Məhkəmə qərarları › İş №2-1(112)-2759/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2759/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2759/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya göndərilən məktubda göstərilənlərə əsasən ona şəhid ailəsi kimi hüquqi baxımdan verilən Lökbatan qəsəbəsi, ev 24 B, Mənzil 38 ünvanında olan mənzilin faktiki olaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: 1.İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya göndərilən məktubda göstərilənlərə əsasən ona şəhid ailəsi kimi hüquqi baxımdan verilən Lökbatan qəsəbəsi, ev 24 B, mənzil 38 ünvanında olan mənzilin faktiki olaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının şəhid həyat yoldaşı X1 SSRİ Neft Sənayesi Nazirliyi "Şelflahiyyətikinti" Quraşdırma İdarəsində (indiki Heydər Əliyev adına X6) işləmişdir. 1991-ci ilin əvvəllərində ermənilər tərəfindən hücumlar başlayanda, torpaqların müdafiəsi uğrunda ilk döyüşə gedənlərdən biri də həyat yoldaşı X3 olmuşdur. Bu yolda ilk şəhid olanlardan biridir. Belə ki, həyat yoldaşı 1991-ci ilin oktyabr ayından başlayaraq Ağdam rayonunun müdafiəsi uğrunda, xüsusilə də Umudlu kəndinin müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərmişdir. Son döyüşü də 1991-ci ilin yanvar ayında Şuşa rayonun Daşaltı kəndi uğrunda aparılan döyüş olmuş və həmin döyüşdə də şəhid olmuşdur. Uzun müddətli şikayətlərdən sonra iddiaçıya məhkəmə qərarına əsasən 14 oktyabr 2015-ci il tarixində həqiqətən ünvan 1 ünvanı verimişdir. Halbuki növbəyə duranda şəhid həyat yoldaşı ilə birgə nigahdan doğulan 3 uşaq da daxil olmaqla 4 nəfər şəhid ailə üzvləri kimi növbəyə durmuşlar. Belə olan halda ona ən azından 3 otaqlı mənzil verilməlidir. İddiaçı bu barədə dəfələrlə Bakı şəhəri Cavabdehnə müraciət etdikdən sonra, ona xx.xx.2023-cü il tarixində göndərilən məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında da ikinci mənzil verilmişdir. Halbuki ona 2015-ci il tarixində Abşeron rayonu Mehdiabad qəsəbəsində verilən evdən başqa heç bir yerdə ev verilməmişdir. Ona görə də barəsində baş verən bu müəmmalı hala aydınlıq gətirmək üçün dəfələrlə Bakı şəhəri Cavabdehnə müraciət etsə də, bu barədə nəinki əsaslandırılmış cavab verilmir, heç bu iş barəsində onu dinləmək belə istəmirlər. Qəribəsi odur ki, Cavabdehndən xx.xx.2023cü il tarixində göndərilən rəsmi sənəddə belə göstərilmişdir ki, guya ona 2 mənzil, həm Abşeron rayonun Mehdiabad qəsəbəsində və, həm də Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində mənzillər verilmişdir. İddiaçıya Lökbatan qəsəbəsində verilməyən mənzilinin ünvanı da göstərilmişdir. Məktubda göstərilmişdir ki, guya verilən ikinci 2 otaqlı mənzilin ünvanı, Lökbatan qəsəbəsi, ev 24B, mən 38- dir. Sahəsi də 80,5 kv.m- dir. İddiaçı cavab məktubunda göstərilənlərə aydınlıq gətirilməsi üçün, bu yaxınlarda Cavabdeh Başçısı S.Mikayılovun qəbulunda olmaq istəmiş, ərizəni Başçıya təqdim etdikdən sonra bildirdi ki, göndərilən ərizədə niyə yalandan onun Lökbatan qəsəbəsində mənzil ilə təmin olunmağı göstərilir? Əgər həqiqətən elədirsə yazılan mənzil təqdim edilsin. Bunu eşidən Cavabdeh Başçısı Süleyman Mikayılov ona təqdim etdiyi məktubu götürərək vətəndaşların qəbulunu da təxirə salaraq zalı tərk edərək harasa getdi. Onun dalınca da qəbul şöbəsində olan bütün vəzifəli şəxslər də onun dalınca qaçdılar. Həmin günü qəbul günü olduğu üçün, icra hakimiyyətinin bütün işçiləri zalda idilər və 1 nəfər kimi hamısı da qaçdılar. İddiaçı zaldan çıxan zaman işçilərdən biri dedi ki, məktubun surətini İcra hakimi götürüb qaçdığı üçün, əslini ona verin ki, bu məsələni yenidən araşdıraq. İddiaçı isə məktubu ona verməkdən imtina etdi. Başa düşdü ki, icra hakimiyyətində yol verilən hərəkətlərini ört-basdır etmək onun əlində olan məktubu da almaq istəyirdi. Bütün yuxarıda göstərilənlərlə və işin faktiki halları ilə təsdiq olunur ki, həqiqətən onun həyat yoldaşı 1991-ci ildə müharibəyə gedərkən indiki X6 işləmiş və mənzil növbəsində durmuşdur. Bəlkə də Lökbatan qəsəbəsində şəhid həyat yoldaşına verilməli olan mənzil adına yazılaraq mənimsənilmişdir. Dəfələrlə bu barədə Bakı şəhəri Cavabdehnə müraciət etsə də, heç bir dədbir görmədikləri üçün, məcbur qalıb bu formada məhkəməyə müraciət edərək, bu məsələyə aydınlıq gətirilməsini isdəyir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, mütəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılarşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli sərəncamına əsasən 2014-cü il yanvarın 1-dən 2020ci ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxlər mənzil ilə növbəlilik qaydasında təmin olunurlar. Həmin mənzillər rayon icra hakimiyyəti tərəfindən ayrılmır. Belə ki, Dövlət mənzil fondundan ayrılmalar nəticəsində baş verir və ayrılmalar AR ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı özünün də iddia ərizəsində qeyd etdiyi kimi ünvan 4 ünvanında ümumi sahəsi 93,3 kv.m olan, 2 otaqlı, 20 saylı mənzil ayrılmışdır. Vətəndaşa ünvanlanmış 5-13/1-K-2/3-068/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli cavab məktubunda iddiaçıya ayrılmış olduğu qeyd olunan “Lökbatan qəsəbəsi, ev 24B, 2 otaqlı, sahəsi 80,5 kv.m olan 38 saylı mənzil” sözləri texniki səhvlik nəticəsində qeyd olunmuşdur. Məktuba diqqət yetirsək, səhv qeyd olunan ünvan həm tam şəkildə qeyd olunmamışdır, həm də ondan öncə “ünvan 4,ümumi sahəsi 93,3 kv.m olan, 2 otaqlı, 20 saylı” qeyd olunmuşdur. Məktubdan aydın görünür ki, ikinci qeyd olunan unvan texniki səhvlik nəticəsində qeyd olunub və vətəndaş ikinci bir mənzillə təmin olunmamışdır. Etiraza əlavə olunmuş Bakı şəhəri Cavabdeh Başçısının 27 sentyabr 2001-ci il tarixli, 531 saylı sərəncamdan görünür ki, Kərimova (Əbdürəhmanova) Durna Alxas qızı 4 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil nöbəsinə qəbul edilmişlər. Etiraza əlavə olunmuş Bakı şəhəri Cavabdeh Başçısının 142 saylı, xx.xx.2018-ci il tarixli sərəncamından və Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirinin 14 oktyabr 2015-ci il tarixli, 11/7-218 əmrindən görünür ki, Cavabdeh Başçısının 27 sentyabr 2001-ci il tarixli, 531 saylı mənzil növbəsinə götürülməsinə dair sərəncamın əsasında vətəndaş İddiaçı və “şəhid ailəsi” kimi 4 nəfər ailə tərkibi ünvan 4 ünvanında ümumi sahəsi 93,3 kv.m olan, 2 otaqlı, 20 saylı mənzillə təmin olunmuşlar. Vətəndaş İddiaçı ünvan 4 ünvanında ümumi sahəsi 93,3 kv.m olan, 2 otaqlı, 20 saylı mənzillə yanaşı texniki səhv olaraq Lökbatan qəsəbəsi, ev 24B, 2 otaqlı, sahəsi 80,5 kv.m olan 38 saylı mənzil sözləri qeyd olunmuşdur və bununla bağlı vətəndaş Cavabdehnə dəfələrlə dəvət olunmuş, həmin texniki səhv vətəndaşa izah olunmuş və məktubda düzəliş olunaraq vətəndaşa təqdim olunmuşdur.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

4.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır; 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Əsasnaməsi”nə əsasən: 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək;

7. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

8. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Göründüyü kimi qanunvericilik dövlət tərəfindən müvafiq kateqoriyalı (şəhid ailəsi) şəxslərə mənzilin təqdim edilməsi vəzifəsini Sosial Xidmətlər Agentliyinin üzərinə qoymuşdur. Belə olan halda Cavabdehnə “mənzilin verilməsi barədə” iddiaçının iddia tələbinə cavab verən inzibati orqan deyildir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı iddia ərizəsində qeyd etməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.

7. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya göndərilən məktubda göstərilənlərə əsasən ona şəhid ailəsi kimi hüquqi baxımdan verilən Lökbatan qəsəbəsi, ev 24 B. Mənzil 38 ünvanında olan mənzilin faktiki olaraq iddiaçıya verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar