Məhkəmə qərarları › İş №2-1(112)-2750/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2750/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2750/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinə 12 iyul 2019-cu ildə (106-cı maddənin birinci hissəsinin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı" sözləri ilə əvəz edilmişdir) və 29 iyun 2022-ci ildə (106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı" sözləri “3550 manat" sözləri ilə əvəz edilmişdir) edilmiş dəyişikliklərə uyğun olaraq, təyin edilmiş pensiya məbləğinin 14 may 2019-cu il tarixli məhkəmə qərarından sonrakı müddətdən bu günə qədər yenidən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Yusif Cəlal oğlu ilə xx.xx.1975-ci ildə nikaha daxil olmuşdur. X11 xx.xx.1976-xx.xx.1982-ci illərdə Neftçala rayon xalq Məhkəməsinin, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədk İmişli rayon Xalq Məhkəməsinin hakimi (sədri), xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək Bakı şəhər Məhkəməsinin üzvü olmuş, 14 mart 2012-ci ildə vəfat etmişdir. xx.xx.2012-ci ildən etibarən DSMF-nin Nərimanov rayon şöbəsindən ailə başçısını itirməyə görə pensiya alır.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" 08 oktyabr 2010-cu il tarixli. 1092-111QD saylı Qanunla birinci instansiya məhkəmələrinin sədri vəzifə maaşlarının 15 % miqdarında aylıq pul təminatı ödənilməsini nəzərə alınmasının cavabdeh DSMFnin Nərimanov rayon şöbəsinə həvalə edilməsi, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 08 oktyabr 2010-cu il tarixli, 1092- 11İQD saylı Qanunu nəzərə alaraq, hesablanmış pensiya üzrə əlavə məbləğin birdəfəlik qaydada ona ödənilməsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 268/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Əvvəlki məhkəmə qərarlarından da görünür ki, X13 məhkəmə sədri vəzifəsində fəaliyyət göstərmiş, həmin vəzifəyə görə yüksək əmək haqqı hesablanmışdır. X6 14 illik əmək stajı olmuşdur. Halhazırda iddiaçıya DSMF tərəfindən məktuba əsasən, 3979.77 manat əmək pensiyası hesablanmışdır. Həyata keçirilən indeksləşdirməvə uyğun olaraq, son 5 il ərzində ümilikdə iddiaçıya 84.000 manatdan çox pul məbləği verilməlidir. Lakin DSMF tərəfindən son 3 il üzrə indeksləşdirmə üzrə əmək pensiyası hesablanmış və 15000 manat müəyyən edilmişdir. Beləliklə, mübahisənin əsas məzmunu ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq indeksləşdirmə vasitəsilə qulluq əlavəsinə və sığorta hissəsinə münasibətdə artımlar yenidən hesablanaraq X6 həyat yoldaşı qismində iddiaçıya pensiya təyin edilməli, habelə, dəyişikliklərin qüvvəyə mindiyi gündən bu günə kimi hesablanmamış artımlar hesablanaraq ona cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasının təmin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-226569/2023 nömrəli məktubu ilə ona müraciətinin müsbət həlli mümkun olmadığı bildirilmişdir. Belə ki, pensiya işinə aid sənədlərdə iddiaçıya 1 may 2012-ci il tarixdan Fondun Nərimanov rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən mərhum X8 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 745,50 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 1076,83 manat olmaqla orta aylıq ərmək haqqısı 4928,58 manat təşkil etmişdir. Buna görə də əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 14 il 4 ay 17 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqısının (4928.58 manat) 80 faizi-3942,86 manat məbləğində hesablanmışdır. Bununla əlaqədar iddiaçının əmək pendiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-1-ci maddəsinə əsasən ödənilməli olan əmək pensiyasının (3942.86 manat) 80 faizi 3154,29 manat məbləğində hesablanmışdır. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar əmək pensiyanız 3979,77 manat məbləğində müəyyən edilib. Həmçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçun yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 13114,09 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin iyun ayından etibarən hissə-hissə (1192.19 manat) pensiyasının (3979,77 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildiririk ki, iddiaçıya 2022-ci il üçün maddi yardım üzrə ödənilməli olan 639,27 manat pul vəsaiti cari ilin iyun ayında ödənilib. Beləliklə, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyı tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair 2- 1(112)-14591/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçıya aid pensiya işinə dair sənədlərdən görünür ki: - İddiaçı xx.xx.2012-ci il tarixdən DSMF-nin Nərimanov rayon Şöbəsi tərəfindən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-268/2019 saylı, 14 may 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının ailə başçısını itirdiyinə görə aldığı pensiyasının məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə xx.xx.2010-cu ildə edilmiş əlavəyə uyğun olaraq mərhum ərinin vəzifə maaşının 15 % miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqının və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi nəzərə alınmaqla, pensiyasının xx.xx.2012-ci ildən yenidən hesablanaraq yaranmış məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-268/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2-1(103)-2467/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli, 001527 nömrəli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı xx.xx.2009-cu ildə təyin olunmuş hazırkı məbləği 1608 manat 88 qəpik, təminat xərcliyinin cəmi 3263 manat 81 qəpik, yenidən hesablanmış pensiya məbləği 2088,84 manat təşkil edir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10562/2023 nömrəli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı xx.xx.2009-cu ildə təyin olunmuş pensiyanın hazırkı məbləği 2635 manat 49 qəpik, dövlət məvacibinin cəmi 4928 manat 58 qəpik, yenidən hesablanmış pensiya məbləği 3154 manat 29 qəpik təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli, 001527 nömrəli məktubunda qeyd olunmuşdur ki, “pensiya işinə aid sənədlərdə İddiaçı 1 may 2012-ci il tarixindən Fondun Nərimanov rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən mərhum X8 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 745,50 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 1076,83 manat olmaqla orta aylıq əmək haqqısı 4928,58 manat təşkil etmişdir. Buna görə də mərhum Yusif Hacıyevin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 14 il 4 ay 17 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqısının (4928,58 manat) 80 faizi-3942,86 manat məbləğində hesablanıb. Bununla əlaqədar Rüxsara Hacıyevanın əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-1-ci maddəsinə əsasən mərhum Yusif Hacıyevə ödənilməli olan əmək pensiyasının (3942.86 manat) 80 faizi- 3154,29 manat məbləğində hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar onun əmək pensiyası 3979,77 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün yenidən hesablanıb.Qeyd olunanlara əsasən, Rüxsara Hacıyevanın əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 13114,09 manat fərq məbləği “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 1192,19 manat) onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2024-cü il tarixindən 4425,51 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-226569/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 31 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, pensiya işinizə aid sənədlərdə sizə 1 may 2012-ci il tarixindən Fondun Nərimanov rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən mərhum X8 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 745,50 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 1076,83 manat olmaqla orta aylıq əmək haqqısı 4928,58 manat təşkil etmişdir. Buna görə də əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 14 il 4 ay 17 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqısının (4928,58 manat) 80 faizi-3942,86 manat məbləğində hesablanıb. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-1-ci maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının (3942,86 manat) 80 faizi- 3154,29 manat məbləğində hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar əmək pensiyanız 3979,77 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün yenidən hesablanıb. Qeyd olunanlara əsasən, əmək pensiyanız üzrə keçmiş dövr üçün hesablanmış 13114,09 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin iyun ayından etibarən hissə-hissə (1192,19 manat) pensiyanızın (3979,77 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, sizə 2022-ci il üçün maddi yardım üzrə ödənilməli olan 639,27 manat pul vəsaiti cari ilin iyun ayında sizə ödənilib.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Nümayəndə2 ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Müraciətlərinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, X3 Dövlət Sosial X10 rayon şöbəsi tərəfindən 1 may 2012-ci il tarixindən hesablanmaqla ailə başçısını itirməyə görə əmək pensiyası yenidən təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2-1(102)-568/2020 nömrəli Qərarına əsasən Ruxsarə Hacıyevanın əmək pensiyası hesablanmaqla 1 may 2012-ci il tarixindən 1506,66 manat, 1 dekabr 2013-cü il tarixindən 1746,53 manat, 1 may 2018-ci il tarixindən 1923.71 manat, 1 sentyabr 2019-cu il tarixindən isə 2088,84 manat müəyyən edilmiş, həmçinin xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır.Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 52016,95 manat fərq məbləğinin 555,11 manat hissəsi 2020-ci ilin aprel ayında ona ödənilmiş, qalan 51461,84 manat hissəsi isə cari ayda onun əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür.Eyni zamanda nəzərinizə çatdırırıq ki, mərhum X8 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1733,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizı miqdarında əlavəsi-519,90 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-259,95 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 375,48 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 375,48 manat pul təminatı olmaqla orta aylıq əmək haqqı 3263,81 manat təşkil etmişdir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya sabiq hakim X8 vəfatı ilə əlaqədar DSMF Nərimanov şöbəsi tərəfindən 01 may 2012-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı hazırkı iddiasında ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinə 12 iyul 2019-cu il və 29 iyun 2022-ci ildə edilmiş dəyişikliklərə uyğun olaraq, yenidən hesablanmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Məhkəmə və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə vəzifə maaşları müəyyən edilir: 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilmişdir. 29 iyun 2022-ci il tarixli 568-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri “3550 manat” sözləri ilə əvəz edilmişdir. -digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; -bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-1-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir Hazırkı pensiya işindən görünür ki, iddiaçıya təyin edilmiş 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı 2475 manata uyğun olaraq, Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1733 manat, qulluq stajına görə 30% əlavə-519,9 manat, hakimiyyət səlahiyyətlərinə görə 15% əlavə -259,95 manat, mükafat və müavinət ilə 4 mükafat və müavinət-400%-750,96 manat, cəmi dövlət məvacibi 3263,81 manat, hakimlər üçün vəzifə maaşlarının 80 faizi həcmində pensiya 2611,05 man(3263,81 man x 80%) və ailə başçısını itirməyə görə mərhuma təyin olunan pensiyanın 80%-i, yəni 2611,05 man x 80% həcmində pensiya-2088, 84 qəpik təşkil etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 001527 nömrəli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı xx.xx.2009-cu ildə təyin olunmuş ailə başçısını itirməyə görə pensiya yenidən hesablanmış və pensiya məbləği 2088,84 manat hesanlanaraq ödənilmişdir. Həmçinin, işdən görünür ki, 29 iyun 2022-ci il tarixli 568-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin birinci hissəsinin ikinci abzasına edilmiş dəyişikliklə iddiaçıya təyin edilmiş pensiya məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır: -Vəzifə maaşı- 2485,00 manat (3550 manat x70%) +qulluq stajına görə əlavə 30%- 745 manat+səlahiyyətlərin icrasına görə 25%-621,25 manat+mükafatlar ildə 4 dəfə olmaqla 2000%-1076,83 manat, cəmi dövlət məvacibi 4928,58 manat x 80%=3942,86 manat, ailə başçısını itirməyə görə pensiya məbləği 80%-3154,29 manat (3942,86 x 80%) təşkil etmişdir. 3154,29 x 10% (2022-ci ilin indekasaiya faizi) + 14,7% (2023-cü ilin indeksasiya faizi)= 3979,77 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10562/2023 nömrəli qərarı ilə mərhumun cəmi dövlət məvacibi 4928 manat 58 qəpik götürülməklə ailə başçısını itirməyə görə pensiyası yenidən hesablanaraq ödənilmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası “Məhkəmə və hakimlər haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yenidən hesablanmış və cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında hər hansı kənarlaşma müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar