Məhkəmə qərarları › İş №2-1(112)-2758/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2758/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2758/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı və Samira Nurinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X2rşı “xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş uşağın doğumunun qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Samira Nuri ilə birgə nikahımızdan xx.xx.2021-ci il tarixində Bakı şəhərində doğulmuş uşağımızın doğumununun - soyadı Sultani, adı Mohammad Mahdi, atasının adı Mohammad Javad (adındakı W hərfi tərcüməyə uyğun olaraq V ilə yazılmaqla), ana adı Samira Nuri kimi dövlət qeydiyyatına alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavavdehə müraciət edərək xx.xx.2021-ci il tarixdə doğulmuş və Mohammad Mahdi adını verdikləri övladının doğumunun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh ərizənin icrasından imtina etmişdir. Əfqanıstan İslam Respublikasının vətəndaşları İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü, Əfqanıstan doğumlu) və Samira Nuri (xx.xx.1989-cu il təvəllüdlü, Əfqanıstan doğumlu) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olmaqla BMT QAK tərəfindən verilmiş ***-*******0 və ***-*******9 qeydiyyat nömrəli identifikasiya kartı daşıyıcılarıdırlar. Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfirliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli 152 saylı nikah şəhadətnaməsi ilə təsdiq olunur ki, 09 may 2002-ci il tarixdə nikaha daxil olmuşlar. 03 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda, sonradan Mohammad Mahdi adını verdikləri övladları doğulmuşdur. Uşağın valideynləri kimi şəxsiyyətlərini təsdiq edən əsas sənədlər Əfqanıstan İslam Respublikasının X9 Mohammad Jawada verdiyi 04 sentyabr 2019 tarixli PO 02932392 nömrəli pasport (04 sentyabr 2024-dək qüvvədədir) və Əfqanıstan İslam Respublikasının verdiyi bütün ailə üzvləri barədə məlumatları özündə əks etdirən 16 yanvar 2009 tarixli OR 309028 nömrəli (02 oktyabr 2023-dək qüvvədədir) pasport, həmçinin BMT QAK tərəfindən verilmiş X6. Əfqanıstan İslam Respublikasının verdiyi 16 yanvar 2009 tarixli OR 309028 nömrəli (02 oktyabr 2023-dək qüvvədədir) pasportda həyat yoldaşı Samira Nuri barədə də məlumatlar (ad və soyadı, doğum tarixi, doğum yeri) əks olunmuşdur. Hazırda həyat yoldaşına ayrıca pasport alınması obyektiv səbəblərdən mümkün deyildir. Əfqanıstanın 2021-ci ilin avqustundan etibarən bir çox ölkədə, o cümlədən, Azərbaycan Respublikasındakı səfirliyi uzun müddət öz fəaliyyətlərini dayandırmışdır. Yalnız bu yaxınlarda səfirlik fəaliyyətini qismən bərpa etmişdir. Lakin hazırda həmin xidmətlərə yeni pasportların verilməsi ümumiyətlə daxil deyil. Səfirlik sadəcə ən son (müasir elektronik sistemlə) verilmiş pasportlardan vaxtı bitənlərin müddətini uzadır. Həyat yoldaşı Samira Nuriyə yeni pasportu yalnız yeni pasportların verilməsi bərpa olunandan sonra mümkündür. Əfqanıstan dövlətinin digər bir çox səfirlikləri kimi Azərbaycandakı səfirliyinin də bu fəaliyyətini nə zaman bərpa edəcəyi hələlik qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu qeyri-müəyyənlik isə uşağın hüquqlarına xələl gətirir. Məhkəmənin 06 yanvar 2023-cü il tarixli qərardadı ilə birgə ərizələri əsasənda Samira Nuri iş üzrə İddiaçı ilə birgə iddiaçı qismində işə daxil edilmiş və iddiaçıların iddia tələbi “xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş uşağın doğumunun qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X4 05 iyul 2022-ci il tarixli 05/0-521/15 saylı məktubunda bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə uşağın anasının şəxsiyyətini təsdiq edən pasport olmadığına görə müraciətini təmin etmək mümkün deyildir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarili 145 saylı qaydaların 2.7-ci maddəsinə əsasən valideynlərin birinin sənədlərini üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Ərizənin təmin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. İş materiallarında olan Əfqanıstan İslam Respublikası AFG 02932392 nömrəli pasporta əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə Bəlx şəhərində doğulmuşdur və vətəndaşlığı əfqandır; verilmə tarixi xx.xx.2019,; etibarlılıq tarixi xx.xx.2024. İş materiallarında olan 152 saylı, xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Sultani X1 nəvəsi və X7 Safar Ali nəvəsi xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar. Əfqanıstan İslam Respublikası OR309028 nömrəli xarici pasportdan görünür ki, İddiaçıla birlikdə olan şəxslər: Samira Nuri; doğum tarixi xx.xx.1989; doğulduğu yer Məzare Şərif; səfər yeri: dünyanın bütün ölkələrinə. X14 (xx.xx.2006), Nərgis Sultani (xx.xx.2004) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən İddiaçı Javada verilmiş 15/237 saylı, 30 dekabr 2021-ci il tarixli arayışa əsasən o, Dövlət Miqrasiya Xidməti tərəfindən 05 aprel 2021-ci il tarixindən 30 aprel 2025ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən Nuri Samiraya verilmiş 15/236 saylı, 30 dekabr 2021-ci il tarixli arayışa əsasən o, Dövlət Miqrasiya Xidməti tərəfindən 05 aprel 2021-ci il tarixindən 30 aprel 2025ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı Javada məxsus ***-*******0 saylı Qaçkının himayə vəsiqəsindən görünür ki, ona BMT QAK tərəfindən mandat qaçqın statusu verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi TQS seriyalı 103 nömrəli doğum haqqında tibbi şəhadətnaməyə əsasən Samira Nuri Bakı şəhəri 07 saylı doğum evində 03 noyabr 2021-ci il tarixdə kişi cinsinə mənsub uşaq doğmuşdur. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi 27 nömrəli uşaq poliklinikası tərəfindən X3 verilmiş arayışa əsasən onun oğlu İddiaçı Mahdi Mohammad Jawad xx.xx.2021-ci il tarixdən 22 nömrəli uşaq poliklinikasında tibbi qeydiyyatdadır. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddia məcburetmə haqqında iddiadır. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qaçqınların statusu haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən razılığa gələn Dövlətlər xarici dövlət vətəndaşlarının əmlakı və mənafeləri barədə tətbiq edilə bilən müstəsna tədbirləri rəsmən həmin dövlətin vətəndaşları olan qaçqınlar barədə yalnız onların vətəndaşlığını əsas götürməklə tətbiq etməyəcəklər. Bu maddədə ifadə edilən ümumi prinsipin tətbiqinə yol verməyən qanunvericiliyi olan Razılığa gələn Dövlətlər müvafiq hallarda bu cür qaçqınların mənafeyi naminə istisnalar müəyyənləşdirəcəklər. Həmin Konvensiyanın 12.2-ci maddəsinə əsasən qaçqının şəxsi status ilə bağlı əvvəllər əldə etdiyi hüquqlara, o cümlədən nikahdan irəli gələn hüquqlarına Razılığa gələn Dövlətlər tərəfindən bu dövlətin qanunları ilə müəyyənləşdirilmiş rəsmiyyət lazım gələrsə, həmin rəsmiyyət icra edildikdən sonra riayət olunacaqdır, bir şərtlə ki, müvafiq hüquq həmin şəxs qaçqın olmasaydı, onun bu dövlətin qanunları ilə tanına bilən hüquqlarından biri olsun. Həmin Konvensiyanın 25-ci maddəsinə əsasən:

1. Qaçqınların hər hansı hüquqdan istifadə etməsi üçün onların müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bu qaçqınların öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlər tədbirlər görəcəklər ki, həmin dövlətin hakimiyyət orqanları və ya hər hansı beynəlxalq qurum onlara bu cür kömək göstərsinlər.

2. 1-ci bənddə göstərilən hakimiyyət orqanları və ya beynəlxalq qurum qaçqınları vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə adətən əcnəbilərə verilən sənədlər və vəsiqələr ilə təchiz edəcək, yaxud öz nəzarətləri altında bunu təmin edəcəklər.

3. Bu qaydada verilən sənədlər və vəsiqələr vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə əcnəbilərə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsızlığı sübut olunmadıqca etibarlı sayılacaqdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydaların 2.7-ci maddəsinə əsasən valideynlərin birinin sənədlərini üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla iddiaçılar tərəfindən təqdim edilən sübutlar İddiaçı və Samira Nurinin xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş oğlan uşağının doğumunun qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi üçün kifayət edir. Odur ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı və Samira Nurinin xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş oğlan uşağının doğumunun qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X4 üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar