Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2746/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 saylı, 03.03.1989-cu il tarixli qərarı ilə İddiaçınə (əvvəlki “Azərbaycan” Kooperativinə) kənd təsərrüfatı məsullarının istehsalı üçün ayrılmış Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin ərazisindən yerləşən 5 hektar torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.03.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1989-cu il 3 mart tarixində Bakı şəhəri, Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 saylı qərarı ilə “Azərbaycan” Kooperativi adı ilə dövlət qeydiyyatına alınmış və X3 24 yanvar 2009-cu il tarixli qərarı ilə adı dəyişdirilərək “İddiaçı" İstehsal-İstehlak Kooperativi olaraq müəyyən edilmişdir. İddiaçı 29.01.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış Nizamnamənin 1.3cü bəndinə əsasən “Azərbaycan” Kooperativinin hüquqi varisidir. Bakı şəhəri, Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 saylı, 03.03.1989-cu il tarixli qərarı ilə “Azərbaycan" Kooperativinin Nizamnaməsinin qeydiyyata alınması ilə yanaşı Qərarın 4cü bəndinə əsasən “Azərbaycan” Kooperativinə kənd təsərrüfatı məsullarının istehsalı üçün Kürdəxanı qəsəbəsinin ərazisindən 5 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi naturada müəyyən edilmiş və kooperativin istifadəsinə verilmişdir. Lakin sonradan torpaq sahəsinin yerləşmə sahəsi barədə tərtib edilmiş sxem itirilmişdir. Torpaq sahəsi naturada müəyyən edildikdən sonra müvafiq qaydada hasarlandığı üçün gələcəkdə torpaq sahəsinin yerləşmə sxeminin tələb olunacağını düşünməmişlər. Lakin sonradan qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdə torpaq sahəsinin yerləşmə sxemi tələb edilmişdir. Bununla əlaqədar Dövlət Arxivinin Bakı Filialına müraciət etmişlər. X8 Bakı Filialı 20.08.2018-ci il tarixli məktubla sxem olmadığı üçün Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 saylı, 03.03.1989-cu il tarixli qərarının surətini onlara təqdim etmişdir. Bundan sonra onlar mövcud torpaq sahəsinin sxeminin tərtib edilməsi barədə 12.10.2020-ci il tarixli, 3/8 saylı məktubla Cavabdehnə müraciət etmişlər. Cavabdeh 04.11.2020-ci il tarixli, 1/1686 saylı məktubla Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 saylı, 03.03.1989-cu il tarixli qərarı ilə “Azərbaycan'’ Kooperativinə Kürdəxanı qəsəbəsinin ərazisindən 5 hektar torpaq sahəsi ayrılması barədə ilkin sənədlərin Rayon İcra Hakimiyyətində olmadığını əsas gətirərək mövcud torpaq sahəsinin sxeminin tərtib edilməsinin mümkün olmadığını bildirmişdir. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 20-ci və 25-ci maddələrinə əsasən torpaq sahələrinin ayrılması və müddətsiz istifadə üçün dövlət aktının verilməsi vəzifəsini rayon XDS İcraiyyə Komitələri həyata keçirirdi. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Qanunvericiliyə əsasən ilkin sənədlərin saxlanılması üçün cavabdehliyi torpaq sahəsini ayıran icra hakimiyyəti orqanı yəni, Cavabdeh daşıyır. Torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi ilə əlaqədar sonradan qanunvericilkdə edilən əlavə və dəyişikliklərin “İddiaçı'' İstehsal-İstehlak Kooperativinə 1989-cu ildə ayrılmış torpaq sahəsinə tətbiq edilməsi isə qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunanları qəbul etmirlər. Aşağıdakılara əsasən ərizə əsassızdır və təmin edilməməlidir. Bakı şəhəri, Lenin rayonu, X5 İcraiyyə Komitəsinin 6/21 nömrəli 3 mart 1989-cu il tarixli qərarı ilə “Azərbaycan” Kooperativinə ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədləri Cavabdehndə mövcud deyildir. Eyni zamanda Bakı şəhəri, Lenin rayonu, X5 İcraiyyə Komitəsinin 6/21 nömrəli 3 mart 1989-cu il tarixli qərarı ilə “Azərbaycan” Kooperativinə ayrılmış torpaq sahəsinin iddiaçının hal- hazırda iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı hər hansı mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onların səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 03.02.2009-cu il tarixli, **********931600 nömrəli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, təşkilati-hüquqi forması kooperativ olan “İddiaçı“ (əvvəlki adı “Azərbaycan” Kooperativi) 29.01.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X6r. İddiaçı Bakı şəhəri, Lenin rayonu XDS-də qeydiyyata alınmış “Azərbaycan” kooperativinin (qeydiyyat tarixi 03.03.1989-cu il, qeyd. nömrəsi: 6/21) bazasında yaradılıb və onun hüquqi varisidir. - İddiaçı 29 yanvar 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nizamnamənin 1.3-cü bəndinə əsasən İddiaçı (sonradan Kooperativ adlanacaq) 1989-cu il 3 mart tarixində Bakı şəhəri Lenin rayonu X5 6/21 nömrəli qərarı ilə “Azərbaycan” Kooperativi adı altında dövlət qeydiyyatına alınmışdır və X3 24 yanvar 2009-cu il tarixli qərarı ilə adı dəyişdirilərək İddiaçı olaraq müəyyən edilmişdir. Kooperativ "Azərbaycan" Kooperativinin hüquqi varisidir. - Bakı şəhəri, Lenin rayonu X5 İcraiyyə Komitəsinin 03.03.1989-ci il tarixli, 6/21 nömrəli qərarının, 6 nömrəli protokolundan çıxarışın və Kimya və Neft Maşınqayırma Nazirliyi Neft avadanlığı üzrə baş idarə “Bakinski Raboçi” Maşınqayırma Zavodunun 13.02.1989-cu il tarixli, 01/452 nömrəli məktubunun Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, həmin qərara əsasən kənd təsərrüfatı mallarının (güllərdən başqa) realizə edilməsi, alışı və becərilməsi ilə bağlı “Azərbaycan” X1 qeydiyyata alınması, birinci il üçün 3%, ikinci il üçün 5 %, üçüncü ildən başlayaraq 10 % illik gəlir vergisinin həcminin müəyyən edilməsi, “Bakinski Raboçi” zavodunun ərazisindən istifadə edilməsi üçün “Azərbaycan” Kooperativi ilə icarə müqaviləsinin bağlanması, torpaq istifadəçisinə (Vəliyev Ş.) Kürdəxanı qəsəbəsinin ərazisindən 5 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Bakinski Raboçi” Maşınqayırma Zavodu “Azərbaycan” Müstəqil Kooperativinə zavodun ərazisində 100 kvm. sahəni təqdim edir. - Bakı şəhəri Cavabdeh başçısının birinci müavini tərəfindən iddiaçıya ünvanlanmış 1/1686 №-li, 04.11.2020-ci il tarixli məktubdan görünür ki, 3/8 saylı, 12.10.2020-ci il tarixli məktubda qeyd olunan Kürdəxanı qəsəbəsində yerləşən 5 hektar torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsinə köməklik göstərilməsinə baxılmışdır. Bildirilir ki, Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin 6/21 saylı, 03.03.1989-cu il tarixli qərarı ilə «Azərbaycan» kooperativinə Kürdəxanı qəsəbəsində 5 hektar torpaq sahəsinin ayrılması barədə ilkin sənədləri Rayon İcra Hakimiyyətində olmadığından xahişin müsbət həlli mümkün deyildir. Məhkəmə iddiaçının numayəndəsi və vəkilini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1989-cu il 3 mart tarixində Bakı şəhəri, Lenin rayonu X5 6/21 nömrəli qərarı ilə qeydə alınmış “Azərbaycan” Kooperativinin hüquqi varisidir. Bakı şəhəri Lenin rayonu X5 6/21 nömrəli, 03.03.1989-cu il tarixli qərarı ilə “Azərbaycan” Kooperativinə kənd təsərrüfatı məhsullarının (güllürdən başqa) realizəsi, alışı və becərilməsi məqsədi ilə Kürdəxanı qəsəbəsi ərazisində 5 hektar torpaq sahəsi ayrılmışdır. Kooperativ həmin torpaq sahəsini naturada qəbul edərək istifadə etmişdir. Hazırda iddiaçı torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh torpaq sahəsinin ayrılması barədə ilkin sənədlərin ondan olmamasını əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qərar qəbul edilən zaman (03.03.1989-ci ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X7 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. - 18-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti ayrılan sahənin ölçüsündən asılı olmayaraq hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. - 20-ci maddəsinin 2-ci hissəsinə əsasən rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. - 22-ci maddəsinin tələbinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 25-ci maddəsinin tələblərinə görə torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) X7 icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. - 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Prezidentinin 18.10.1991-ci il tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16.06.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06.06.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçılərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X4 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublkası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri, Lenin rayonu X5 İcraiyyə Komitəsinin qərarı mübahisələndirilməmişdir və qüvvədədir, həmçinin cavabdeh Bakı şəhəri, Cavabdeh tərəfindən torpaq ayıran qurum kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-ölçü sxeminin) verilməsi öz təsdiqini tapmadığından, cavabdeh iddiaçının müraciətinə imtina etməkdə haqlı olmamışdır və bu iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 nömrəli, 03.03.1989-cu il tarixli qərarı ilə İddiaçınə (əvvəlki “Azərbaycan” Kooperativinə) kənd təsərrüfatı məsullarının istehsalı üçün ayrılmış Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin ərazisindən yerləşən 5 hektar torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Lenin rayonu X7 İcraiyyə Komitəsinin (indiki Cavabdeh) 6/21 nömrəli, 03.03.1989-cu il tarixli qərarı ilə İddiaçınə (əvvəlki “Azərbaycan” Kooperativinə) kənd təsərrüfatı məsullarının istehsalı üçün ayrılmış Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin ərazisindən yerləşən 5 hektar torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2746/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2746/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver