Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2779/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı ləğvetmə prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən iddiaçının xarici valyutada ödədiyi pul vəsaitinə görə ona kompensasiyanın ödənilməsi üçün onun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşən şəxslərin siyahısına daxil edilməyi öhdəliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən iddiaçının xarici valyutada ödədiyi pul vəsaitinə görə ona kompensasiyanın ödənilməsi üçün onun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşən şəxslərin siyahısına daxil edilərək ona 1.560 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 mart 2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 30 sentyabr 2019-cu il müddətinə qədər ödəmək şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı həmin kredit məbləğini ödəmiş, 15 fevral 2017-ci il tarixinə həmin kredit üzrə 674 ABŞ dolları əsas borcu qalmışdır. Yəni həmin dövrədək iddiaçı banka 2.000 ABŞ dollarınadək kredit ödəmişdir. Prezidentin məlum fərmanına əsasən fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməsi qərara alınmışdır. Qeyd edilən Fərmana əsasən iddiaçının "xxxx" ASC-yə xarici valyutada ödədiyi pul məbləğinin kompensasiyası hesablanaraq, həmin məbləğin bir qismi iddiaçıya ödənilmiş, lakin "xxxx" ASC-yə ödənilmiş kredit məbləğinə görə isə iddiaçıya heç bir məbləğdə kompensasiya ödənilməmişdir. Ümumiyyətlə, həmin kredit məbləği Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdirilməmişdir. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən onun xarici valyutada ödədiyi pul vəsaitinə görə 1.300 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmiş, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, əsas kimi isə hazırki mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilməli olması göstərilmişdir. Ona görə də iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək, iddiaçının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşən şəxslərin siyahısına daxil edilməyini tələb etmiş, lakin cavabdeh iddiaçının həmin ərizəsinə cavab verməmişdir. Halbuki, iddiaçının hesablamalarına görə onunla "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən iddiaçının ödədiyi kredit məbləğinə ona 1.300 manat məbləğində kompensasiya ödənilməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının 06 dekabr 2019-cu il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda göstərilmişdir ki, “kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmiş, bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə, təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır”. İddiaçının apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(103)-1306/20 nömrəli qərardadının icrası ilə əlaqədar Mərkəzi Bankın 4 fevral 2020-ci il tarixli məlumatında göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış 30.03.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşa bu hissədə kompensasiya məbləği hesablanmamışdır. Bununla belə İddiaçı 17.03.2015-ci il tarixdə "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə münasibətdə Fərmanın təsiri çərçivəsində düşmüş və ona 1.265,05 manat kompensasiya hesablanmışdır. Bu məbləğ Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə onun ödəniş müddəti keçmiş kredit borcuna yönəldilmiş, qalan vəsait - 991.12 manat isə onun sərəncamına verilmişdir. Müraciətin ikinci hissəsi ilə bağlı bildirilir ki, 30.03.2015-ci il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanan zaman bu barədə hər hansı qeyd Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməmiş, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasına da "xxxx" ASC-nin ləğvedicisi tərəfindən bu barədə heç bir məlumat ötürülməmişdir. İddiaçı Palataya müraciət edərək onunla "xxxx" ASC arasında 30.03.2015ci il tarixli, 01 saylı kredit müqaviləsinin olmasına dair iddiası isə xüsusi araşdırmanın aparılmasını tələb etdiyindən, bu faktın müəyyən edilməsi ilə bağlı vətəndaşa aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Müraciətin üçüncü hissəsinə gəlincə isə qeyd olunmalıdır ki, sözügedən kredit müqaviləsinin həqiqiliyi müəyyən edildiyi təqdirdə ona münasibətdə kompensasiya məbləğinin hesablanması məqsədilə ilk növbədə İİ devalivasiya tarixinə, yəni 21 dekabr 2015-ci il tarixinə həmin müqavilə üzrə qalıq əsas borc məbləğinin müəyyənləşdirilməsi zəruridir. Qeyd edilən əsas borc məbləği dəqiq bilindikdən sonra Fərmanın 1.2-ci bəndinin tələbi nəzərə alınmaqla vətəndaşa çatacaq kompensasiya məbləği hesablana bilər. Sorğunun “kompensasiyanın hansı qurum tərəfindən ödənilməsi” hissəsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 4-cü hissəsində kompensasiyanın ödənilməsi mexanizmi müəyyən olunmuşdur”. Beləliklə də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın məlumat bazalarına əsasən iddiaçının barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış 30.03.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, yəni bank tərəfindən məlumat verilmədiyindən, habelə həmin bankın ləğvedicisi tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından ona qeyd olunan kredit müqaviləsi üzrə kompensasiya məbləği hesablanmamış, başqa sözlə iddiaçı Fərmanın təsiri dairəsinə düşən fiziki şəxslər siyahısına qeyd olunan səbəblərdən daxil edilməmişdir. Bundan əlavə iddiaçıya münasibətdə kompensasiya məbləğinin hesablanması məqsədilə ilk növbədə 11 devalivasiya tarixinə, yəni 21 dekabr 2015-ci il tarixinə müqavilə üzrə qalıq əsas borc məbləğinin müəyyənləşdirilməsi zəruridir. Sonda iddiaçının iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli Kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (DK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X2 fərəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə, iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə ləğv prosesində olan “Atrabank" ASC-dən həqiqətən də iddia ərizəsində qeyd olunan kredit müqaviləsinin mövcudluğu, mövcud olduğu təqdirdə müqavilənin əsli təqdim olunmaqla bu müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya gününə (21.12.2015-ci il tarixinə günün əvvəlinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin kredit təşkilatına məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Qeyd edilən məlumatlar məhkəməyə təqdim edildikdən və iddiaçının kredit tarixçəsi üzrə kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra Mərkəzi Bank tərəfindən iddiaya yekun münasibətin bildirilməsi mümkündür. Üçüncü şəxs "xxxx" ASC tərəfindən iddiaya dair etiraz (münasibət) məhkəmə təqdim edilməmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 06.12.2019-cu il tarixli ********** saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılmışdır. Cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar” Maliyyə Bazarıarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkiiatlan tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu ediiən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyini tövsiyə olunur”. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli 2(006)4757/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.02.2020-ci il tarixli 2(103)- 1306/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(006)-4757/2019 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30.03.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsi və ona əlavədən görünür ki, iddiaçı həmin bankdan illik faiz dərəcəsi 30 faiz olmaqla 18 ay müddətinə 2.000 ABŞ dolları məbləğində kredit almışdır. - Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş SF-21400 saylı 13.092019-cu il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı ilə "xxxx" ASC bağlanmış 30.03.2015-ci il tarixli kredit müqaviləsi bor alanın bağlanmış öhdəlikləri siyahısında yoxdur. - Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi tərəfindən məhkəməyə təqdim edilmiş 29 mart 2021-ci il tarixli **********312 saylı məktubuna əlavə edilmiş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-9116/2017-ci il tarixli qətnaməsi ilə qərara alınmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 674 (altı yüz yetmiş dörd) ABŞ dolları əsas borc və 67 (altmış yeddi) ABŞ dolları faiz borcu olmaqla – cəmi 741 (yeddi yüz qırx bir) ABŞ dolları məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi tərəfindən 29 mart 2021-ci il tarixli **********312 saylı məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı "xxxx" ASC-nin filialında olan AZ11ATRA******************** saylı hesabı barədə məlumatdan görünür ki, 21.12.2015ci il tarixdə əsas kredit borcu 1.085,25 ABŞ dolları təşkil etmişdir. - Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi tərəfindən 29 mart 2021-ci il tarixli **********312 saylı məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı "xxxx" ASC-nin filialında olan AZ06ATRA******************** saylı hesabı barədə məlumatdan görünür ki, 21.12.2015ci il tarixdə dövriyyə (xarici valyutada), debet xanalarında yekun olaraq 2.70 rəqəmi qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş AZ40ATRA**********0003U21123 saylı hesabdan çıxarışdan görünür ki, 18.03.2021-ci il - 19.03.2021-ci il tarix aralığında dövrün əvvəlinə qalıq 658.5 ABŞ dolları olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş AZ95ATRA**********0004U21124 saylı hesabdan çıxarışdan görünür ki, 18.03.2021-ci il - 19.03.2021-ci il tarix aralığında dövrün əvvəlinə qalıq 84.37 ABŞ dolları olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş AZ80ATRA**********0005U21124 saylı hesabdan çıxarışdan görünür ki, 18.03.2021-ci il - 19.03.2021-ci il tarix aralığında dövrün əvvəlinə qalıq 141.45 ABŞ dolları olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş AZ59ATRA**********0006U41020 saylı hesabdan çıxarışdan görünür ki, 17.08.2019-cu il - 19.03.2021-ci il tarix aralığında dövrün əvvəlinə qalıq 0 ABŞ dolları olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 30.03.2015-ci il tarixdən 31.12.2016-cı il tarixədək olan dövrləri əhatə edən məlumatdan görünür ki, həmin müqavilə üzrə iddiaçı 1.326,5 ABŞ dolları məbləğində ödəniş etmişdir, 673.50 ABŞ dolları məbləğində qalıq məbləği, 483.51 ABŞ dolları məbləğində faiz hesablanmışdır. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 May 2021-ci il tarixli 16-01687-2021 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X2 barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 30.03.2015-ci il tarixində kredit müqaviləsi bağlanılmışdır. Qeyd edilən müqavilə üzrə iddiaçının 21.12.2015-ci il tarixinə əsas kredit borcu 1.085,25 ABŞ dolları təşkil etmişdir. Beləliklə, İddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 30.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə 1.085,25 ABŞ dolları məbləğində əsas kredit borcunun ödənilməmiş olduğu nəzərə alınarsa, Fərmanın 1.2-ci bəndinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona həmin müqavilə üzrə cəmi 651,15 manat kompensasiyanın hesablanmasına etiraz edilmir”. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, 28.02.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; 3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı oğlu ilə "xxxx" ASC arasında bağlanmış 30.03.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsi qeyd edilməsə də, iş materiallarında olan, habelə cavabdeh və üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərlə həmin müqavilənin tərəflər arasında bağlanması öz təsdiqini tapmışdır. Həmin müqavilə də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşür. Belə ki, müqavilə Fərmanda göstərilən tələblərə uyğun olaraq 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək olan dövrdə, yəni 30 mart 2015-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı verilmiş 2.000 ABŞ dolları məbləğində kredit üzrə 21.12.2015-ci il tarixə 1.085,25 ABŞ dolları məbləğində banka borcu müəyyən edilmişdir. Belə olan halda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq, 21.12.2015-ci il tarixə əsas borc üzrə, yəni 1.085,25 ABŞ dolları məbləğindəki borc üçün 651,15 manat məbləğində (1.085,25 ABŞ dolları x 0.6 AZN = 651.15 AZN), kompensasiya hesablanmalı idi. Buna baxmayaraq cavahdeh tərəfindən kompensasiyanın hesablanmasında imtina edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kompensasiyanın hesablanması barədə iddiasında haqlıdır, lakin ona hesablanan kompensasiya 651,15 manat məbləğində oldugundan iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı oğluna "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 30 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində 651,15 manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməli, qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Xəzər filialı arasında bağlanmış 30 mart 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı oğlunun xarici valyutada ödədiyi pul vəsaitinə görə kompensasiyanın ödənilməsi üçün adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, 28.02.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşən şəxslərin siyahısına daxil edilərək ona 651,15 manat məbləğində kompensasiyanın hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mehriban Qarayeva