Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2783/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanı üzərinə qoyulmuş ipoteka girov müqaviləsinin ləğv olunması üçün Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sərəncam verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X3 arasında Bakı şəhəri 38 saylı xüsusi notariat ofisində xx.xx.2013-cü il tarixdə bağlanmış ipoteka girov müqaviləsinin ləğv edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1364/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək sözügedən ipoteka girov müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 38 saylı notariat ofisinə göndərilən məktuba əsasən adıçəkilən məhkəmə qətnaməsi notariat ofisi tərəfindən icra edilmişir. Qeyd olunanlara əsasən iddiaçı iki dəfə cavabdeh inzibati orqana müraciət edərək ipoteka girov müqaviləsinin ləğv edilməsini xahiş etmiş, sonuncu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1364/2020 saylı qətnaməsində İdarənin üzərinə hər hansı öhdəliyin qoyulmadığını bildirərək müraciəti təmin etməmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1364/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ilə X3 arasında bağlanmış 03 sentyabr 2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilməsi qət edilmişdir. Sözügedən qərar Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən icra edilmiş və İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Belə ki, qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən nə ipoteka saxlayanın ərizəsi təqdim olunmamış, nə də təqdim olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1364/2020 saylı qətnaməsində müvafiq ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi məsələsinə toxunulmamışdır. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Əlavə olaraq məlumat üçün bildiririlir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağayev Əhmədbəy küçəsi 120 saylı evin 73 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli çıxarış tərtib olunmuşdur. Cavabdeh “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 15.1, 20.4, 48-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında mülkiyyətində olan ünvan 2 ünvanına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin ərizə icraata qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradıldığına görə cavabdehin adının dəyişdirilməsini nəzərə almışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Ağayev küçəsi 120 saylı evin 73 saylı mənzilinə dair ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Girov saxlayan X3 ilə qirov qoyan- İddiaçı arasında bağlanmış və Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixli 3M/629 reyestrdə rəsmiləşmiş ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər girov qoyanın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Ağayev küçəsindəki 120 saylı evin 73 saylı mənzilin girov saxlayanın xeyrinə girov qoyulması barədə razılığa gəlmişlər. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1364/2020 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka (girov) müqaviləsinə xitam verilmişdir. - Nərimanov Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1364/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2013-cü il tarixli, 3M/629 reyestrdə təsdiq edilmiş ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3M/629 reyestrdə rəsmiləşmiş ipoteka müqaviləsinin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli, 2(005)-1364/2020 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********** saylı məktubun surətindən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış 03 sentyabr 2013-cü il tarixil ipoteka (girov) müqaviləsinə xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1364/2020 saylı qətnaməsində İdarənin üzərinə öhdəliyin qoyulmadığı bildirilmiş və bu halın nəzərə alınması xahiş edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Ağayev küçəsi 120 saylı evin 73 saylı mənzili xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında X2 xeyrinə ipoteka ilə yüklü edilmiş və onun adına bu barədə Seriya RX ******* nömrəli çıxarış verilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ilə X3 arasında iddiaçının mülkiyyətində olan mənzilə dair xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq mənzil ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Sözügedən müqaviləyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1364/2020 saylı qətnaməsi ilə xitam verilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən icra edilmişdir. Cavabdeh həmin qətnamədə İdarənin üzərinə öhdəlik qoyulmadığını əsas gətirərək iddiaçının mənzili üzərində ipotekanın dövlət qeydiyyatının ləğvi barədə müraciətini təmin etməmişdir. Hazırkı iddia üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan ünvan 2 ünvanı üzərində ipotekanın qeydiyyatının ləğv edilməsindən ibarətdir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən iddia tələbinin qanuni olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə xitam verildiyindən və hazırda tərəflər arasında öhdəlik münasibətləri olmadığından iddiaçıya məxsus mənzil üzərində həmin müqavilə əsasında aparılmış ipotekanın dövlət qeydiyyatının saxlanılması üçün əsaslar aradan qalxmışdır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli və iddia təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2783/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2783/2023
27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver