Məhkəmə qərarları › İş №2-1(112)-2759/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2759/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2759/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X6 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun DT-İ 772175 saylı xx.xx.1982-ci il tarixli diplomda qeyd edilmiş xx.xx.1978-xx.xx.1982-ci ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.1978-xx.xx.1982-ci illərə kimi SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol Nəqliyyatı texnikumunda “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illər ərzində hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi diplomdan, hərbi biletdən və əmək kitabçasından da görünür ki, iddiaçının təhsil müddəti, hərbi xidmət müddəti də daxil olmaqla və müxtəlif vəzifələrdə çalışmaqla xx.xx.2006-cı il tarixədək olan müddət üçün, ümumilikdə, 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 12 il 6 aydan artıq bir müddətini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. İddiaçı cavabdeh DSMF-nin X6 İdarəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək, ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh təşkilat onun müraciətini təmin etməmiş və güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 ildən az ümumi iş stajının olduğunu və xx.xx.1986-cı il tarixdən indiyədək "Azərkimya” İB-nin “Etilen-Polietilen" zavodunun Dəmir yolu xəttində teplovoz maşinisti, teplovoz maşinisti köməkçisi işlədiyi sahənin dəmir yolu nəqliyyatına aid olmadığını göstərmişdir. Hesab edilir ki, cavabdeh DSMF-nin X6 idarəsinin iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi, tamamilə, qanunsuz və əsassızdır. Həmçinin, bu imtina iddiaçının sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının "Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. Cavabdeh DSMF-nin X6 idarəsi iddiaçının 1978-1982-ci illər ərzində təhsil aldığı müddəti nəzərə almır. Şifahi olaraq ona bildirilir ki, həmin illərdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmamışdır. Halbuki, iddiaçı xx.xx.1978-xx.xx.1982-ci illər ərzində SSRİ Yollar Nazirliyinin Bakı dəmiryol nəqliyyatı texnikumunda “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə təhsil almış və bu müddət qanunun tələbinə görə sığorta stajına daxil edilməlidir. Bunun üçün kifayət qədər əsaslar vardır. İddia ərizəsinə əlavə etdilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixədək 25 il ümumi sosial sığorta stajı olmuşdur və bu müddətin 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı təşkil edir. Belə ki, iddiaçı qeyd edilən 12 il 6 ay ərzində “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunda (indiki “Etilen-Polietilen” zavodu) teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi işləmiş, hazırda da həmin yerdə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 28-ci bölməsinin 23001000-14241 saylı şifrinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Lakin cavabdeh təşkilat qanuni pensiya təyinatından yayınmaq üçün istənilən nov bəhanələrdən istifadə edir. O, cümlədən, iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”na istinad edərək göstərmişdir ki, onun işlədiyi “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun (indiki “Etilen-Polietilen” zavodunun) dəmiryol sexi (nəqliyyatı) dəmiryol nəqliyatına aid deyil. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə olan halda, iddiaçıya pensiya təyin olunarkən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu və xx.xx.2006-cı ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahı tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx xxx 2020-ci il tarixli, **********7 saylı etirazında bildirilmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi əmək kitabçasında xx.xx.1986-cı il tarixindən bugünədək “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun Dəmir yolu sexində teplovoz maşinisti, teplovoz maşinist köməkçisi işlədiyi qeyd edilmişdir. İddiaçının işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyil. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzi-bati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məc­bur­­etmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqın-da iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. - İddiaçıya məxsus ДT-İ seriyalı, 772175 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1978-ci ildə SSRİ Yollar Nazirliyinin Bakı X2 daxil olmuş və 1982-ci ildə həmin texnikumun “Dəmiryollarının elektrikdartma təsərrüfatı“ ixtisası üzrə tam kursunu bitirmişdir. - “X7” ASC tərəfindən verilmiş 093 saylı, xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci ildə 3 nömrəli Evtikmə Kombinatının sabiq 3 nömrəli İripanellərdən Evtikmə zavodunun Betonqarışdırma qovşağında fəhlə kimi işə qəbul edilmiş ( Əmr № 103k xx.xx.1981-ci il) və xx.xx.1982-ci ildə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir (əmr № 224k xx.xx.1982-ci il). Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 414 saylı xx xxxxxx 1993-cü il tarixli sərəncamı ilə 3 №-li X4 X10 adlandırılıb. Azərbaycan Respublikası Dövlət X8 üzrə Dövlət Komitəsinin 66 saylı xx xxxx 2006-cı il tarixli sərəncamı ilə Sumqayıt X10 «X7» ASC-yə çevrilmişdir. - SOKAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 222 saylı, xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-xx.xx.1988-ci illərdə “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində teplovoz maşinistinin köməkçisi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 28-ci bölməsinin 23001000 – 14241 şifrinə əsasən 2 saylı siyahıda sadalanan teplovoz maşinistinin köməkçisi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - SOKAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 223 saylı, xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-xx.xx.1994-cü illərdə “Azərkimya” İB-nin “Sintezkauçuk” zavodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəzifələrində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 28-ci bölməsinin 23001000 – 14241 şifrinə əsasən 2 saylı siyahıda sadalanan teplovoz maşinistinin köməkçisi və teplovoz maşinisti istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - SOKAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 224 saylı, xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.2005-ci illərdə “Azərkimya” İB “Etilen-polietilen” zavodunun dəmiryolu sexində teplovoz maşinisti (peşəsində, vəzifəsində) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarının 28-ci bölməsinin 23001000 – 14241 şifrinə əsasən 2 saylı siyahıda sadalanan teplovoz maşinistləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - SOKAR “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3104/0N-06-1928 saylı məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XXVİİİ (Nəqliyyat) bölməsinə əsasən dəmiryol nəqliyyatı, dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri, həmçinin teplovoz maşinistləri və maşinist köməkçiləri güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Müəssisə tərəfindən İddiaçı verilmiş arayışlardan və özünün əmək kitabçasından göründüyü kimi İddiaçı müəssisənin dəmiryol nəqliyyatını təmin edən Dəmiryolu sahəsində teplovoz maşinisti və maşinist köməkçisi peşələrində çalışmışdır. - İddiaçıya məxsus olmaqla xx.xx.1985-ci ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək Cəfərov adına Azərbaycan dəmiryolu Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet Ordusunda hərbi xidmət keçmiş, xx.xx.1985-xx.xx.1994-cü illərdə X9 zavodunda (SSRİ Neft-Kimya Sənaye Nazirliyinin xx.xx.1987-ci il tarixli, 20 saylı əmrinə əsasən zavodun adı “Sintezkauçuk” İstehsalat Birliyi adlandırılmışdır) tərtibaçının 4-cü dərəcəli köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryolu lokomotivinin maşinist köməkçisi, teplovoz maşinisti, xx.xx.1994 - xx.xx.2002-ci illərdə Sumqayıt Etilen-Polietilen zavodunun dəmiryolu sexində teplovoz maşinisti, xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək isə zavodun 51 saylı dəmiryolu sexində teplovoz maşinisti vəzifələrində işləmişdir. - HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet Ordu sıralarında xidmət keçmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat hissəsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (214) bəndində teplovoz, elektovoz maşinistləri və maşinist köməkçikləri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş əmək kitabçasında xx.xx.1986-cı il tarixindən bugünədək “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun Dəmir yolu sexində teplovoz maşinisti, teplovoz maşinist köməkçisi işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyil. Bundan başqa onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarından məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə cavabdeh pensiya təyinatı orqana müraciət etmiş, sonuncu tərəfindən isə iddiaçının teplovoz maşinisti, teplovoz maşinist köməkçisi vəzifələrində işlədiyi sahənin dəmiryol nəqliyyatına aid edilməməsi, həm də tələb edilən ümumi 25 ildən çox iş stajının olmaması səbəblərindən ərizəsi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Yuxarıda qeyd edilənlərdən başqa, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göstərilən normanın tələbləri baxımından iddiaçının Sovet Ordu sıralarında 2 il 1 ay 6 gün müddətli həqiqi hərbi xidmət müddəti və 4 il təhsil müddəti də iş stajı kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı, həmçinin, “Azərkimya” İB “Etilenpolietilen” zavodu tərəfindən verilmiş 222, 223 və 224 saylı arayışlara və iddiaçıya məxsus əmək kitabçasına əsasən qeyd edilən tarixədək teplovoz maşinisti və maşinist köməkçisi vəzifələrində iş stajı 12 il 6 aydan artıq təşkil etsə də, sonuncu qeyd edilən müddət güzəştli iş stajı kimi nəzərə alına bilməz. Ona görə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİİ. Nəqliyyat bölməsinin 23001000—14241 şifr kodu altında “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələri nəzərdə tutulsa da, iddiaçının teplovoz maşinisti və maşinist köməkçisi vəzifələrində işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, maddi hüquqi əsasları ilə bağlı olmasa da, cavabdeh inzibati orqanın iddiaçıya ünvaladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinə dair cavab məktubu qismən, yəni onun teplovoz maşinisti, teplovoz maşinist köməkçisi vəzifələrində işlədiyi sahənin dəmiryol nəqliyyatına aid edilməməsi hissəsində, qanuni və əsaslı olmuşdur. Bu hal da, ümumilikdə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina olunması üçün qanunvericiliyin tələbləri baxımından yetərlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddiaçının ilk tələbi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələbi (yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün müzakirə edilmədən rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci mad-də-sinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gün-dən heç bir müddət məhdu-diy-yəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olun-ması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvə-yə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konsti-tusiya-nın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006­cı il tarixli Qərarı, §47­53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009­cu il tarixli Qərarı, §76­77, Karsonun işi (Carson), § 64). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməmə-si-nin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540­cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar