Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2763/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 yanvar 1995-ci il tarixli İ-ЖГ № ******* nömrəli “X3” müvafiq deyişiklik (düzəliş) edilməsi, nigah ləğv olunduqdan sonra Şəhadətnamədə iddiaçının soyadının “Vaqidova” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 yanvar 1995-ci il tarixli İ-ЖГ № ******* nömrəli “X3” müvafiq deyişiklik (düzəliş) edilməsi, nigah ləğv olunduqdan sonra Şəhdətnamədə iddiaçının soyadının “Vaqidova” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı xx.xx.1990-cı ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olarkən İddiaçı özünün qız soyadından (Tatarova) imtina edərək, həyat yoldaşının soyadını (Vaqidova) qəbul etmişdir. Ər-arvadın birgə nikahdan uşaqları doğulmamışdır. Sonradan xəsiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş və xx.xx.1992-ci ildə onlar nikahın pozulması barədə Binqədi rayon WADQ şöbəsinə birgə ərizə vermişlər. Həmin ərizədə İddiaçı qeyd etmişdir ki, nikah pozulduqdan sonra nikah dövründə daşıdığı “Vaqidova” soyadını saxlamaq istəyir. Binqədi rayon WADQ şöbəsi ər-arvadın ərizəsi üzrə nikahın pozulması barədə 1995-ci ildə qeydiyyat aparılmış və bu barədə tərəflərə 07 yanvar 1995ci il tarixli 1-ЖГ № ******* nömrəli “X5” verilmişdir. Lakin, İddiaçı ərizəsində göstərdiklərinə zidd olaraq “X3” qeyd edilmişdir ki, nikah ləğv olunduqdan sonra iddiaçıya (qadına) “Tatarova” soyadı verilsin. Buna baxmayaraq, Zamira Vaqidovanın soyadını heç zaman dəyişdirməmiş, şəxsiyyətini təsdiq edən bütün sənədlərdə sənədlərdə (pasport və s.) həmişə soyadı “Vaqidova” qeyd edilmişdir. Hazırda ona göndərdiyi, notariat qaydasında etibarnamədən müəyyən olunur ki iddiaçını soyadı Vaqidovadır. Lakin “X3” və pasportunda soyadı fərqli göstərildiyi üçün, bu hal onun özünün istəyinə ziddi olmaqla bərabər, həmdə mülki və sair hüquqlarının həyata keçirilməsində problemlər yaratmışdır. Ona görə iddiaçı “X2” müvafiq düzəlişlərin edilməsi barədə şəhadətnaməni vermiş Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Binəqədi rayon Qeydiyyat şöbəsinə “ X3” müvafiq düzəliş və dəyişilik etməkdən imtina etmişdir. O, AR Ailə Məcəlləsinin 161.1-ci maddəsinə istinadən, imtinanın səbəbini belə izah etmişdir ki, düzəliş kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda müvafiq icra orqanı (Qeydiyyat şöbəsi) tərəfindən həyata keçirilir. Cavabdeh həmdə izah vermişdir ki, vətəndaşlıq vəziyəti aktında dəyişiliklik etməkdən onları imtina məktubundan (inzibati qərardan) inzibati qaydada məhkəməyə şikayət vermək hüququmuz vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Tədqiq edilmiş sübutlar.
İİ-СЯ 091325 nömrəli iddiaçıya məxsus “Doğum haqqında şəhadətnamə”də soyad qrafasında soyadı Tatarova qeyd edilmişdir. İ-ЖГ 462195 nömrəli “X5”dən görünür ki, İddiaçı X1 ilə nikahı pozulmuşdur. 45 13 251054 nömrəli pasportdan görünür ki, iddiaçı X8 Rusiya Federasiya vətəndaşıdır. Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin 15 avqust 2024-cü il tarixli, 3-16-5/7-13-1413/24 saylı məktubunda qeyd edilmişdir ki, Azərbyacan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyttəi orqanın müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən İddiaçı nikahının pozulması haqqında akt qeydi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş 07 yanvar 1995-ci il tarixli akt qeydindən görünür ki, iddiaçıya nikahı pozulduqdan sonra Tatarova soyadı verilmişdir. X4 ilə İddiaçı tərəfindən imzalanmış 19 iyun 1992-ci il tarixli Nigahın pozulması haqqında ərizəsinə əsasən, İddiaçı nigahda olan soyadını saxlamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ
İV. Məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən
- 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən
- 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən:
- 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 7.2. bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.
İşin faktiki hallarına əsasən iddiaçının soyadı “Tatarova” olmuş, nikahı bağlandıqdan sonra ərinin “Vaqidova” soyadını seçmişdir. Daha sonra X4 ilə İddiaçı nikahları pozulmuş, nikahın pozulması zamanı iddiaçı 19 iyun 1992-ci il tarixli ərizəsində soyadının “Vaqidova” kimi qalmasını xahiş etməsinə baxmayaraq, iddiaçının soyadı Tatarova olaraq qeyd edilmişdir. Lakin İş materiallarında olan iddiaçıya məxsus digər sənədlərdə soyadı “Vaqidova” kimi qeyd edilmişdir. Sənədlərdə olan uyğunsuzluğu aradan qaldırılması üçün iddiaçı yuxarıda istinad edilən normalara əsasən “X3” soyadının “Tatarova”dan “Vaqidova”ya, dəyişdirilməsi (düzəliş edilməsi) tələbində haqlıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 yanvar 1995-ci il tarixli İ-ЖГ № ******* nömrəli “X3” müvafiq deyişiklik (düzəliş) edilməsi, nigah ləğv olunduqdan sonra Şəhdətnamədə iddiaçının soyadının “Vaqidova” qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 yanvar 1995-ci il tarixli İ-ЖГ № ******* nömrəli “X3” müvafiq deyişiklik (düzəliş) edilməsi, nigah ləğv olunduqdan sonra Şəhdətnamədə İddiaçı soyadının “Vaqidova” qeyd edilməsi (düzəliş edilməsi) öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа