Məhkəmə qərarları › İş №2-1(112)-2779/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2779/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2779/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil növbəsinin qabağa çəkilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil növbəsinin qabağa çəkilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinin qabağa, 600-cü sıralara çəkilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək 22 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmət etmişdir. 2018-ci ilin yanvar ayında Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən öz arzusuna əsasən ehtiyata buraxılmışdır. 2020-ci ilin sentyabr ayının 21-dən yenidən səfərbər olunaraq ordu sıralarına çağrılmışdır. 44 günlük vətən müharibəsində iştirak edərək, “Qarabağ Veteranı” adı ilə, eyni zamanda Xocavəndin, Füzulinin və Cəbrayılın azad olunması medalları ilə təltif olunmuşdur. O, 1996-cı ilin iyul ayından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi tərəfindən mənzil növbəsinə götürülmüşdür. Onunla birlikdə mənzil növbəsinə götürülən kursant yoldaşları 600-cü sırada mənzil növbəsində qərarlaşıblar. 2022-ci ilin iyun ayında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən onunla əlaqə saxlanaraq, onun adına Bakı şəhəri, Azadlıq prospektində mənzil olub-olmaması ilə bağlı məlumat eldə ediblər. O, Hərbi Xidmətdə olduğu müddətdə Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə alınsa da, bu günədək mənzillə təmin olunmamışdır. Müdaifə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən ona zəng vurulduqdan sonra, mənzil növbəsilə bağlı Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəhbər şəxsi ilə görüşmüşdür. Orada ona bildirilmişdir ki, İddiaçı adlı şəxs Müdafiə Nazirliyi Mənzil İstismarı İdarəsi tərəfindən müvafiq mənzillə təmin edilmişdir. Mənzil İdarəsində olarkən, İdarənin əməkdaşı ondan şəxsiyyət vəsiqəsini alaraq, müəyyən edilmişdir ki, İddiaçı adlı şəxslə onun ad, soyad, ata adının eyni olması səbəbindən, onun 20 il hərbi xidmət keçib ehtiyata buraxıldıqdan sonra, ad, soyad, ata adının eyni olan şəxsə istinad edərək, onu mənzil növbəsinə salmamışlar. Müdafiə Nazirliyi Mənzil İstismarı İdarəsi tərəfindən müvafiq dəqiqləşmə aparıldıqdan sonar onu sıra növbəsi 2378 olan mənzil növbəsinə götürdülər. O, buna qəti etiraz edərək, bildirmişdir ki, 1996-cı ilin iyul ayından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi tərəfindən mənzil növbəsinə götürülmüşdür. Onunla birlikdə mənzil növbəsinə götürülən kursant yoldaşları 600-cü sırada mənzil növbəsində qərarlaşıblar. Onun həmin növbədə mənzil sırasına salınmasını xahiş etmişdir. Bununla bağlı, 2023-cü ilin iyun və avqust aylarında Müdafiə Nazirliyi və Nazirliyin Mənzil İstismar İdarəsinə müvafiq məktubla yazılı ərizə ilə müraciət edərək, onun da kursant yoldaşlarının olduğu 600-cü sıralardakı mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Lakin, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən müraciətinə cavab olaraq, verilən xx.xx.2023-cü il tarixli 3001 nömrəli və xx.xx.2023-cü il tarixli, 3902 nömrəli məktubuna əsasən onun mənzil növbəsinin qabağa çəkilməsindən imtina olunmuş və bildirilmişdir ki, onun mənzil növbəsi 2378-cı sıradadır. Göründüyü kimi Müdaifə Nazirliyinin Mənzil İstismar İdarəsinin səhvi və səhlənkarlığı ucbatından onun mənzil növbəsi digər kursant yoldaşlarını kimi, 600-cü sıralarda olacağı halda, birdən birə əsassız olaraq 2378-ci sıraya salınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanların iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.4cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011 -ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı adı 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil edilərək, 2378-ci sıradadır. Beləliklə də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində İddiaçı adını 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil etmiş, İddiaçı dövlət vəsaiti hesabına mənzil növbəsində qabağa çəkilməsi Müdafiə Nazirliyinin səlahiyyətinə aid edilmədiyindən və bunun üçün əsaslar mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən imtina olunmuş, bundan sonra sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-4/2- 60476/2023 №-li məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 14/6088 №-li məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən ehtiyatda olan mayor İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən öz arzusuna görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq Sərəncamına əsasən ehtiyatda olan mayor İddiaçı xx.xx.2020-ci il tarixdə həqiqi hərbi xidmətə qəbul edilmiş və xx.xx.2020-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 5847 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsilə yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Verilmiş sorğunun 3-cü hissəsilə əlaqədar olaraq İddiaçın adı qeyd edilən Komissiya tərəfindən 2378-ci sırada qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/656 №li cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının əsasında Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzillə təmin olunması məqsədilə Dövlət komissiyası yaradılaraq, maliyyə naziri Sədr təyin olunmuşdur. Hərbi qulluqçular həmin Komissiyanın qərarı ilə mənzil növbəsinə qəbul olunaraq sıra yerləri müəyyən edilir. İddiaçı Komissiya tərəfindən növbəyə alınarkən sıra növbəsi 2378-ci sırada qeyd olunmuşdur. Hazırda sıra nömrəsi 1837-ci kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə bağlı növbədə irəli çəkilmənin əsasları və mexanizmi müəyyən edilmədiyindən vətəndaş İddiaçı ərizəsinin təmin olunması mümkünsüz sayılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/1289 №li cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosia müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2E dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının əsasında Azərbaycan Ordusu sıralarında 2C (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərb qulluqçuların mənzillə təmin olunması məqsədilə Dövlət komissiyası yaradılaraq, maliyys naziri Sədr təyin olunmuşdur. Hərbi qulluqçular həmin Komissiyanın qərarı ilə mənzi növbəsinə qəbul olunaraq sıra yerləri müəyyən edilir. İddiaçı Komissiya tərəfindən növbəyə alınarkən sıra növbəsi 2378-ci olmuşdur. Hazırda sıra nömrəsi 1897-ci kimi qeyd edilmişdir. Azərbaycar Respublikası Prezidentinin 28 dekabr 2011-cı il tarixli 569 nömrəli Fərmanının icrası ilə bağl növbədə irəli çəkilmənin əsasları və mexanizmi müəyyən edilmədiyindən vətəndaş İddiaçı ərizəsinin təmin olunması mümkünsüz sayılmışdır İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş; xx.xx.2023-cü il tarixli, 3001 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən “1992-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısı”nda onun adı 2378-ci sıradadır. Komissiya tərəfindən növbəlilik əsasında daimi mənzillə təmin edildikdə ona əlavə məlumat veriləcəkdir. xx.xx.2023-cü il tarixli, 3902 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Ordusunun hərbi qullquçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, adı 1992-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 2378-ci sıradadır. Hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin daimi mənzillə təmin olunması yuxarıda qeyd edilən Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən növbəlilik əsasında prioritet ərazi üzrə həyata keçirilir. Tətbiq edilən hüquq. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanı: 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı əsasında Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin olunması məqsədilə yaradılmış Dövlət Komissiyasının qərarı ilə mənzil növbəsinə qəbul olunmuş və halhazırda onun sıra nömrəsi 1897-ci kimi qeyd olunmuşdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun mənzil növbəsinin qabağa çəkilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə, iddiaçının tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi dövlət orqanı qismində çıxış edərək, iddiaçını 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu qismində mənzil növbəsinə götürərək öz iradə ifadəsi ilə nümayiş etdirmiş, bununla da iddiaçı dövlət orqanının hərəkətlərinə etimad göstərərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürüləcəyi hüququna nail ola biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçıya münasibətdə mənzil növbəsinin qabağa çəkilməsinə münasibətdə etimad hüququnun qorunması mənzil növbəsində olan digər şəxslərin etimad hüququna müdaxilə xarakteri daşıyır. Belə ki, siyahı üzrə mənzil növbəsinin sırası barədə konkret məlumatı olan və mənzil növbəsinin gəlməsini gözləyən şəxslərə münasibətdə faktiki olaraq başqa icra hakimiyyətinin müəyyən etdiyi siyahıda növbədə olmuş şəxsin onun və ya onların növbəsində əvvəlki sırada iddiaçının qeyd edilməsi növbə gözləyən şəxslərin hüquq və mənafelərinin pozulmasına, mülkiyyət hüququnun nisbətən gec realizə edilməsinə səbəb olacaqdır ki, hazırki halda iddianın tələbi ictimai və dövlət maraqlarının tarazlığı, qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar