Məhkəmə qərarları › İş №2-1(112)-2765/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2765/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2765/2025 07.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xİdmətinin nümayəndəsi X1, cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-in nümayəndəsi X2 və X6 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nə qarşı “87826 nömrəli açıq tenderin və onun nəticələrinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ “müxtəlif təyinatlı arabaların və mebellərin satınalınması” adlı elan etdiyi 87826 nömrəli aşıq tenderin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ “müxtəlif təyinatlı arabaların və mebellərin satınalınması” adlı elan etdiyi 87826 №li açıq tenderdə iştirak etməklə 83899.53 manat məbləğlə tenderdə İddiaçı iştirakçı və iddiaçı olmuşdur. Bu barədə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ tərəfindən açıq tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2024-cü il tarixli, 2 saylı İclas Protokolu qəbul edilmiş, həmin protokolla, açılış ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim edilməsi və tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bitməsinə 10 (on) bank iş günü qalanadək qiymətləndirilməsini bitirərək qərar qəbul etməsini qərara alınmışdır. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Aniinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidməti və satınalan təşkilat heç bir hüquqi əsas olmadan qanunsuz şəkildə iddiaçını tenderden uzaqlaşdıraraq bu barədə məktub və müraciətə baxılmasının nəticəsi barədə imtina verərək faktiki olaraq iddiaçını real və sağlam iddiaçı olaraq tenderdən kanarlaşdırmışlar. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2024-cü il tarixli, 3-21-1/2-16068/2024 saylı müraciətə baxılmanın nəticəsi barədə məktubla “Dövlət satınalmaları haqqında” Qanunun bəzi müddəalarını əsas gətirərək həmin qanunun 23.11-ci maddəsinə əsasən qeyd etmişdir ki, təchizatçının uyğunluq göstəriciləri barədə verdiyi qeyri-dəqiq və natamam məlumat satınalma komissiyasının tələbi ilə 3 (üç) ərzində aradan qaldırılmalıdır. Satınalma komissiyası tərəfindən iddiaçıya natamamlıq barədə heç bir məlumat daxil olmamış, prosesdən tərəfin xəbəri olmadan dərhal kənarlaşma barədə imtina tərtib edilərək iddiaçıya göndərilmişdir. Hansı ki, satınalan təşkilat hər hansı bir natamamlıq barəsində məlumat versəydi şərtlər toplusuna daxil olmuş bütün zəruri sənədlər mövcuddur ki, şərtlər toplusuna uyğun sənədlər və maddi texniki imkanlar olmasaydı heç bir halda elan edilmiş tenderdə iştirak hüququ olmazdı. Satınalma yerli, kiçik və orta sahibkatlıq subyektlərinin satınalmalarda iştirakını təmin etməklə, onların fəaliyyətinin sürətləndirilməsinə zəmin yaradan sistemdir. Həmin sistemlə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və dövlət büdcəsinə maksimum qənaət edilməsi tənzimlənir.

3. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.

6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın geri götürülmüş sayılması

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.

10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

11. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar