Məhkəmə qərarları › İş №2-1(112)-2771/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2771/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2771/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacıb qızı Hacıbəyоvanın sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3 olmaqla “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 76,2 kv.metr yaşayış sahəsinin 8,2 kv.metrinin qanunsuz olaraq X1 adına dair 05.04.2014-cü il tarixli seriya RX № ******* saylı çıxarışın verilməsi üçün əsas olmuş dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3 olmaqla “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 76,2 kv.metr yaşayış sahəsinin 8,2 kv.metrinin qanunsuz olaraq X1 adına dair 05.04.2014-cü il tarixli seriya RX № ******* saylı çıxarışın verilməsi üçün əsas olmuş dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3 olmaqla “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 76,2 kv.metr yaşayış sahəsinin 8,2 kv.metrinin qanunsuz olaraq X1 adına dair 05.04.2014-cü il tarixli seriya RX № ******* saylı çıxarışın verilməsi üçün əsas olmuş dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55.3-cü, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3 olmaqla “iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 76,2 kv.metr yaşayış sahəsinin 8,2 kv.metrinin qanunsuz olaraq X1 adına dair 05.04.2014-cü il tarixli seriya RX № ******* saylı çıxarışın verilməsi üçün əsas olmuş dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar