Məhkəmə qərarları › İş №2-1(112)-2777/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2777/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2777/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.N968-ci il doğumlu olmaqla, xx.xx.N986-cı ildə Salyan rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. Sonradan xx.xx.N989-cu ildə Bakı şəhəri, Qaradağ rayon Hərbi Komissarlığına qeydiyyata alınmışdır. N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N996-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli 26 saylı əmri əsasında ehtiyata buraxılmışdır. Bütün bu qeyd edilənlər ona məxsus H3 ******* saylı hərbi biletdə qeyd olunmuşdur. Hərbi əməliyyatlarda olduğuna baxmayaraq hazırki vaxtadək müharibə veteranı adı və bu barədə vəsiqə ona verilməmişdir. Aldığı məlumatlara görə onun şəxsiyyət vəsiqəsində və hərbi biletində qeyd olunan inisialı, ad soyadı və ata adı Müdafiə Nazirliyində saxlanılan sənədlərində hərf səhvlərinə görə düzgün yazılmayıb. Buna görə də bu əsas götürülərək ona müharibə veteranı vəsiqəsi verilməmişdir. Belə ki, o, ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiyaya müraciət etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X5 tərəfindən Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə ünvanladığı xx.xx.20N9-cu il tarixli, ***-**** saylı məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N nömrəli əmrində (əsas paraqraf 9, sıra NN, əmrdə atasının adı İpəndiyar oğlunun xidmət keçmək üçün BMO-ya göndərilinəsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 36 nömrəli əmrində (əsas paraqraf N, sıra N03, əmrdə atasının adı İskəndər yazılmışdır) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli 26 nömrəli əmrinə müvafiq ehtiyata buraxıldığı üçün N968-ci il təvəllüdlü, Qaradağ RHK-dan çağırılmış sıravi İddiaçı İskəndər oğlunun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad edilərək, qeydiyyata durmaq üçün RHK-nın sərəncamına göndərilmişdir. Bildiririk ki, N nömrəli hərbi hissəsinin şəxsi heyətinin əlifba qeydiyyatı Salyan RHK-dan çağırılmış, N nömrəli hərbi hisssədən göndərilmiş İddiaçı İskəndiyar oğlunun N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N nömrəli əmrilə hərbi hissəyə daxil olması barədə məlumat qeyd olunmuş, lakin nə vaxtadək xidmətdə olması barədə müvafiq qeydiyyat aparılmışdır (əsas: xx.xx.N992-xx.xx.N994-cü il, səh. 44, sıra 5N0, məlumatda atasının adında ‘V’ hərfi əlavə olunmuş və İskəndiyar yazılmışdır. xx.xx.20N9-cu il tarixli məktubun məzmunu ilə bağlı 3 bənddən ibarət məktubda onun inisialında (əsil olan İddiaçı olduğu halda) ata adı İpəndiyar, İskəndər, İskəndiyar kimi qeyd olunmuşdur. Məhkəməyə təqdim olunan hərbi biletdə onun inisialı doğru yazılmışdır. O, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etsə də, şəxsiyyətinin doğruluğu ilə bağlı yazılışda fərq aradan qaldırılmamış, heç buna görə cəhd də olunmamışdır. xx.xx.20N9-cu il tarixli məktubda onun N saylı hərbi hissədə, yəni Fizuli rayonu ərazisində hərbi xidmətdə olduğu qeyd edilmiş, N nömrəli hərbi hissədə, yəni Cəbrayılda hərbi xidmətdə olmağı qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş silahlı olduğu fotoşəkillərdə hərbi xidmətdə olduğu görünür. N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan əlavə məktubun 3-cü bəndində xx.xx.N992-xx.xx.N994-cü il tarixlərində mənim bu hərbi hissədə xidmət etməyim öz əksini tapmışdır. xx.xx.20N9-cu il tarixli məktubda qeyd edilənlərlə bağlı iradlarını bildirərək düzəlişlərin olunaraq ona veteran vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təkrar olaraq müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona ünvanlanmış xx.xx.20N9-cu il tarixli N/7N- N845N saylı məktubunda onun barəsində veteran adı verilməsi məsələsinə baxılaraq sənədlərin geri qaytarılması, birincici məktuba zidd olaraq hərbi hissələrdə xidmət keçməməsi qeyd edilərək, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edilməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçı vəkili X4 məhkəmə iclasında verdiyi izahatında cavabdeh inzibati orqanın iddiaçının tələbi ilə bağlı imtinasının əsassız olmasının nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını və onun vəkilini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki işə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.N.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemində olan şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.N968-ci ildə Salyan rayonu, Yenikənd kəndində doğulmuş İddiaçı Salyan rayonu, Yenikənd ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayır. Məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyat və yaşayış ünvanı Salyan rayonu olduğundan işə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20N9-cu il N4 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Salyan şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan N0 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.N.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar