Məhkəmə qərarları › İş №2-1(112)-276/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-276/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-276/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Vəkil və nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə kameral vergi yoxlamasıa əsasən 2019-cu ilin yanvariyun, avqust-dekabr ayları, 2020-ci ilin yanvar-may, noyabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə və 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə düzgün hesablanmamış vergi məbləğlərinin azaldılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi və cavabdehin xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdən əsas fəaliyyəti “meyvə və tərəvəzlərin topdan satışı” kimi vergi ödəyicisi kimi uçota alınmış, lakin hesabat dövrlərində faktiki olaraq meyvə və tərəvəzlərin pərakəndə satışı fəaliyyətini göstərmişdir. Fəaliyyəti həyata keçirdiyi ünvan 2 ünvanda əsas sahəsi 150 kv.m, əlavə sahəsi 75 kv.m olan təsərrüfat subyekti “Topdan satış” obyekti kimi qeydiyyata alınmış və həmin təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə NKA qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi müddətdə idxal olunmuş mallar alıcılara nəzarət kassa aparatı tətbiq olunmaqla pərakəndə formada satılmışdır. Topdansatış kimi uçota alındığı halda pərakəndə satış göstərməsi barədə vergi orqanına əlavə məlumat verilməsinin zəruriliyini bilmədiyinə görə məlumat verilməmişdir. Məlumat olaraq bildirir ki, həm təsərrüfat subyekti, həm də nəzarət-kassa aparatının qeydiyyatı vergi ödəyicisinin verdiyi ərizəyə əsasən məhz vergi orqanın tərəfindən həyata keçirilmişdir. Əgər iddiaçının NKA tətbiq etməklə apardığı satış əməliyyatları qanunsuz idisə, niyə həmin nəzarət kassa aparatının qeydiyyata alınması vergi orqanı tərəfindən rədd edilməmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət göstərdiyi müddətdə müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində tərəfindən idxal olunmuş malların pərakəndə satış qaydasında satışının həyata keçirildiyi bəyan olunmağına baxmayaraq vergi orqanı tərəfindən bu halın qanunsuz və yolverilməz olması barədə hərhansı bir xəbərdaredici məlumat daxil olmamış və müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində bu halla (NKA tətbiq etməklə pərakəndə qaydada satılması) əlaqədar uyğunsuzluq göndərilməmişdir. Tərəfindən göndərilmiş dəqiqləşdirilmiş bəyannamələrlə əlaqədar bildirir ki, Vergi Məcəlləsinin 72.5.-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Vergi ödəyicisi Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələri uçot məlumatları ilə təkrar yoxlanıldığı zaman təqdim olunmuş bəyannamələrdə səhv (cari bəyannamələrdə dövriyyə məbləği səhv göstərilmişdir) aşkar olunduğuna görə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuşdur. Dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrinə görə vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda və çıxarılmış “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə məbləğinin əsassız olaraq azaldıldığı qeyd olunur. İddiaçıdan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********653500 nömrəli məktub göndərilməklə, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunması bildirilmişdir. Bu məktub iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********677600 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (belə ki, iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Həmin məktuba vergi orqanı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda “Sizin 2019-ci ilin yanvar-iyun və avqust-dekabr ayları üzrə təqdim etdiyi ƏDV bəyannamələri barədə izahat məktubuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsində baxılmışdır. İzahat məktubuna da qeyd olunanlara aparılacaq kameral vergi yoxlaması zamanı münasibət bildirəcəkdir” bildirilmişdir. Kameral vergi yoxlamasını aparan əməkdaş, təqdim olunmuş izahat və sənədlərlə tanış olmaqla, Vergi Məcələsinin 37.3-cü maddəsinə əsasən əlavə məlumat və sənədlər tələb etməli olduğu halda bununla əlaqədar əlavə sənəd və ya məlumatların tələb edilməsi ilə bağlı məktub göndərməmişdir. Belə ki, Vergi Məcəlləsinin 37.3.-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Tərəflərindən verilmiş sənədlər və izahat məktubu ilə əlaqədar vergi əməkdaşı hər hansı əlavə uyğunsuzluq müəyyən etməmiş və əlavə sorğu olunmamışdır. Yəni, kameral vergi yoxlamasını aparan əməkdaş hesablama aparılanadək, kameral vergi yoxlamasının predmeti üzrə üzərinə düşən vəzifələri düzgün yerinə yetirməmişdir. Bunlara baxmayaraq, yuxarı vergi orqanı məsələyə birtərəfli baxaraq, çıxartdığı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda tərəfindən cavab kimi əsaslandırılmış izahat, müvafiq təsdqiedici sənədlərin təqdim olunmadığı bildirilmişdir. Bu hal özü də, vergi ödəyicisinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Tərəfindən vergi qanunvericiliyinin vermiş olduğu hüquqlardan (Vergi Məcəlləsinin 72.5.-ci maddəsinə əsasən) istifadə edərək 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannamələri təqdim olunmuşdur. Lakin vergi orqanı təqdim olunmuş bəyannamələrdə hər-hansı bir kənarlaşma aşkar etmədən, sadəcə olaraq ehtimallara əsaslanaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********286400 nömrəli məktub göndərərək, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunmasını bildirmişdir. Bu məktub da iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********818600 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (xatırlatmaq istərdi ki, iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Qeyd etdiyi kimi, iddiaçı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, malları onların maya dəyərinə (malların alınması, daşınması və gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclər nəzərə alınmaqla) əsasən mədaxil etmişdir. Lakin “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda yanlış olaraq xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində idxal əməliyyatları nəticəsində 14027782,86 manat məbləğində mal əldə edildiyi qeyd olunmuşdur. Eyni zamanda “həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə daxil olma üzrə dövriyyənin ********.53 manat (ƏDV-siz) olduğu və nəticədə ticarət əlavəsi nəzərə alınmaqla 495850.79 manat məbləğində əlavə dəyər vergisinin az hesablandığı müəyyən edildiyi” bildidirilsə də, həmin məbləğin hesablanması əsaslandırmamışdır (bu halda da Vergi Məcəlləsinin 12-ci və 94-cü maddəsinin müddəalarını pozulmuşdur). “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” vergi orqanının xx.xx.2020-ci il tarixli **********697600 nömrəli məktubu da xx.xx.2021-ci il tarixli **********030200 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKAnın dövrü hesabatları (xatırlatmaq istərdi ki, satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Yenə də vergi orqanı göndərilmiş sənədlərlə münasibət bildirmədən, sənədlərdə aşkar edilmiş kənarlaşmalar barədə məktub göndərmədən, hər hansı bir hesablamaya söykənmədən 454658.64 manat əlavə vergi məbləği hesablamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində mal qalığı aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən xx.xx.2020-ci il tarixə mal qalığı 221806,28 manat olmuşdır. Eyni zamanda, xx.xx.2020 - xx.xx.2020-ci il tarixə olan dövrdə e-qaimələrə əsasən alışı olmamış, idxal isə 14027782,86 manat olmuşdur. Bundan əlavə xx.xx.2020-xx.xx.2020-ci il dövrlər üçün təqdim edilmiş ƏDV bəyannamələrində daxil olma üzrə dövriyyə 11494862,53 manat (ƏDV-siz) olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********697600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 454658,64 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********790000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 2061711,29 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********719500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilərək müvafiq dövr üzrə aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında yaranmış kənarlaşmanın aradan qaldırılmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə azaldılaraq 4047887,94 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin azalması ilə bağlı əsaslandırılmış yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 429992,67 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********606100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. 2020-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 9011860.67 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdini edilməsindən gəlir) sətrində 0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) sətrində 0 manat + 217-ci (Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0 manat + bəyannamənin 1 №-li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonuna artan 0.00 manat, cəmi 9011860.67 manat məbləğində gəlir göstərməyinə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 5284789.24 manat artıq, yəni ********.91 manat dövriyyə məbləğləri göstərilmiş, lakin bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borclarının məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda cəmi 0 manat artdığı üçün gəlir məbləğlərində 5284789.24 manat kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********755800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə 1056957,66 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********562600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəycisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin yanvar-iyun, avqust- dekabr ayları üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə azaldılmışdır. Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin (bank hesablarından çıxarışlar, kassa mədaxil orderləri, NKA çekləri, qəbz, müəssisənin mühasibatlıq kitabları, baş kitab, azaldılmış dövriyyəyə uyğun qalıqda qalmış mallar barədə ətraflı məlumatlar və s.) 5 gün ərzində vergi orqanına təqdim olunması vergi ödəyicisinə bildirilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********855800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin yanvar ayı üzrə 129000 manat, fevral ay üzrə 78661 manat, mart ayı zrə 48115 manat, aprel ayı üzrə 25520 manat, may ayı üzrə 29561 manat, iyun ayı üzrə 25213 manat, sentyabr ayı üzrə 17173 manat, oktyabr ayı üzrə 2875 manat, noyabr ayı üzrə 8830 manat və dekabr ayı üzrə 25820 manat hesablama aparılmış və vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********342200, **********362600, **********347700, **********359800, **********344600, **********366400, **********350500, **********368800, **********373000, **********341500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Həmçinin, vergi ödəycisi tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin yanvar-may ayları üçün ƏDV bəyannamələri üzrə müvafiq olaraq 66684,51 manat, 34151,05 manat, 210502,43 manat, 115728,21 manat, 115110,01 manat məbləğində azalma aparılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********286400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin yanvar ayı üzrə 66685 manat, fevral ay üzrə 34150 manat, mart ayı zrə 210503 manat, aprel ayı üzrə 115728 manat, may ayı üzrə 115110 manat hesablama aparılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixli **********342200, **********362600; **********347700, **********359800, **********344600, **********366400, **********350500, **********368800, **********373000, **********341500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati qaydada müraciət etmiş və inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli **********185700 qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək birbaşa olaraq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə; sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli **********341500 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin yanvar ayı üçün 129.128,33 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********342200 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin fevral ayı üçün 78.661,98 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********344600 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin mart ayı üçün 48.115,68 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********347700 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin aprel ayı üçün 25.519,45 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********350500 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin may ayı üçün 29.561,83 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********359800 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin iyun ayı üçün 25.213,32 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********362600 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin sentyabr ayı üçün 17.173,30 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********366400 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin oktyabr ayı üçün 2.876,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********368800 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin noyabr ayı üçün 8.829,55 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********373000 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu ilin dekabr ayı üçün 25.820,60 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********606100 saylı qərarından görünür ki, iddiaçı barəsində 2019-cu il üçün 429.992,67 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********209800 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-cu ilin yanvar ayı üçün 66.684,51 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********214000 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-cu ilin fevral ayı üçün 34.151,05 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********216400 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-cu ilin mart ayı üçün 210.502,43 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********217100 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-cu ilin aprel ayı üçün 115.728,21 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2020-ci il tarixli **********218800 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-cu ilin may ayı üçün 115.110,01 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********790000 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-cu ilin noyabr ayı üçün 454.658,64 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********013600 saylı qərarından görünür ki, iddiaçı barəsində 2020-ci il üçün 1.056.957,85 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********562600 nömrəli qərarından görünür ki, iddiaçı barəsində 2020-ci il üçün 1.056.957,85 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - Cavabdehin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli **********185700 qərarından görünür ki, “Eco Clean-2018" Məhdud Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800, **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100, **********218800 nömrəli və xx.xx.2021-ci il tarixli **********790000 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 9/6003 saylı rəyinə əsasən Azərbaycan Respublikası İctisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə hesablanmış vergilərin düzgünlüyü təsdiqini tapmamış, bu cür hesablamanın aparılması mühasibat uçotu və vergi qanunvericiliyi ilə nəzərdə tutulmamış, iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) mühasibat uçotu məlumatları ilə cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrdə kənarlaşma aşkar olunmamış və hazırki tədqiqatla iddiaçının vergilərin hesablanması ilə bağlı qeyd etdiklərindən fərqli hallar müəyyən olunmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşin hallarına görə cavabdehin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ilə iddaçı barəsində vergi borcları hesablanmışdır. İddiaçı cavabdehin həmin qərarlarını ilkin olaraq inzibati qaydada mübahisələndirsə də, şikayəti təmin edilmədiyindən hazırda məhkəmədə mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qərarları əsassız olmaqla qanunvericiliyin aşagıdakı müddəaları ilə ziddiyyət təşkil edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;... 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; 3.1. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan və topdansatış fəaliyyəti göstərən şəxslərdən satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir 3.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır.

4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. İşin hallarına görə iddiaçı "xxxx" MMC xx.xx.2018-ci il tarixdən əsas fəaliyyəti “meyvə və tərəvəzlərin topdan satışı” kimi vergi ödəyicisi kimi uçota alınmış, lakin hesabat dövrlərində faktiki olaraq meyvə və tərəvəzlərin pərakəndə satışı fəaliyyətini göstərmişdir. Fəaliyyəti həyata keçirdiyi ünvan 2 ünvanda əsas sahəsi 150 kv.m, əlavə sahəsi 75 kv.m olan təsərrüfat subyekti “Topdan satış” obyekti kimi qeydiyyata alınmış və həmin təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə NKA qeydiyyata alınmışdır. İddiaçının izahatına görə fəaliyyət göstərdiyi müddətdə idxal olunmuş mallar alıcılara nəzarət kassa aparatı tətbiq olunmaqla pərakəndə formada satılmışdır. İddiaçının dəlillərinə görə topdansatış kimi uçota alındığı halda pərakəndə satış göstərməsi barədə vergi orqanına əlavə məlumat verilməsinin zəruriliyini bilmədiyinə görə məlumat verilməmişdir. Bununla baglı qeyd olunmalıdır ki, həm təsərrüfat subyekti, həm də nəzarət-kassa aparatının qeydiyyatı vergi ödəyicisinin verdiyi ərizəyə əsasən məhz vergi orqanın tərəfindən həyata keçirildiyi halda, iddiaçının NKA tətbiq etməklə apardığı satış əməliyyatlarının qanunsuzlugu halının rəsmiləşdirilməsi, nəzarət kassa aparatının qeydiyyata alınmasının vergi orqanı tərəfindən rədd edilməsi halı məhkəmədə müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. İddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət göstərdiyi müddətdə müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannaməsində tərəfindən idxal olunmuş malların pərakəndə satış qaydasında satışının həyata keçirildiyi bəyan olunmasına baxmayaraq vergi orqanı tərəfindən bu halın qanunsuz və yolverilməz olması barədə hər-hansı bir xəbərdaredici məlumatın iddiaçıya göndərilməsi, habelə müvafiq hesabat dövrləri üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində bu halla (NKA tətbiq etməklə pərakəndə qaydada satılması) əlaqədar uyğunsuzluq məktublarının göndərilməsi barədə cavabdeh orqan heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş bəyannamələrlə əlaqədar qey edilməlidir ki, Vergi Məcəlləsinin 72.5.-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Vergi ödəyicisi Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlardan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələri uçot məlumatları ilə təkrar yoxlanıldığı zaman təqdim olunmuş bəyannamələrdə səhv (cari bəyannamələrdə dövriyyə məbləği səhv göstərilmişdir) aşkar olunduğuna görə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmişdir. Dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrinə görə vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda və çıxarılmış “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda təqdim olunmuş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə məbləğinin əsassız olaraq azaldıldığı qeyd olunmuşdur. İddiaçıdan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********653500 nömrəli məktub göndərilməklə, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunması bildirilmişdir. Bu məktub iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********677600 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları (belə ki, iddiaçının satışı nəzarət kassa aparatı tətbiq etməklə aparıldığından hesabat ayları üzrə satış dövriyyəsini müəyyən etmək üçün NKA-nın dövrü hesabatları əsas götürülməlidir) əlavə olunmaqla müvafiq izahat verilmişdir. Həmin məktuba vergi orqanı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçının 2019-ci ilin yanvar-iyun və avqust-dekabr ayları üzrə təqdim etdiyi ƏDV bəyannamələri barədə izahat məktubuna baxıldıgı, qeyd olunanlara aparılacaq kameral vergi yoxlaması zamanı münasibət bildirəcəyi bildirilmişdir. Vergi Məcəlləsinin 37.3.-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Lakin iddiaçı tərəfindən verilmiş sənədlər və izahat məktubu ilə əlaqədar cavabdehin hər-hansı əlavə sorğusunun olması iş üzrə müəyyən olunmamışdır. İşdən göründüyü kimi iddiaçı 2020-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergi bəyannamələrini təqdim etmiş olsa da, cavabdeh vergi orqanı təqdim olunmuş bəyannamələrdə hər-hansı bir kənarlaşmanı aşkar etmədən, formal ehtimallara əsaslanaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********286400 nömrəli məktub göndərərək, müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim olunmasını bildirmişdir. Bu məktub da iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli **********818600 nömrəli məktubla cavablandırılaraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları əlavə olunmaqla müvafiq izahat verilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********697600 nömrəli məktubunu da iddiaçı xx.xx.2021-ci il tarixli **********030200 nömrəli məktubla cavablandıraraq, təsdiqedici sənədlər kimi bank hesabından çıxarışlar və NKA-nın dövrü hesabatları əlavə olunmaqla müvafiq izahat verilmişdir. Cavabdehin etirazında göstərilən dəlillərə görə iddiaçının xx.xx.2020- xx.xx.2020-ci il tarixədək idxal olunan malların dəyəri ********.86 manat olmuş, təqdim olunmuş ƏDV bəyannamələri üzrə dövriyyənin ********.53 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin 2020-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsində gəlir məbləği 9011860,67 manat göstərilməsinə baxmayaraq, bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edimiş ƏDV bəyannamələrində bu məbləğdən 5284789,24 manat artıq, yəni 14296649,91 manat dövriyyə məbləği göstərilmişdir. Bununla baglı məhkəmə qeyd edir ki, vergi orqanı iddiaçının xx.xx.2020xx.xx.2020-ci il tarixədək idxal olunan malların dəyərinin ********.86 manat olmasının hansı əsasla hesablanmasını əsaslandırmamışdır. Cavabdehin nümayəndəsi bu suala cavab olaraq malların dəyərinin invoys dəyəri ilə deyil, statistik dəyəri ilə götürülməsini bildirmişdir. Halbuki iddiaçının təqdim etdiyi sənədlərə əsasən ekspertin hesablamasına görə həmin dövr üzrə idxal olunmuş malların invoys dəyəri 6528354,36 manat, maya dəyəri dəyəri isə 8748561,92 manat, təqdim olunmuş bəyannamələr üzrə isə dövriyyə (ƏDV-siz) 8711617,73 manat olmuşdur. Bu barədə cavabdehin uyğunsuzluq məktubu iddiaçı tərəfindən cavablandırlmaqla həmin rəqəmlərin yanlış olduğu bildirilməklə vergi orqanından əsaslandırlması xahiş olunmasına baxmayaraq, heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normalarına görə idxal olunan malların gömrük dəyəri, yalnız gömrük rüsumu dərəcəsinin tətbiqi və idxalda ƏDV-nin hesablanması məqsədi ilə istifadə oluna bilər. İdxal olunmuş mallar isə anbara onların maya dəyəri ilə mədaxil olunur ki, bu zaman malların alış dəyəri kimi onların gömrük dəyəri deyil invoys dəyəri əsas götürülür və bununla bağlı mövcud qanunvericilikdə digər hal nəzərdə tutulmamışdır. Məlum olduğu kimi, Gömrük Məcəlləsinin 1.0.12.-ci maddəsinə əsasən gömrük dəyəri - malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri hesab olunur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir. Həmin Qanunun 1.1.5.-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən ticarət, təchizat və satış müəssisələrində mallar pərakəndə satış qiyməti və ya alış dəyəri ilə əks etdirilir. Eyni zamanda Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 23 iyul tarixli İ-73/1 nömrəli əmri ilə təsdiq edilmiş “EHTİYATLAR ÜZRƏ” Kommersiya Təşkilatlari üçün 8 №-li Milli Mühasibat Uçotu Standartinın 12-ci (Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflər) maddəsinə əsasən də ehtiyatların əldə edilməsi üzrə məsrəflərə alış qiyməti, idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir. Göründüyü kimi, idxal olunan malların gömrük dəyəri, yalnız gömrük rüsumu dərəcəsinin tətbiqi və idxalda ƏDV-nin hesablanması məqsədi ilə istifadə olunur. İdxal olunmuş mallar isə anbara onların maya dəyəri ilə mədaxil olunur ki, bu zaman malların alış dəyəri kimi onların gömrük dəyəri deyil, invoys dəyəri əsas götürülür və bununla bağlı mövcud qanunvericilikdə digər hal nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdehin digər dəlillərinə görə 2019-cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində dövriyyənin azalması ilə bağlı əsaslandırılmış izahat və zəruri olan sənədlər təqdim olunmadığından 429992,67 manat əlavə vergi məbləği hesablanmış, 2019-cu iln yanvar - iyun, avqust-dekabr ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə azaldılmış, həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin yanvar-may ayları üzrə ƏDV bəyannamələrində azalma aparılmışdır. Məhkəmə yuxarıda qeyd etdiyi kimi vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən dəqiqləşdirilmiş bəyannamələr təqdim olunmuş, bununla əlaqədar vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubları da cavablandırılmaqla aylar üzrə NKA-nın dövrü hesabatları və bank çıxarışları göndərilmişdir. Göndərilmiş sənədlərlə bağlı hər-hansı əlavə uyğunsuzluq müəyyən olunmadığı halda əsassız olaraq əlavə hesablama aparılmışdır. Cavabdehin dəlillərinə görə 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiyməti ilə statistik qiymətləri arasında 2061711,29 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. İş materiallarından göründüyü kimi 2019-cu ilin müvafiq hesabat dövrləri üzrə ƏDV və illik mənfəət vergisi bəyannaməsi real satış və maya dəyəri nəzərə alınmadan təqdim olunduğundan iddiaçı dəqiqləşdirilmiş bəyannamə ilə bu uygunsuzlugu aradan qaldırmışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin Vergi Məcəlləsinin 166-cı maddəsi vergi tutulan əməliyyatın aparıldığı vaxtı müəyyən edir. Yuxarıda əksini tapmış müddəalara əsasən belə nəticəyə gəlinir ki, büdcəyə ödənilməli ƏDV, Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəaları nəzərə alınmaqla təqvim ayı ərzində təqdim edilmiş malların (görülmüş işlərin və göstərilmiş xidmətlərin) dəyərindən hesablanan vergi məbləği ilə həmin ayda əldə edilmiş elektron vergi hesab fakturaları üzrə (idxalda gömrük bəyannamələri üzrə) Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Büdcəyə ödənilən ƏDV məbləği hər bir təqvim ayı üçün növbəti ayın 20-nədək vergi ödəyiciləri tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannaməsi əsasında hesablanır. Eyni zamanda ƏDV bəyannamələri elektron vergi hesab-fakturaları, ödəniş sənədləri əsasında Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla tərtib olunur. Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına əsasən vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirir (maddə 37.1). İş materiallarından görünür ki, iddiaçı tərəfindən hesabat dövründə bir neçə dəfə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilsə də, sonda mübahisələndirilən qərarlar (inzibati aktlar) qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1.). Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3.). Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır. Məhkəmə hesab edir ki, məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktların qəbul edilməsinin hüquqi əsasını və qanuniliyini sübut edə bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin buna baxmayaraq iddiaçı hazırkı inzibati mübahisə məhkəmədə həll edildiyi zaman inzibati mübahisəyə və buna dair öz hüquqi mövqeyinə aid zəruri olan sənədləri həm məhkəməyə, eyni zamanda cavabdehə təqdim etmişdir. Vergilərin hesablanması xüsusi bilik tələb etdiyi üçün məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə - mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli 9/6003 saylı rəyinə əsasən Azərbaycan Respublikası İctisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə hesablanmış vergilərin düzgünlüyü təsdiqini tapmamışdır. Bu cür hesablamanın aparılması, mühasibat uçotu və vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) mühasibat uçotu məlumatları ilə cəmiyyət tərəfindən təqdim olunmuş bəyannamələrdə kənarlaşma aşkar olunmadı və hazırki tədqiqatla iddiaçının vergilərin hesablanması ilə bağlı qeyd etdiklərindən fərqli hallar müəyyən olunmamışdır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, xüsusi biliyə məxsus olan ekspert də qərarların qanuni olmamasını və iddiaçının hərəkətlərində hüquq pozuntusuna yol verilməməsini təsdiq etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********341500, **********342200, **********344600, **********347700, **********350500, **********359800, **********362600, **********366400, **********368800 və **********373000 nömrəli, xx.xx.2020-ci il tarixli **********606100 nömrəli, xx.xx.2020-ci il tarixli **********209800, **********214000, **********216400, **********217100 və **********218800, xx.xx.2021-ci il tarixli **********790000 nömrəli, xx.xx.2021-ci il tarixli **********562600 nömrəli və xx.xx.2021-ci il tarixli **********013600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar