.06.1991-01.07.1991-ci il, 10.07.1991-24.02.1992-ci il və 02.03.1992-03.01.2003-cü il arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17260,37 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin olunmasından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X3” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““X3” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməlidir; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. İddiaçı 1963-cü il təvəllüdlü olmaqla onun qanunda nəzərdə tutulmuş 52 yaşı 10.08.2015-cı ildə tamamlanmışdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları da nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş imtina məktubunda da, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 il 1 ay 27 gün (10.07.1981- 08.11.1981-ci il, 09.11.1981-16.12.1983-cü il, 26.03.1984-28.10.1984-cü il, 11.11.1984- 01.07.1988-ci il, 16.02.1989-16.04.1989-cu il, 24.07.1989-18.05.1991-ci il, 10.06.1991- 01.07.1991-ci il, 10.07.1991-24.02.1992-ci il və 02.03.1992-03.01.2003-cü il arasındakı dövrlər) təşkil etdiyi qeyd olunmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istinaad etdiyi əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının işlədiyi Leytenant Şmidt adına Zavod (1 saylı Poladəritmə sexində çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” bölməsinə (İİİ) aid deyil. Belə ki, qeyd olunan bölmədə aşağıdakı sahələr nəzərdə tutulmuşdur: 1. Domna istehsalatı (kod ********)- a) fəhlələr (kod 1030100a)- təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 1030100a—1753a). Məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi sahənin “Domna istehsalatı”na aid olmadığı müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Bu səbəblərdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2744/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2744/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver