Məhkəmə qərarları › İş №2-1(112)-2768/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2768/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2768/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 (ünvan 1i ünvanında qeydiyyatda olan) İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin 0.02564 ha ölçü ilə iddiaçının mülkiyyət hüququmun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməməsi, torpaq sahəsinin dövlət reyestrindən çıxarışın tərtib edilərək verilməməsindən (torpaq sahəsinin sənədləşdirilməsindən) ibarət imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi - 0.02564 ha ölçü ilə göstərilməklə onun mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə xx xxxxxx 2019-cu il tarixli elektron müraciətlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin, cavabdeh təşkilat torpaq sahəsini sənədləşdirilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1991-ci il tarixli texniki pasporta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən 0.01008 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair ********** nömrəli elektron çıxarış hazırlanmışdır. Nərimanov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1380/2004 nömrəli qətnaməsi əsasında xx xxxxxx 1991-ci il tarixli texniki pasportda müvafiq dəyişikliklər edilərək torpaq sahəsinin həqiqi ölçüsü 0.02564 ha, tikinti altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01008 ha göstərilmişdir. İmtina məktubunda sözügedən qətnamə ilə torpaq sahəsi üzərində istifadə hüququ tanınmamış, yalnız xx.xx.1991-ci il tarixli texniki pasportda mövcud vəziyyətə uyğun müvafıq dəyişikliyin edilməsi qət olunması bildirilnmişdir. Daha sonra imtina məktubunda Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8ci maddəsinə istinad edilmiş, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması göstərilmişdir. Eyni zamanda imtina məktubunda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyaısına istinad edilərək, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin siyahıya daxil edildiyi göstərilmiş və məhkəməyə müraciət etməyimi tövsiyyə etmişlər. İddiaçı hesab edirki, məktubda torpaq sahəsinə hüquqlarının olduğu etiraf edilsə də, heç bir əsas göstərilmədən torpaq sahəsinin sənədləşdirilməsindən imtina edilmişdir. Yəni, məktubun təsviri hissəsi ilə sonuncu cümləsi ziddiyyət təşkil edir. Belə ki, mübahisəli torpaq sahəsinə hüquqları artıq Nərimanov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli. 2- 1380/2004 nömrəli qətnaməsi ilə tanınmışdır. Bu da preyudisiya halı hesab olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə görə Bir mülki is üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin isdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mııbahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti iizrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MiUki Kollegiyasının xx xxxxxxx 2014-cii il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında deyilir: “Preyudisihya institutunun əsas funksiyası evni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabillivi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti evni Faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə uəlinməsinin qarşısını almaqdan ibarətdir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2,-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən acıq hərracın nəticələrinə dair yekun protokol - daşınmaz əmlak üzərində hüquqların əmələ səhnəsinin dövlət qeydiyyatı üciin aşağıdakılar əsas hesab olunur. Həmin qanunun 4.1 -ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4,-cü maddəsinə əsasən Hüquqların dövlət qevdivvatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə tam riayət edilməklə bütün prosedurları keçmiş və zəruri olan sənədləri toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci maddəsində deyilir: “Müəyyən edilsin ki, bu Fərmanın 1 -ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.“ Həmin Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi əşyaya sahiblik və istifadə hüquqlarını həm də ayrı-ayrılıqda mülkiyyət hüququnun mövcudluğu kimi müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin məcmusu ilə təsdiq olunur ki, cavahdeh təşkilat tərəfindən mülkiyyət hüququnun qeydiyyatından əsassız imtina edilməsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırmaqla qanunvericiliyin tələblərini pozur. Belə ki, «Daşınmaz əmiakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfınden verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Qanun normalarının tələbinə əsasən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını tələb etdiyi binaya dair təqdim edilmiş sənədlər həmin əmlaka dair hüquqların qeydiyyatı üçün əsas olmasına baxmayaraq və hüquqların dövlət qeydiyatından və sənədlərin qəbul edilməsindən imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından cavbdehin hərəkətsizliyi qanunvericiliyə uyğun deyildir və bunun nəticəsində bizim daşınmaz əmlakımızın dövlət reystrində qeydiyyatı hüququ pozulmuş olur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mülkiyyət hüququmun qeydiyyata alınması, həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planı və ölçüsünün tərtib edilərək mənə verilməsi üçün müvafiq sənədlərin qəbul edilməsindən imtina olunması, onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunan və təsbit olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hiiququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sorəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bunula əlaqədar Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinad edilməsini zəruri hesab edirik. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə və «X2» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən beynəlxalq müqavilələr Azərbaycan Respublikası Qanunvericiliyinin tərkib hissəsidir. Qeyd olunanlara əsasən iddiaçı göstərilən əsaslarla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim etmişdir. Etiraza görə Bakı inzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2768/2020 saylı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi - 0.02564 ha ölçü ilə göstərilməklə mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Bildirirlər ki, iddiaçının sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininə müraciəti daxil olmuşdur. Bununla əlaqədar bildirilmişdir ki, xx xxxxxx 1991-ci il tarixli texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən 0.01008 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Qeyd edirlər ki, Nərimanov rayon Məhkəməsinin qətnaməsi əsasında xx xxxxxx 1991-ci il tarixli texniki pasportda müvafiq dəyişikliklər edilərək torpaq sahəsinin həqiqi ölçüsü 0.02564 ha, tikinti altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01008 ha göstərilmişdir. Göründüyü kimi, həmin qətnamə ilə torpaq sahəsi üzərində istifadə hüququ tanınmamış, yalnız xx.xx.1991ci il tarixli texniki pasportda mövcud vəziyyətə uyğun müvafiq dəyişikliyin edilməsi qət olunmuşdur. Bildirirlər ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində müəyyən edilmişdir. Qanuna görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı” təsdiq edilmişdir. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin siyahıya daxildir. Bununla əlaqədar vətəndaşa **********15 saylı xx.xx.2019-cu il tarixli məktubda münasibət bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təKi sanəıərı, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak Kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısfnda qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında oagıanan muqavııəıər və torpaqla oagıı digər əqdiər və ya qanunverıcıiiKdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdiər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir, çıxarış qeydiyyat orqanının vəzıtəıı şəxslərinin muvatıq eıeKtron imzası ııə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********15 saylı, 26 noyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə xx xxxxxx 2019-cu il tarixli iddiaçının elektron müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılaraq bildirilmişdir ki, xx xxxxxx 1991 -ci il tarixli texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən 0.01008 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1380/2004 nömrəli qətnaməsinin əsasında xx xxxxxx 1991-ci il tarixli texniki pasportda müvafiq dəyişikliklər edilərək torpaq sahəsinin həqiqi ölçüsü 0.02564 ha, tikinti altında yerləşən torpaq sahəsinin ölçüsü 0.01008 ha göstərilmişdir. Göründüyü kimi, həmin qətnamə ilə torpaq sahəsi üzərində istifadə hüququ tanınmamış, yalnız xx.xx.1991-ci il tarixli texniki pasportda mövcud vəziyyətə uyğun müvafiq dəyişikliyin edilməsi qət olunmuşdur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində müəyyən edilmişdir. Qanuna görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı" təsdiq edilmişdir. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin siyahıya daxildir. İşdə olan, - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, 11 avqust 2004cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Bakı şəhəri, Tİ və MHQ İdarəsinin hərəkətsizliyinin qeyri-qanuni hesab edilməsi, X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, A.Səhhət küçəsi 29 saylı evə dair 1 saylı forma arayışın verilməsi, Bakı şəhəri, A.Səhhət küçəsi 29 saylı evin qarşısındakı həyətyanı torpaq sahəsinin evin texniki pasportuna daxil edilməklə texniki pasportda mövcud vəziyyətə uyğun müvafiq dəyişikliyin edilməsi, Qətnamənin icrası Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 84.80 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********71-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi 0,010080 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04/6609 inventar nömrəli xx xxxxxxxx 2019-cu il tarixli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, sənəd üzrə torpaq sahəsinin 001008, tikintialtı sahənin 0.01167, digər sahələrin 0.01397 olmaqla faktiki sahənin 0.02564 ha olduğu göstərilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, xx xxxxxx 2004-cü il tarixli qətnaməsinə əsasən istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi - 0.02564 ha ölçü ilə göstərilməklə onun mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsini tələb edir. Cavabdeh tərəfindən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsinin səbəbi olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına əsas verən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nda göstərilən əsaslardan biri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport(həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərildiyindən və iddiaçıya mməxsus sözügedən Texniki Pasportda edilən düzəlişlər 2004-cü il tarixdə aparıldığından müraciətin təmin edilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin 0.02564 ha ölçülər daxilində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, xx xxxxxx 2004-cü il tarixli qətnaməsinə istinad etməklə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. Qeyd olunan Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) da həmçinin həmin Siyahıya daxildir. Məhkəmə iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1380/2004 saylı, 11 avqust 2004-cü il tarixli qətnaməsinə istinad etməklə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 29 ünvanında yerləşən torpaq sahəsinin 0.02564 ha ölçülər göstərilməklə mülkiyyət hüququnun qeydiyyata alınması tələbini Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməli olduğundan və qeyd olunan Siyahının 2.4-cü bəndinin tələbi baxımından sözügedən sahəyə dair verilmiş Texniki Pasportun mülkiyyət hüquqlarının əldə edilməsi üçün əsas ola bilmədiyi qənaətindədir. Belə olan halda məhkəmə qeyd edir ki, texniki pasportda edilən dəyişikliklər 2004cü il tarixə təsadüf etdiyindən, iddiaçının sözügedən texniki pasporta istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə hüquqi əsasının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar