Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2756/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında, ona məxsus daşınmaz əmlakın yerləşdiyi hasara alınmış torpaq sahəsinin reyestrdə qeydiyyata alınması və toıpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanında, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi hasara alınmış 0,24 hektar torpaq sahəsinin reyestrdə qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xanlar Əzimov küçəsi, ev 34 H-da yerləşən 24 kv.metr sahəsi olan fərdi yaşayış evi və ev 34 K ünvanında yerləşən 334.70 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Lakin sözügedən əmlakların yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Əmlakın yerləşdiyi torpaq sahəsi 34 ilə yaxındır ki, İddiaçı istifadəsindədir. Torpaq sahəsi (0.045450 ha ) iddiaçı tərəfindən hasara alınmışdır. Sözügedən topaq sahəsinin göründüyü kimi 30 ildən çoxdur ki, faktiki və etirazsız olaraq istifadəsində olması iddiaçıya torpaq sahəsinə dair çıxarış alması üçün əsaslardan biridir. 1 saylı Bakı Ərazi İdarəsinə çıxarış verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə məktubla müraciət olunmuş və həmin məktuba cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin Abşeron Rayon keçmiş X10 ərazisində yerləşdiyini bildirmiş və çıxarış verilməsi üçün əsas olan sovxoz direktorunun əmri, əmrin arxiv arayışı və yerləşmə cizgisi təqdim edilmədiyini göstərərək çıxarışın bu tələb olunan sənədlər olduğu halda həyata keçirilməsini göstərmişdir. AR MM-nin 178.6-cı maddəsində göstərilir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka-yəni torpaq sahəsinə faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etibarsız sahiblik etmişsə o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Azərbaycan SSR Abşeron rayon şəhər XDS-nin İK-nin 17 yanvar 1989-cu il 05 nömrəli qərarı ilə ayrılan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün iddiaçının atası X5 icazə verilmişdir. Sonra isə hüquqlar X2 İddiaçı ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il, **********76 saylı cavab məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” 28 fevral 2001-ci il tarixində tərtib edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq İdarənin arxiv əsaslarında aşkar olunan xx.xx.1989-cu il tarixli Aktında istinad olunan xx.xx.1989-cu il tarixli 7 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-M-0762/8/2023 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Abşeron rayon X9 İcraiyyə Komitəsinin “Rayonun İ nömrəli Zeytun və Maştağa Subtropik sovxozlarında həyətyanı torpaq sahələrinin, meyvə tingliyi təsərrüfatında və Xırdalan qəsəbəsində fərdi yaşayış evlərinin tikintisinə torpaq sahələrinin bölgüsü haqqında ”17 yanvar 1989-cu il tarixli 05 №li Qərarının arxiv surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli, 03№li Qərarı ilə həyətyanı sahə fondlarının genişləndirilməsi məqsədilə İ №li Zeytun sovxozunda 24,0 hektar Maştağa subtropik sovxozunda 6,0 hektar meyvə tingliyi təsərrüfatının fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi üçün Kürdəxanı qəsəbəsində 25 ailəyə 2,9 hektar, Xırdalan qəsəbə əhalisinə fərdi yaşayış evlərinin tikintisi üçün Xırdalan sovxozunun ərazisindən 3 hektar, Bakı quşçuluq fabrikinin ərazisindən 13,3 hektar olmaqla 216 ailəyə cəmi 16,3 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən 1 nömrəli Zeytun sovxozunun (Ş.Abbasov yoldaş), “Zeytun” aqrofirmasının (F.Hüseynov yoldaş), meyvə tingliyi təsərrüfatının (İ.İsgəndərov yoldaş) rəhbərliyinə tapşırılsın ki, həyətyanı torpaq sahəsi almaq üçün növbədə duran vətəndaşların torpaqayırma sənədlərinin qanunauyğun surətdə hazırlanıb təsdiq olunmaq məqsədilə baxılmaq üçün rayon XDS icraiyyə komitəsinə təqdim etsinlər. Ayrılmış sahələrdə tikinti apraılmasının Bakı şəhəri baş memarlıq-planlaşdırma idarəsi ilə razılaşdırılmış baş plana uyğun təmin etsinlər. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 334,70 kv.metr sahəsi olan fərdi yaşayış evi iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin (ev 34 K) arxiv qovluğunda saxlanılan sənədlər müvafq sorğu ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Abşeron rayonunun baş memarı, rayonun baş mühəndisi, yer quruluşçusu, X11 direktorunun iştirakı ilə tərtib edilmiş 02 fevral 1989-cu il tarixli Aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 3 yanvar 1989-cu il tarixli 3 №li Qərarına əsasən sovxozun 26 yanvar 1989-cu il tarixli 7 №li əmri, rayon icraiyyə komitəsinin 17 yanvar 5 nömrəli qərarı ilə vətəndaş X5 ayrılmış 0,10 hektar torpaq sahəsi yerində ölçülərək taxta nişangahlar qoyulduqdan sonra vətəndaş X5 təhvil verilmişdir. -xx.xx.2001-ci il tarixli 91 nömrəli arayışdan görünür ki, Abşeron X10 rəhbərliyi tərəfindən vətəndaş X5 Azərbaycan SSR Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli 03 saylı Qərarına əsasən Abşeron rayon İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 saylı qərarı ilə sovxoz ərazisində fərdi ev tikmək məqsədilə 0,10 hektar hesabı ilə ayrılmış torpaq sahəsində bir mərtəbəli 5 otaqlı yaşayış evi tikmişdir. Vətəndaşa aid olan 0,10 hektar torpaq sahəsi ilə qonşu arasında olan yol, zeytun bağına ziyanlı olduğu üçün tərəfimizdən bağlanmış və dalan halına düşmüş həmən 40 metr x 10 metr = 400 kv.metr hissə iki qonşu arasında yerləşdiyimiz yaşayış məntəqəsinin qəsəbə tipli (Kürdəxanı qəsəbəsi) olmasına əsaslanaraq təsərrüfatın xx.xx.1992-ci il tarixli 15 saylı əmri ilə bölünmüşdür. Nəticədə vətəndaş əlavə olaraq 0,02 hektar torpaq sahəsi əldə etmişdir. Evin başı bağlı deyil, heç bir mübahisəli və inzibati tədbiri yoxdur. Arayış Abşeron RDTİ və MHQİ-nə göstərilən evin Aydın Məhərrəmovun adına rəsmiləşdirilməsi üçün təqdim etmək məqsədilə verilmişdir. -Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən 10 №li inventar işi üzrə 20857 №li reyestr kitabında qeydə alınan qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində yerləşən 4 yaşayış otaqlı, yaşayış sahəsi 195,9 kv.metr sahədən ibarət evin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 №li, 17 yanvar 1989-cu il tarixli qərarı əsasında X13 adına qeydiyyata alınmışdır. -X4 adına verilmiş 20857 nömrəli, 28 fevral 2001-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunun surətindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində 1999-cu ildə inşa edilmiş fərdi yaşayış evi sənəd üzrə 1000,0 kv.metr (faktiki sahə 1721 kv.m) torpaq sahəsi üzərində yerləşir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 334,70 kv.metr fərdi yaşayış evi X4 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -11 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X8 (əvəzinə X1) ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 334,7 kv.metr olan fərdi yaşayış evini oğlu İddiaçı bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Xanlar Əzimov küçəsi, ev 34 H ünvanda yerləşən 24,0 kv.metr sahəsi olan fərdi yaşayış evi iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin (ev 34 H) arxiv qovluğunda saxlanılan sənədlər müvafq sorğu ilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Abşeron rayonunun baş memarı, rayonun baş mühəndisi, yer quruluşçusu, X11 direktorunun iştirakı ilə tərtib edilmiş 02 fevral 1989-cu il tarixli Aktdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 3 yanvar 1989-cu il tarixli 3 №li Qərarına əsasən sovxozun 26 yanvar 1989-cu il tarixli 7 №li əmri, rayon icraiyyə komitəsinin 17 yanvar 5 nömrəli qərarı ilə vətəndaş İddiaçı ayrılmış 0,10 hektar torpaq sahəsi yerində ölçülərək taxta nişangahlar qoyulduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir. -Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən 10 №li inventar işi üzrə 20856 №li reyestr kitabında qeydə alınan Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 24,8 kv.metr sahədən ibarət evin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 №li, 17 yanvar 1989-cu il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -İddiaçı adına verilmiş cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan 20856 nömrəli, 28 fevral 2001-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunun surətindən görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Tingçilik sovxozu ərazisində 1999-cu ildə inşa edilmiş fərdi yaşayış evi sənəd üzrə 1000,0 kv.metr (faktiki sahə 2448 kv.m) torpaq sahəsi üzərində yerləşir. -X10 xx.xx.2001-ci il tarixli 92 nömrəli arayışdan görünür ki, Abşeron X10 rəhbərliyi tərəfindən vətəndaş İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 03 yanvar 1989-cu il tarixli 03 saylı Qərarına əsasən Abşeron rayon İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 saylı qərarı ilə sovxoz ərazisində fərdi ev tikmək məqsədilə 0,10 hektar hesabı ilə ayrılmış torpaq sahəsində bir mərtəbəli 5 otaqlı yaşayış evi tikmişdir. Vətəndaşa aid olan 0,10 hektar torpaq sahəsi ilə qonşu arasında olan yol, zeytun bağına ziyanlı olduğu üçün tərəfimizdən bağlanmış və dalan halına düşmüş həmən 40 metr x 10 metr = 400 kv.metr hissə iki qonşu arasında yerləşdiyimiz yaşayış məntəqəsinin qəsəbə tipli (Kürdəxanı qəsəbəsi) olmasına əsaslanaraq təsərrüfatın xx.xx.1992-ci il tarixli 15 saylı əmri ilə bölünmüşdür. Nəticədə vətəndaş əlavə olaraq 0,02 hektar torpaq sahəsi əldə etmişdir. Evin başı bağlı deyil, heç bir mübahisəli və inzibati tədbiri yoxdur. Arayış Abşeron RDTİ və MHQİ-nə göstərilən evin İddiaçı adına rəsmiləşdirilməsi üçün təqdim etmək məqsədilə verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Abşeron rayon X9 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 nömrəli qərarı ilə həm də Meyvə tingliyi təsərrüfatının fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsi ərazisində 25 ailəyə 2,9 ha torpaq sahəsi ayrılmış və meyvə tingliyi təsərrüfatının rəhbərliyinə həyətyanı torpaq sahəsi almaq üçün növbədə duran vətəndaşların torpaqayırma sənədlərinin qanunauyğun surətdə hazırlanıb təsdiq olunmaq məqsədilə baxılmaq üçün rayon XDS icraiyyə komitəsinə təqdim edilməsi tapşırılmışdır. Həmin qərara və sovxozun 26 yanvar 1989-cu il tarixli 7 nömrəli əmrinə istinad edilməklə ayrılmış hər biri 0,10 sahədən ibarət torpaq sahələri naturada ölçülüb təqdim edilmişdir. İddiaçının və A.Məhərrəmovun qeyd olunan torpaq sahələri üzərində inşa edilmiş fərdi yaşayış evləri üzərində (müvafiq olaraq 34 H və 34 K) mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış, sonradan A.Məhərrəmov xx.xx.2022-ci il tarixdə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 334,7 kv.metr sahədən ibarət fərdi yaşayış evini xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Hazırda həm 34 H, həm də 34 k nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı qeyd olunan sənədlərə istinadən sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar (1.4) da daxil edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə iddianın təmin olunan hissəsinə münasibətdə hesab edir ki, iddiaçının 0,2 ha torpaq torpaq sahəsinə dair təqdim etdiyi sənədlər yuxarıda istinad “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndindəki akta uyğun gəlir. Belə ki, Abşeron rayon X9 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 nömrəli qərarı ilə həm də Meyvə tingliyi təsərrüfatının fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsi ərazisində 25 ailəyə 2,9 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya və onun atası Aydın Məhərrəmova həmin qərara və sovxozun 26 yanvar 1989-cu il tarixli 7 nömrəli əmrinə istinad edilməklə 0,10 sahədən ibarət torpaq sahələri naturada ölçülüb təhvil verilmişdir. Həmçinin iş materiallarında olan X10 xx.xx.2001-ci il tarixli 91 və 92 nömrəli arayışları ilə də Vüqar və X6 rayon X9 İcraiyyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 05 nömrəli qərarı 0,10 ha torpaq sahəsi ayrıldığı təsdiq edilmiş, eyni zamanda həmin torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evlərinə dair verilmiş qeydiyyat vəsiqələrində bəhs olunan qərarın əsasında hüquqların qeydiyyatının aparıldığı göstərilmişdir. Cavabdeh Abşeron rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli, 05 nömrəli qərarının qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı, o cümlədən digər təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı dəlil təqdim etməmişdir. İddianın təmin edilməyən hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı 0,04 ha torpaq sahəsinin ona qanuni əsaslarla ayrılmasına dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən iddia həmin hissədə əsassızdır. Belə ki, X10 91 və 92 saylı arayışları qüvvədə olan əmlak qanunvericliyində hüquqların qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmamışdır. Arayışda istinad olunan təsərrüfatın xx.xx.1992-ci il tarixli 15 saylı əmri isə məhkəməyə təqdim edilməmiş, həmçinin arxivdə belə bir sənədin mövcud olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 5 ünvanında, İddiaçı məxsus daşınmaz əmlakın yerləşdiyi 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2756/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2756/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver