Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2754/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin ödənilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın **********1 nömrəli 06 avqust 2021-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya təyin edilmiş əmək pensiyasının aylıq məbləği 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixindən (81263,31:144=564,32) 564,32 manat təyin olunmaqla, 2020-ci ildən başlayaraq hər ilin əvvəli əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilərək, iddiaçıya ödənilən məbləğ çıxılmaqla yaranmış fərq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair cavabdeh orqana müraciət etmiş, cavabdeh **********1 nömrəli 06 avqust 2021-ci il tarixli məktubla bundan imtina etmişdir. Aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 20.05.2020-ci il tarixli, 2-1(112)-923/2020 saylı qərarına əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləği hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya təyin edilən pensiya məbləği düzgün hesablanmamışdır. İddiaçının fərdi hesabında 81263,31 manat sığorta kapitalı yığılmışdır. Cavabdeh həmin məbləği 144-ə deyil, 288-ə bölmüş və nəticədə iddiaçıya 282,17 manat aylıq pensiya təyin etmişdir. Bunun hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı zamanı deyil, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan və işləməkdə davam edən şəxslərin 6 ildən bir pensiyası hesablanan zaman tətbiq olunmalıdır. Əslində iddiaçı 52 yaşının tamam olduğu 10.03.2019cu il tarixində (81263,31:144=564,32) 564,32 manat məbləğində aylıq pensiya təyin edilməlidir. Sonradan həmin məbləğ hər ilin əvvəlində indeksləşdirilməldir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 20 may 2020ci il tarixli 2-1(112)-923/2020 nömrəli qərarına əsasən iddiaçıya 25 avqust 2020-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 il 4 ay 19 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 52 yaşının tamam olduğu 10 mart 2019-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (iddiaçıda 52 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (10.03.2019-cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçının işlədiyi dövrdə qazandığı 81263,31 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada (81263,31:288 ay (64 yaş-52 yaş=144 ay+144 ay))=282,17 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01.2021-ci il tarixindən etibarən 366,52 manat təşkil edir. Əlavə olaraq iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün 5371,92 manat pensiya məbləği hesablanmış, həmin pul cari ilin aprel ayından “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (298,44 manat hər ay) pensiyasının (366,52 manat) üzərinə əlavə olunmaqla (366,52+298,44=664,96 manat) Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 06.08.2021-ci il tarixli **********1 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 aprel 2021-ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsinin 20 may 2020- ci il tarixli 2-1(112)-923/2020 nömrəli qərarına əsasən iddiaçıya 25 avqust 2020-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 il 4 ay 19 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 52 yaşının tamam olduğu 10 mart 2019-cu il tarixindən hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (iddiaçıya münasibətdə müvafiq məhkəmə qərarına əsasən 52 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (10.03.2019-cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, işlədiyi dövrdə qazandığı 81263,31 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada (81263,31:288 ay (64 yaş-52 yaş=144 ay+144 ay))=282,17 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 01.01.2021-ci il tarixindən etibarən 366,52 manat təşkil edir. Əmək pensiyası üzrə keçmiş müddət üçün 5371,92 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin aprel ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (298,44 manat hər ay) pensiyanın (366,52 manat) üzərinə əlavə olunmaqla (366,52+298,44=664,96 manat) Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)923/2020 saylı 20.05.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı 01,09.1984-cü il tarixdən 29.04.1989cu il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçdiyi müddət və Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə, ona 52 yaşı tamam olduğu 10.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. - Cavabdehin 25.08.2020-ci il tarixli **********9 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçıya 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixdən yaşa görə əmək pensiya təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: Misal 19. 21 dekabr 2017-ci il tarixdə 60 yaşı tamam olan sığortaolunan kişi 01.12.1992-ci il tarixdən 01.12.2017-ci il tarixədək müxtəlif sahələrdə işləyərək ümumi 25 il sığorta stajı qazanmışdır. Eyni zamanda, bu stajın 15 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən peşələrdə çalışmışdır. O, güzəştli şərtlərlə yaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 dekabr 2017-ci il tarixdə müraciət edir. Qaydaların 4.2.2-ci yarımbəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006cı il tarixədək 13 il 1 ay sığorta stajına uyğun pensiya kapitalı 8687,6 manat ((13 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 1 ay) =4003,5 manat, 01.01.2006-cı il tarixədək pensiya kapitalı üstəgəl 2006-2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə = 8687,6 manat) təşkil edir. Həmçinin, 01.01.2006-cı il tarixdən 01.12.2017-ci il tarixədək onan dövr üzrə fərdi hesabının sığorta hissəsində 23000 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 31687,6 manatdan (8687,6+23000=31687,6 manat) ibarət olur. Qaydaların 1.8-ci bəndinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığıdan, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 186-ya (63 yaş 6 ay (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (bu misal üzrə həmin şəxsin güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =42 ay +144 ay = 186 ay) bərabərdir. Bu Qaydaların 4.2.1-ci yarımbəndinə uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır: 31687,6 manat : 186 ay =170,36 manat. Beləliklə, həmin şəxsə hüququnun yarandığı 21 dekabr 2017-ci il tarixdən 170,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin ediləcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” cavabdeh tərəfindən düzgün tətbiq edilmişdir. Qaydaların iddiaçıya tətbiqi nəticəsində ona təyin edilmiş əmək pensiyasının məbləği hesablanarkən sığorta və yığım hissəsi 144 aya deyil, 288 aya bölünməklə hesablanmalıdır (64 yaş-52 yaş=144 ay+144 ay). Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçının 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixindən əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilməz. Beləliklə məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia tələbi əmək pensiyasının yenidən hesablanması hissəsində təmin olunmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması hissəsində əsas iddia tələbi təmin edilmədiyindən onunla bilavasitə baglı olan ödənilməyən məbləğin iddiaçıya ödənilməsi barədə iddia tələbi də təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin **********1 nömrəli 06 avqust 2021-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya təyin edilmiş əmək pensiyasının aylıq məbləği 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixindən (81263,31:144=564,32) 564,32 manat təyin olunmaqla, 2020-ci ildən başlayaraq hər ilin əvvəli əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilərək, iddiaçıya ödənilən məbləğ çıxılmaqla yaranmış fərq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin **********1 nömrəli 06 avqust 2021-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, iddiaçıya təyin edilmiş əmək pensiyasının aylıq məbləği 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixindən (81263,31:144=564,32) 564,32 manat təyin olunmaqla, 2020-ci ildən başlayaraq hər ilin əvvəli əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilərək, iddiaçıya ödənilən məbləğ çıxılmaqla yaranmış fərq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməyən məbləğin iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2754/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2754/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver