Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2769/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 14.12.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuşdur. Hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. Onun 04.08.1978-07.07.2006-cı il tarixə kimi işləməklə 27 il, 01 ay, 03 gün əmək sosial sığorta stajı olmuşdur. O, 04.08.1978-30.11.1994-cü il tarixə kimi “56 №-li Əli Bayramlı Təmir-Tikinti Quraşdırma İdarəsi”ndə “betonçu və izolyasiyaçı”, 05.12.1994-28.11.1996-ci ilə kimi “Cənubxüsusienerjimühafızə İdarəsi”ndə “izolyasiyaçı” və 08.01.1997-07.07.2006-cı ilə kimi “Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi”ndə “asfalt-beton yayan fəhlə və asfalt-beton yayan maşinist” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır sahədir və hesab edir ki, ona hüququnun yarandığı tarixdən, 14.12.2017-ci il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. İddia ərizəsini onunla əsaslandırır ki, o, həqiqətən də, 04.08.1978 - 07.07.2006-cı il tarixə kimi işləməklə 27 il, 01 ay, 03 gün əmək sosial siğorta stajı olmuşdur. O, 04.08.1978-30.11.1994-cü il tarixə kimi “56 №-li Əli Bayramlı Təmir-Tikinti Quraşdırma İdarəsi”-də “betonçu və izolyasiyaçı”, 05.12.1994-28.11.1996-ci ilə kimi “Cənubxüsusienerjimühafızə İdarəsi”ndə “izolyasiyaçı” və 08.01.1997-07.07.2006-cı ilə kimi “Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi”-də “asfalt- beton yayan fəhlə və asfalt-beton yayan maşinist” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır sahədir və hesab edir ki, hüququnun yarandığı 14.12.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “betonçular (2290 lOOa—11196)”, “izolyasiyaçılar (2290000a—12520)” və “asfalt-beton döşüyən maşinistlər (2290000a—14288)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını 01.01.2006- cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, cavabdeh təşkilata 21.07.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək, ona 14.12.2017-ci il tarixdən, 57 yaşdan "‘Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi isə 12.10.2020-ci il tarixli, **********9 saylı məktubla cavab olaraq ona 10.08.1978-ci il tarixdə etibarsız hesab edilmiş möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərin də sözlərin yazılışında qarışıq olaraq həm kiril, həm latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Halbuki, qeyd edilən dövrdə latın qrafikalı əlifba tətbiq edilmişdir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq mənə münasibətdə 48000 manat hesablandığı halda, fərdi hesabımın sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 24320,94 manat təşkil edir. Ona görə də hesab edilir ki, əmək pensiyasının təyinatı baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Cavabdehin imtinasına olan münasibətini onunla əsaslandırır ki, onun işlədiyi “betonçu”, “izolyasiyaçı” və “asfalt-beton döşüyən maşinist” vəzifələri 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “betonçular (2290 lOOa—11196)”, “izolyasiyaçılar (2290000a—12520)” və “asfalt-beton döşüyən maşinistlər (2290000a—14288)” kodları ilə qeyd edilmişdir və həmin vəzifələrin məhz yeraltı işlərlə bağlı deyil, bölmədən də göründüyü kimi bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, bərpası və təmiri qeyd edilir ki, bu da vəzifələrin həmin sahələrə aid olduğundan xəbər verir. Bundan başqa, cavabdeh imtinasında qeyd edir ki, o, iddiaçıya məxsus əmək kitabçasının 10.08.1978-ci il tarixdə etibarsız hesab edilmiş möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərin də, sözlərin yazılışında qarışıq olaraq həm kiril, həm latın qrafikalı hərflərdən istifadə olunmur. Hesab edir ki, cavabdehin bu iddiası əsaslı deyil və bunu onunla əsaslandırır ki, əvvəla əmək kitabçasının 10.08.1978-ci il tarixdə işlədiyi müəssisənin möhürünün etibarsız hesab edilməsini möhürün tam oxuna bilinməməsindən xəbər verir ki, bu da, onun günahı deyil. Çünki, müəssisənin keçmiş sovet dönəmində fəaliyyət göstərməsi, lakin müstəqil dövlət qurluşundan sonra isə ziyanla işləyərək, işçilərin günə muzd işləyərək 1994-cü il tarixdə bağlanması ondan xəbər verir ki, müəssisənin hər hansı bir hərəkət və hərəkətsizliklərinə görə vəzifəli şəxsləri olan müəssisə rəhbərliyi və kadrlar şöbəsi məsuliyyət daşıyır. Belə ki, əmək kitabçasında verilən nöqsanlarına görə işçini günahlandırmaq düzgün deyil və işçi məsuliyyət daşımır. Bunun üçün cavabdeh səlahiyyətlərindən istifadə etməklə həmin idarəyə məxsus sənədlərin arxivdən və yaxud idarənin tabeliyində olduğu dövlət qurumundan müvafiq sənədlərin alınmasına dair sorğular verilməklə əldə etməklə müəyyən etmək olardı. Lakin formal mülahizə xarakterli sözlərlə müəssisə möhürünün etibarsız hesab edilməsi hesab edir ki, düzgün ifadə deyildir və bu əsaslı olaraq əsaslandırılmalıdır. Bundan başqa, əmək kitabçasının 2-5-ci səhifələrinin qeydlərində sözlərin həm kiril, həm latın qrafikasından istifadə etməsinə münasibət olaraq bildirir ki, keçmiş sovet dövründə fəaliyyət göstərmiş bir çox müəssisə və təşkilatların vəzifəli şəxsləri və inzibati işçiləri sovet dövləti dağıldıqdan sonra bir müddət, yəni 2000-ci il tarixə kimi yarı kiril, yarı latın qrafikasından istifadə edirdilər ki, buna da rəsmi icazə vardır. Çünki, sovet dönəmindən sonra latın qrafikası ilə yazmaq çətinlik törətdiyindən və buna alışmaq üçün müəyyən zaman lazım olduğuna görə 2000-ci il tarixə kimi icazə verilmişdir, yalnız 2000-ci il tarixdə Nazirlər Kabinetinin müvafiq sərancamına əsasən ancaq latın qrafikasından istifadə edilməsi məcburi xarakter daşımışdır. Bu halların sübutu əsası olaraq digər şəxslərə məxsus əmək kitabçalarını nəzərdən keçirtdikdə və həmçinin digər müvafiq icra hakimiyyəti orqanlarının sənədlərini nəzərdən keçirtdikdə yuxarıda qeyd edilənlərin təsdiqini görə bilərik. Ona görə də, hesab edir ki, cavabdehin bu iddiası əsassızdır və burada qeyri-adi hal olmadığından, heç bir şübhə yaratmağa da, əsas yoxdur. Belə ki, cavabdeh buna şübhəsi vardırsa, onda əsaslı sübutların təqdim etsin və məhkəmə araşdırmasına əsasən hər hansı bir prossesual hərəkətlərin məhkəmə tərəfindən həyata keçirilməsinə heç bir etirazı yoxdur. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ 14.12.2017-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa 01.07.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşı tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə 01.01.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına uyğun olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Hesab edir ki, onun 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işdləiyinə, eləcə də, 14.12.2017-ci il tarixdə 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən, ona 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməklə pensiya təyin edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 avqust 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasım araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Belə ki, əmək kitabçasını açılarkən 10.08.1978-ci il tarixində mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq həm kiril, həm latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Halbuki qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24320,94 manat təşkil edir. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 21.11.1979-22.12.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş, Azərbaycan SSR X5 Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 127031 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 01.09.1976- 18.07.1978-ci illərdə peşə təhsili almışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04.08.1978-ci il tarixdə 56 nömrəli Əli Bayramlı Təmir-Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli betonçu peşəsinə işə qəbul edilmiş, 01.07.1979-cu ildə, 4-cü dərəcəli betonçu peşəsinə keçirilmiş, 14.11.1979-cu ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, 27.11.1979-22.12.1981-ci il tarixdə hərbi xidmətdə olmuş, 22.01.1982-ci il tarixdə 5-ci dərəcəli betonçu peşəsinə qəbul edilmiş, 30.12.1982-ci il tarixdə 6-cı dərəcəli betonçu keçirilmiş, 14.09.1984-cü il tarixdə 4-cü dərəcəli izolyasiyaçı keçirilmiş, 25.03.1986-cı il tarixdə 5-ci dərəcəli izolyasiyaçı keçirilmiş, 24.03.1988-ci il tarixdə 6-cı dərəcəli izalyasiyaçı keçirilmiş, 30.11.1994-cü il tarixdə işdən azad edilmişdir. 05.12.1994-cü il tarixdə “Cənubxüsusienerjimühafizə İdarəsi”-nə “izolyasiyaçı” peşəsinə qəbul edilmiş, 28.11.1996cı ildə işdən azad edilmiş, 08.01.1997-ci il tarixdə 3 saylı Yol Tikinti Təmir X9 15 saylı YTİ-nə 5 dərəcəli asfalt betonlayan fəhlə peşəsinə qəbul edilmiş, 04.01.2001-ci il tarixdə işdən azad edilmiş, 05.01.2001-ci il tarixdə Əli-Bayramlı “Yol-Tikinti-3” ATSC-yə 5-ci dərəcə asfaltbeton döşəyən fəhlə qəbul edilmiş, 30.05.2005-ci il tarixdə 6-cı dərəcəli asfalt beton döşəyən maşinist peşəsinə keçirilmiş, 07.07.2006-cı il tarixdə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 03 nömrəli, 14 fevral 2020-ci il tarixli “Güzəştli iş stajı haqqında” Arayışdan görünür ki, İddiaçı 08 yanvar 1997-ci il tarixdən, 07/k saylı əmri ilə Əli Bayramlı şəhər, indiki Şirvan şəhər 15 saylı Yol-Tikinti idarəsinə 5-ci dərəcəli asfalt beton döşəyən fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2000-ci il tarixli 8 saylı qərarı, Azəravtoyol “DŞ”-nin 15 və 21 fevral 2000-ci il tarixli 30 və 49 saylı əmrlərinə əsasən Əli- Bayramlı 15 saylı Yol-Tikinti İdarəsi ləğv edilib və onun bazasında (hüquqi varis olaraq) Əli- Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi yarandığı üçün 22.02.2000-ci il tarixli 07/k saylı əmrlə işdən azad edilib, köçürmə yolu ilə yeni yaradılmış 3 saylı Yol-Tikinti İdarəsinə 06.03.2000-ci il tarixli 04/ saylı əmrlə 5-ci dərəcəli asfalt beton döşəyən fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramını rəhbər tutaraq Azərbaycan Respublikasının 1996-cı il 29 Noyabr 208 LQ №-li Qanunu ilə təsdiq edilmiş Dövlət müəssisələrinin Səhmdar Cəmiyyətə çevrilməsi haqqında əsasnaməyə uyğun olaraq Əmlak Nazirliyinin 29 dekabr 2000-ci il tarixli 398 saylı əmrinə əsasən Əli-Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi ləğv edilib. Onun hüquqi varisi olaraq Əli-Bayramlı "xxxx" ASC yarandığı üçün 04.01.2001ci il tarixli 01 saylı əmrlə işdən azad edilib və yenidən 05.01.2001-ci il tarixli 02 saylı əmrlə Əli- Bayramlı "xxxx" ASC-yə öz işinə qəbul edilmişdir. Peşə dərəcəsini artırmaq məqsədi ilə sədrin əmrinə əsasən 30 may 2005-ci il tarixli 21/k saylı əmrlə 6-cı dərəcəli asfalt beton döşəyən maşinist peşəsinə qəbul edilmişdir. 07.07.2006-cı il tarixdən 39/k saylı əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) tutduğu peşədən azad edilmişdir. İddiaçı Abdulrazak oğlu işlədiyi dövr ərzində 10 il 6 ay 1 gün asfalt beton döşəyən fəhlə və maşinist peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli güzəştli yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin göstəricilərin 29 “A” bəndində asfalt beton döşəyən fəhlə və maşinist təsdiqlənib. İddiaçı Abdulrazak oğlunun güzəştli şərtlərə göə əmək pensiyası hüququ olduğunu təsdiq edir. İşdə olan Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 124 nömrəli, 12 may 2020-ci il tarixli arayışdan görünür ki, 56 nömrəli Əli Bayramlı Təmir Tikinti Quraşdırma İdarəsi və “Cənubxüsusienerjimühafizə idarəsi”nin sənədləri filiala təhvil verilməmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 12.10.2020-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək satjı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filial tərəfindən təqdim edilmiş 10 avqust 1978-ci il tarixli ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr vardır. Belə ki, əmək kitabçası açılarkən 10.08.1978-ci il tarixində mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5-ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq həm kiril, həm latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Halbuki, qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsidnə qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəində qeydə alınan pensiya kapitalı cəmi 24320.94 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddiaçının adına 10.08.1978-ci il tarixdə, ИТ-İ seriyalı, ******* nömrəli ilə açılmış əmək kitabçası araşdırılarkən məhkəmə tərəfindən də, müəyyən olunmuşdur ki, əmək kitabçası açılarkən 10.08.1978-ci il tarixində mövcud olmayan etibarsız möhürlə təsdiqlənmiş, həmçinin 2-5ci səhifələrinin qeydlərində sözlərin yazılışında qarışıq olaraq, həm kiril, həm də, latın qrafikalı hərflərdən istifadə olunmuş, hərflərdə düzəliş edilmişdir. Halbuki, qeyd olunan dövrdə latın qrafikalı əlifba tətbiq edilmirdi və əmək kitabçasında edilən hər bir düzəliş möhürlə təsdiq edilməli idi. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 124 nömrəli, 12 may 2020-ci il tarixli arayış da, mövcuddur ki, həmin arayışdan görünür ki, “56” №-li Əli Bayramlı Təmir Tikinti Quraşdırma” İdarəsi və “Cənubxüsusienerjimühafizə İdarəsi”-nin sənədləri X3 təhvil verilməyib. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında olan məlumatların mötəbərliliyi, arxiv sənədləri ilə də, sübuta yetirilmir. Bu səbəbdən də, iddiaçının həmin müəssisədə işlədiyi illər mötəbər qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə iddiaçının pensiya hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq araşdıraraq hesab edir ki, 01.01.2006-cı il tarixədək, qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı olduğu təqdirdə güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bildiyindən, iş materialları ilə isə iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının olmaması iş materialları ilə sübuta yetirildiyindən hazırki iddia tələbi əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. “ Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi təşkil etdiyi üçün iddiaçının güzəştli şərtlərlə pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbləri baxımından yoxlanıldığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsinin araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2769/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2769/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver