Məhkəmə qərarları › İş №2-1(112)-2753/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2753/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2753/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 18 saylı Dövlət notariat kontorunun dövlət notariusu Fətəliyev M.Q tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli müqavilə ilə 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 168 nömrəli arayışa əsasən X4 məxsus olmuş və onun tərəfindən satılmış 3x6x2 metr ölçüdə qaraj sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra ərizə təqdim edərək xx.xx.1990-cı il tarixli müqavilə ilə 8 nömrəli qarajtikinti kooperativi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 168 nömrəli arayışa əsasən X4 məxsus olmuş və onun tərəfindən satılmış 3x6x2 metr ölçüdə qaraj sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 18 saylı Dövlət notariat kontorunun dövlət notariusu Fətəliyev M.Q tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli müqavilə ilə X6 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 168 nömrəli arayışa əsasən ona məxsus olan 3x6x2 metr ölçülü qarajı İddiaçı satmışdır. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə istinad etməklə həmin qaraj sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu qeydiyyatı təsdiq edən sənədin verilməsi barədə ərizə ilə qeydiyyat orqanına müraciət etmişdir. Həmin inzibati orqanın xx.xx.2023cü il tarixli məktubunda müraciətə cavab olaraq bildirilmişdir ki, sözügedən qaraja texniki pasportun verilməsi ilə bağlı 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən müvafiq sənədlər təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur, iddia tələbi təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçı tərəfindən də qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq, notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi qeydiyyat orqanına təqdim edilmişdir. Bu vəziyyətdə isə, cavabdehin iddiaçıdan əlavə sənəd tələb etməsi, tamamilə, qanunsuzdur. Bu yazılı mövqe “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə birbaşa ziddir. Belə ki, adıçəkilən qanunun 32.3-cü maddəsinə görə, inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən qaraja texniki pasportun verilməsi ilə bağlı 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən müvafiq sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, 18 saylı dövlət notariat kontorunun dövlət notariusu Fətəliyev M.Q tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli müqavilə ilə 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 168 nömrəli arayışa əsasən X4 məxsus olmuş və onun tərəfindən satılmış 168 nömrəli qaraj sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu qeydiyyatı təsdiq edən elektron çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********21 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qarajın yerləşməsinə dair sxem təqdim edilmədiyindən sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən qeyri-yaşayış binasının ümumi sahəsi 17.6 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair həmin Qanunun 8.0.9.2.-cu maddəsinə görə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair həmin Qanunun 8.0.10.1.-ci maddəsinə görə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

6. Şaumyan rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli. 39/5.10 saylı Qərarına əsasən Profsoyuznaya küçəsində, Əhmədlinski yaşayış massivinin 2942-ci məhəlləsində 65-69 nömrəli evlərinin yaxınlığında fərdi mülkiyyətçilərin avtomobilləri üçün kollektiv qarajların tikintisi və istismarı məqsədi ilə 8 saylı kooperativ təşkil edilmişdir. Fərdi mülkiyyətçilərin avtomobilləri üçün kollektiv qarajların tikintisi və istismarı üzrə 8 nömrəli kooperativ üzvlərinin 27 nəfərlik siyahısı təsdiq edilmişdir.

7. Profsoyuznaya küçəsində, Əhmədlinski yaşayış massivinin 2942-ci məhəlləsində 65-69 nömrəli evlərinin yaxınlığında fərdi mülkiyyətçilərin avtomobilləri üçün kollektiv qarajların tikintisi və istismarı üzrə 8 nömrəli kooperativin üzvlərinin siyahısından: ...16. İlqanayev S. M. Profsoyuznaya küçəsi, ev 65, 12 kv.metr

8. İş materiallarına əlavə olunmuş xx.xx.1990-cı il tarixli Müqaviləyə əsasən X9 smeta dəyəri 862 rubl 57 qəpik olan 3x6x2 metr ölçülü qarajı (8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 168 nömrəli arayış əsasında) İddiaçı satmışdır.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən qaraj 65 saylı binanın qarşısında, qarajlar sırasında 10-cu qarajdır. Qarajın hüquqi sənəd üzrə ölçüsü S.t.a=(3.0x6.2)m=18.6m2, faktiki ölçüsü 2 S.t.a=(3.4x6.7)m=22.4m müəyyən olunmuşdur. Qarajın faktiki ölçülərinə uyğun eskiz və koordinatlar iş materiallarına əlavə olunmuşdur.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yaxınlığında yerləşən sahəsi 19.6 kv.m olan qaraja dair mərhum X5 adına xx.xx.2021-ci il tarixli texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 36 sayh dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V- 177 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adına xx.xx.2021-ci il tarixli texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M- 262 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilmişdir. X10 adına ünvan 1 ünvanda yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi imtinanın və etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

19. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Şaumyan rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli. 39/5.10 saylı Qərarına əsasən Profsoyuznaya küçəsində Əhmədlinski yaşayış massivinin 2942-ci məhəlləsində 65-69 nömrəli evlərinin yaxınlığında fərdi mülkiyyətçilərin avtomobilləri üçün kollektiv qarajların tikintisi və istismarı məqsədi ilə 8 saylı kooperativ təşkil edilmiş və kooperativin üzvləri sırasında X2 də adı qeyd olunmuşdur. xx.xx.1990-cı il tarixli Müqaviləyə əsasən X7 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 168 nömrəli arayış əsasında ona ayrılmış 3x6x2 metr ölçülü qarajı İddiaçı satmışdır.

24. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı ilə qonşuluqda yerləşən qeyri-yaşayış binalarına (qarajlara) dair texniki pasport verilmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yaxınlığında yerləşən sahəsi 19.6 kv.m olan qaraja dair X5 adına xx.xx.2021-ci il tarixli texniki pasport tərtib edilmiş, X12 öldükdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qaraja dair X8 adına xx.xx.2021-ci il tarixli texniki pasport tərtib edilmiş və xx.xx.2022-ci il tarixli 3M- 262 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən qaraja dair X3 adına xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın mövcud inzibati praktikasına əsasən qarajlara (qeyri-yaşayış) binalarına texniki pasport verildiyindən iddia tələbi mərhuma məxsusluq barədə arayın verilməsi kimi təmin edilmiş olsa da, yekunda iddiaçıya təqdim edilən sənəd inzibati orqanın mövcud inzibati praktikasına uyğun olaraq digər qarajlara təqdim edilən sənədə uyğun olmalıdır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. 8 nömrəli qaraj-tikinti kooperativi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 168 nömrəli arayışa əsasən X4 məxsus olmuş və onun tərəfindən xx.xx.1990-cı il tarixli müqavilə ilə satılmış 3x6x2 metr ölçülü qaraj sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar