Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-278/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı onun xx.xx.1999-cu ilədək 25 il ümumi 12 il 6 ay iş stajı toplandığı üçün xx.xx.2015-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatları haqqında” Qanunun 17.5-ci maddəsinə əsasən ona sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməklə həmin tarixdən hal-hazıra kimi hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə həvalə edilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2442/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2442/2019 saylı, 23 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdən, xx.xx.1999-cu il tarixə kimi Bakı Məişət Kondisionerləri zavodunda polistrol və s. plastik sexində zərərli işdə işləmişdir. Sonra isə digər işlərlə əmək fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə müraciət etmişdir. Ona cavab olaraq bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçının çalışdığı və ona xüsusi şərtlərlə pensiya almaq üçün tələb olunan xüsusi sığorta stajının yaranmasına səbəb olan “plastik kütlə tökücüsü” peşəsi 1993-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda yer alsa da, iddiaçıya əmək pensiyası təyin olunmaq üçün ümumi sığorta stajı tamamlanmamışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən, əmək kitabçasından göründüyü kimi, iddiaçının ümumi sığorta stajı 1977-1999-cu illər arasındakı əmək fəaliyyəti dövründən ibarətdir. Hansı ki, bu müddətin 1981-1999-cu illər arasındakı 17 illik dövrü təqdim edilmiş arayışa əsasən xüsusi iş stajına aid edilsə də, ümumilikdə iddiaçının cəmi 22 il ümumi əmək stajı müəyyən edilmişdir. Bu iddiaçının əmək kitabçasından açıq surətdə görünür. Bu səbəblə də, qeyd edirlər ki, qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmamış olur. 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, “əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa” güzəştli şərtlərlə pensiya hüququ əldə edir. Göründüyü kimi, iddiaçının 25 il ümumi stajı tamam olmadığı üçün ona güzəştli şərtlərlə pensiya təyin edil bilməz. Digər tərəfdən, iddiaçı iddia edir ki, onun pensiyası “Vətəndaşların pensiya təminatı haqqında” əvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən təyin olunmalıdır. Lakin, iddiaçının bu iddiası əsassızdır. İdidaçıya əmək pensiyası təyin olunarkən hansı əmək qanunvericiliyinin nəzərə alınmalı olmasından asılı olmayaraq əmək pensiyasının hesablanması qüvvədə olan qanunvericiliyə əsasən həyata keçirilməli idi. İddiaçının əsaslandığı “Vətəndaşların pensiya təmnatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində əmək pensiyasının əmək haqqından hesablanması nəzərdə tutulmuşdur. Hansı ki, 2006-cı ildən sonra tənzimləmə dəyişdirilmiş və yeni qanunvericiliyə əsasən əmək pensiyasının əmək haqqından hesablanması qaydası artıq qüvvədən düşmüşdür. Yəni, yeni qanunvericiliyə əsasən əmək pensiyası iddiaçının sığorta və yığım hesablarında yığılan kapital əsasında müəyyən edilir. Beləliklə də, yuxarıda göstərilənlərdən aydın olduğu kimi, İddiaçı iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərinmülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı,№ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1975-ci ildən xx.xx.1978-ci il tarixədək təhsil almış, xx.xx.1978-ci ildən – xx.xx.1978-ci ilədək işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci il tarixdən-xx.xx.1999-cu il tarixədək müxtəlif peşələrdə çalışmışdır. İşdə olan "xxxx" ASC tərəfindən KŞ-5 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən Bakı Məişət Kondisionerləri zavodunda xx.xx.1981-ci ildə 425 saylı əmrə əsasən plastik kütlə sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsiylə işə qəbul olunub. xx.xx.1981-ci ildə həmin sexdə 2-ci dərəcəli, xx.xx.1982-ci ildə 3-cü dərəcəli, xx.xx.1984-cü ildə 4-cü dərəcəli plastik kütlə tökücüsü peşəsinə keçirilib. xx.xx.1988-ci ildə həmin sexdə 4-cü dərəcəli plastik kütlə maşınlarının sazlayıcısı peşəsinə keçirilib. xx.xx.1999-cu ildə 67 saylı, xx.xx.1999-cu il tarixli əmrlə öz xahişi ilə işdən azad edilib. O, plastik kütlə tökücüsü işlədiyi müddətdə ABS (akrilo nitrik butadion stirol) poliamid, politilen və s. materiallarla işləmişdir. İş vaxtı o, polistrol UPS-1002, polistrol və sair plastik materiallardan istifadə etmişdir. İş prosesində plastik materialı tökücü maşının silindirində 200-220 S tempraturda əridilərək kondisionerin plastik hisssələrini tökmüşdür. Tökmə zamanı istehsal əridilərək kondisionerin plastik hissələrini tökmüşdür. Tökmə zamanı istehsal prosesində stinol buxarları ifraz olunur ki, buda insan orqanizmi üçün zərərlidir. Qeyd edilənləri nəzərə alaraq iddiaçının çalışdığı peşə “Ümumi peşələr” bölmə 35, səhfə 166 plastik kürlə tökücüləri güzəştli təqaüdə çıxmaq hüququ verir lazımi iş stajı topladıqda. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03 may 2019-cu il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətindən “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə istinad edilərək imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olmasına istinad edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17.5-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə pensiya almaq hüququ olduğunu bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən az ümumi iş stajı olduğundan, bununla da, cavabdeh tərəfindən onun müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, onun hazırki tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-278/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-278/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver