Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2752/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X8) qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək babası İsabala Nazar oğluna məxsus, Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən “843q” saylı torpaq sahəsinə dair Forma 37 saylı arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini “Novxanı bağ sahəsində yerləşən 843q saylı əraziyə dair inventarlaşdırma işləri aparılmaqla (nömrə təkrarlanması aradan qaldırılmaqla) mərhum babası İsabala Nazar oğlunun adına arayışın verilməsi” kimi dəqiqləşdirmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin (hazırkı Bakı şəhər İH) xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarı ilə İsabala Nazar oğluna Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən “843q" saylı torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Bakı şəhər XDS İK-nin Bağçılığm inkişafı və İstismarı Birliyindən iddiaçının babası İsabala Nazar oğlunun adına 26 iyul 1989-cu il tarixli 19 saylı order verilmişdir. İddiaçının babası İsabala Nazar oğlu 05 may 1989-cu il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında 2 saylı Notariat ofisində babasının adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə miras əmlaka miras qoyanın öldüyü günədək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Bununla yanaşı “Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”m 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliksı Qanununun 5.1.1 -ci maddəsinin tələblərinə uyğun olaraq babam İsabala Nazar oğluna məxsus olan torpaq sahəsinə dair arayış (Forma 37) alınması üçün ərizə ilə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə hazırkı iş üzrə cavabdeh İdarəyə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2=52xx/xx.24243.020305207 saylı məktubu ilə imtina edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin tərəfinizdən şərti olaraq göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Bundan başqa, eyni nömrəli Bağ Tikinti Kooperativi (BTK) nəzdində eyni nömrəli torpaq sahəsinə dair hüquqlar digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, notariusun məktubunda hüquq sahibinin ölüm tarixi xx.xx.1989-cu il kimi göstərilsə də, təqdim olunan orderdə qərarın tarixi xx.xx.1989-cu il kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən “843q” saylı torpaq sahəsinə dair forma 37 arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin şərti olaraq göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Bundan başqa, eyni nömrəli Bağ Tikinti Kooperativi (BTK) nəzdində eyni nömrəli torpaq sahəsinə dair hüquqlar digər şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı təqdim edilən sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, notariusun məktubunda hüquq sahibinin ölüm tarixi xx.xx.1989-cu il kimi göstərilsə də, təqdim olunan orderdə qərarın tarixi xx.xx.1989cu il kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.
6. Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 4/151 nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 2 iyun tarixli 195 nömrəli qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 1988-ci il 14 iyun tarixli 6\333 nömrəli qərarına uyğun olaraq Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi 69-79 nömrəli bağ tikinti kooperativlərinin şəxsi heyətini təsdiq etmiş və onlara müəyyən edilmiş qaydada bağ sahələri ayrılmağını qərara almışdır.
7. Bakı şəhər Soveti İcraiyyə Komitəsi X1 və X6 massivində 76 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 19 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 №-li qərara əsasən vətəndaş İsabala Nazar oğluna 76 №-li kooperativin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 843q №-li bağ sahəsi verilmişdir.
8. 76 №-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısına əsasən:
19. İsabala Nazar oğlu
9. AZ-İ 401202 nömrəli Ölüm haqqında Şəhadətanməyə əsasən İsabala Nəzir oğlu xx.xx.1989-cu il tarixdə kəskin ürək-damar çatışmazlığı səbəbilə ölmüşdür.
10. Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat ofisi tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfinə ünvanlanan xx.xx.2023-cü il tarixli 312 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325 -ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri,ümumi mülkiyyətdən ölənə çatası pay,yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin “Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına( yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”-ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrindən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq İsabala Nazar oğluna məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində S43Q saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair arayışı (FORMA 37) sorğunu təqdim etmiş şəxs vasitəsilə Abşeron rayon 2 saylı notariat ofisinə göndərmək xahiş olunur.
11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən göstərilən bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Sahədə 2 mərtəbə ev və həyət tikililəri var. Sahəni vərəsə kimi müraciət edən şəxs özü göstərmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd olunmuşdur ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, eyni nömrəli Bağ Tikinti Kooperativi (BTK) nəzdində eyni nömrəli torpaq sahəsinə dair hüquqlar digər şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X8 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Bakı şəhər Soveti İcraiyyə Komitəsi X1 və X6 massivində 76 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 25 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/403 №-li qərara əsasən vətəndaş X5 76 №-li kooperativin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 843q №-li bağ sahəsi verilmişdir.
15. BM 002665 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Novxanı qəsəbəsində 5 (beş) yaşayış otağı, 83,5 kv.m yaşayış sahəsi olan 843ç saylı bağ X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 42 saylı reyestr kitabında 6079-ci səhifədə 30/6079 qeydə alma nömrəsi ilə xx.xx.2008-ci il tarixində qeydiyyat aparılmışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-6919/2012 nömrəli Qətnaməsi ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 15 iyul 2008-ci il tarixli BM №002665 saylı qeydiyyat vəsiqəsində bağın sıra sayına “843q” kimi düzəliş edilməsi qərara alınmışdır. Düzəlişin edilməsi və yeni reyestrdən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
17. Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli BM seriyalı 002665 saylı Qeydiyyat Vəsiqəsi və Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli İş N2(001)-6919 saylı Qətnaməsi ilə 843q saylı bağ evi tikintisi üçün Binəqədi rayonu Novxanı massivində yerləşən sahəsi 1200 kv olan torpaq sahəsi ilə bağlı xx.xx.2013-cü il tarixdə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.
18. Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 843Q saylı bağ evi xx.xx.2019-cu il tarixdə X3 adına qeydiyyata alınmışdır.
19. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, X8 qonşusudur, aralarında hər hansı mübahisə yoxdur, iddiaçıya və üçüncü şəxsə məxsus bağ sahələri ayrı-ayrı torpaqlardır.
20. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavadbdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
21. Üçüncü şəxs X8 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçı X4 tanıyır, qonşusudur. İddiaçıya və üçüncü şəxsə məxsus bağ sahələri ayrı-ayrı torpaqlardır.
II. İddianın növü və mümkünlüyü
22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
23. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
24. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
25. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
27. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
32. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
33. X11 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
34. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
35. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı massivində yerləşən 843Q saylı bağ sahəsinin mərhum babası İsabala Nazar oğluna məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.
36. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 4/151 nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 2 iyun tarixli 195 nömrəli qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 1988-ci il 14 iyun tarixli 6\333 nömrəli qərarına uyğun olaraq Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi 69-79 nömrəli bağ tikinti kooperativlərinin şəxsi heyətini təsdiq etmiş və onlara müəyyən edilmiş qaydada bağ sahələri ayrılmağını qərara almışdır. - Bakı şəhər Soveti İcraiyyə Komitəsi X1 və X6 massivində 76 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 19 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 №-li qərara əsasən vətəndaş İsabala Nazar oğluna 76 №-li kooperativin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 843q №-li bağ sahəsi verilmişdir. - 76 №-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısında iddiaçının mərhum babası İsabala Nazar oğlunun adı qeyd olunmuşdur.
37. Odur ki, məhkəmə hesab edir, Bakı şəhər Soveti İcraiyyə Komitəsi X1 və X6 massivində 76 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 19 nömrəli Order 76 №-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısı ilə tamamlanmaqla iddiaçının mərhum babasının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
38. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, eyni nömrəli Bağ Tikinti Kooperativi (BTK) nəzdində eyni nömrəli torpaq sahəsinə dair hüquqlar digər şəxsin (X3) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
39. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsi X1 və X6 massivində 76 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 25 nömrəli Orderdə qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/403 №-li qərara əsasən vətəndaş X5 76 №-li kooperativin tərkibində Novxanı massivində 0,12 ha torpaq sahəsi olan 843q №-li bağ sahəsi verilmişdir. BM 002665 seriya nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Novxanı qəsəbəsində 5 (beş) yaşayış otağı, 83,5 kv.m yaşayış sahəsi olan 843ç saylı bağ X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 42 saylı reyestr kitabında 6079-ci səhifədə 30/6079 qeydə alma nömrəsi ilə xx.xx.2008-ci il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)- 6919/2012 nömrəli Qətnaməsi ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 15 iyul 2008-ci il tarixli BM №002665 saylı qeydiyyat vəsiqəsində bağın sıra sayına “843q” kimi düzəliş edilməsi qərara alınmışdır. Düzəlişin edilməsi və yeni reyestrdən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı şəhər İH-nin Tİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli BM seriyalı 002665 saylı Qeydiyyat Vəsiqəsi və Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli İş N2(001)-6919 saylı Qətnaməsi ilə 843q saylı bağ evi tikintisi üçün Binəqədi rayonu Novxanı massivində yerləşən sahəsi 1200 kv olan torpaq sahəsi ilə bağlı xx.xx.2013-cü il tarixdə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 843Q saylı bağ evi xx.xx.2019-cu il tarixdə X3 adına qeydiyyata alınmışdır.
40. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, iddiaçı X4 tanıyır, qonşusudur. İddiaçıya və üçüncü şəxsə məxsus bağ sahələri ayrı-ayrı torpaqlardır. Üçüncü şəxs torpaq sahəsi ilə bağlı iddiaçı ilə aralarında hər hansı mübahisə olmadığını qeyd etmişdir.
41. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 843Q saylı bağ evi mübahisə predmetini təşkil edən bağ sahəsi ilə üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir, nömrə təkrarlanması baş vermişdir. Odur ki, cavabdeh tərəfindən inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilərək nömrə təkrarlanması aradan qaldırılmaqla iddiaçının torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.
42. Cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilən sənədlərdə uyğunsuzluq olduğunu bildirsə də, bu faktı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
43. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum babasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İnventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilməklə (nömrə təkrarlanması aradan qaldırılmaqla) 76 nömrəli Bağ Tikinti Kooperativinin üzvü kimi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı massivində yerləşən 1200 kv.m 843Q saylı torpaq sahəsinin İddiaçı babası mərhum İsabala Nazar oğluna məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva