Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2747/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona əlillik təyin edilməsindən imtina barədə qərarının ləğv edilməsi, onun xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonuncu ərizəsi nəzərə alınaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən E00172068CKT nömrəli tibbi göndəriş (Forma 88) üzrə əliliyinin ilk dəfə qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-cü bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla 5 (beş) il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əllilik dərəcəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021-ci il tarixdən dayandırmışdır. Həmin müddətdən bu günə kimi iddiaçı tibbi müayinələrdən keçirdi. xx.xx.2024-cü il tarixdə cavabdeh ona tibbi-sosial komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəd təqdim etmişdir. Belə ki, orada qeyd olunur ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Lakin həmin qərar iddiaçıya təqdim olunmamışdır. Bununla bağlı iddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2010-cu il tarixli 1234 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına da qeyd olunur ki, iddiaçı Fizuli RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992ci ilə kimi N saylı hərbi hissənin tibbi bölüyündə müayinə və müalicə olunduğu travma və xəstəlik diaqnoz: "Sağ qulağın qulaq pərdəsinin travmatik zədələnməsi. Xroniki otit" və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: "Sağ tərəfli irinli epitimponit, qranulyasiya ilə" (Fizuli RHK-nın xx.xx.2010-cu il tarixli 4/1055 nömrəli göndərişi, 17.12.201-cu il tarixli 4/381 nömrəli arayışı, MNNHKH-dan verilmiş xx.xx.2002ciil tarixli arayış və xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, 4 saylı şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi- otorinolarinqoloqun rəyi il təsdiq edilir) "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Bundan sonra ona X6 Nazirliyi tərəfindən İİ qrup əlillik qrupu təsdiq edən vəsiqə də verilmişdir. Müddəti bitdikdən sonra yenidən müayinə kimi 5 il müddət təyin- olunurduğu sonuncu müayinə müddəti xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixli Arayışla da təsdiq olunur ki, əllilik dərəcəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021-ci il tarixdən dayandırmışdır. X8 Ton Odyometri: Notlar iki tərəfli Sensonevral Ağıreşitmə 4 Dərəcə-Karlıq, X10. Respublika Diaqnostika Mərkəzinin Bera müayinəsinə əsasən Nəticə: Sağ qulaqda orta-ağır (İİİ,İV), Sol qulaqda ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı. Akademik M.Ə.Mirqaımov adma Respublikanski Xəstəxanasının həkim surdoloq X3 verdiyi xx.xx.2024-cü il tarixli Audioqrammasına əsasən Diaqnoz: Sol tərəfli xronoki orta otit radikal İİİ və İV dərəcə ağır eşitmə. İddiaçının diaqnozu insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağ qularda ağır (İİİ-İV dərəcəli), sol qulaqda açır (İV dərəcəli) sensonevral tipli ağıreşitmə. Bel-oma kələfinin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın yüngül parezi, əzələ gücü 4 bal.L2-L3,L3-L4,L5-L6 fəqərəarası çoxsaylı protruziyalar. Stenokardiyanın digər formaları. İddiaçı hesab edir ki, onda olan xəstəliklər əlilliyin təyinatına əsas verdiyi halda, cavabdeh əsassız olaraq ona əlilliyin təyinatından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2767003AADDZ nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1234 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ qulağın qulaq pərdəsinin travmatik zədələnməsi. Xroniki otit. Sağ tərəfli irinli epitimponit, qranulyasiya ilə.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qulağının ümumiyyətlə eşitməməsindən, sol qulağında eşitmə zəifliyindən, bel nahiyəsindən aşağı ətraflarına irradiasiya edən ağrılardan şikayətlənmişdir. Sol qulağında işlək vəziyyətdə olan eşitmə cihazı müşahidə edilmiş, sağ qulağından cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Sualları təxminən 3 metr məsafədən çətinliklə cavablandırmışdır. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı simptomatika aşkarlanmamış, vətər və sümüküstü reflekslər D=S, orta canlı alınmış, əzələ gücü 5 bal olmuşdur. X9 Bərpa İnstitutunun xx.xx.2024-cü il tarixli Kompüter EMQ müayinəsinin nəticəsi “Neyromotor aparatda kökcük tipli pozuntu: Sol L5 kökcüyün radikulopatiyası” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, alın-təpə paylarında dərin ağ maddədə bir neçə mm-lik T2, Flair hiperintens-qliozis, mikroangiopatiya ocaqları qeyd olunur. Alın-gicgah paylarında subaraxnoidal sahədə minimal genişlənmə qeyd olunur. Silvi yarıqları dərinləşmişdir. Retroserebellar lokalizasiyada ~17x14 mm ölçülü araxnoidal kista qeyd olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 55 db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın ətmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6215/2024 nömrəli qərarından görünür ki, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1234 saylı, xx.xx.2010-cu il tarixli qərarından görünür ki, Fizuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən 12.09.1.992-ci ilə kimi N saylı hərbi, hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu travma və xəstəlik – diaqnoz: “Sağ qulağın qulaq pərdəsinin travmatik zədələnməsi.Xroniki otit və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Sağ tərəfli irinli epitimponit, qranulyasiya ilə” (Fizuli RHK-nın xx.xx.2010-cu il tarixli 4/1055 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/381 nömrəli arayışı, MN MHKH-da verilmiş xx.xx.2002-ci il tarixli arayış və xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, 4 saylı şəhər klinik xəstəxanasında verilmiş xx.xx.1992-ci il tarixli epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-ortonolarinqoloqun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Müayinə məlumatlarından görünür ki, iddiaçıya: -xx.xx.2012-ci il tarixdə “Sağ tərəfli irinli otit cərrahi əməliyyatdan sonraki vəziyyət. 2 tərəfli koxlear nevrit, neyrosensor ağır eşitmə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2013-cü il tarixdə “Bel-oma fəqərələrinin osteoxondrozu. Xroniki bel-oma radikuliti. Tez-tez baş verən kökcük ağrı sindromu ilə. İki tərəfli koxlear nevrit.” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixdə “Xroniki bel-oma radikuliti tez-tez baş verən kökcük ağrı sindromu ilə. İki tərəfli koxlear nevrit. Ağıreşitmə 3-cü dərəcə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixdə “Bel-oma kələfinin zədələnməsi. Aşağı ətrafın monoplegiyası. Üzvi mənşəli emosional labil pozuntu. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2016-cı il tarixdə “Bel-oma kələfinin zədələnməsi. Aşağı ətrafın monoplegiyası. Üzvi mənşəli emosional labil pozuntu. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli E00172068CKT nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə Yanaşı xəstəliklər – E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla G54.1 Bel-oma kələfinin zədələnməsi G83.1 Aşağı ətrafın monoplegiyası. Sol aşağı ətrafın yüngül parezi. Əzələ gücü 4 bal M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə.(L2-L3, L3-L4, L5-L6 fəqərəarası çoxsaylı protruziyalar) İ20.8 Stenokardiyanın digər formaları G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:
1. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.
2. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2024-cü il tarixli, E00172068CKT nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar onda təsdiqini tapırmı?
3. İddiaçının canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?
4. İddiaçının canlı müayinəsi zamanı onda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri müəyyən edilirsə (H60-H95), eşitmənin ikitərəfli tam itirilməsi müəyyən olunurmu? Yaxud eşitmə zəifliyi müşahidə olunursa hər iki tərəf üzrə dərəcəsi müəyyən edilsin.
5. İddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda insulindən asılı olmayan şəkərli diabet (E11) xəstəliyi müəyyən edilirsə bu xəstəlik onda böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya ilə nəticələnmişdirmi? Əgər nəticələnmişsə, ifrazetmə funksiyasının pozuntusu dərəcəsi müəyyən edilsin.
6. İddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda bel-oma kələfinin zədələnməsi (G54.1) müəyyən edilirsə aşağıdakı ağırlaşmalardan hansı müşahidə edilir: - bel-oma kələfinin zədələnməsi - bud siniri - oturaq siniri - bir aşağı ətrafın tam iflici
7. iddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda aşağı ətrafların monoplegiyası müşahidə olunursa (G83), əzələ gücünün azalma balı müəyyən olunsun.
8. iddiaçının xəstəliklərinin qiymətləndirilməsi zamanı onda diabetik polineyropatiya (G63.2) xəstəliyi müəyyən edilirsə, bu diaqnoz onda təzahür edən sensomotor nevropatiya pəncənin parezi və (və ya) tarazlığın pozulması ilə və ya pəncə xorasının residivinin yüksək riskinin formalaşması və (və ya) təzahür edən xroniki ağrı sindromu ilə müşayiət olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T 427/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1-8. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə üçün “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, E00172068CKT saylı göndərişdə XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ- İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi). Yanaşı xəstəliklər: E11.7- insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, G54.1-bel-oma kələfinin zədələnməsi, bel-oma kələfinin zədələnməsi, G83.1-aşağı ətrafların monoplegiyası, aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın yüngül parezi, əzələ gücü 4 bal (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi). Yanaşı xəstəliklər: M51.1-bel və digər şöbələrin fəqərələrarası disklərinin radikulopatiya ilə bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə L2- L3, L3-L4, L5-L6 fəqərəarası çoxsaylı protruziyalar, 120.8-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, G63.2*-diabetik polinevropatiya, (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi)” diaqnoz ona stasionarda müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Xəstəliklər xroniki olduğundan ağırlaşmalar və onların reabilitasiyası mümkün deyildir. Xəstəliklər remissiya halında olduğundan müayinə zamanı onun əlamətləri olmaya bilər, eşitmə azlığı isə sağalan deyildir, insan yaşlaşdıqca onun eşitməsi daha da zəifləyir, Bera müayinəsi zamanı isə təyin edilmiş “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə” onda hazırda da qalmaqdadır. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir. -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli E00172068CKT nömrəli tibbi göndəriş üzrə üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Məlum olduğu kimi, cavabdeh qurum iddiaçının təqdim etdiyi diaqnoz üzrə əlillik təyinatı aparmaqdan imtina etmiş və bunu həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olmaması ilə əsaslandırmışdır. Lakin təqdim olunmuş sənədlərin və iş materiallarından görünür ki, cavabdeh tərəf təqdim edilən göndəriş sənədində əks olunan xəstəliklərin və diaqnostik nəticələrin iddiaçıda mövcud olmasını mübahisələndirməmiş, sadəcə həmin xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini hesab etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, ekspert rəyində iddiaçıda qeyd olunan xəstəliklərin olduğu göstərilmiş və xəstəliklərin xroniki olduğundan onların reabilitasiyasının mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə də iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsi təsdiq olunur. Bununla yanaşı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1-cü bəndində H60-H95 XBT kodu altında nəzərdə tutulan “qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” xəstəliyi hallarda əlilliyin təyini üçün əsas verir: 9.1.1 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2 daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə 9.1.4 eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 9.1.5 eşitmənin ikitərəfli tam itirilməsi 9.1.6 psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə H60-H95-kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 9.1.1-9.1.6-cı altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ- İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə” kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, həmin xəstəlik iddiaçının orqanizmin Qulağın və məməyəbənzərə dair disfunksiyanın göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-cü bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Orqanizmin funksiyalarının pozulması faizinə münasibətdə müəyyən olunur ki, eşitmə qabiliyyətinin bir tərəfdə İİİ dərəcə, digər tərəfdə isə İV dərəcə səviyyəsində zəifləməsi orqanizmin funksiyalarının 40 faiz pozulması kimi qiymətləndirilir. Belə hallarda bu cür ağırlaşma dərəcəsinə malik şəxsə “Əlilliyin qiymətləndirilməsi meyarları”nın 9.1.3cü bəndinə əsasən 5 (beş) il müddətinə əlillik təyin edilir. İddiaçının əsas diaqnozunun ağırlaşma dərəcəsi qeyd olunan meyara tam uyğun olduğundan, onun orqanizmin funksiyalarının pozulma səviyyəsi 40 faiz müəyyən edilməli və buna əsasən iddiaçıya 5 il müddətinə əlillik təyin olunmalıdır. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz əlillik təyin edilməsi üçün Meyarlara uyğun olduğundan, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən E00172068CKT nömrəli tibbi göndəriş (Forma 88) üzrə əliliyinin ilk dəfə qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-cü bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla 5 (beş) il müddətinə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov