Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2765/2024 10.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Atakişiyev Timur Abbas oğlu və X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanından Atakişiyev Timur Abbas oğlu və X1 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 2 ünvanda 0,1164 ha torpaq sahəsində istifadədə olan, 228,27 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı RX № ******* saylı, 22 avqust 2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 17960 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Oğlu - Atakişiyev Timur Abbas oğlu 17 yanvar 2013-cü il tarixdən ona məxsus həmin fərdi yaşayış evində qeydiyyatdadır. Atakişiyev Timur Abbas oğlu həmin evdə pasport qeydiyyatında olsa da bir gün də olsun həmin evdə yaşamamışdır. Belə ki, oğlu ilə birlikdə qardaşının onun üçün aldığı Buzovna qəsəbəsində olan iki otaqlı evdə yaşamışlar. Sonradan oğlu instituta qəbul olub oxuduğu üçün Buzovna qəsəbəsində olan iki otaqlı evi sataraq Nərimanov rayonunda yeni tikili olan binada ev almış və həmin evdə yaşamağa davam etmişdirlər. Lakin, ev təhvil verilmədiyi üçün pasport qeydiyyatları mübahisələndirilən evdə qalmışdır. X8 Abbas oğlu bir gün də olsa yaşamadığından qeydiyyatı formaldır. Atakişiyev Timur Abbas oğlu iddiaçıya qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı onun tərəfindən qarşılıqlı iddia verilərək, ilkin iddianın rədd edilməsi, Atakişiyev Timur Abbas oğlunun 5000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdeh İddiaçı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına köçürülməsi və Atakişiyev Timur Abbas oğlunun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manatın və 100 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, iş üzrə "xxxx" MMC-nin 02 81/22 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlu tərəfindən ödənilmiş 500 (beş yüz) manatın ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğlunun 5.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya qaydasında İddiaçı tərəfindən mübahisələndirilmiş və qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçı mübahisələrdirilən yaşayış evində istifadə hüququnun olduğunu iddia etsə də, bunu təsdiq edən öz izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən yaşayış evində pasport qeydiyyatında olması həmin evdə istifadə hüququnun yaranmasını təsdiq edən hal kimi qəbul edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış sahəsində istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi əsaslı olmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, yalnız iddiaçının cavabdehin ailə üzvü olub həmin yaşayış evində pasport qeydiyyatında olmaqla, istifadə hüququnun olması barədə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış evində istifadə hüququnun olması müəyyən edilmədiyindən, cavabdehin apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməsini təklif edilən kompensasiya məbləğinin ədalətli olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti də əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi yaşayış evində istifadə hüququnun mövcud olduğu müəyyən edildiyi halda, ona mülki qanunvericiliyin tələbinə uyğun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi müzakirə edilə bilərdi. Lakin hazırkı' işdə iddiaçının istifadə hüququ müəyyən edilmədiyi üçün, onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddianı müzakirə üçün də hüquqi əsaslar olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaya dair hissədə qətnamə ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023cü il tarixli, 2(103) 974/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır, belə ki, həmin qətnamə Atakişiyev Timur Abbas oğlu tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2555/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı ilə Atakişiyev Timur Abbas oğlunun mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Bu isə mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Atakişiyev Timur Abbas oğlunun həmin mənzildə yaşamasa da formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneədir. Bununla bağlı olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət edərək, Atakişiyev Timur Abbas oğlunun mübahisələndirilən mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də İdarədən verilmiş cavab məktubunda məhkəmə orqanlarına müraciət etməsi “tövsiyə” edilmişdir. Halbuki işin qeyd olunan halları ilə Atakişiyev Timur Abbas oğlunun mübahisələndirilən mənzilə istifadə hüququ müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14620/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Atakişiyev Timur Abbas oğlu və X2 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü Atakişiyev Timur Abbas oğlu, 16.10.202-ci il təvəllüdlü X2 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2- 34073/2023 nömrəli məktubunda bildirilmişdir ki, X7 xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyata əsas verən sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********81 nömrəli məktubunda bildirilmişdir ki, Atakişiyev Timur Abbas oğlunun sözügedən ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.116433 ha sahəsi olan 359 saylı sahə X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X4 vərəsəsi İddiaçıdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən miras əmlakdan 1/1 hissədə pay almalıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində 0.1164 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 228.27 kv.m olan ev 85 İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına köçürülməsi və Atakişiyev Timur Abbas oğlunun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manatın və 100 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, iş üzrə "xxxx" MMC-nin 02-81/22 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlu tərəfindən ödənilmiş 500 (beş yüz) manatın ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğlunun 5.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-974/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğlunun cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası və cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğluna qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2555/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Atakişiyev Timur Abbas oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13- 45/2-A-18269/11/23 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən sahəsi 228.27 kv.m olan ev 85 X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmış, sonuncunun xx.xx.2016-cı il tarixdə vəfatından sonra həmin əmlakla bağlı İddiaçı adına xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmiş, daha sonra həmin fərdi yaşayış evi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər Atakişiyev Timur Abbas oğlu iddiaçının oğlu və X2 nəvəsidir. Hazırkı iş üzrə qeydiyyatdan çıxarılması ilə bağlı tələbə baxarkən yuxarıda qeyd edildiyi kimi üçüncü şəxslərin ilk növbədə həmin evə dair əmlak hüququnun olması baxımından yoxlama ilə müəyyən olunur ki, üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-974/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Atakişiyev Timur Abbas oğlunun cavabdeh İddiaçı qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası və qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh Atakişiyev Timur Abbas oğluna qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin 2(102)- 2555/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılmışdır. Adıçəkilən qətnamədə hazırkı üçüncü şəxsin mübahisəli əmlaka istifadə hüququna qiymət verərəkən məhkəmə qeyd etmişdir ki: “(...) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış sahəsində istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi əsaslı olmamışdır. (...) İddiaçının mübahisələndirdiyi yaşayış evində istifadə hüququnun mövcud olduğu müəyyən edildiyi halda ona mülki qanunvericiliyin tələbinə uyğun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi müzakirə edilə bilərdi. Lakin hazırki işdə iddiaçının istifadə hüququ müəyyən edilmədiyi üçün, onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddianı müzakirə üçün də hüquqi əsaslar olmamışdır.” Göründüyü kimi üçüncü şəxs mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal-faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar. Nəzərə almaq lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Qeyd edilməlidir ki, üçüncü şəxs Atakişiyev Timur Abbas oğlunun sözügedən fərdi yaşayış evinə istifadə hüququnun mövcud olmaması barədə məsələ öz həllini tapdığından, qanunla himayəsində olan, valideynin yaşadığı yer həm də yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri hesab olunduğundan hazırkı halda məhkəmə üçüncü şəxsin yetkinlik yaşına çatmayan ailə üzvü olan X1 da həmin ünvandan qeydiyyatdan çıxarılmasını əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarının və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxslər iddiaçı ilə birlikdə yaşamayan, ona məxsus evə dair əmlak hüquqları olmayan şəxs (lər) olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü Atakişiyev Timur Abbas oğlu, 16.10.202-ci il təvəllüdlü X1 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Atakişiyev Timur Abbas oğlu və X1 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova