Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2769/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 5-ci mərtəbə, 6 №li, 2 otaqlı olan mənzilə, 10-cu binasında, 10-cu blok, 10-cu mərtəbə, 3 №li, 3 otaqlı mənzilə, 4-cü binasında, 4-cü blok, -1-ci mərtəbədə qaraj sahəsinə və 10-cü binasında, 10-cü blok, -2-ci mərtəbədə qaraj sahəsinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka (‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və xx.xx.2023-cü il tarixli, **********422200 saylı, 06 sentyabr 2023-cü il tarixli, **********157000 saylı və 25 sentyabr 2023-cü il tarixli, **********721600 saylı imtina qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, ilk öncə xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0299 saylı Payçı müqaviləsini bağlamışlar. Həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 5-ci mərtəbə, 6 №li, 2 otaqlı olan mənzili almışam və bu mənzilə görə ƏDV daxil 117 562,00 (bir yüz on yeddi min beş yüz altmış iki) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0057 saylı Payçı müqaviləsini bağlamışdır. Həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4- cü blok, -1-ci mərtəbədə qaraj sahəsini almış və bu qaraja görə ƏDV daxil 11 000,00 (on bir min) manat məbləğində pul vəsaitləri MTK-nm hesablarına mədaxil edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0534 saylı Payçı müqaviləsini bağlamış, həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 10-cu mərtəbə, 3 №li, 3 otaqlı mənzil sahəsini almışam və bu mənzilə görə ƏDV daxil 177 143,00 (bir yüz yetmiş yeddi min bir yüz qırx üç) manat məbləğində pul vəsaitləri MTK-nm hesablarına mədaxil edilmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0117 saylı Payçı müqaviləsini bağlamış, həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu,A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cü binasında, 10-cü blok, -2-ci mərtəbədə qaraj sahəsini almış və bu qaraja görə ƏDV daxil 11 000,00 (on bir min) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. ƏDV məbləğlərinin yekun dəyərləri ödənildikdən sonra "xxxx" MTK ilə bağlanmış Payçı müqavilələri və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra “Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2023-cü il tarixlərində cavabdehə müraciət etdim. Cavabdeh isə xx.xx.2023-cü il tarixli, **********422200 saylı, 06 sentyabr 2023-cü il tarixli, **********157000 saylı və 25 sentyabr 2023-cü il tarixli, **********721600 saylı imtina qərarları ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. (İmtina qərarının surəti əlavə olunur) Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasf’nm (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarlarda Cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edirəm ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfimdən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsəm də müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyim zaman mənim tərəfimdən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəm cavablandırılmışdır. (MTK-nın məktubu əlavə edilir.) Bununla da tam təsdiq olunur ki, tərəfimdən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.6-cı bəndinə əsasən müvəkkil bank - ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır. 5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 6.2-ci maddəsinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDVnin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Göründüyü kimi vergi orqanı yalnız qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banka ötürülməsini həyata keçirir. 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Qaydaların keçid müddəlarında Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 130-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Onu da qeyd etmək lazımdır ki, hazırkı iş üzrə qeyd edilən müddət iddia müddəti deyil, iddiaçının hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, İddiaçı müraciətlərinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi, eyni zamanda Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri- yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən (90 gündən gec olmayaraq) sonra müraciət edildiyi müəyyən edilmişdir. Müraciətlərin üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən "Yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********422200 nömrəli, xx.xx.2023-cü il tarixli **********157000 nömrəli, xx.xx.2023-cü il tarixli **********721600 nömrəli qərarlar qəbul edilmişdir. Qərarlar "ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildirişə əlavə edilməklə İddiaçı göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, İddiaçı müraciətlərinin araşdırılmasının nəticəsi üzrə qəbul edilən Yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********422200 nömrəli, xx.xx.2023-cü il tarixli **********157000 nömrəli, xx.xx.2023-cü il tarixli **********721600 nömrəli qərarlar qanuni və əsaslıdır. İnzibati Prosessual Məcəllənin 48.2ci maddəsinə əsasən inzibat məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0299 nömrəli Payçı müqaviləsinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən "xxxx" adlanacaq İddiaçı şəxsində bir yerdə tərəflər adlanacaq, aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. Müqavilənin predmeti: “MTK” pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 5- ci mərtəbə, 6 №-li, 2 otaqlı mənzili tikib və "xxxx"-nm mülkiyyətinə verməyi öhdəsinə götürür. "xxxx" bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4- cü binasında, 4-cü blok, 5-ci mərtəbə, 6 №-li, 2 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Pay haqqı və Ödənilmə Qaydası: Mənzilin xarici perimetr üzrə sahəsi 77.09 kv.m. təşkil edir. Mənzilin daxili perimetr üzrə sahəsi 67.87 kv.m. təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 117562 (bir yüz on yeddi min beş yüz altmış iki) manat təşkil edir. Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 50%-ni təşkil etməklə, "xxxx" müqavilə imzalandıqda dərhal 58782 (əlli səkkiz min yeddi yüz səksən iki) manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. "xxxx" Müqavilənin ümumi dəyərinin qalıq 58780 (əlli səkkiz min yeddi yüz səksən) manat məbləğində pul vəsaitini, "xxxx" və “MTK” arasında bağlanmış bu müqavilənin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürür. Mənzilin bu Müqavilədə müəyyən edilmiş dəyəri “Payçı" tərəfindən ödənildikcə “MTK” tərəfindən "xxxx"ya ödənişləri təsdiqləyən müvafiq sənədi təqdim edilir. "xxxx" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. -xx.xx.2022-ci il tarixli FJB**********593 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 69782.00, valyuta: AZN, məbləğ yazı ilə: altmış doqquz min yeddi yüz səksən iki manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********956 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 3500.00, valyuta: AZN, məbləğ yazı ilə: üç min beş yüz manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********637 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 7000.00, valyuta: AZN, məbləğ yazı ilə: yeddi min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********655 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 10000.00, valyuta: AZN, məbləğ yazı ilə: on min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli FJB**********129 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 20000.00, valyuta: AZN, məbləğ yazı ilə: iyirmi min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********83 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 10000.00, valyuta: AZN, məbləğ yazı ilə: on min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-cü il tarixli BPM**********94 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 280.00, valyuta: AZN, məbləğ yazı ilə: iki yüz səksən manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2023-ci il tarixli BPM**********36 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 8000.00, valyuta: AZN, məbləğ yazı ilə: səkkiz min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli 0057 nömrəli Payçı müqaviləsinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən "xxxx" adlanacaq İddiaçı şəxsində bir yerdə tərəflər adlanacaq, aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. Müqavilənin predmeti adlanan 1-ci maddəsində qeyd edilmişdir ki, “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blokunda, -1-ci (mənfi bir) mərtəbə qaraj sahəsini tikib və "xxxx"-nm mülkiyyətinə verməyi öhdəsinə götürür. "xxxx" bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blokunda, -1-ci (mənfi bir) mərtəbə qaraj sahəsini (bundan sonra “Qaraj”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada qaraj üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Pay haqqı və ödənilmə qaydası adlı 2-ci maddəsində qeyd edilmişdir ki, Qarajaltı sahə 18 kv.m. təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 11000 (on bir min) manat təşkil edir. "xxxx" müqavilə imzalandıqda dərhal 11000 (on bir min) manat məbləğində MTK-ya tam ödəniş edir. "xxxx" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. -xx.xx.2022-ci il tarixli AVANT Group” MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən -AVANT PARK” layihəsinin 4-cü binasında, 4-cü blok, -1 (mənfi bir) mərtəbə, 18 kv.m. qaraj sahəsi "xxxx" MTK- ya məxsusdur. 08 iyun 2022 tarixli, 0057 saylı Payçı müqaviləsinə əsasən 4-cü bina, 4-cü blok, -1 (mənfi bir) mərtəbə, 18 kv.m. qaraj sahəsinin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. -xx.xx.2022-ci il tarixli 0534 saylı Payçı müqaviləsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən "xxxx" adlanacaq İddiaçı şəxsində bir yerdə tərəflər adlanacaq, aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. Müqavilənin predmeti adlı 1-ci maddəsində qeyd edilmişdir ki, “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 10-cu mərtəbə, 3 №-li, 3 otaqlı mənzili tikib və "xxxx"-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. "xxxx" bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 10-cu mərtəbə, 3 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Pay haqqı və ödənilmə qaydası adlı 2-ci maddəsində qeyd edilmişdir ki, Mənzilin xarici perimetr üzrə sahəsi 102.99 kv.m. təşkil edir. Mənzilin daxili perimetr üzrə sahəsi 88.99 kv.m. təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 177143 (bir yüz yetmiş yeddi min yüz qırx üç) manat təşkil edir. Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 30%-ni təşkil etməklə, "xxxx" müqavilə imzalandıqda dərhal 53143 (əlli üç min yüz qırx üç) manat məbləğində öncədən MTK- ya avans ödəniş edir. "xxxx" Müqavilənin ümumi dəyərinin qalıq 124000 (bir yüz iyirmi dörd min) manat məbləğində pul vəsaitini, "xxxx" “MTK” və "xxxx" "xxxx" ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Mənzilin bu Müqavilədə müəyyən edilmiş dəyəri “Payçı" tərəfindən ödənildikcə müvafiq bank filialı tərəfindən “Payçf’ya ödənişləri təsdiqləyən müvafiq sənədi təqdim edilir. "xxxx" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. -xx.xx.2022-ci il tarixli BPM**********61 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 53143.00, valyuta: AZN, məbləğ yazı ilə: əlli üç min bir yüz qırx üç manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli BPM**********37 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 124000.00, valyuta: AZN, məbləğ yazı ilə: bir yüz iyirmi dörd min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -xx.xx.2022-ci il tarixli 0117 nömrəli Payçı Müqaviləsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 şəxsində, digər tərəfdən "xxxx" adlanacaq İddiaçı şəxsində bir yerdə tərəflər adlanacaq, aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. Müqavilənin predmeti adlı 1-ci maddəsində göstərilmişdir ki, “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blokunda, -2-ci (mənfi iki) mərtəbə qaraj sahəsini tikib və "xxxx"-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. "xxxx" bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10- cu binasında, 10-cu blokunda, -2-ci (mənfi iki) mərtəbə qaraj sahəsini (bundan sonra “Qaraj”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada qaraj üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Pay haqqı və ödənilmə qaydası adlı 2-ci maddədə qeyd edilmişdir ki, Qarajaltı sahə 18 kv.m. təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 11000 (on bir min) manat təşkil edir. "xxxx" müqavilə imzalandıqda dərhal 11000 (on bir min) manat məbləğində MTK-ya tam ödəniş edir. "xxxx" ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. -xx.xx.2022-ci il tarixli BPM**********00 nömrəli mədaxil qəbzindən görünür ki, VÖEN: **********, müştəri adı: “AVANT GROUP MTK, hesab ********************, məbləğ: 11000.00, valyuta: AZN, məbləğ yazı ilə: on bir min manat 0 qəpik, ödəyənin adı: İddiaçı. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********721600 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (534 nömrəli müqavilə) xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********422200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən İddiaçı (57 və 299 nömrəli müqavilə) xx.xx.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********157000 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən İddiaçı (117 nömrəli müqavilə) xx.xx.2023-cü il tarixli ərizə üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 2 mənzil və 2 qaraja görə qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hazırkı iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış alq-satqı müqavilələrinə əsasən: - xx.xx.2022-ci il tarixli 0299 nömrəli Payçı müqaviləsinə əsasən mənzil, -xx.xx.2022-ci il tarixli 0057 nömrəli Payçı müqaviləsinə əsasən, -1-ci (mənfi bir) mərtəbə qaraj sahəsini, -xx.xx.2022-ci il tarixli 0534 saylı Payçı müqaviləsinə əsasən 3 №-li mənzil, -xx.xx.2022-ci il tarixli 0117 nömrəli Payçı Müqaviləsinə əsasən -2-ci (mənfi iki) mərtəbə qarajı satın almış, mənzillər vəqarajların ümumi dəyərini satıcı MTK-nın bank hesabına köçürmüşdür. İddiaçı hazırda həmin vəsait üzrə ƏDV-nin geri qaytarılmasını xahiş edir. Cavabdeh imtina qərarında müraciətin təmin edilməsini istisna edən hal kimi 2 əsasa istinad etmişdir: -1. İddiaçı mənzilin tam dəyəri ödənildiyi vaxtdan ƏDV-nin qaytarılması ilə bağlı 90 gündən sonra müraciət etmişdir; -2. İddiaçı mənzilin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödəmişdir. xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın aşağıdakı bəndlərinə əsasən: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Sadalanan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir, əks halda Qaydalara əsasən həmin müddət başa çatdıqdan sonra edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Analoji inzibati iş üzrə məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********083000 nömrəli məktubundan müəyyən olunur ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.e- taxes.qov.az/eportal/az/loqin/) xx.xx.2023-cü il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. İşdən görünür ki, iddiaçı 4 əmlakdan ikisi üzrə -xx.xx.2022-ci il tarixli 0534 saylı Payçı müqaviləsinə əsasən 3 №-li mənzilə dair ödənişi tam şəkildə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli 0117 nömrəli Payçı Müqaviləsinə əsasən -2-ci (mənfi iki) mərtəbə qaraja dair ödənişi xx.xx.2022-ci il tarixdə ödəmişdir. İddiaçı həmin mənzil və qaraja dair ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, Qaydalarda istinad olunan 90 günlük müddət kəsici müddətdir və həmin müddətin bitməsi şəxsin malik olduğu hüququn özünün xitamı ilə nəticələnir, həmin müddət dayandırıla, kəsilə və ya bərpa edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən, qanunla nəzərdə tutulmuş müddətlər xüsusi müddətlər olmaqla həmin müddətlərin bərpasına yol verilmədiyindən və Qaydaya əsasən prosessual müddətin ötürülməsi ƏDV-nin qaytarılmasından imtina üçün əsas təşkil etdiyindən, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Qeyd edilən müddətlə bağlı hal sözügedən mənzil və qaraja dair iddia tələbinin təmin edilməməsi üçün ilkin əsasdır. Eyni zamanda müəyyən edilir ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, həm də Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini də göstərmişdir. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni xx.xx.2022ci il tarixdən sonra bağlamış və müqavilələr üzrə ödənişi də həmin tarixdən sonra ödəmişdir. Bel olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. Hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi və ödəmənin hətta yanvar 2023-cü il tarixdə belə eyni hesaba ödənildiyi müəyyən edilmişdir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Hazırkı iş üzrə iddiaçı tərəfindən bildirilən əsas dəlillərdən biri Qaydanın qüvvəyə mindiyi tarixdən sonra sistemin işlək olmaması və texniki imkanın mövcud olmaması səbəbindən alıcının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsinin qeyrimümkünlüyü ilə bağlı olmuşdur. Analoji mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icratında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: -Məhkəmə sorğularına cavab olaraq 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. -Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən ödənişlərin həyata keçirildiyi dövrdə Qaydaların qüvvəyə minməsinə baxmayaraq, qeyd olunan əməliyyatın həyata keçirilməsi üçün portaldan istifadə edilməsinə ehtiyac yox idi. Portal ƏDV-nin hesaba ödənilməsinin təmin edilməsi üçün deyil, yalnız vətəndaşın ödənilmiş ƏDV-nin yekun məbləğinin geri qaytarılması barədə itehlakçının müraciətinin elektron qaydada qeydiyyata alınması, informasiyanın emalı, müvafiq məlumatın müvəkkil banka ötürülməsinin təmin edilməsi, yəni bu sahədə asanlaşdırılmanın təmin edilməsi üçün yaradılmış informasiya sistemidir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrıayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatların müvəkkil banka ötürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2769/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2769/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver