Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2759/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı bağ sahəsinin sənədləşdirilməsi və həmin bağ sahəsində yeləşən tikilinin təmir olunmasına köməklik göstərilməsi barədə tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağ sahəsinin özəlləşdiriməsinə və bağ sahəsi üzərində yerləşən tikilinin təmir olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1982-ci ildə Dəmir yolu idarəsində işləmişdir. Bununla bağlı ona bağ sahəsi ayrılmışdır. İşlədiyi iş zərərli iş olduğu üçün 1992ci ildə əlillik dərəcəsi almışdır. Ona ayrlmış bağ sahəsi üzərində öz hesabına yarımtikili inşa etmişdir. Hazırda istifadəsində olan bağ sahəsinin özəlləşdirilməsi və bağ sahəsində yerləşən yarımtikilinin təmir olunmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin və iddiaya cavab verməli olan inzibati orqanın (cavabdeh) dəqiqləşdirilməsinin təklif olunması barədə 05 oktyabr 2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı tərəfindən təklif olunmuş formal xətalar aradan qaldırılmamışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1939-cu ildə Gədəbəy rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********27 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilkin hüquqmüəyyənedici sənədlərin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Nazirlər X1 Nazirliyinə daxil olmuş müraciətinə xidmətdə baxılmışdır. Xidmətin Bakı ərazi şöbədinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən torpaq sahəsi dəmir yolunun mühafizə zonası olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və işçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq, aidiyyəti üzrə müraciət etmək hüququ olduğu qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu İca Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 1/82 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mənzilin təmiri və hasarın tikilməsinə köməyin olunması ilə bağlı rayon İcra Hakimiyyəti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən təşkilat olduğundan və dövlət büdcəsinə Rayon icra Hakimiyəti üçün təsdiq edilmiş xərclər smetasında vətəndaşlara maddi köməkliyin olunması nəzərdə tutulmamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahələrinin sənədləşdirilməsi başladığı təqdirdə müraciəti nəzərə alınacaqdır. Hal-hazırda sənədləşmə icra olunmur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********52 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - xx.xx.2014-cü il tarixli 414234 №-li Bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44.18 kv.m yaşayış sahəsini X3 bağışlamışdır. - RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44,18 kv. metr olan mənzil xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2053 nömrəli reyestr kitabının 189848 nömrəli vərəqində X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İddia ərizəsindən görünür ki, iddiaçı konkret olaraq hansı inzibati orqana qarşı, hansı tələbi irəli sürdüyünü bildirməmiş, onaa hüquqi yardım göstərilsə də, iddiada yol verilmiş xətalar aaradan qaldırılmamışdır. İPM-nin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi İddiaçı bağ sahəsinin sənədləşdirilməsi və həmin bağ sahəsində yeləşən tikilinin təmir olunmasına köməklik göstərilməsi barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2759/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2759/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver