Məhkəmə qərarları › İş №2-1(112)-2759/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2759/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2759/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X25, X1 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9 ünvanında yerləşən ünvandan qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməyini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9-da yerləşən mənzil İddiaçı1 adına ******* nömrəli çıxarışla və nəvəsi İddiaçı2 ******* nömrəli çıxarışla verilmişdir. Bir mülkiyyətçi kimi qeydiyyatda olanlarla qohumluq əlaqələri yoxdu və tanımadıqları şəxslərdir. Belə ki, qeydiyyatda olan üçüncü şəxslər aldığı mənzildə qeydiyyatda qalmışlar və bu vaxta kimi də çıxmamışdırlar. Bu da mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda üçüncü şəxslər orada yaşamırlar və iddiaçılara məxsus mənzildə heç bir əmlak yoxdur. Üçüncü şəxslərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi iddiaçıların mənzil üzərində sərəncam vermək hüquqularını məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14606/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X25, X1, X6, X57, X17, X39, X58, X79, X40, X4, X114, X59, X41, X11, X60, X96, X97, X42, X26, X135, X43, X27, X28, X29, X80, X98, X44, X45, X12, X9, X61, X81, X30, X82, X31, X46, X23, X62, X115, X63, X83, X47, X64, X84, X48, X99, X49, X85, X18, X13, X10, X65, X86, X66, X67, X14, X68, X19, X100, X50, X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə və üçüncü şəxslərə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdırlar. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.1994-cü il təvəllüdlü X32, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.1998-ci il təvəllüdlü X8, xx.xx.1974-cü il təvəllüdlü X57, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2000-ci il təvəllüdlü X39, xx.xx.1996-cı il təvəllüdlü X58, xx.xx.2020-ci il təvəllüdlü X79, xx.xx.1987ci il təvəllüdlü X40, xx.xx.1989-cu il təvəllüdlü X4, xx.xx.1962-ci il təvəllüdlü X116, xx.xx.1995-ci il təvəllüdlü X69, xx.xx.1994-cü il təvəllüdlü X41, xx.xx.1978-cü il təvəllüdlü X11, xx.xx.1980-ci il təvəllüdlü X60, xx.xx.1986-cı il təvəllüdlü X96, xx.xx.1971-ci il təvəllüdlü X97, xx.xx.1990-cı il təvəllüdlü X42, xx.xx.1994-cü il təvəllüdlü X26, xx.xx.1995ci il təvəllüdlü X135, xx.xx.2002-ci il təvəllüdlü X43, xx.xx.2010-cu il təvəllüdlü X27, xx.xx.1989-cu il təvəllüdlü X28, xx.xx.1988-ci il təvəllüdlü X29, xx.xx.2016-cı il təvəllüdlü X80, xx.xx.2009-cu il təvəllüdlü X98, xx.xx.1992-ci il təvəllüdlü X51, xx.xx.1981-ci il təvəllüdlü X45, xx.xx.2003-cü il təvəllüdlü X12, xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.1975-ci il təvəllüdlü X61, xx.xx.1985-ci il təvəllüdlü X81, xx.xx.1940-cı il təvəllüdlü X30, xx.xx.1994cü il təvəllüdlü X82, xx.xx.1980-ci il təvəllüdlü X33, xx.xx.1972-ci il təvəllüdlü X46, xx.xx.1971-ci il təvəllüdlü X24, xx.xx.2011-ci il təvəllüdlü X62, xx.xx.2008-ci il təvəllüdlü X115, xx.xx.1981-ci il təvəllüdlü X63, xx.xx.1953-cü il təvəllüdlü X83, xx.xx.1981-ci il təvəllüdlü X47, xx.xx.1989-cu il təvəllüdlü X64, xx.xx.1957-ci il təvəllüdlü X84, xx.xx.2009cu il təvəllüdlü X48, xx.xx.2010-cu il təvəllüdlü X99, xx.xx.1957-ci il təvəllüdlü X52, xx.xx.2012-ci il təvəllüdlü X85, xx.xx.1992-ci il təvəllüdlü X34, xx.xx.1993-cü il təvəllüdlü X13, xx.xx.1955-ci il təvəllüdlü X10, xx.xx.1998-ci il təvəllüdlü X87, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1960-cı il təvəllüdlü X65, xx.xx.2010-cu il təvəllüdlü X86,xx.xx.2016-cı il təvəllüdlü X66, xx.xx.1987-ci il təvəllüdlü X67, xx.xx.1962-ci il təvəllüdlü X15, xx.xx.1960cı il təvəllüdlü X68, xx.xx.1970-ci il təvəllüdlü X19, xx.xx.1993-cü il təvəllüdlü X100, xx.xx.2018-ci il təvəllüdlü X50, xx.xx.1961-ci il təvəllüdlü X7 Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********15 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışda qeyd olunan şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, 9 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsində yerləşən 60.0 kv.m sahəsi olan ev 8, mənzil 9-un 1 otaq (y/s-24.0 kv.m., k/s- 13.0 kv.m.) xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə, qalan hissəsi ilə İddiaçı1 adına xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi ilə hədiyyə verən İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsində yerləşən ev 8, mənzil 9-un köməkçi sahəsi 13 kv.m., sahəsi 24 kv.m.-dən ibarət 1 yaşayış otağını hədiyyə alan İddiaçı2 mülkiyyətinə vermişdir. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, X103 küçəsində yerləşən ev 8, mənzil 9 İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 583 saylı reyestr kitabında 87431 nömrəli səhifədə 30/87431 nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 34421/23 nömrəli məktubunda bildirilmişdir ki, X32 xx.xx.2018-ci il tarixdən, X2 xx.xx.2021ci il tarixdən, X8 xx.xx.2019-cu il tarixdən, X57 xx.xx.2019-cu il tarixdən, X17 azyaşlı kimi xx.xx.2019-cu il tarixdən, X39 xx.xx.2021-ci il tarixdən, X58 xx.xx.2018-ci il tarixdən, X79 xx.xx.2022-ci il tarixdən azyaşlı kimi, X40 xx.xx.2019-cu il tarixdən, X4 xx.xx.2019-cu il tarixdən, X116 xx.xx.2019-cu il tarixdən, X59 xx.xx.2018- ci il tarixdən, X41 xx.xx.2018-ci il tarixdən, X11 xx.xx.2021 -ci il tarixdən, X60 xx.xx.2018-ci il tarixdən, X96 xx.xx.2019-cu il tarixdən, X97 xx.xx.2022-ci il tarixdən, X42 xx.xx.2019-cu il tarixdən, X26 xx.xx.1994-cü il tarixdən, X135 xx.xx.2018-ci il tarixdən, X43 xx.xx.2019-cu il tarixdən, X27 xx.xx.2019-cu il tarixdən azyaşlı kimi,X28 xx.xx.2018-ci il tarixdən, X29 xx.xx.2019-cu il tarixdən, X80 azyaşlı kimi xx.xx.2022-ci il tarixdən, X98 xx.xx.2022-ci il tarixdən, X44 xx.xx.2018-ci il tarixdən, X45 xx.xx.2018-ci il tarixdən, X12 xx.xx.2020-ci il tarixdən, X9 xx.xx.2019-cu il tarixdən, X61 xx.xx.2021-ci il tarixdən xx.xx.2018-ci il tarixdən, Məclumova Roza X5 xx.xx.2018-ci il tarixdən, X31 xx.xx.2018-ci il tarixdən, X53 xx.xx.2022-ci il tarixdən, X23 xx.xx.2018-ci il tarixdən, X62 xx.xx.2018-ci il tarixdən azyaşlı kimi,X115 xx.xx.2018-ci il tarixdən azyaşlı kimi, X63 xx.xx.2017-ci il tarixdən, X83 xx.xx.2017-ci il tarixdən, X47 xx.xx.2017-ci il tarixdən, X88 xx.xx.2018-ci il tarixdən, X84 xx.xx.2018- ci il tarixdən, X48 xx.xx.2018-ci il tarixdən azyaşlı kimi, X99 xx.xx.2018-ci il tarixdən azyaşlı kimi, X52 xx.xx.2018-ci il tarixdən, X85 xx.xx.2018-ci il tarixdən, X34 xx.xx.2018-ci il tarixdən, X13 xx.xx.2018-ci il tarixdən, X10 xx.xx.2018-ci il tarixdən, X89 xx.xx.2018-ci il tarixdən, X20 xx.xx.2018-ci il tarixdən, X65 xx.xx.2018-ci il tarixdən, X86 azyaşlı kimi xx.xx.2018-ci il tarixdən,X66 azyaşlı kimi xx.xx.2018-ci il tarixdən, X67 xx.xx.2018-ci il tarixdən, Məmmədov aZenfira Səhrab qızı xx.xx.2018-ci il tarixdən, X68 xx.xx.2018-ci il tarixdən, X19 xx.xx.2018-ci il tarixdən, X100 xx.xx.2018-ci il tarixdən, X7 xx.xx.2019-cu il tarixdən, X50 azyaşlı kimi xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 91 nömrəli Arayışında qeyd edilmişdir ki, 1. X32 ,2. X2, 3. X8, 4. X57, 5. X21, 6. X39, 7. X79, 8. X58, 9. X40, 10. X4,

11. X114, 12. X70, 13. X41, 14. X11, 15. X60, 16. X96, 17. X97, 18. X42, 19. X26, 20. X135, 21. X43, 22. X27, 23. X28, 24. X35, 25. X80, 26. X98, 27. X44, 28. X45, 29. X12, 30. X9, 31. X54, 32. X81, 33. X30, 34. X82, 35. X31, 36. X53, 37. X23 38. X62, 39. X115, 40. X63, 41. X83, 42. X47, 43. X64, 44. X84, 45. X48, 46. X99, 47. X55,

48. X85, 49. X18, 50. X13, 51. X10, 52. X65, 53. X86, 54. X66, 55. X67, 56. X14, 57. X68, 58. X19, 59. X100, 60. X101, 61. X7. Ondan ötəri ki, həqiqətən yuxarıda adları göstərilənlər Mirəli Qaşqay küçəsi ev 8, mənzil 9-da qeydiyyatda olmağına baxmayaraq, yuxarıdakı ünvanda yaşamırlar. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 51/2-S-24121 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmişdir. İddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırki işdən görünür ki, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsində yerləşən 60.0 kv.m sahəsi olan ev 8, mənzil 9-un paylı mülkiyyətçiləridir. İşin hallarından müəyyən olunur ki, iddiaçıların sözügedən ünvandan qeydiyyatdan çıxarmaq istədikləri üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olmaqla iddiaçıların ailə üzvləri deyildirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavabda da həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, 9 saylı mənzilə dair istifadə hüquqları qeydiyyata alınmamışdır. Üçüncü şəxslər həmin ünvana iddiaçıların razılığı ilə qeydiyyata alınmış və təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdən üçüncü şəxslərin həmin mənzilə dair hər hansı əmlak hüququnun olduğu müəyyən olunmur. Eyni zamanda yaşayış yeri üzrə MKİS-nin verdiyi arayışandan da görünür ki, həmin ünvanda üçüncü şəxslər faktiki olaraq yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, üçüncü şəxslər iddiaçılar ilə faktiki olaraq birgə yaşamayan, ailə üzvü hesab edilməyən, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olmaqla bilavasitə iddiaçıların razılıqları ilə həmin ünvana qeydiyyata düşmüş olduqlarından mənzilin mülkiyyətçiləri öz razılıqları əsasında qeydiyyata alınmış üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin isə imtinası əsassız olmaqla iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X32, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.1998-ci il təvəllüdlü X8, xx.xx.1974-cü il təvəllüdlü X57, xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.2000-ci il təvəllüdlü X39, xx.xx.1996-cı il təvəllüdlü X58, xx.xx.2020-ci il təvəllüdlü X79, xx.xx.1987-ci il təvəllüdlü X40, xx.xx.1989-cu il təvəllüdlü X4, xx.xx.1962-ci il təvəllüdlü X116, xx.xx.1995-ci il təvəllüdlü X69, xx.xx.1994-cü il təvəllüdlü X41, xx.xx.1978-cü il təvəllüdlü X11, xx.xx.1980-ci il təvəllüdlü X60, xx.xx.1986-cı il təvəllüdlü X96, xx.xx.1971-ci il təvəllüdlü X97, xx.xx.1990-cı il təvəllüdlü X42, xx.xx.1994-cü il təvəllüdlü X26, xx.xx.1995ci il təvəllüdlü X135, xx.xx.2002-ci il təvəllüdlü X43, xx.xx.2010-cu il təvəllüdlü X27, xx.xx.1989-cu il təvəllüdlü X28, xx.xx.1988-ci il təvəllüdlü X29, xx.xx.2016-cı il təvəllüdlü X80, xx.xx.2009-cu il təvəllüdlü X98, xx.xx.1992-ci il təvəllüdlü X51, xx.xx.1981-ci il təvəllüdlü X45, xx.xx.2003-cü il təvəllüdlü X12, xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.1975-ci il təvəllüdlü X61, xx.xx.1985-ci il təvəllüdlü X81, xx.xx.1940-cı il təvəllüdlü X30, xx.xx.1994cü il təvəllüdlü X82, xx.xx.1980-ci il təvəllüdlü X33, xx.xx.1972-ci il təvəllüdlü X46, xx.xx.1971-ci il təvəllüdlü X24, xx.xx.2011-ci il təvəllüdlü X62, xx.xx.2008-ci il təvəllüdlü X115, xx.xx.1981-ci il təvəllüdlü X63, xx.xx.1953-cü il təvəllüdlü X83, xx.xx.1981-ci il təvəllüdlü X47, xx.xx.1989-cu il təvəllüdlü X64, xx.xx.1957-ci il təvəllüdlü X84, xx.xx.2009cu il təvəllüdlü X48, xx.xx.2010-cu il təvəllüdlü X99, xx.xx.1957-ci il təvəllüdlü X52, xx.xx.2012-ci il təvəllüdlü X85, xx.xx.1992-ci il təvəllüdlü X34, xx.xx.1993-cü il təvəllüdlü X13, xx.xx.1955-ci il təvəllüdlü X10, xx.xx.1998-ci il təvəllüdlü X87, xx.xx.1987-ci il təvəllüdlü X20, xx.xx.1960-cı il təvəllüdlü X65, xx.xx.2010-cu il təvəllüdlü X86,xx.xx.2016-cı il təvəllüdlü X66, xx.xx.1987-ci il təvəllüdlü X67, xx.xx.1962-ci il təvəllüdlü X15, xx.xx.1960cı il təvəllüdlü X68, xx.xx.1970-ci il təvəllüdlü X19, xx.xx.1993-cü il təvəllüdlü X100, xx.xx.2018-ci il təvəllüdlü X50, xx.xx.1961-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X32, X2, X8, X57, X17, X39, X58, X79, X40, X4, X116, X59, X41, X11, X60, X96, X97, X42, X26, X135, X43, X27, X28, X29, X80, X98, X44, X45, X12, X9, X61, X81, X30, X82, X31, X46, X24, X62, X115, X63, X83, X47, X64, X84, X48, X99, X52, X85, X34, X13, X10, X89, X20, X65, X86, X66, X67, X16, X68, X19, X100, X50, X3 Bakı şəhəri, Nəsimi rayonu, X103 küçəsi, ev 8, mənzil 9 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar