Məhkəmə qərarları › İş №2-1(112)-2767/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2767/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2767/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02 iyul 2021-ci il tarixli (№ **********4) cavabını qanunsuz hesab edərək, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsillidir. Hazırda 66-cı yaşın içindədir. 07 may 1976-cı ildən 02 iyun 1978-ci ilə kimi (22 ay 23 gün) hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlamışdır. Yaşı ilə əlaqədar olaraq pensiya üçün müraciət etdikdə, əmək stajının kifayət qədər olmadığı bildirmişdir. Lakin onun 13 aylıq iş stajı əmək kitabçasına yazılmamışdır. Çünki əvvəlki əmək kitabçası itmişdir, hazırki əmək kitabçası sonradan yazıldıqda həmin 13 aylıq iş stajı təzə əmək kitabçasına yazılmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, Bakı Baş Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1956cı il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1972-ci il tarixli, 222/ş saylı əmrlə Texniki peşə məktəbini bitirdikdən sonra 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə işə qəbul olunması, xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdən işdən azad olunması və 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. Ona xx.xx.2021-ci il tarixində əmək pensiyası təyin olunması barədə cavabdehə müraciət etmişəm. Müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.1979-cu il tarixində tərtib edilmiş NT-İ № ******* saylı əmək kitabçasına, 16 №-li texniki peşə məktəbinin № 419 saylı attestatının və hərbi biletinin surətinə əsasən xx.xx.2006-cı il tarixlinədək sığorta stajı 23 il 3 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli cavabı qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. İddiaçının Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İşin mübahisələndirilməyən halı iddiaçının xx.xx.1976 xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd olunan dövrlərdir. İşin mübahisələndirilən halı iddiaçının 1972, 1973 və 1974-cü illərdə Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrlərdir. İlk növbədə iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixli, ИT-İ № ******* saylı əmək kitabçasına, 16 №-li texniki peşə məktəbinin № 419 saylı attestatının və hərbi biletinin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 23 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli, 43 nömrəli arxiv arayışında Bakı Baş Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı xx.xx.1972-ci il tarixli, 222/s saylı əmrlə Texniki peşə xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdə işdən azad olunması və 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatlar qeyd edilmişdir. Lakin 1972-ci ilin oktyabr ayında, 1973cü ilin yanvar - avqust və oktyabr - dekabr aylarında, 1974-cü ilin yanvar ayında İddiaçı əməkhaqqı ödənilmişdir. Qalan aylarda əməkhaqqı ödənilməmişdir. Beləliklə iddiaçıya bəzi aylarda əməkhaqqı ödənilməməsi onun həmin müəssisədə işləməsi faktını şübhə altına aldığı üçün həmin illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Elektron Məhkəmə Sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarına baxış nəticəsində əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx xxx 1956-cı il təvəllüdlü olmaqla Bakı şəhərində anadan olmuşdur. İşdə olan İT-İ № ******* saylı əmək kitabçasının dublikatının notarial qaydada təsdiq olunmaqla tərcümə olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi XTİ-85 trestinə 2-ci dərəcəli suvaqçı qəbul edilmiş, xx.xx.1979-cu il tarixdən 3-cü dərəcəli suvaqçı keçirilmiş, xx.xx.1980-ci il tarixdən 4-cü dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1981-ci il tarixdən 5-ci dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1982-ci il tarixdən suvaqçıların briqadiri keçirilmiş, xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən Elmi-bərpa İstehsalat müəssisəsinə 5-ci dərəcəli rəngsaz-suvaqçı qəbul edilmiş, xx.xx.1989-cu il tarixdən 4-cü dərəcəli daşyonan ixtisası verilmiş, xx.xx.1990-cı il tarixdən 5-ci dərəcəli daşyonan ixtisası verilmiş, xx.xx.1990-cı il tarixdən “Antik” Xüsusi Elmi-bərpa İstehsalat İdarəsinə keçməsi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə “Antik” Xüsusi Elmi-bərpa İstehsalat İdarəsinə 1 saylı sahəyə 5-ci dərəcəli daşyonan qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə 22 saylı EBİİ-nə keçirilməsi ilə işdən azad edilmişdir.xx.xx.1993-cü il tarixdən 22 saylı EBİİ-də 5-ci dərəcəli daşyonan vəzifəsində, xx.xx.1994-cü il tarixdən 14 saylı EBİİ-də 5-ci dərəcəli daşyonan vəzifəsində işləmiş, xx.xx.1996-cı il tarixdə idarənin ləğvi ilə əlaədar işdən azad edilmişdir. xx.xx.1996cı il xx.xx.1999-cu il tarixədək 5-ci dərəcəli daşyonan vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 07 oktyabr 1972-ci il tarixdə verilmiş 419 saylı attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16 noyabr 1970-cı il tarixdən 07 oktyabr 1972-ci il tarixədək 16 №-li texniki peşə məktəbində suvaqçı-rəngsaz peşəsi üzrə təhsil almış və ona 3-cü dərəcəli suvaqçı-rəngsaz ixtisası verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli, Ş-43 saylı məktubdan görünür ki, Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixli, 222/s saylı əmrlə Texniki peşə məktəbini bitirdikdən sonra 3-cü dərəcəli suvaqçı-rəngsaz peşəsinə işə qəbul olunması, xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdən işdən azad olunması və 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Mövcud dövlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. Həmin cədvəldən görünür ki, İddiaçı 1972-ci ilin oktyabr ayı üzrə, 1973-cü ildə sentyabr ayı istisna olmaqla yanvar ayında-dekabr ayınadək bütün aylar üzrə, 1974-cü ilin yanvar ayı üzrə əmək haqqı ödənilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 02 iyul 2021-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim edilən xx.xx.1979-cu il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçası, 16 №-li texniki peşə məktəbinin № 419 saylı attestatının və hərbi biletinin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 23 il 3 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-ci il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və iddiaçının həqiqi hərbi xidmətdə olduğu, texniki peşə məktəbində təhsil aldığı və əmək kitabçasında qeyd edilmiş bütün dövrlərdən başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv məlumatları əsasında xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində işlədiyi dövr də sosial sığorta stajına hesablanmaqla, pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Hazırki mübahisə üzrə iddiaçının həqiqi hərbi xidmətdə olduğu, texniki peşə məktəbində təhsil aldığı və ona məxsus əmək kitabçasında qeyd olunan dövrlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfindən iddiaçının 1972, 1973 və 1974-cü il tarixində Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeyd edilmədiyi əsası ilə həmin dövrün onun sosial sığorta stajına hesablanmasından imtina edilmişdir. Lakin iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövrlərin əmək kitabçasını itirdiyi səbəbindən əmək kitabçasının dublikatına qeyd edilmədiyini iddia edir. Məhkəmə bununla bağlı qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş məktublardan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixli, 222/s saylı əmrlə Texniki peşə məktəbini bitirdikdən sonra Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsinə 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə işə qəbul olunmuş və xx.xx.1974-cü il tarixli, 45 saylı əmrlə xx.xx.1974-cü il tarixdən işdən azad olunmuşdur. 1972, 1973, 1974-cü illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Mövcud dövlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuş və həmin cədvəl əsasında iddiaçıya həmin illərin bir neçə ayları üzrə əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh iddiaya dair verilmiş yazılı etirazında iddiaçıya 1972-ci ilin oktyabr ayında, 1973-cü ilin yanvar - avqust və oktyabr - dekabr aylarında, 1974-cü ilin yanvar ayında əməkhaqqı ödənildiyini, qalan aylarda əməkhaqqı ödənilmədiyini, beləliklə iddiaçıya bəzi aylarda əməkhaqqı ödənilməməsi onun həmin müəssisədə işləməsi faktını şübhə altına aldığı üçün həmin illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmadığını göstərmişdir. Məhkəmə cavabdehin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş cavab məktublarında Bakı Baş Tikini İdarəsi 5 saylı Tikinti İdarəsinin arxivə təqdim edilmiş sənədlərinin natamam olduğu qeyd edilmişdir. Bu da müəyyən aylar üzrə əmək haqqı ödənişləri ilə bağlı sənədlərin natamam olmasını istisna etmir. Digər tərəfdən arxiv sənədlərində olan məlumatlarda (işə qəbul olma və işdən azad olma barədə əmrlər üzrə) mübahisələndirilən dövr üzrə iddiaçının həmin idarədə işlədiyi təsdiq olunsa da, lakin iddiaçının əmək kitabçası dublikat olduğundan, yəni yenidən doldurulduğundan, həmin dövrün işəgötürən tərəfindən əmək kitabçasının dublikatına qeyd edilmədiyi qənaətinə gəlmək üçün əsas yaradır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X3 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövrlər onun sosial sığorta stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2020-cu ilin iyul ayının 1-dən 2021-ci ilin iyul ayının 1-dək kişilərin yaş həddi 65 yaş olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, pensiya yaşı (65 yaşı) xx.xx.2021-ci ildə tamam olmuşdur. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun texniki peşə məktəbində təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla ümumi sosial sığorta stajı 25 ildən artıq müddəti təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum 25 il sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Baş Tikinti İdarəsi 5 saylı Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 65 yaş tam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar